qələbəyə olan inam yüksəlmişdi. 1942-ci il aprelin 26-da reyxstaqın
qərarı
ilə Hitlerə millətin rəhbəri, ali baş komandan,
hökumətin və ali
məhkəmənin başçısı, partiyanın füreri səlahiyyətlərinin verilməsi qəti
olaraq təsdiq edildi.
Hərbi əməliyyatların gedişində antihitlerçi koalisiyaya daxil
olan ölkələr üçün əsaslı dönüşün yaradılması və çoxlu hərbi xərclər
Almaniyanın iqtisadi-sosial vəziyyətini ağırlaşdırdı 1943-cü ildə
əmək mükəlləfiyyəti 16-65 yaşlı kişilərə və 17-45 yaşlı qadınlara aid
edildi. Kartoçka sistemi tətbiq olundu. Alman ictimai rəyində
qələbəyə olan inam azalmağa başladı. Xalqın qələbə ruhunu
qaldırmaq üçün genişlənən rəsmi təbliğat da elə bir nəticə vermədi.
Gözlənilən qələbəyə böyük ümidsizlik, həyat şəraitinin pisləşməsi və
müharibədə verilən çoxlu canlı itkilər ölkə rəhbərliyindən olan
narazılığı gücləndirdi. Yüksək rütbəli zabitlər sui-qəsd hazırladılar.
Amma K.fon Ştaufenberqin başçılığı altında 1944-cü il iyulun 20- də
Hitlerə qarşı törədilən sui-qəsd uğursuzluqla nəticələndi. İyulun 30-da
Hitler Terror və sabotaj haqqında əmr verdi. Əmrə görə sui- qəsddə
şübhəli bilinənlərə və antifaşist hərakatla əlaqəsi olanlara qarşı
dəhşətli repressiya tədbirləri həyata keçirildi. Məhkəmələrin hökmü
ilə 50 min adam öldürüldü, minlərlə şəxs həbsxana və islah
düşərgələrinə salındı. Edam olunanların içərisində general- polkovnik
Lüdviq Век, polkovnik Ştaufenberq və Leypsiq şəhərinin keçmiş ober
burqomisteri Kari Herdeler var idi. Almaniya Komminist Partiyasının
rəhbəri E.Telman da edam edildi.
Vəziyyətdən çıxmaq üçün Almaniya rəhbərliyi bütün maddi və
insan ehtiyatlarını geniş səfərbərliyə aldı. 1944-cü il sentyabrın 25-də
Hitlerin əmri ilə yaradılan xalq könüllü dəstələrinə 16-60 yaşadək
olan kişilər cəlb edildilər. Vermaxt zabitləri həmin dəstələrə rəhbərlik
etməkdən uzaqlaşdırıldılar. Onlar nasional- sosialist zabitlərin
komandanlığı altına keçirildilər. Lakin bu cəhdlər də uğursuz oldu.
Artıq 1944-cü ilin sonlannda hərbi əməliyyatlar Almaniya ərazisinə
keçirildi. İdarəetmə sistemini və ölkə iqtisa-
104
diyyatını böhran bürüdü. Həyat fəaliyyəti üçün zəruri olan sosial-
iqtisadi strukturlar dağıldı. Qaçqınların köçürülməsi qarışıq hal aldı.
Ölkə idarəolunmaz həddə çatdı. Alman xalqını bürüyən psixoloji
böhran hakim dairələri də əhatə edirdi. Çarəsiz qalan Hitler 1945- ci il
aprelin 30-da özünü öldürdü. Hitlerin vəsiyyətinə uyğun
olaraq varisi
təyin edilən Deniç mayın 8-də Almaniyanın danışıqsız təslim olması
haqqında aktı imzalamağa məcbur oldu. Beləliklə, Üçüncü reyx iflasa
uğradı. Alman xalqının tarixində yeni bir dövr başlandı.
105
Hərbi əməliyyatların gedişində İngiltərə milli sərvətlərinin
1/3-ni itirdi. Dünyanın maliyyə mərkəzi
London sitidən Nyu- Yorkda
Uoll Stritə keçdi. Ölkə tiearət donanmasının 70%-dən məhrum oldu.
Bununla belə, Britaniya donanması dünyadakı möhtəşəmliyini hələ
də qoruyub saxlayırdı.
Müharibə illərində ölkədə kənd təsərrüfatı sahələri genişləndi.
Məhsul istehsalı artdı.
Hərbi əməliyyatların aparılması üçün yüngül və yeyinti sənayesi
məhsullarına olan təlabat Böyük Britaniyanın müstəmləkələrində
iqtisadi inkişafa kömək etdi. Müstəmləkələrdə müasir sənaye sahələri
yaradıldı. Nətieədə həmin ərazilərdə yeni ictimai münasibətlər və
millətlər formalaşdı. Müstəmləkələrdə,
xüsusən Hindistan və Misirdə
milli azadlıq hərəkatı genişləndi.
Lloyd Corc hökumətinin daxili və xarici siyasəti
Müharibənin başa çatması dinc dövrə xas olan bir sıra
problemlərin həllini irəli sürdüyündən hökumət fəal daxili siyasət
yeritmək xəttini tutdu. 1918-ci ildən İngiltərədə iqtisadi yüksəliş
müşahidə olunmağa başladı. Bu yüksəlişin bir sıra səbəbləri var idi.
Müharibədən sonra ölkə əhalisinin ehtiyacları artmışdı. Tərxis olunan
əsgərlər işlə təmin edilirdilər. Dağıdılmış təsərrüfatın bərpası üçün
işçi qüvvəsinin çatışmazlığı işsizliyi xeyli azaltmışdı. 1916-cı ildən
baş nazir olan liberal L.Corcun (1863-1945) liberal, mühafizəkar və
leyboristlərdən təşkil olunmuş koalisiyalı hökumətinin hələ 1917-ci
ildə qəbul etdiyi iqtisadi və siyasi yenidənqurma proqramına uyğun
olaraq ölkə təsərrüfatının bərpasına başlanıldı. Geniş islahatlar həyata
keçirildi. Qısa müddət ərzində çuqun əridilməsi və gəmi tikintisi artdı.
Bununla belə, müharibədən sonrakı ilk illərdə dövlət büdcəsinin
40%-i hərbi borcların ödənilməsinə sərf edilirdi.
Sosial sahənin inkişafına xüsusi diqqət yetirildi. Tərxis olunan
əsgərlərə ev və işə düzələnədək yardım verildi.
Müharibə başa çat
107