həyata keçirilməsi ləngidi. Sosial ziddiyyətlər daha da kəskinləşdi.
Tətil hərəkatı gücləndi. Xüsusən, ölkənin daş kömür sənayesində
böyük narazılıq hökm sürürdü. Şaxta sahibləri daş kömürün xarici
bazarda rəqabət qabiliyyətinin artırılması və maya dəyərinin aşağı
salınmasında maraqlı idilər. Amma onlar buna köhnə şaxta
avadanlıqlarının dəyişdirilməsi ilə deyil, fəhlələrin əmək haqqının
azaldılması yolu ilə nail olmaq istəyirdilər. 1925-ci ilin yayında şaxta
sahibləri iş gününün artırılması və əmək haqqının azaldılması barədə
şərtləri mədənçilərə bildirdilər. Şərtləri qəbul etmədikləri təqdirdə
onları işdən qovmaqla hədələdilər. Lakin bu hədələr heç bir nəticə
vermədi. Mədənçilərin federasiyası şərtləri rədd etdi. Dəmiryolçular,
nəqliyyatçılar və maşınqayıranlar federasiyanın qərarını müdafiə
etdilər. Geri çəkilən şaxta sahibləri güzəştə getdilər. Hökumət
mədənçilərin əmək haqqının əvvəlki səviyyəsini saxlamaq üçün
mədən sahiblərinə 9 ay müddətində vəsait vennəyi öhdəsinə götürdü.
Bu, mühüm qələbə olduğundan həmin gün - iyulun 31-i qımıızı cümə
adını aldı. Lakin münaqi.şə yenə də həll olunmadı. Doqquz aylıq
müddət başa çatdıqdan sonra, 1926-cı il aprelin 30-da şaxta sahibləri
lokaut elan etdilər. Onlar müəssisələri bağlayıb fəhlələri işdən
qovdular. Buna cavab olaraq işçilər lokauta qarşı çıxdılar. Ölkədə
gərginlik yarandı. Problemi həll etmək üçün hökumət fövqəladə
vəziyyət tətbiq etdi. Tred-yu- nionların Ali Şurası İngiltərə tarixində
ilk dəfə olaraq ümumi tətilə çağırdı. Tətil mayın 4-də başladı. Ölkə
əhalisinin 18 mln. nəfərinin iştirak etdiyi bu tətilin başlıca tələbi əmək
haqqının azaldılmaması və iş gününün artırılmamasma təminat
verilməsi idi. Tətilin gedişində bəzən yerli hakimiyyət orqanlarının
funksiyalarını yerinə yetirən komitələr və fəaliyyət şuraları yaradıldı.
Qarşıdurma yüksək həddə çatdığından hökumət fəhlə çıxışlarını
yatırmaq xətti götürdü. Təbliğat və ştreykbrexerçilik işə
salındı.Tred-yunionların rəhbərləri olan D.Tomas, U.Sitrin və
E.Bevin ümumi tətili qanunsuz elan edərək mayın 12-də onu
dayandırdılar. Fəhlələr işə qayıtmağa məcbur oldular.
Tətil hərəka
tı məğlubiyyətə uğradı. Əmək haqqı azaldıldı. İş günü 8 saata
qaldırıldı.
Bununla belə, hökumət münaqişələri yumşaltmaq məqsədi ilə
islahatlar həyata keçirməyə başladı. 1927-ci ildə parlament Sənayedə
münaqişələr və həmkarlar ittifaqları haqqında qanun qəbul etdi.
Qanuna əsasən hökuməti hər hansı fəaliyyətə məcbur etməyə çağıran
ümumi tətillər və başqasına hədə gələn kütləvi piketlər qadağan
olundu. Tətil zamanı işi davam etdirdiklərinə görə həmkarlar
ittifaqlarının üzvlüyündən çıxarılan fəhlələr vurulan ziyana görə
təzminat tələb edə bilərdilər. Dövlət qulluqçuları siyasi fəaliyyətlə
məşğul, fred-yuniyonların konqresinə və Leyborist Partiyasına daxil
ola bilməzdilər. Onların yalnız xüsusi həmkarlar ittifaqları təşkilatına
daxil olmaq hüquqları var idi. Qanun həmçinin həmkarlar ittifaqları
birliklərinin siyasi məqsədlər üçün nəzərdə tutulmuş mailiyə
fondlarını yaratmasını ciddi şəkildə tənzimləyirdi.
Həmin ildə sosial sahəyə dair iki qanun qəbul edildi. İşsizliyin
aşağı həddi müəyyənləşdirildi. Bu qanunlara görə işsizlik ölkədəki
əmək qabiliyyətli əhalinin 10%-nə qədər ola bilərdi. Hökumət
işsizlərə yardım sistemini təkmilləşdirdi. Əgər işsiz həqiqətən iş
axtarıb tapa bilməzdisə, ona yardım edilirdi. İşsizlərə yardım
göstərilməsi funksiyası yerli özünüidarə orqanlarına verildi.
Əvvəllər
mövcud olan mərkəzləşdirilmiş himayəçilik ləğv edildi.
İstehsalın səmərəliliyinin artırılması və maddi-texniki bazasının
modernləşdirilməsi gücləndirildi. Qəbul edilən qanunların tətbiqi
müəssisələrin rentabelli işləməsinə kömək etdi.
Əməklə kapital arasında ziddiyyətlərin yumşaldılması üçün
tədbirlər həyata keçirildi. Həmkarlar ittifaqlarının rəhbərləri və
sahibkarlar 1928-ci ilin yanvar ayında İmperiya kimya trestinin
rəhbəri Alfred Mondun sədrliyi altında başlıca məqsədi əmək
münasibətləri sahəsində dövlət siyasətinin ümumi prinsiplərini
işləyib hazırlamaqdan ibarət olan birləşmiş hökumət komissiyası
yaratdılar. Tred-yunionların Ali Şurası ilə məsləhətləşən komissiya
əməklə kapitalın barışdınimasının ümumi prinsiplərini hazırlayıb
124