dilər. 1932-ci ilin noyabr ayında Ehtiyacın yoxlanması haqqında
qanun qəbul edildi. Qanuna əsasən yardımların ödənilməsi üzərinə
ciddi nəzarət qoyuldu. İşsizlik hələ də ağır sosial problem olaraq
qalırdı. 1933-cü ildə işsizlərin sayı 3 mln. nəfər idi. Ölkədə işsizlər
hərəkatı artdı. Onlar hökumətin kəsdiyi yardımların bərpasını və
antifəhlə qanunlarının ləğvini tələb edirdilər. 1934-cü ilin yanvar
ayında Londonda Birlik və hərəkət konqresində xalqın həyat
şəraitinin yaxşılaşdırılması tələb edildi. Müəssisələrdə, xüsusən
toxuculuq sənayesində tətil hərəkatı gücləndi. Həmkarlar
ittifaqlarında sol qüvvələrin təsiri artdı. 1934-cü ildə ölkədə kütləvi
çıxışlar baş verdi. Makdonald hökuməti etiraz hərəkatlarına qarşı
ciddi tədbirlər həyata keçirdi. Parlament 1934-cü ildə qiyama təhrik
etmənin qarşısını almağa yönəldilən qanun qəbul etdi.
Yaranmış gərgin vəziyyətdə sol meyllərin artması təkcə
hökuməti deyil, digər siyasi cərəyanları da narahat edirdi. Sol
qüvvələrə qarşı çıxan faşist təşkilatları fəaliyyətlərini gücləndirdilər.
Leyborist Partiyası İcraiyyə Komitəsinin keçmiş üzvü Osvald Mosli
1932-ci ildə Britaniya faşistləri ittifaqını yaratdı. Almaniyada
nasional-sosialist hərəkatı ilə sıx bağlı olsa da İngiltərədə faşizmin
sosial dayağı olmadığı üçün ictimai-siyasi həyatda özünə yer tuta
bilmədi.
Bu zaman Leyborist Partiyası dərin böhran keçirirdi. Partiya
üzvləri təşkilatın getdikcə nüfuzdan düşməsinin qarşısını ala
bilmədiyi üçün rəhbərliyi kəskin tənqid edirdi. Nəticədə 1932-ci ilin
oktyabr ayında Artur Henderson partiya liderliyindən istefa verdi.
Onun yerinə keçən sol leyborist Corc Lensber^ də partiyanın
nüfuzunu qoruyub saxlaya bilmədi.
Milli hökumətin xarici siyasət sahəsində başlıca məqsədi
İngiltərənin beynəlxalq mövqelərinin gücləndirilməsi idi. Beynəlxalq
məsələlərdə İngiltərənin əsas müttəfiqi ABŞ oldu. 1931-ci ilin
sentyabr ayında ABŞ və Fransanın 100 iri bankı İngiltərəyə 80 mln.
funt sterlinq istiqraz verdi.
Xarici siyasətdə dominionlarla qarşılıqlı münasibətlər xüsusi
132
yer tuturdu. Maliyyə sistemini sağlamlaşdırmaq və funt sterlinqin
dəyərini artınuaq məqsədilə 1931-ci ildə Britaniya imperiyasının
iştirakı ilə 600 mln. nəfər əhalinin yaşadığı ərazidə valyuta ittifaqı
yaradıldı. İttifaqa daxil olan Britaniya Birliyi ölkələri, Latın
Amerikasının əksər dövlətləri, həmçinin İran, Misir, Norveç,
Finlandiya, Danimarka, İsveç, Yunanıstan və Portuqaliya öz milli
valyutalarını funt sterlinqin kursuna uyğunlaşdırdılar. Həmin
ölkələrin valyuta ehtiyatlan Londonda saxlanılmağa başlandı. Blok
dövlətləri ticarətdə vahid hesablaşmaya keçdilər. Bu, Funt sterlinq
bloku adlandırıldı.
I932-Cİ
ildə Ottavada (Kanada) keçirilən konfransda İngiltərə ilə
dominionları arasında iqtisadi münasibətlər tənzimləndi. Bir sıra
ticarət müqavilələri bağlandı. Bu müqavilələrə görə ingilis mallarının
ixracı yaxşılaşdı. Onlar rəqabətə davamlı oldular. Birlik daxilində
idxal rüsumları tamamilə və ya qismən aradan qaldırıldı. Nəticədə
ingilis sənayesi və həmin ölkələrin iqtisadiyyatı inkişaf etdi. Artıq
30-cu illərin sonunda dünya ticarət dövriyyəsinin 30- 40%-i ingilis
milli valyutası ilə aparılırdı.
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə
əlaqələr idi. İngiltərə 1932-ci ildə keçirilən Lozan konfransında dünya
iqtisadi böhranı şəraitində Almaniyanın təzminatı ödəməyi
dayandınnası təklifini müdafiə etdi. İngiltərə həmin ildə tərksilaha
dair Cenevrədə keçirilən konfransın iştirakçısı oldu. Hərbi xərclər və
silah istehsalı artırıldı. İngilis hökuməti Avropada Almaniya və
İtaliyanın təcavüzkar hərəkətlərinə münasibətdə bitərəfliyini nümayiş
etdirdi. Almaniya ilə hərtərəfli saziş bağlamaq üçün 1935-ci ilin mart
ayında İngiltərə hökumətinin üzvləri Saymon və İden Berlində
Hitlerlə görüşdülər. Hitler silahlanmanı gücləndirmək və Şərqi
Avropada sərbəst fəaliyyət qazanmaq istəklərini, Çexoslovakiya və
Polşa ilə ərazi mübahisələrinin həll edilməsi zəruriliyini onların
diqqətinə çatdırdı. Saymon Almaniyadan Londona, İden isə martın
28-də Moskvaya gəldi. Moskvada keçirilən görüşlərdə ikitərəfli və
beynəlxalq məsələlər müzakirə edildi. Təcavüzün qar
133
şısını almağa dair ingilis təklifləri Sovet İttifaqı tərəfindən kifayət
qədər ciddi nəzərə alınmadı.
Milli hökumət Yaponiyanın Uzaq Şərqdəki hərbi təcavüzünü
bəyənirdi.
Ölkənin daxili və xarici siyasətinin qarşısında duran problemləri
həll edə bilməyən və özünü xalqın gözündə tamamilə nüfuzdan
düşürən Makdonald 1935-ci ildə istefaya getdi.
Stenli Bolduin hökumətinin daxili və xarici siyasəti
1935-ci ilin yayında hökumət yenidən formalaşdırıldı. İyun
ayından ona Bolduin başçılıq etməyə başladı. Noyabr ayında isə
parlamentə yeni seçkilər keçirildi.
Mühafizəkarlar seçkiqabağı kampaniyada daxili siyasət
sahəsində heç bir nəzəri vədlər verməyərək əməli fəaliyyət
göstərəcəklərini, xarici siyasət sahəsində isə beynəlxalq aləmdə
kollektiv təhlükəsizlik sistemi yaratmaq və sülh uğrunda mübarizə
aparmaq niyyətlərini bəyan etdilər.
Leyboristlər isə Sosializm və sülh uğrunda adlı yeni proqram
qəbul etdilər. Əvvəlki Leyborizm və millət proqramından geniş olan
bu proqramda bank, nəqliyyat, enerji sistemlərinin yenidən
qurulması, daş kömür, gəmiqayırma və maşınqayırma sahələrinin bir
qisminin milliləşdirilməsi irəli sürülürdü. Bundan ötrü milliləşdirmə
prosesinin hüquqi əsaslarının işlənib hazırlanması zəruriliyi
göstərilirdi. Leyboristlər demokratiya və sülh ideyalarına sadiq
olduqlarını bəyan etdilər. 1935-ci ildə leyboristlərin lideri Klement
Ettli seçildi.
Liberal partiyasında üç qruplaşma mövcud idi. L.Corcun
tərəfdarları Milli hökumətlə əməkdaşlıq ideyasını rədd edirdilər. Con
Saymonun milli liberalları hökumətlə əməkdaşlıq etməyə, Herbert
Semuelin tərəfdarları isə əməli müxalifətdə qalmağa üstünlük
verirdilər. Partiyanın yeni ideoloji platforması tarixçi professor
Ramsey Myuar və iqtisadçı Con Keyniz Meynardm 1928-ci ildə
134
Dostları ilə paylaş: |