BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə29/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

АКР və kommunist yığıncaqları rəsmi olaraq qadağan edildi. Ölkədə 
minillik dövlətin - Üçüncü reyxin  yaradılmasına başlandı. Hökumət 
1933-cü il martın 24-də xalqın və dövlətin fəlakətli vəziyyətini aradan 
qaldırmaq  haqqında  qanunu  parlamentdən  keçirərək  fövqəladə 
səlahiyyətlər  aldı.  Buna  görə  hökumət  reyxstaq  və  reyxsrata  aid 
məsələlər  istisna  olmaqla  bütün  digər  sahələrdə  qanunlar  verə  və 
siyasi partiyaları buraxa bilərdi. 
Ölkə həyatında mətbuat və nəşriyyat mühüm rol oynadığından 
bütün çap işinə Hitlerin özü nəzarət edirdi. Xalqın vahid milli ideya 
ətrafında birləşdirilməsində mətbuata böyük əhəmiyyət verilirdi. 
İmperiyanın  quruluşu  dəyişikliyə  uğradı.  1933-cü  ilin  aprel 
ayında  landtaqlar  yerli  ərazilərin  hökumətlərini  formalaşdınnaq 
səlahiyyətindən  məhrum  edildilər.  Aprelin  7-də  qəbul  edilən 
vilayətlərin  imperiya  ilə  qovuşması  haqqında  qanuna  əsasən  ərazi 
administrasiyalarının  başında  duran  valilər  (ştathaltcr)  nasional- 
sosialistlərin  nümayəndələrindən  təyin  olunmağa  başladılar.  Bir  il 
sonra, 1934-cü il yanvarın 30-da qəbul edilən qanuna görə landtaqlar 
tamamilə  ləğv  olundu.  Ştathalterlər  imperiya  hökumətinə  tabe 
edildilər. Bir ay sonra reyxsrat da fəaliyyətini dayandırdı. 
1933-
 
cü il mayın 2-də həmkarlar ittifaqları qadağan olundu. 
Bütün  fəhlələr  başlıca  məqsədi  əməyin  mənafeyini  qorumaq  olan 
Vahid  alman  əmək  cəbhəsinə  daxil  edildilər.  Əsas  hüquqlar  və 
mətbuat azadlığı demək olar ki, ləğv edildi. Arzu olunmayan şəxslər 
təqiblərə məruz qaldılar. 
1933-
 
cü  il  iyunun  23-də  Almaniya  Sosial-Demokrat 
Partiyası qadağan edildi. Əmlakı müsadirə olundu. Digər partiyalar da 
özlərinin  fəaliyyətlərini  dayandırdılar.  İyulun  l4-də  Nasional- 
Sosialist Partiyasından başqa bütün partiyaların buraxılması haqqında 
qanun qəbul edildi. 
Reyxstaqın yandırılmasında təqsirli bilinən bolqar kommunisti 
G.Dmitrov  və  bir  qrup  kommunist  üzərində  1933-cü  ilin  sentyabr 
ayında Leypsiqdə məhkəmə prosesi başlandı. Amma Dmitrov məh 
89 


kəmədə  bəraət  aldı.  Minlərlə  insan  məhkəməsiz  və  istintaqsız  həbs 
düşərgələrinə salındı. 
1933-cü  ilin  dekabrında  qəbul  edilən  partiya  və  dövlətin 
birliyinin  təmin  olunması  haqqında  qanuna  görə  yeganə  qanuni 
partiyanın  nümayəndəsi  olan  fürer  şəxsən  reyxstaqı  fonnalaşdınnaq 
və yüksək vəzifəli şəxsləri təyin etmək səlahiyyəti aldı. Ölkədə vahid 
partiya prinsipi tətbiq olundu. Bundan sonra Hitler Nasional- Sosialist 
Partiyası daxilində müxalifəti sıradan çıxarmaq işinə girişdi. Partiya 
daxilindəki  bolşevik  təmayüllü  sol  qanada  Qreqor  və  Otto  Ştrasscr 
qardaşları başçılıq edirdilər. Sol qanad nasional- sosializm ideyalarını 
məhz  fəhlələr  arasında  yaymağa  üstünlük  verirdi.  Onlarda 
antisemitizm  güclü  deyildi.  Ştrasser  qardaşları  Hitlcrin  xarici 
siyasətinin  əleyhinə  çıxırdılar.  30-cu  illərin  ortalarınadək  Qreqor 
Ştrasser artıq partiyada ikinci şəxs idi. Onun 
1930-
 
cu  ildə  yaratdığı  İnqilabi  nasional-sosialistlərin  mübariz 
həmrəyliyi təşkilatı bir il sonra milli-bolşevik istiqamətli Qara cəbhə 
adlandırıldı. Təşkilat cəmiyyətin həyatında ciddi rol oynaya bilməsə 
də  hakimiyyətə  gəldikdən  sonra  Hitler  artıq  onun  hərəkətlərinə 
dözmədi. 1934-cü il iyunun 30-da “uzun bıçaqlar ge- cəsi”ndə bu sol 
axının liderləri öldürüldü. Hücum dəstələrinin komandiri E.Rem də 
qətlə  yetirildi.  SA  daxilindəki  narazı  qrup  ləğv  edildi.  Onun 
tərkibindən təxminən 200 min adam qovuldu. Ölkədə nadir totalitar 
idarə üsulunun yaradılmasına başlanıldı. 
Hökumət  iqtisadi  sahədə  bir  sıra  tədbirləri  həyata  keçirdi. 
1933-cü il fevralın 20-də Hitlerin iri sənayeçilərlə görüşündə ölkənin 
qarşısında duran ən vacib iqtisadi problemlər geniş müzakirə edildi. 
Əmək  naziri  F.Zelde  təsərrüfat  sisteminin  təbəqələşmə  əsasında 
yenidən qurulmasını təklif etdi. 1933-cü il iyulun 15-də İqtisadiyyat 
Nazirliyi  nəzdində  yaradılan  Ali  Təsərrüfat  Şurasının  tərkibinə 
Krupp, Simens, Flik və b. inhisarçılar daxil oldular. Ölkə 18 təsərrüfat 
dairəsinə  bölündü.  Dövlət  inhisarçılığı  inkişaf  etdirildi.  Xüsusi 
Təsərrüfat  Məhkəməsi  yaradıldı.  Fürerçilik  təsərrüfat  həyatına  da 
tətbiq edildi. Əvvəllər mövcud olan istehsalat şuraları 
90 


ləğv olundu. 1934-cü il yanvarın 30-da verilmiş milli əmək haqqında 
qanuna  əsasən  müəssisənin  sahibi  özü  onun  füreri  idi.  Təsərrüfat 
fəaliyyəti  üçün  şəxsən  fürer  qarşısında  məsuliyyət  daşıyırdı. 
Müəssisələrdə  əmək  münasibətlərini  tənzimləyən  nizamnamə 
hazırlandı. 
1933-
 
eü ilin sentyabr ayında irsi həyətlər haqqında qanun qəbul 
edildi. Bu qanuna görə Almaniyanın bütün kənd əhalisi iki də- rəeəyə 
bölünürdü:  kəndlilər  və  təsərrüfat  sahibləri.  Hər  bir  vətəndaş  7,5 
hektardan  125  hektaradək  torpaq  ala  bilərdi.  Minimum  həemdə 
torpağı  olan  kəndlinin  sahəsi  borea  görə  bölünə  və  satıla  bilməzdi. 
Torpaq  böyük  oğula  keçirdi.  Ölkədə  ari  mənşəli  torpaq  sahibləri 
təbəqəsi  -  bauerlər  yaradıldı.  Bauerlər  ölkədə  beeərilən  bütün 
torpaqların 40%-nə nəzarət edirdi. Kəndlilər Üçüneü reyxin irqi saflıq 
və  müdafiə  dayağı  hesab  olunurdu.  Bu  isə  yerlərdə 
nasional-sosialistlərin  mövqelərini  daha  da  möhkəmləndirirdi. 
1938-ei  ildə  irsi  həyətlərin  sayı  artaraq  685  minə  çatdı.  Kənd 
təsərrüfatı məhsullarının sərbəst satışı ləğv edildi. Məhsullar müəyyən 
olunmuş qiymətlərlə dövlət alqı-satqı məntəqələrinə verilirdi. Ölkədə 
kənd  təsərrüfatı  məhsulları  istehsalının  artımına  şərait  yaratmaq 
məqsədi  ilə  xariedən  gətirilən  belə  mallar  üzərinə  yüksək  gömrük 
rüsumu qoyulmuşdu. 
1934-
 
eü  il  fevralın  27-də  qəbul  edilən  alman  iqtisadiyyatının 
üzvi qurulması haqqında qanuna əsasən Sənaye təsərrüfatı təşkilatı və 
İmperiya  ərzaq  idarəsi  yaradıldı.  Sənaye  təsərrüfatı  təşkilatı  yeddi 
təsərrüfat  qrupuna  bölündü:  sənaye,  nəqliyyat,  enerji,  tiearət, 
sənətkarlıq,  bank  və  sığorta  işi.  Buna  uyğun  olaraq  kiçik  sahələr 
yaradıldı.  Ölkədə  güelü  təmərküzləşmə  başladı.  İqtisadi  sahədə 
həyata keçirilən tədbirlərə Gerinq rəhbərlik edirdi. Kənd Təsərrüfatı 
Nazirliyinə tabe olan İmperiya ərzaq idarəsi nisbətən müstəqil qurum 
idi. 
Silah istehsalının  genişləndirilməsi,  yeni  iş  yerlərinin açılması 
hesabına  işsizlik  azaldı.  Dünya  iqtisadi  böhranının  zəifləməsi  də 
Almaniya iqtisadiyyatının inkişafına kömək etdi. 
91 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə