BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə37/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   33   34   35   36   37   38   39   40   ...   120

liberallaşdırılması  və  ənənəvi  imperiya  siyasətindən  imtina 
edilməsinə  tərəfdar  olsa  da  mühafizəkarlar  bu  addımları  Böyük 
Britaniyanın 
dünyadakı 
nüfuzuna 
vurulan 
zərbə 
kimi 
qiymətləndirirdilər.  Mühafizəkarlar  müstəmləkələrdə  yeridilən 
siyasətin  sərtləşdirilməsinə  nail  oldular.  Lakin  bu  sahədə  hökumət 
uğursuzluğa düçar oldu. Müstəmləkələrdə İngiltərə əleyhinə hərəkat 
yeni mərhələyə qədəm qoydu. 1919-cu ildə genişlənən milli azadlıq 
hərəkatını  zəiflətmək  üçün  ingilis  hökuməti  Hindistanın  idarə 
olunması islahatına dair layihəni dərc etdi. Ancaq bu tədbirlər xalqı 
sakitləşdirmədi. 1919-cu il aprelin 13-də Amritsar şəhərində keçirilən 
mitinqi  ingilis  generalı  Dayer  gülləbaran  etdi.  Nəticədə  379  nəfər 
öldü,  1200  nəfər  yaralandı.  Hökumət  geri  çəkilməyə  məcbur  oldu. 
Bundan  sonra  ingilis  hökumətinin  kompromis  xətt  yeritməsi  və 
həyata  keçirdiyi  islahatlar  Hindistanda  milli  azadlıq  hərəkatını 
zəiflətdi. 
İngiltərə 
1914-cü 
ildən 
Misir 
üzərində 
qazandığı 
protektoratlığını  1919-21-ci  illərdə  ölkədə  baş  verən  üsyan 
nəticəsində  itirdi.  1922-ci  ilin  fevral  ayında  ingilis  hökuməti 
protektoratlığı ləğv edərək Misiri müstəqil krallıq elan etdi. 
1919-cu  ilin  fevral  ayında  baş  verən  üsyan  nəticəsində  əmir 
Həbibulla  öldürüldükdən  sonra  onun  yerinə  keçən  Əmənulla  xan 
Əfqanıstanın müstəqilliyini elan etdi. Buna cavab olaraq 1919-cu ilin 
may ayında İngiltərə Əfqanıstana qarşı əməliyyatlara başlasa da milli 
azadlıq  hərəkatının  qarşısında  geri  çəkildi.  Avqust  ayında 
Əfqanıstanla  müqavilə  bağlayan  ingilis  hökuməti  onun  daxili  və 
xarici  siyasəti  üzərində  nəzarətdən  imtina  etdi.  Əfqanıstan 
müstəqillik qazandı. 
1919-cu  ilin  avqustunda  İranla  müqavilə  bağlayan  ingilis 
hökuməti  iqtisadi  və  maliyyə  əlaqələrini  genişləndirdi.  1920-ci  ilin 
aprelində  Cənubi  Azərbaycanda  mərkəzi  hökumətə  qarşı  üsyan 
başladıqda İran 1921-ci ilin iyununda İngiltərə ilə müqaviləni pozdu. 
L.Corc hökumətinin xarici siyasətinin istiqamətlərindən biri 
14 


də  sovet  Rusiyası  ilə  münasibətlər  idi.  İngilis  hökuməti  bolşevizmi 
beşiyində  məhv  etməyə  çalışmasına  baxmayaraq,  1921-ci  il  martın 
16-da RSFSR-lə ticarət sazişini imzaladı. Lakin hərbi nazir Çerçil və 
xarici  işlər  naziri  Lord  Kcrzon  Rusiya  ilə  münasibətlərin 
yaxşılaşdırılmasına qarşı qəti şəkildə çıxaraq bolşeviklərlə əlaqələrin 
qurulmasından xeyir gəlməyəcəyini bildirirdilər. 
Hökumət  xarici  siyasət  fəaliyyətində  Vaşinqton  konfransına 
xüsusi  diqqət  yetirdi.  Konfransda  İngiltərə  özünün  ümumi 
vəziyyətinin  ağırlığı  ucbatından  Sakit  okean  və  Uzaq  Şərqdəki 
mövqelərini  çətinliklə  qoruya  bildi.  ABŞ  öz  dəniz  qüvvələrinin 
həcmini  İngiltərəyə  çatdırdı.  Bəzi  sahələrdə  İngiltərə  mövqelərini 
itirdi.  Müharibədən  əvvəl  İngiltərə,  Çin  sularındakı  donanmanın 
45%-nə,  Çinin  xarici  ticarətinin  50%-nə  nəzarət  edirdi.  Konfransın 
yekununda bu sahədə ingilislərin mövqeləri laxladı. 
Lloyd Corc hökumətinin xarici siyasətində önəmli yeri Genuya 
konfransı tutdu. Konfransın çağırılması, gedişi və nəticələri Avropa 
işlərində İngiltərənin rolunun daha da artdığını göstərdi. 
Genuya  konfransının  gedişində  Rusiya  ilə  Almaniya  arasında 
Rappalloda  müqavilənin  imzalanması  İngiltərədə  Lloyd  Corc 
strategiyasının məğlubiyyətini göstərən əlamət kimi qiymətləndirildi.
 
I
 
Xarici  siyasət  fəaliyyətində  müəyyən  yeri  türk  torpaqlarına 
sahib  olmaq  tuturdu.  İngiltərənin  Kiçik  Asiyada  başladığı  hərbi 
əməliyyatlar  türk  xalqının  güclü  müqavimətinə  rast  gəldi.  İngilis 
hökuməti  Sevr  müqaviləsinin  şərtlərini  həyata  keçirməkdə 
çətinliklərlə qarşılaşdı. İngiltərənin müttəfiqləri olan Fransa və İtaliya 
öz  ordularını  türk  ərazilərindən  çıxarmaq  məcburiyyətində  qaldılar. 
İngilis  hökumətinin  Türkiyəyə  qarşı  yeritdiyi  siyasət  uğursuzluqla 
nəticələndi.  Belə  olduqda  tərəflər  mövcud  problemlərin  dinc, 
danışıqlar yolu ilə həllinə üstünlük verdilər. 
L.Corc  hökumətinin  xarici  siyasətinə  vurulan  ən  böyük  zərbə 
məhz türk xalqının ingilis-yunan müdaxiləçilərinə qarşı mübarizədə 
qazandığı tarixi qələbə oldu. Uğursuzluqdan sonra L.Corc 
115 


parlamentdə həm öz partiyasının, həm də müxalifətin kəskin təpkiləri 
ilə  üzləşdi.  O,  təzyiqləri  azaltmaq  və  Mühafizəkarlar  Partiyasını 
parçalamaq  məqsədi  ilə  bu  təşkilatın  gənclər  qanadını  müdafiə 
etməyə, liberal-mühafizəkar hökumət qunnağa səylər göstərdi. Lakin 
Bonar Lou və Stenli Bolduin başda olmaqla ənənəvi mühafizəkarlar 
partiyanı  hökumət  blokundan  çıxardılar.  Beləliklə,  L.Corc  başda 
olmaqla  liberallar  parlamentdə  azlıqda  qaldılar.  Daxili  və  xarici 
siyasətdə  niyyətlərinə  çatmayan  hökumət  yıxıldı.  L.Corc 
hökumətinin istefası ölkədəki partiya-siyasi vəziyyətə ciddi təsir etdi. 
Liberallar  Partiyasında  parçalanma  daha  da  dərinləşdi,  son  olaraq 
L.Corcun və H.Askvitin tərəfdarlarına bölündü. 
Bonar Lou hökuməti 
L.Corcdan sonra 1922-ci ilin oktyabr ayında hakimiyyətə gələn 
Bonar  Lou  yalnız  mühafizəkarlardan  ibarət  yeni  hökumət  yaratdı. 
Maliyyə  naziri  vəzifəsini  Stenli  Bolduin  tutdu.  Daxili  siyasət 
sahəsində hökumətin başlıca vəzifəsi ölkədə bərpa və yenidənqunna 
işlərini  başa  çatdırmaqdan  ibarət  idi.  Bonar  Lou  hakimiyyətə  gələn 
kimi  parlament  buraxıldı.  Noyabr  ayında  növbədənkənar  seçkilər 
keçirildi.  Seçkilərdə  Mühafizəkarlar  Partiyası  344,  Leyboristlər 
Partiyası  138,  parçalanmış  Liberallar  Partiyası  birlikdə  117  yer 
(H.Askvitin tərəfdarları 60, L.Corcun tərəfdarları 57 yer) qazandılar. 
Liberallar  Partiyası  tamamilə  nüfuzdan  düşdü.  Bu  məğlubiyyət 
əslində  sosial  liberalizm  prinsiplərinin,  lloydcorçizmin  ingilis 
cəmiyyətinin  tələbatına  cavab  vermədiyini  və  partiyanın  öz  sosial 
bazasını  itirdiyini  göstərdi.  Seçkilər  nəticəsində  ölkədə  ikipartiyah 
sistem fonnalaşdı. Bundan sonra əsas siyasi  mübarizə leyboristlərlə 
mühafizəkarlar arasında getdi. 
1923-
 
cü ilin fevral ayında Bonar Lou hökuməti ABŞ-a olan 
850  mln.  funt  sterlinq  və  ya  təxminən  4  mlrd,  dollar  hərbi  borc 
məsələsini həll etdi. Borcun ödənilməsinə dair iki ölkə arasında 
116 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə