Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
51
Bünyamin kimi təşkilatçı  və saf birisi haqqında böhtanların 
yayılmasını istəmirdim. 
Azərbaycan KP Naxçıvan  Vilayət Komitəsinin birinci katibi 
Afiyəddin Cəlilovla görüşdə tələb edəndə ki, məmurların yaydığı 
bu cəfəngiyyatı  yığışdırsın. O, çox sakit və  səmimi görünməyə 
çalışaraq dedi:  “Bu mümkün deyil. Bizim partiya - sovet 
işçilərinin, milislərin, idarə  və müəssisə müdirlərinin bir qismi 
ümumxalq malını  mənimsəməkdə o qədər mahirləşiblər ki, gəl 
görəsən. Hökumətin yüz cür nəzarət mexanizmi olmasına 
baxmayaraq onların oğurluğunun üstünü aça bilmir. İndi birdən 
xalqın nəzarətsiz gətirib Xalq Cəbhəsinə pul, qızıl vermələrini 
bağışlaya bilmirlər. Bünyaminlər yığılan vəsaitin hesabına silah 
almaq üçün həyatını  təhlükə qarşısına qoyurlar. Döyüşə gedir
həm özlərinin, həm də dedi - qodu yayanların ailə  şərəfini 
qorumağa çalışırlar. Bizimkilər də onlara ağılsız kimi baxır. 
Düşünürlər ki, kaş o vəsait bizim əlimizə keçəydi. Onda gör 
nəzarət mexanizmi olmayan bu vəsaiti necə mənimsəyərdik”. 
Afiyəddin Cəlilov söhbətlərimizdə pul, var-dövlət, vəzifə 
naminə vətəni, milləti satmağa hazır olan, şərəf, namus, ləyaqət nə 
olduğunu bilməyən məmurların adlarını  çəkir, onlardan lələdağ 
olduğunu söyləyirdi. Qəribəsi bu idi ki, həmin məmurları 
vəzifədən uzaqlaşdırmaq  əvəzinə  vəzifələrini yüksəldir, onlara 
daha çox səlahiyyətlər verirdi. 
Bir dəfə  sərxoş olmuş  hərbiçilərin zirehli maşınları ilə 
Nehrəm kəndinə girib mağazadan araq almaq istəmələri camaatı 
bərk narahat etmişdi. Onda nə cib telefonu vardı, nə də kənddəki 
telefonlar normal işləyirdi. Bünyamin dayaq dəstəsinin üzvləri ilə 
zirehli maşının qarşısını  kəsib onların kənddən çıxmasına  əngəl 
olmuşdu. Naxçıvanda hərbiçilərin qanunsuz hərəkatları haqqında 
bilgi vermiş, rəhbərlikdən nümayəndələr gələnədək zirehli 
maşının qarşısından çəkilməmişdi.  
Onda hərbiçilər Bünyaminin də, onun cəbhəçi yoldaşlarının 
da üzərindən zirehli maşını sürüb gedə bilərdilər. Görünür 
Böyük Azərbaycan yolçusu 
 
 
52
nehrəmlilərin kütləvi hərəkatı  və onların çılğınlığı  hərbçiləri 
qorxutmuşdu. Başa düşmüşdülər ki, orada 10-15 adam öldürsələr 
belə özləri də kənddən sağ çıxmayacaqlar.  
1990-cı ildə keçirilən seçimlərdə Bünyamin Qəmbərli 
Nehrəm kəndindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. 
Sessiyadakı cəsarətli çıxışları ilə yadda qaldı. Bəzən elə oldu ki, 
110 deputat arasında yeganə etiraz edən o oldu. Zaman isə onun 
haqlı olduğunu göstərdi. 
Bünyamin Qəmbərli  əqidə adamı idi. Ona görə  də  nə 
vəzifəyə,  nə var dövlətlərə aldanır, onu təhdidlərlə, hədələrlə də 
qorxutmaq olmurdu. Çünki mübarizəsində haqlı olduğunu bilirdi.  
O, yalnız Azərbaycan Xalq Cəbhəsi Naxçıvan təşkilatlarının 
gizli çap etdiyi qəzetləri, kitabçaları yayıb əldə edilən vəsaiti son 
qəpiyinə kimi göndərməklə kifayətlənmirdi, Gəncədə, Sabirabada 
və b. bölgələrdə gizli çap olunan qəzet, jurnal və kitabçaları da 
xalq arasında yayırdı. Özü də Xalq Cəbhəsi Nehrəm dayaq 
dəstəsinin “İstiqlal” adlı qəzetinin bir neçə nömrəsini çap etdirdi. 
Kiçik formatlı qəzetlərin bir vərəqi böyüklükdə, yəni qəzetçilərin 
dili ilə desək A3 formatlı iki səhifəlik bu qəzet səhv etmirəmsə 
Azərbaycanda yeganə  qəzet idi ki, onu kənd dayaq dəstəsi çap 
edirdi. 
Yəqin ki, bir zaman gələcək Bünyaminin Nehrəmdə yaşadığı 
ata-baba evinin qarşısına “1990-cı ildə gizli nəşr olunan  “Oyanış” 
qəzetinin redaksiyası burada yerləşmişdir” yazılacaq.   
Sərhədlər açılandan sonra gördük ki, İran  İslam 
Respublikasında yaşayan soydaşlarımızın Azərbaycanda baş 
verənlər haqqında aydın təsəvvürü yoxdur. Odur ki, Siyaməkin 
(Rəhbəri Nasirin) təşəbbüsü ilə “Oyanış” adlı bir qəzetin nəşri 
planlaşdırıldı. Mətbəə olmasa da, maliyyə  vəsaiti çatışmasa da 
əski əlifba ilə A4 formatda səkkiz səhifəlik qəzetin bir neçə sayı 
çap olundu. Həmin qəzetlərin böyük əksəriyyəti o taya göndərildi. 
İndi həmin qəzetin nümunələrini tapmaq çətin bir işə çevrilib. 
Türkiyəli alim, İran türklərinin  ədəbiyyatının, mətbuat tarixinin 


Böyük Azərbaycan yolçusu 
 
 
53
tədqiqatçısı  Ənvər Uzun bir neçə  dəfə  mənə xahiş etdi ki, 
“Oyanış” qəzetinin nümunələrini tapmaqda ona yardımçı olum. 
Təəssüf ki, onun bu arzusunu yerinə yetirə bilmədim. 
Bünyamin Qəmbərli Azərbaycan müstəqillik  əldə etdikdən 
bir neçə il sonra həbs edildi. O, buna faciə kimi baxmadı. 
“İnqilablar öz balalarını yeyərlər” deyimi ona çoxdan tanış idi.  
Bünyamin Qəmbərli dəfələrlə ölümlə üz-üzə  gəlmişdi. O, 
Şada döyüşlərində  də, Kərməçataq-Buzqov döyüşlərində  də, 
Sədərək döyüşlərində  də ölə bilərdi. Sərhəd məftillərinin 
sökülməsi kompaniyasında onun əlindən zəncir çeynəyən 
sərhədçilərin gülləsinə  də tuş  gələ bilərdi, lap elə  kənd 
mağazasından araq almağa gələn hərbçilər də zirehli maşını onun 
üstündən sürüb keçə bilərdilər. Sovet hökumətinin fanatik 
tərəfdarları, fanatik kommunistlər də Bünyamin Qəmbərlini 
müxtəlif yollarla aradan götürə bilərdilər. Bəlkə  də onda 
Bünyamin Qəmbərlini hamı bir qəhrəman kimi tanıyacaq,  adına 
məktəblər, küçələr veriləcək, büstü ucaldılacaqdı. İndi isə... 
Bünyamin Qəmbərli haqqında onu tanıyanlar çox yaza bilər, 
onun çox məziyyətlərindən söz aça bilər. Amma inanmıram ki, 
onların hansısa Bünyamin Qəmbərlinin xatirələri qədər 
əhəmiyyətli ola bilsin. 
 
 
 
 
 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
54
 
 
 
 
 
İNQİLAB  ORXAN 
  
                                      
                                 
 
 
 
 
 
I  MƏKTUB 
 
“Təbriz dedim,Şuşa dedim, 
Dərdimi birbaşa dedim!” 
 
         Əzizim Bünyamin bəy! 
         Sənə də gün kimi aydındır ki, bu yurdun, bu vətənin, bu 
ulu məmləkətin taleyində qılıncın rolu nə qədər mühüm olubsa 
qələmin, sözün də rolu bir o qədər  əvəzsiz olub. Və zaman – 
zaman dərdlərimizi, ağrılarımızı, yaralarımızı o müqəddəs 
qələm birər – birər sərgiləyib, faş edib, amma o qələmdən fərqli 
qılıncın missiyası həmin naqislikləri kəsib atıb. 
          Deməli, qılınc və  qələm, söz və silah bu canımız, 
ciyərimiz məmləkətin daim özünüqoruma vasitəsinə çevrilib. 
          Mən sənin, Bünyamin bəy, məmləkətimizin uzun illər 
müstəqillik uğrunda mübarizəsinin, özgürlük çabalarının nəti-
cəsi kimi möhtəşəm xalq hərəkatında öz “qılıncınla” (yəni real) 
iştirakını çox müşahidə etmişəm, qətiyyətini, prinsipiallığını, 
milli təəssübkeşliyini çox görmüşəm, amma o tarixi şansdan – 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə