Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
73
Bu il yaxın dostum Bünyamin bəyin 50 yaşı (2014-cü ilin 
mart ayı) tamam olur. Yarım əsr həyat yaşayan Bünyamin bəyə 
can sağlığı,  şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində 
uğurlar diləyirəm. 
  
                                                  Bakı şəhəri 
                                                  06 yanvar 2014-cü il  
 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
74
 
 
DOST  ANIMI 
 
 
 
HƏMİDƏ MƏHƏRRƏM 
QIZI  MƏMMƏDOVA 
 
Elçibəyin sadiq əsgəri, 
Ordubad rayon Məclisinin 
keçmiş sədri 
 
 
 
                  
 
 
 
 
 
BÜTÖV VƏ BÖYÜK AZƏRBAYCAN YOLÇUSU 
 
        Azərbaycanda Milli-azadlıq hərəkatı başlamazdan bir neçə 
il əvvəl Əbülfəz bəyi tanıyırdım. Kələkiyə gələndə söhbətlərini 
dinlər, azadlıq, müstəqillik haqqında xəyallar qurardım. Sonra 
dinləyicilər artdı, mövzular çoxaldı  və  təşkilatlar yaratmaq 
ehtiyacı duyuldu. 1988-ci ildə xalq hərəkatı başlayanda biz 
təşkilat kimi formalaşdıq. Əvvəl beş, sonra yeddi nəfər olduq. 
O vaxt Naxçıvanda da Yurd təşkilatı siyasi fəaliyyət göstərirdi. 
Naxçıvanda və rayonlarda, xüsusən Ordubadda və Culfada 
keçirilən mitinqlər bizi Yurd təşkilatı ilə birləşdirdi. Başqa 
rayonlarla yanaşı Culfada keçirilən ilk mitinqdə Milli azadlıq 


Böyük Azərbaycan yolçusu 
 
 
75
hərəkatının lideri Əbülfəz Elçibəy və jurnalist Nəcəf Nəcəfov 
da iştirak edirdi. Bünyamin Qəmbərlini o vaxt orda tanıdım. Bir 
az ağır, sərt çıxışları ilə yaşadığımız dövrü təhlil edir, qarşıda 
duran vəzifələri tələb kimi ortaya qoyurdu. Qətiyyətli, dürüst, 
təmiz insan olduğu üçün nüfuzu da çox idi. Məhz buna görə də 
1990-cı il deputat seçkilərində  həm Naxçıvana, həm də 
Azərbaycana namizədliyi irəli sürülmüşdü. Heydər  Əliyevin 
Azərbaycan parlamentinə seçilməsi vacib olduğu qədər də çətin 
idi. Çünki o vaxtkı hakimiyyətin hər vəchlə Heydər  Əliyevin 
deputat seçilməsinə mane olacağı aydın idi. Bunun üçün 
Heydər  Əliyev elə bir yerdən namizəd verilməli idi ki, 
hakimiyyət heç cür mane ola bilməsin. Bu zaman bir çox 
cəbhəçinin və nehrəmlinin kəskin etirazına baxmayaraq 
Bünyamin Qəmbərli Azərbaycana namizədliyini geri götürərək 
yerini Heydər  Əliyevə verdi və onun qətiyyəti və  səyi 
nəticəsində Heydər  Əliyev Nehrəmdən Azərbaycana deputat 
seçildi. 
        Bünyamin Qəmbərli sərhəd hərəkatında da çox böyük rol 
oynadı. Azərbaycanı ikiyə bölən, Azərbaycanın assimliyasiya 
siyasətinə xidmət edən sərhədlərin aradan götürülməsi üçün 
keçirilən bütün tədbirlərdə Bünyamin Qəmbərli aparıcı 
mövqedə oldu. Sərhədlər söküldükdən bir müddət sonra-1990-
cı il martın 21-də Novruz bayramı ilə  əlaqədar Güney 
Azərbaycana 3 günlük gedişə icazə verildi. Biz bir qrup 
Bünyamin Qəmbərli ilə  bərabər Güney Azərbaycana keçdik. 
Güneydə bizi xüsusi coşqu ilə qarşıladılar. Orada bizim bir 
çoxumuzu, xüsusi ilə Bünyamin bəyi tanıdıqlarından hər 
tərəfdən bizi evlərinə qonaq aparmaq istəyənlərlə  əhatə 
olunduq. Biz Bünyamin bəyin kiminlə getməyə qərar verməsini 
gözləyirdik. Bünyamin bəy bu coşqudan və cammaatın 
çoxluğundan istifadə edərək elə Culfa şəhərinin Güney 
parçasında sərhəd keçid məntəqəsinin yanında təxminən 15-20 
dəqiqəlik söhbət-çıxış elədi. Bundan sonra isə bizi bir evə 
Böyük Azərbaycan yolçusu 
 
 
76
qonaq aparmaq istəyənlərə baxmayaraq hamı ilə sağollaşıb heç 
gözləmədiyimiz halda bir nəfər güneyli qardaşımızla 
gedəcəyimizi bildirdi. Culfadan Ələmdara getdik. Sonradan 
öyrəndik ki, bizi əhatə edənlərin və qonaq aparmaq istəyənlərin 
içərisində  İran xüsusi xidmət orqanı Ettelatın adamları 
olduğunu bildiyi üçün həm camaata fikirlərini çatdırmaq, həm 
də vaxt qazanıb düzgün seçim etmək üçün Bünyamin bəy o 
çıxışı edib. Və həqiqətən də çox doğru seçim etdi. Bizi evində 
ağırlayıb əzizləyən qardaşımız (adını qəsdən yazmıram ki, İran 
ona zərər verə bilər) bizi növbəti gün Mərəndə, ordan isə 
Təbrizə apardı. Təbrizə çatanda Bünyamin bəy maşını 
saxlatdırdı  və maşından düşərək Təbrizin yolunu-torpağını 
öpdü. Bu zaman hamımız maşından düşüb Təbrizin torpağını 
öpdük. Bu və buna bənzər bir çox yaşananları, keçirdiyimiz 
hissləri təsvir etməyə  qələm və söz acizdir. Həm  Ələmdarda, 
həm Mərənddə, həm də  Təbrizdə milli şüurun oyanması üçün 
fürsət düşdükcə Bünyamin bəy söhbət və  çıxış edir, güneyli 
bacı-qardaşlarımızın həm maraq dolu suallarına geniş  şəkildə 
cavab verir, həm onlarda Qüzey Azərbaycan haqqında daha 
geniş təsəvvür yaratmaq üçün müxtəlif məsələlərlə bağlı ətraflı 
məlumat verir, həm də qarşıda duran vəzifələrdən danışırdı. 
        Hərəkat dövründə Naxçıvanda keçirilən bütün mitinqlərdə 
Bünyamin bəyin çıxışı olurdu. Bir dəfə  mən Afiyəddin 
Cəlilovun qəbulunda idim. Naxçıvanda mitinq keçirilirdi. O 
zaman A. Cəlilov həm Naxçıvan Ali Məclisinin sədri, həm də 
Vilayət Partiya Komitəsinin I katibi idi. A. Cəlilov otaqda əsəbi 
halda gəzişə-gəzişə “yenə Bünyamin başladı. Düz eləmir axı. O 
deputatdı, ona yaraşmır axı” deyərək gileyləndi. 
        Mən Ordubad rayonu Məclisinin sədri olduğum üçün 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün 
sessiyalarında və Rəyasət Heyyətinin bütün iclaslarında iştirak 
edirdim. Naxçıvan Ali Məclisinin 1991-ci il sentyabrın 3-də 
keçirilən yığıncağında Heydər  Əliyevin Naxçıvan Ali 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə