Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
59
ayrıca bir dövlət kimi... Tanışlar, həmsöhbətlər çox idi – Əsgər 
Məmmədli, Kazım Teymurlu, İbrahim İbrahimli, Arif Rəhimli, 
Qılman Əhmədov, Asəf Quliyev, rəhmətlik Mehman Qarağac, 
Fazil Mustafa və nəhayət, Bünyamin Qəmbərli.  
      Detallara  varmaq  istəmirəm, amma Bünyamin həmin 
“səksənincilər”dən bu gün də özü olaraq qalanlardandır. Elə 
həmin Bünyamindir. Naxçıvanın “səksənincilər”indən kimini 
zaman yedi, kimini tamahı, kimini ağlı, kimini özü, kimini də 
həbsxana.  
Amma Bünyamin yeyilmədi. Elə həmin “nehrəmli balası”dır...  
Necə deyərlər, köhnə şərab kimidir. İç, itisi alnına vursun...  
      Bünyamini  ilk  görünüşdən həzm etmək çətindir. Adamda 
naqolay  təəssürat yaradır.  İnsan təbiəti belədir ki, bizimlə 
həmfikir olanları  dərhal xoşlayırıq. Amma onda anadangəlmə 
bir müxaliflik var, həmişə özü kimi görünməyə  və öz fikrini 
bildirməyə cəhd edirdi. Bonapartizm kompleksi ilə yaşayan bu 
oğlan olan yerdə fikirlər həmişə  hərəkətdə, qaynamada 
olmalıdır. Bir sözlə, olduğu mühitdə həmişə katalizator rolunu 
oynayır  və müzakirə edilən məsələlərə qəfil şərhi, lap hərdən 
isə cığal orijinallığı ilə seçilir.  
      Bünyamini  çox  şeydə ittiham eləmək olar: bildiyini heç 
kimə verməz, inad və pedantizmə varacaq səviyyədə 
prinsipialdır, korporativ görünən maraqların içində  də özü 
olaraq qalandır,  rasional fikrə  əlüstü biət edəndir, ona 
irrasional görünən fikrə,  ən azı (!) əlini yelləyib havada jestlə 
“cəfəngiyyatdır!” yazandır. 
      O,  milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəylə
mərhum prezident Heydər  Əliyevlə  də üz-üzə oturub hansısa 
bir mübahisəli məsələ barəsində saatlarla dartışar (və dartışa 
bilirdi!) və sonda isə meydanı qalib kimi tərk edə bilərdi.  
      Qalib  çıxmasaydı da, yoluna davam edib göyə baxa-baxa 
təəssüfünü havanın saflığı ilə bölüşə bilirdi. Yəni onun üçün 
kult yox idi. (Bəy, yenə yoxdur?)   
Böyük Azərbaycan yolçusu 
 
 
60
      Bünyamini  Bünyamin  edən də elə bu ittiham ediləsi özəl-
likləridir və 80-ci illərdə onu Naxçıvandakı öz həmfikirlərinin 
içində bəzən “dissident”ə çevirən də bu cəhətləri idi.  
      Çiynində  amerikan avtomatı  Sədərək,  Şahbuz rayonunun 
Şada, Babək rayonunun Kərməçataq,Yuxarı  və  Aşağı Buzqov 
döyüşlərinə qatılanda da, Naxçıvan  şəhərinin Azadlıq mey-
danında özü boyda yumruğunu havaya qaldırıb imperiyaya və 
onun yerli əlaltılarına meydan oxuyanda da, donqili dəlillərlə 
“fəxri ezamiyyət”ə göndərildiyi  Şüvəlan həbsxanasında da 
sifətinin cizgiləri və iç dünyası dəyişilmədi.  
      Qədim müdriklərdən biri deyib ki, “Məqsəd – Yoldur”. 
Zənnimcə, Bünyamin də məhz Yoluna Məqsədli olanlardandır. 
Yola məqsədli olmaq hər bəndənin işi və tab gətirəcəyi 
marafon deyil. Sadəcə, böyük itaət və səbir istəyir. Amma ürək 
ağrısı ilə qeyd etməliyəm ki, onun keçdiyi yollardan keçənlərin 
əksəriyyətinin bu yollarda əqidəsi və içi biz qarışıq çox şeyi itik 
düşdü...     
      Buna  görə Bünyamin həmişə yad ediləndir və  qəlbin 
istədiyidir. 
      Onun  üçün  nəyin - ideyanınmı, insanınmı  və yaxud 
dövlətçiliyinmi üstün tutulduğunu kəsdirmək çətindir.    
      O  hesab  edir  ki,  çörəyini yeyib, suyunu içdiyimiz bu 
vətəndə dövlətçilikdən müqəddəs heç nə, heç kim yoxdur. 
Bütün siyasi qurumlar, onun təsəvvürüncə, dövlətçilik deyilən 
bu uca mehrabın önündə düşünülmədən bir göz qırpımında 
qurban verilə bilər. Buna görə  də  şəxsi altqat maraqlarının 
hökm sürdüyü siyasi qurumcuqlarda onun yeri həmişə dar olub.  
      90-cı illərin ortalarında köhnə  hərəkatçı  cığırdaşları ilə 
yollarının ayrılmasına da səbəb bu olmuşdu. Və  nə zamansa 
hansısa qurumla, ya liderlə yolu ayrılsa, deməli, yenə də onun 
dövlətçilik prinsiplərinə uyğun gəlməyən nəsə baş verib. 
Deməli, orada “Yumurtanı düz döyüşdürmürlər!” 
 


Böyük Azərbaycan yolçusu 
 
 
61
 
SÈYASÈLßRÈN GÞZÖNDß  
Vß SÞZÖNDß 
 
 
 
 
QÜDRƏT MÜZƏFFƏR 
OĞLU HƏSƏNQULİYEV 
 
BAXCP sədri, Millət vəkili 
 
 
 
 
 
 
İDEYALARINA BAĞLI İNSAN 
 
        Məşhur bir deyim var. Deyir “zaman çatlamış stəkandakı 
su kimidir, içsən də tükənəcək, içməsən də”. Bugün dönüb 
geriyə baxanda düşünürəm ki, nə yaxşı tanıdığım insanların 
böyük bir qismi, o cümlədən partiyadaşlarım bu zamandan 
maksimum faydalanaraq mənalı yaşayıblar. Belə  mənalı ömür 
yaşayanlardan biri də partiyadaşım, BAXCP-nin Təşkilat 
Məsələləri üzrə katibi Bünyamin Qəmbərlidir. 
       Bünyamin  bəyi Xalq Hərəkatının ilk illərindən tanıyıram. 
O zaman Azərbaycanda böyük təlatümlər yaşanırdı. Belə ki, 
ölkədə separatizm baş qaldırmış, ermənilər Dağlıq Qarabağa 
iddia edir və bu əraziləri Azərbaycandan qoparmağa 
çalışırdılar. Belə bir vəziyyətdə Azərbaycanda böyük bir Xalq 
Hərəkatı başladı, Naxçıvan Muxtar Respublikasında da bu 
Böyük Azərbaycan yolçusu 
 
 
62
hərəkatın ən güclü özəklərindən biri yarandı. Həmin hərəkatın 
rəhbərlərindən biri də Bünyamin Qəmbərli idi. O, hərəkatın 
başladığı ilk gündən ön sıralarda olaraq Azərbaycanın 
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. 
       Proseslərin inkişafı AXC-nin yaranması ilə  nəticələndi. 
Naxçıvan MR-də formalaşan  Vilayət təşkilatı AXC-nin aparıcı 
təşkilatlarından biri oldu. Bünyamin Qəmbərli də  həm AXC 
Naxçıvan Vilayət təşkilatı İdarə Heyyətinin üzvü, həm də AXC 
Ali Məclisinin üzvü kimi hər zaman təşkilatın güclənməsində, 
hakimiyyətə  gəlməsində  və torpaqlarımızın qorunması üçün 
özünümüdafiə  dəstələrinin yaranmasında xüsusi rol oynayıb. 
Ümumiyyətlə 1988-ci ilin əvvəllərindən-Dağlıq Qarabağda 
erməni separatizmi baş qaldırandan, Heydər  Əliyev 
hakimiyyətə  gələnə  qədər Naxçıvanın müdafiəsinin təşkil 
edilməsi və qorunması AXC-nin fəaliyyətidir. Bütün bu 
proseslərdə  təşkilatın rəhbərliyində olan bir adam kimi 
Bünyamin Qəmbərlinin də  əməyi az olmayıb. Məhz bu 
xidmətlərinə görədir ki, 1990-cı ildə Azərbaycanda keçirilən ilk 
demokratik parlament seçkilərində Bünyamin Qəmbərli 
Naxçıvan MR Ali Məclisinə deputat seçildi. 
        1996-cı ildə  həbs olunması da onu əqidəsindən döndərə 
bilmədi. 2000-ci ildə Xalq Hərəkatının lideri Əbülfəz Elçibəy 
dünyasını  dəyişəndən sonra təşkilata rəhbərlik iddiasında 
olanların təşkilatı  və Azərbaycanı deyil öz maraqlarını 
düşünməsinə qarşı ilk və  qətiyyətli çıxış edənlərdən biri də 
Bünyamin bəy oldu. Gedən proseslər nəticəsində BAXCP 
yarandı ki, Bünyamin Qəmbərli də BAXCP-ni yaradanlardan 
biridir. Bünyamin Qəmbərli hazırda BAXCP-də  Təşkilat 
Məsələləri üzrə katibdir. O dünyada və bölgədə gedən 
proseslərdən düzgün baş  çıxara bilir. Bünyamin Qəmbərli 
BAXCP-yə  sədaqətli və  təşkilatın ideyalarına bağlı bir insan 
kimi Azərbaycanda gedən siyasi prosesləri düzgün 
qiymətləndirərək öz siyasi fəaliyyəti ilə  həm Azərbaycanda 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə