BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə58/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   54   55   56   57   58   59   60   61   ...   120

Bolşevik  inqilabı  baş  verdikdən  sonra  bəzi  amerikalılar 
düşünürdülər ki, əgər Rusiyada kiçik bir fraksiya hakimiyyəti öz əlinə 
alıbsa, deməli, belə bir qrup ABŞ-da da hakimiyyətə gələ bilər. 1919- 
cu ilin aprel ayında poçt xidməti 40-a yaxın məşhur adamın ünvanına 
göndərilmiş bombanı tapıb zərərsizləşdirdikdə bu qorxu daha da artdı. 
Ədliyyə naziri A.Miçel Palmer Ədliyyə Departamenti nəzdində 
yeni  bir  ümumi  kəşfiyyat  idarəsi  yaratdı.  İdarənin  rəhbəri  C.Edqar 
Huver  təyin  edildi.  Huver  məşhur  radikallar  haqqında  müvafiq 
materiallar toplamağa başladı. Müxtəlif təşkilatlarda həbslər aparıldı. 
Xeyli adam  ölkəni tərk etdi. Artıq 1920-ci  ilin  yayında amerikalılar 
ABŞ-da anarxiyanın baş verməyəcəyinə əmin oldular. 
Ölkədə siyasi partiyalar, o cümlədən sol təmayüllü təşkilatlar da 
fəaliyyət  göstərirdilər. Sosialist Partiyasının daxilindəki sol qanadın 
nümayəndəsi Con Rid partiyanın Çikaqo qurultayından qovulduqdan 
sonra  1919-cu  il  avqustun  31-də  Amerika  Kommunist  Fəhlə 
Partiyasını,  Ç.Rutenberq  isə  sentyabrın  1-də  Amerika  Kommunist 
Partiyasını yaratdılar. 1921-ci ilin may ayında bu partiyalar Amerika 
Kommunist  Partiyasında  birləşdilər.  Partiyanın  katibi  Ç.Rutenberq 
oldu.  Sosialistlər  cəmiyyətin  inkişafında  təkamül,  kommunistlər  isə 
inqilabi  yola,  sinfi  mübarizəyə  üstünlük  verirdilər.  Amerikan 
cəmiyyəti kommunistləri qəbul etmirdi. 
Ölkədə həmkarlar hərəkatı da gücləndi. Kommunistlər 1920- ci 
ilin  noyabr  ayında  U.Foster  başda  olmaqla  Həmkarlar  İttifaqı 
Təbliğatı Cəmiyyətini yaratdılar. 
1920-
 
ci  ilin  payızında  ölkədə  prezident  seçkiləri 
kampaniyası qızışdı. 
Uarren Hardinqin prezidentliyi 
1920-ci ildə ABŞ konstitusiyasında edilən 19-cu düzəlişə əsasən 
21 yaşına çatmış qadınlara seçib-seçilmək hüququ verilməsi əhalinin 
siyasi fəallığını xeyli artırdı. 
Millətlər Cəmiyyəti məsələsində düşdüyü uğursuzluq Vilsona 
177 


ağır  təsir  etmişdi.  O,  nəzərdə  tutulmuş  plana  uyğun  olaraq  ölkəni 
gəzməyə çıxdı. Kolorado ştatının Pueblo şəhərində Vilson iflic oldu. 
Bu xəstəlikdən heç vaxt şəfa tapmadı. Vilsonun xəstəliyi işləməsinə 
mane olurdu. Onun üçüncü dəfə prezidentliyə namizəd irəli sürülməsi 
də  mümkün  deyildi.  Çünki  o  vaxtadək  ABŞ  tarixində  belə  bir  hal 
olmamışdı.  Ümumiyyətlə,  müharibədə  qazanılan  qələbəyə 
baxmayaraq,  Demokratlar  Partiyası  xeyli  zəifləmişdi.  Demokratlar 
Ohayo ştatının qubernatoru C.Koksun, Respublikaçılar Partiyası isə 
əvvəllər  jurnalist  və  senator  işləmiş  Uarren  Hardinqin  (1865-1923) 
namizədliyini  irəli  sürdü.  1920-ci  il  noyabrın  2-də  ölkədə  yeni 
prezident  seçkiləri  keçirildi.  Seçki  kampaniyasını  Respublikaçılar 
Partiyası Vilsonun xarici siyasət xəttinin tənqidi üzərində qurdu. Bu 
zaman  ölkəni  bürüyən  iqtisadi  böhran  da  Demokratlar  Partiyasının 
xeyrinə olmadı. Seçicilər ölkədə rast gəlinən hər bir xoşagəlməz hal 
üçün  demokratları  günahlandırmağa  başladılar.  Seçkiləri  ABŞ-ın 
Millətlər  Cəmiyyətinə  üzv  olmaq  məsələsində  referendum  da 
adlandırmaq  olardı.  ABŞ-ın  beynəlxalq  işlərdə  fəal  iştirakına  və 
Millətlər  Cəmiyyətinə  üzvlüyünə  tərəfdar  olan  31  məşhur 
respublikaçı  Hardinqin  prezident  seçilməsinin  ölkənin  mənafeləri 
üçün  xeyirli  olacağını  bildirdilər.  Bu  zaman  amerikalılar  xarici 
siyasətdə yeridilən təcridçilik xəttinin zərərli olduğunu daha çox başa 
düşdülər. Seçicilərin böyük əksəriyyəti müharibə üçün demokratları 
təqsirləndirirdilər.  Ölkədə  xaricilərə  olan  inamsızlıq  artdı.  Əhali 
bolşevizm  ideyalarından  qorxurdu.  Kommunist  təhlükəsi  amerikan 
cəmiyyətində  hamını  narahat  edirdi.  Belə  şəraitdə  xalq  fərdin 
inkişafına üstünlük verən, kollektivçiliyi rədd edən respublikaçıların 
tərəfini  saxladı.  Seçicilərin  çoxu  Vilson  prinsiplərinin  ABŞ  üçün 
zərərli  olduğu  qənaətində  idi.  Onlar  tərəqqi  dövrü  üçün  islahatların 
həyata  keçirilməsini  və  amerikan  cəmiyyətinin  nonnal  həyata 
qaytarılmasını istəyirdilər. 
Seçkilərdə Hardinq 16 mln., C.Koks isə 9 mln. 130 min səs topladı. 
Ölkə tarixində ilk dəfə olaraq qadınlar bütün ölkə 
178 


ərazisində prezidentliyə namizədə səs verdilər. Hardinq ölkənin 29-cu 
prezidenti,  vitse-prezident  isə  Massaçusets  ştatının  qubernatoru 
Kaivin  Kuliç  oldu.  Respublikaçılar  konqresin  hər  iki  palatasında 
üstünlük  əldə  etdilər.  Beləliklə,  səkkiz  illik  fasilədən  sonra 
respublikaçılar yenidən hakimiyyət başına gəldilər. 
Hardinq müharibə dövründə xaricilərə və radikallara inamsızlığı 
artan  amerikan  xalqının  əhval-ruhiyyəsini  nəzərə  aldı.  Ölkədə  irqi 
ayrı-seçkilik  meylləri  təhlükəli  həddə  çatmışdı.  Ancaq  Hardinqin 
qələbəsi amerikan xalqının vilsonizm prinsipləri və beynəlmiləlçilik 
siyasətindən  tamamilə  imtina  etməsi  demək  deyildi.  Çünki  məhz 
həmin prinsiplərin əsasında ABŞ iqtisadiyyatı yüksək sürətlə inkişaf 
etmiş,  amerikan  kapitalının  nüfuzu  artmışdı.  Bununla  belə,  Vilson 
idealizmindən  imtina  edildi.  Yeni  şəraiti  düzgün  qiymətləndirən 
Hardinq  hökuməti  fəal  daxili  siyasət  yeritməyə  başladı.  Prezident 
iqtisadiyyatın  dövlət  tənzimlənməsi  siyasətinin  əleyhinə  çıxaraq  bu 
məqsədlə ayrılan büdcə xərclərinin azaldılmasını təklif etdi. 1921-ci 
ilin  dekabr  ayında  konqresə  göndərdiyi  illik  məktubunda  o, 
hakimiyyətin  federal  hökumətin  əlində  çox  cəm-  ləşməsinin 
yolverilməzliyini  bəyan  etdi.  Prezident  normal  qaydalar,  normal 
zaman  şüarlarını  irəli  sürdü.  Normal  zaman  və  normal  qaydalar 
dedikdə  əsl  amerikan  prinsipləri  olan  fərdiyyətçilik  və  dövlətin 
cəmiyyətin  sosial-iqtisadi  həyatına  qarışmamasının  tətbiqinin 
vacibliyi  nəzərdə  tutulurdu.  Fərdiyyətçiliyin  nəzəriyyə  və 
praktikasının  əsasını  ticarət  naziri  Herbert  Huver  geniş  şərh  etdi. 
Fərdiyyətçilik  bütün  ölkə  vətəndaşları  üçün  bərabər  imkanların 
yaradılmasını  irəli  sürürdü.  Bərabər  imkanların  mühafizəsi 
funksiyasını  isə  dövlət  həyata  keçinnəli  idi.  Dövlət  cəmiyyətin 
iqtisadi  və  sosial  həyatına  qətiyyən  müdaxilə  edə  bilməzdi.  Qısa 
müddətdə  dövlət  tənzimlənməsi  tamamilə  məhdudlaşdırıldı.  Dövlət 
inhisar-  çılığı  azaldıldı.  Onun  yerini  xüsusi  inhisarçılıq  tutdu. 
Hökumət şəxsi biznesin inkişaf etdirilməsi xəttini götürdü. 
Hökumətin siyasəti mühafizəkar səciyyə daşıyırdı. Bu isə belə 
bir inama əsaslanırdı: özəl biznesi təşviq etmək üçün hökumət bir 
179 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə