BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə46/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   42   43   44   45   46   47   48   49   ...   120

hökumətinin  üzvü  Şari  de  Qolla  saziş  bağlayaraq  ona  yardım 
edəcəyini  bildirdi.  Fransa  məğlub  olduqdan  sonra  ingilis  hökuməti 
iqtisadiyyatı  hərbi  relsə  keçirdi.  İngilis  iqtisadiyyatı  bütün  gücü  ilə 
müharibə  məqsədləri  üçün  işləməyə  başladı.  Müharibə  illərində 
əsasən hərbi istehsal sahəsinə 1 mlrd, funt sterlinq sərmayə qoyuldu. 
1940-
 
cı  ilin  yayında  Almaniya  İngiltərə  uğrunda  döyüşə 
başladıqda Çerçil ölkəni alınmaz qalaya çevinnək şüarını irəli sürdü. 
Ölkənin müdafiə qabiliyyəti möhkəmləndirildi. Almaniya hərbi hava 
qüvvələri ölkə ərazisini bombardman etsələr də məqsədlərinə nail ola 
bilmədilər. Bu döyüşlər ingilis xalqının qəhrəmanlığını göstərdi. 
1941-
 
ci  ildə  qəbul  edilən  qanuna  əsasən  Əmək  Nazirliyinin 
icazəsi olmadan iş yerini dəyişmək qadağan edildi. 
Müəssisələr  bütün  ingilis  iqtisadiyyatının  gücünü  müharibədə 
qələbə qazanılmasına yönəltdilər. 
1941-
 
ci ildə Balkanlar, İraq, Suriya və Livana çıxarılan ingilis 
ordu hissələri hərbi əməliyyatlarda uğur qazandılar. Həmin il iyulun 
12-də  Almaniyaya  qarşı  müharibədə  birgə  fəaliyyət  haqqında 
ingilis-sovet sazişi, avqustun 14-də isə Çerçil və Ruzvelt antihitlerçi 
koalisiyanın siyasi ideologiyasının əsasını qoyan Atlantika xartiyasını 
imzaladılar. Artıq 1941-ci ilin sonlarında Böyük Britaniya az tələfat 
verməklə  Almaniya  üzərində  qələbə  qazanmaq  strategiyasını  qəti 
olaraq müəyyənləşdirdi. 
1942-
 
ci  ilin  may  ayında  Böyük  Britaniya  ilə  SSRİ  arasında 
hərbi  ittifaq  və  müharibədən  sonrakı  dövrdə  əməkdaşlıq  haqqında 
saziş  imzalandı.  Böyük  Britaniya  Macarıstan,  Rumıniya  və 
Finlandiyaya müharibə elan etdi. 
Kanada  hərbçiləri  metropoliyaya,  Avstraliya  əsgərləri  Yaxın 
Şərqə və Şimali Afrikaya, Yeni Zelandiyaya ordu hissələri isə Yaxın 
Şərqə  göndərildilər.  Cənubi  Afrika  və  Hindistan  hissələri  Şimali 
Afrikada aparılan hərbi əməliyyatlarda iştirak etdilər. 
1942-
 
1943-cü  illərdə  ingilis-amerikan  qüvvələri  Afrika 
hərbi 
141 


əməliyyatlar meydanında əsaslı dönüşə nail olduqdan sonra bu qitədə 
hərbi əməliyyatların aparılması dayandırıldı. Müttəfiqlər 
1943-
 
cü  ilin  aprel-may  aylarında  Atlantika  uğrunda  döyüşdə  də 
qələbə çaldılar. Bu qələbə Almaniyanın məğlubiyyətinin labüdlüyünü 
göstərdi. 
İngilis  hökuməti  antihitlerçi  koalisiyanın  yaradılması  və 
möhkəmləndirilməsinə öz töhfəsini verdi. 
Müharibə  illərində  İngiltərə  hökuməti  hərb  sənayesini  sürətlə 
inkişaf  etdirdi.  Güclü  silahlı  qüvvələr  yaratdı.  1944-cü  ildə  ingilis 
silahlı qüvvələrinin sayı 4 mln. 543 min nəfərə çatırdı. Dominion və 
müstəmləkələrdən cəlb edilənlərlə birgə orduda 9,5 mln. adam qulluq 
edirdi. Müharibə dövründə ölkədə 131 min təyyarə, 25 min tank, 300 
min  top,  1  mln.-dək  aviasiya  bombası,  160  mln.  top  mərmisi,  8,3 
mlrd,  patron  istehsal  edilmişdi.  Hərbi  sənayenin  tam  gücü  ilə 
işləməsinə  yalnız  1943-cü  ilin  avqust  ayında  nail  olundu. 
Maşınqayırma  və  kimya  sənayesi  inkişaf  etdi.  Hərb  sənayesinin 
genişləndirilməsi əlavə işçi qüvvəsi tələb etdiyindən işsizlər işə cəlb 
olundular.  Ölkədə  işsizlik  tamamilə  ləğv  edildi.  Hökumət  işçi 
qüvvəsindən  istifadəni  tənzimlədi.  Bütün  istehsal  sahələrində  ruh 
yüksəkliyi yarandı. Müharibənin aparılması üçün lazım olan silah və 
sursatın əsas hissəsini İngiltərə özü istehsal edirdi. 
Müharibə  illərində  hökumət  kənd  təsərrüfatının  inkişafına 
xüsusi  diqqət  yetirdi.  Xaricdən  ərzaq  gətirilməsi  çətin  olduğundan 
hökumət  kənd  təsərrüfatı  məhsulları  istehsalını  genişləndirmək 
məqsədi  ilə  tədbirlər  həyata  keçirdi.  Fermerlərə  əvəzsiz  yardımlar 
edildi. Bu tədbirlərin nəticəsində ölkədə taxıl və kartof əkini sahələri 
genişləndirildi.  Məhsuldarlıq  artdı.  İngiltərə  müharibə  illərində 
özünün ərzaq tələbatını əsasən ödəyirdi. 
Müharibə İngiltərənin dominion və müstəmləkələrində iqtisadi 
inkişafa  müsbət  təsir  göstərdi.  Həmin  ərazilərdə  yeni  fabrik  və 
zavodlar tikildi. Faşizmə qarşı ümumi mübarizədə onlar mühüm rol 
oynadılar. 
Ölkədə 1935-ci ildən bəri parlament seçkiləri keçirilmirdi. 
142 


Belə şəraitdə Çerçilin koalisiyalı hökumətində narazılıqlar yaranmağa 
başladı. Hökumət ölkədə parlament seçkilərinin Avropada müharibə 
başa  çatdıqdan  dərhal  sonra  keçiriləcəyini  bəyan  etdi.  Avropada 
müharibə sona çatan kimi Çerçil mayın 24-də koalisiyalı hökumətin 
istefaya  getdiyini  və  iyulun  5-də  parlamentə  seçkilər  keçiriləcəyini 
elan  etdi.  O,  keçid  hökuməti  yaratdı.  Bu  hökumət  öz  yerini 
seçkilərdən sonra yaradılacaq yeni hökumətə verməli idi. Leyboristlər 
seçkilərə  ingilis  xalqının  əhval-  ruhiyyəsini  əks  etdirən  proqramla 
getdilər.  Onlar  müharibə  illərində  iqtisadiyyat  üzərində  qoyulmuş 
dövlət nəzarətinin saxlanılması, sənayenin əsas sahələrinin, torpağın 
və  ingilis  bankının  milliləşdirilməsi  tələblərini  irəli  sürdülər. 
Mühafizəkarlar  isə  seçkiqabağı  kampaniyanı  Çerçilin  şəxsi  nüfuzu 
üzərində  quraraq  milliləşdirmənin  və  iqtisadiyyat  üzərində  dövlət 
nəzarətinin  saxlanmasının  əleyhinə  çıxdılar.  Seçkilərin  nəticəsi 
mühafizəkarlar üçün tamamilə gözlənilməz oldu. Onlar məğlubiyyətə 
uğradılar.  Leyboristlər  parlamentdə  389,  mühafizəkarlar  isə  yalnız 
209 yer qazandılar. Yeni hökuməti leyboristlərin lideri Klcment Ettli 
yaratdı.  Leyborist  hökumətində  xarici  işlər  naziri  Emest  Bevin,  baş 
nazirin  müavini  isə  Herbert  Morisson  oldu.  Beləliklə,  dünya 
müharibəsi illərində Almaniya bloku ölkələri üzərində hərbi-siyasi və 
diplomatik  qələbədə  müstəsna  rolu  olan  U.Çerçil  seçkilərdə 
məğlubiyyətə  uğradı.  Bu  zaman  Ettli  Potsdam  konfransında  Çerçili 
əvəz etdi. İkinci dünya müharibəsinin sona çatması ilə ölkə tarixində 
yeni dövr başlandı. 
143 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə