BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə32/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

idarəçiliyi  sislcmi  cəmiyyətin  qarşısında  duran  bu  və  ya  digər 
problemləri  tənzimləməkdən  daha  çox  fərdi  və  ümumi  milli  ruhu 
qaldırmaq, nasional-sosialist hərəkatını genişləndirmək kimi strateji 
məqsədlərə  yönəlmişdi.  Dövlət  xalqın  iradəsini  ifadə  edir, 
Nasional-Sosialist  Partiyası  isə bu işi  yalnız həyata keçirirdi. Başqa 
faşist  dövlət  sistemlərindən  fərqli  olaraq  reyxdə  nasional- 
sosialistlərin  vəziyyəti  daha  möhkəm  idi.  Onlar  siyasi  hakimiyyəti, 
ordu və idarəçiliyi tam ələ keçirmiş, kilsəni ölkənin siyasi həyatına 
təsir etməkdən uzaqlaşdırmışdılar. 
1934-
 
cü il iyul qanunu ilə bütün dövlət institutları üzərində 
partiya nəzarəti quruldu. Fürerin partiyada müavini, portfelsiz nazir 
olan  Rudolf  Gess  bu  işi  həyata  keçirirdi.  1941-ci  ildən  isə  həmin 
səlahiyyətlər xüsusi hüquqlarla Martin Bonnana verildi. 
Dövlət idarəçiliyi sistemi vahid şəklə salındı və ya unifıkasiya 
edildi.  Kollegiallıq  prinsipinin  tətbiq  dairəsi  məhdudlaşdırıldı. 
Subordinasiya  və  ya  tabelik  prinsipi  gücləndirildi.  30-cu  illərin 
sonlarında 
məmurların 
artıq 
70%-i 
nasional-sosialistlərin 
nümayəndələri  idi.  Unifıkasiya  siyasəti  çərçivəsində  Almaniyanın 
federativ quruluşu və yerli özünüidarə sistemi ləğv edildi. Nasional- 
Sosialist Partiyasının daxili strukturu olan hau, dairə və rayonlar ölkə 
ərazisində  bərqərar  edildi.  Hau  bir  qayda  olaraq  hərbi  və  inzibati 
dairələrlə  üst-üstə  düşürdü.  İnzibati  dairələrin  başında  duran 
ştathalterlər  1935-ci  ildə  qəbul  edilən  İmperiya  valiləri  haqqında 
qanuna  əsasən  fürer  və  reyxskanslerin  siyasi  direktivlərinin  yerinə 
yetirilməsinə nəzarət  etmək üçün bilavasitə məsuliyyət  daşıyırdılar. 
Onlar yerli partiya təşkilatlarının füreri - haulyayterləri idilər. 1937-ci 
ildə  qəbul  edilən  məmurlar  haqqında  qanuna  əsasən  dövlət 
qulluqçuları şəxsən fürer qarşısında məsuliyyət daşıyırdılar. Mövcud 
dövlət sistemində fürerin rolu böyük idi. Bütövlükdə dövlətin hüquq 
sistemi furerçiliyə əsaslanırdı. Fürer partiya və dövlət iyerarxiyasına 
daxil  olmayan  xarici  siyasət  üzrə  kölgə  kabineti  və  Müdafiə  üzrə 
Nazirlər Şurası da 
98 


yaratmışdı.  1939-cu  il  avqustun  28-də  verilən  qanunla  bütün  ali 
dövlət  orqanlarının  rəhbərləri  bilavasitə  fürer  qarşısında  məsuliyyət 
daşıyırdılar. 
Almaniyada nasional-sosialistlərin hakimiyyət başına gəlməsinə 
bir sıra daxili və beynəlxalq amillər təsir etdi. Daxili amillər əsasən 
aşağıdakılardan  ibarət  idi:  Birineisi,  milliyyətçi  şüarların  irəli 
sürülməsi, Versal sülhünün ağır şərtlərinin ləğv edilməsi tələbləri və 
alman  cəmiyyətində  hökm  sürən  narazılıqlar  nasional-sosializmi 
hakimiyyət  başına  gətirdi.  Sülh  müqaviləsinin  şərtlərinin  yerinə 
yetirilməsi  xalqın  ağır  zəhməti  hesabına  başa  gəldiyindən  alman 
milləti onun ləğvi uğrunda mübarizə aparan qüvvəni müdafiə edirdi. 
İkincisi,  alman  kapitalı  və  iri  koıporasiyalar  Versal  sülhünün 
təhqiredici  şərtlərindən  narazı  olduğundan  nasional-sosializmin 
hakimiyyət  başına  gəlməsinə  kömək  etdilər.  Nasional-sosialistlərin 
proqramı həmin korporasiyaların maraqlarına tam cavab verirdi. 
Üçüncüsü,  nasional-sosialistlərin  yaşlı  rəhbərlərə  qarşı  çıxıb 
gəncləri  müdafiə  edərək  hakimiyyət  orqanlarında  görmək  istəyi 
onların  sosial  bazasını  daha  da  gücləndirirdi.  Belə  şəraitdə  ölkədə 
Veymar respublikasının dayaqları getdikcə zəifləyirdi. 
Dördüncüsü,  irqçiliyə  əsaslanan  nasional-sosilizm  doktrinası 
dünya müharibəsində məğlub olmuş, təzminat ödəməkdən əzab çəkən 
alman xalqını özünə cəlb edirdi. Bu doktrinaya görə almanlar ari irqə 
mənsub olan xalq kimi yeni dünya qaydasını müəyyənləşdirməli idi. 
Beşincisi,  hələ  20-ci  illərin  ortalarından  etibarən  nasional- 
sosialistlər bütün ölkə ərazisində partiya işini yenidən qurmuşdular. 
Nasional-Sosialist 
Partiyası  artıq  dövlət  daxilində  dövlətə 
çevrilmişdi.  Partiyanın  ideoloji,  siyasi,  iqti.sadi,  hərbi  və  b. 
strukturları çevik fəaliyyət göstərirdi. 1928-ci ildən partiyanın ərazi 
təşkilatlan yaradılmışdı. Nəinki regionlar, hətta küçə və məhəllələrdə 
də  partiya  özəkləri  qurulmuşdu.  Partiya  məhkəməsi  yaradılmışdı. 
Fürerçiliyin piramidası fonnalaşdırılmışdı. Hitlcr 
99 


"pivəxana qiyamı"ndan sonra çevriliş və inqilabla deyil, seçki yolu ilə 
hakimiyyətə  gəlməyə  üstünlük  verərək  təbliğatı  xeyli  geniş- 
ləndinnişdi.  Nasional-sosialistlərin  təbliğatı  ictimai  demoqoqluq 
xarakteri daşısa da həyata keçirilən tədbirlər xalqın həyat səviyyəsini 
yaxşılaşdırdığından onların nüfuzünü daha da artırırdı. 
Altıncısı,  protestant  və  katoliklərin  nasional-sosialistləri 
müdafiə etməsi hakimiyyətə gəlmələrinə kömək etdi. 
Yeddincisi,  nasional-sosialistlərin  əleyhinə  olan  qüvvələr  zəif 
idi.  Onların  zəifliyi  bir  sıra  daxili  səbəblərlə  şərtlənmişdi.  Bu, 
nasional-sosialistlərin proqramının xalqın mənafeyinə cavab vemıəsi 
və tələblərinin ümumxalq xarakteri daşıması ilə bağlı idi. Nasional- 
sosialistlərin işsizliyi aradan qaldınnaq, sosial problemləri həll etmək, 
əmək  münasibətlərini  tənzimləmək  barədə  şüarları  və  bunları 
həqiqətən  həyata  keçinnələri  müxalifət  qüvvələrini  zəiflətmişdi. 
Onların  almanlar  ərazisiz  xalqdır,  həyati  mənafe  zonası  bəyan 
etmələri, irqçiliyi rəsmi doktrina kimi elan etmələri ölkədə ümumxalq 
rəğbəti  qazanmışdı.  Nasional-sosialistlər  80-100  mln.  nəfər  alman 
olmadan Almaniyanın dünyaya rəhbərlik edə bilməsini mümkünsüz 
hesab edirdilər. 
Nasional-sosialistlərin  əleyhinə  olan  qüvvələrin  zəifliyinin  bir 
sıra beynəlxalq səbəbləri var idi. 30-cü illərdə dünyada hökm sürən 
avtoritar şərait, çoxlu diktatorçu rejimlərin mövcud olması, ABŞ-ın 
Avropa  işlərinə  qarışmamaq  və  İngiltərənin  sakitləşdinnə  siyasəti 
nasional-sosialistlərin  əleyhinə  olan  qüvvələri  zəiflədirdi.  Ölkədə 
həmin  qüvvələrin  nüfuzu  nasional-sosialistlərlə  müqayisədə  xeyli 
aşağı idi. 
Nasional-sosialistlərin  hakimiyyət  başına  gəlməsinə  bir  sıra 
xarici  amillər  də  təsir  etdi.  Birincisi,  amerikan  kapitalı  Almaniya 
iqtisadiyyatında mühüm rol oynadığından ABŞ baş verən proseslərə 
sakit  yanaşaraq  ölkədə  Milli  həmrəylik  hökumətinin  qurulmasını 
dəstəkləyirdi.  ABŞ  eyni  zamanda  gələcəkdə  Almaniyadan  İngiltərə 
və  Fransaya  qarşı  siyasət  yeritməkdə  vasitə  kimi  istifadə  etmək 
istəyirdi. 
İkincisi, Avropada fomıalaşan ictimai rəy də nasional-sosialist 
100 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə