sən həmkarlar ittifaqlarının yaradılması, istehsal üzərində fəhlə
nəzarəti qoyulması və s. tələb edildi. Amma kommunistlər Tom
Mann və Harri Politin rəhbərlik etdiyi bu hərəkat uğur qazanmadı.
Leyborist hökuməti xalqın ümidlərini doğrulda bilmədi.
Parlamentə seçki ərəfəsində mühafizəkarlar “Komintem məktubu”nu
mətbuatda çap etdirdilər. Məktubda ingilis kommunistləri qanuni
hökumətə qarşı silahlı üsyana çağırılırdılar. Bu hadisə leyboristlərin
və kommunistlərin mövqeyinə ağır zərbə vurdu. Leyboristlər
SSRİ-nin hərəkətinə qəti etiraz etdilər. Lakin bu da leyboristləri
uğursuzluqdan xilas edə bilmədi.
Birinci Leyborist hökuməti öz planlannı həyata keçirə bilmədi.
Hökumət böhranı yarandı. Oktyabrın 9-da R.Makdonald istefaya
getdi. Mühafizəkarların tələbi əsasında hökumətin fəaliyyətini təhqiq
edən xüsusi komissiya yaradıldı. Parlament buraxıldı. Yeni seçkilər
təyin edildi.
Bolduin dövrü
1924-cü il oktyabrın 29-da ölkədə növbədənkənar parlament
seçkiləri keçirildi. Leyboristlər düşmüş olduqları çətin vəziyyətdən
çıxmaq məqsədi ilə manevr edərək seçki kampaniyasında belə bir
şüar irəli sürdülər: “Biz hökumətdə idik, lakin hakimiyyətdə
deyildik”. Amma leyboristlərin bütün cəhdləri özünü doğrultmadı.
Bu zaman Mühafizəkarlar Partiyasının da daxilində vəziyyət
gərgin idi. Parçalanmanın qarşısını almaq üçün mühafizəkarlar seçki
ərəfəsində Məqsədlər və prinsiplər adlı yeni proqram qəbul etdilər.
Bu proqramın aparıcı ideyası mühafizəkar islahatçılıq idi. Proqramda
mühafizəkarların, partiyada onlann əleyhinə gedən gənc torilərin və
hətta liberalların səmərəli ideyaları əks olunmuş, köhnə
istiqamətlərdən imtina edilmişdi. Proqram partiyada olan narazılığı
aşağı salaraq gənc torilərlə yaşlılar arasındakı ixtilafları yumşaltdı.
Seçkilərdə mühafizəkarlar 7,4 mln.
səs toplayaraq icmalar
120
palatasındakı yerlərdən 413-nü qazandılar. Leyboristlər 151, liberallar
isə 40 yer aldılar. Mühafizəkarların lideri S.Bolduin yeni hökumət
yaratdı. İngiltərə tarixində Bolduin dövrü başlandı. O, 1929-eu
ilədək
baş nazir oldu. Yeni hökumətdə Hindistan işləri üzrə nazir
Ç.Birkenhed, xariei işlər naziri Ostin Çemberlcn, səhiyyə naziri onun
kiçik qardaşı sadə adam, yaxşı və çox işləməkdən qorxmayan Nevil
Çemberlen, maliyyə naziri isə Uinston Çerçil oldu. N.Çemberlen
leyboristlərin dayaqlarını zəiflətməkdən ötrü dövlətin fəal sosial
siyasət yeritməsinə tərəfdar çıxırdı.
Mühafizəkarların lideri hər şeydən əvvəl, partiyada olan
parçalanmanı aradan qaldınnağa çalışırdı.
Yeni qurulan hökumət elan
etdiyi Məqsədlər və prinsiplər proqramını həyata keçimıəyə başladı.
Hökumət dövlətin himayəsi altında xüsusi sahibkarlığın inkişafına
diqqət verdi. Daxili iqtisadi siyasətdə bu proqram iki ümumi
istiqaməti nəzərdə tuturdu: sənaye istehsalının sərbəstləşdirilməsi və
sabitləşdirilməsi; ölkənin maliyyə sisteminin sağlamlaş- dırılması və
möhkəmləndirilməsi.
Ölkə iqtisadiyyatının inkişafının başlıca mənbəyi müstəmləkə
imperiyasının təbii sərvətləri hesab edilirdi. Milli istehsalı artırmaq
üçün hökumət gəlir vergisini və əlavə gəlirə görə vergini azaltdı.
Proteksionist rüsumlar yalnız müstəmləkələrlə birbaşa əlaqələr
sahəsində saxlanıldı. Böyük Britaniya inhisarları dünya bazarında
sərbəst iştirak etmək imkanı qazandılar. Nəticədə 1926-cı ildə bütün
ingilis ixracının 1/3-i, idxalının isə 1/2-i Böyük Britaniya imperiyası
ərazisində aparılmışdı. Metropoliyanın dominionlarla əlaqələri
genişləndirildi.
Hökumətin daxili siyasət sahəsində apardığı islahatlar ölkə
iqtisadiyyatının inkişafına səbəb oldu. İngiltərədə iqtisadi inkişafın
başlıca özünəməxsusluqları kapital ixracının artması, beynəlxalq bank
əməliyyatlarının səmərəli aparılması və əlverişli dəniz nəqliyyatı ilə
bağlı idi. Hökumət sənayedə iş gününü 7 saatdan 8 saata qaldırdı.
Ölkədə nəqliyyat sistemi inkişaf etdirildi.
Uğurlu
121