Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
63
dövlətçiliyin qorunmasına və inkişafına xidmət edir,həm də 
BAXCP-nin daha da güclənməsinə çalışır. 
       Bünyamin  Qəmbərli həm də müəllim kimi fəaliyyət 
göstərir. Bünyamin bəy gənc nəslin düzgün tərbiyə olunması, 
sağlam və  mənəvi baxımdan güclü olması üçün öz əməyini, 
bilik və bacarığını əsirgəmir. 
       50  illik  yubileyi  ərəfəsində Bünyamin Qəmbərlini təbrik 
edir və düşünürəm ki, bundan sonra da o, uzun illər Azərbaycan 
xalqına və dövlətçiliyinə layiqincə xidmət edəcək. 
 
 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
64
 
 
 
FƏRƏC İBRAHİM  
OĞLU QULİYEV 
 
Milli Dirçəliş Hərəkatı 
Partiyasının sədri, 
Millət Vəkili 
 
 
 
 
 
QAZAVATIN,  
ƏBƏDİYAŞARLIĞIN MÜBARƏK! 
 
          Bu  dünyada  hər kəsin  şəxsi, qrup və anlayanların da 
anlamayanların da milli dövlət maraqları olur. Biriləri dövlət 
marağının nə olduğunu anlamayacaq qədər cahil olduğundan 
şəxsi və qrup maraqlarının təmininin girovuna çevrilirlər. 
Amma Milləti yaşatmaq naminə yaşamağı görəv bilənlər 
səadətlərini milli səadət icərisində axtararlar. Şəxsi və qrup  
maraqlarını Milli maraqların içərisində axtarmaq, millətlə bir 
tam olmağı anlamaq  və millətin faydalı elementinə - millət adlı 
binanın kərpicinə çevrilməkdir. Silahdaşım Bünyamin 
Qəmbərli millət adlı binanın kərpicinə çevrilmək missiyasını 
qəbul edənlərdəndir. 
          1989-cu ildə ” dünyanın ən mübariz xalqı ”  adına layiq 
görülən Azərbaycan xalqının bu adı almasında müstəsna 
xidmətləri olan soydaşlarımız ikinci dəfə mustəqil Azərbaycan 
dövlətinin bərpasına nail oldular. Bəziləri - xüsusilə  milli 
azadlıq hərəkatına mane olmağa çalışanlar,  ən azından bu 


Böyük Azərbaycan yolçusu 
 
 
65
hadisələrə biganə, seyrçi qalanlar bu müstəqilliyin verildiyini 
iddia etməyə cəhd etdilər. Amma həqiqət budur ki, milli şərəf 
olan Milli Azadlıq verilmir, alınır. Azərbaycan bölündükdən 
sonra həm Azərbaycanın güneyində, həm quzeyində daim 
Azərbaycanın  ədalətli status - kvosu olan tarixi - coğrafi 
ərazisində milli dövlət qurma uğrunda ardıcıl, ziq-zaqlı 
mubarizə getdi. Bu mübarizənin nəticəsi olaraq Azərbaycanın 
güneyində  də, quzeyində  də dövlət qurmaq nəsibimiz 
oldu.1918-20-ci illərdə movcud olmuş ADR - in süqutundan 
sonra da milli mübarizə  ən ağir  şərtlər altında davam 
etdirildi.1930-cu illərin sonuna qədər davam edən qaçaqçılıq 
hərəkatı, ikinci dünya savaşı dönəmində M.Ə.Rəsulzadənin 
siyasi, Düdənginiskinin hərbi  rəhbərliyi ilə aparılan Azərbay-
can Legionlarının möhtəşəm mübarizəsi, M.Ə.Rəsulzadə başda 
olmaqla mühacirət mübarizəsi, milli azadlıq hərəkatınin lideri 
Əbülfəz Elçibəy simasında 60-70-ci illərdəki dissident 
mübarizəsi milli azadlıq hərəkatı  zəncirinin ayrılmaz həlqələri 
idi.1980-ci illərin sonunda Azərbaycandakı leqal və kütləvi 
milli azadlıq hərəkatı növbəti dalğa idi. Eyni zamanda həm 
Rusiya müstəmləkəçiliyindən qurtulmaq,  həm Ermənistan - 
Rusiya silahlı qüvvələrinə qarşı döyüşmək, həm vətənimizin 
bölünməsinə  ən böyük etiraz olan sərhəd hərəkatını 
reallaşdırmaq kimi ağır və  şərəfli bir missiyanı  həyata 
keçirtmək Bizlərin üzərinə düşdü. Bu mübarizəni aparanların 
ortaq ömürlüyündə  qızıl hərflərlə yazılan müstəqil  Şimali 
Azərbaycan dövləti nəticəsi var. Bu nəticənin altında imza 
qoyan silahdaşlarıımdan biri Bünyamin Qəmbərlinin yarım 
əsrlik yubileyini təbrik etmək formal mahiyyətdədir, çünki belə 
insanlar əbədiyaşar olur. 
          Qazavatın, əbədiyaşarlığın mübarək! 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
66
 
           
 
SƏRDAR CƏLALOĞLU 
 
Azərbaycan Demokrat 
partiyasının sədri 
 
 
 
 
 
 
 
VƏTƏN DAŞLARI 
 
          Üstündən 25 il vaxt keçdikdən sonra keçmiş hadisələrə 
retrospektiv yanaşdıqda  baş verənləri  və bu  hadisələrdə rol  
almış insanları bir-bir yada saldıqda çox şey indi fərqli qiymət 
almağa başlayır. Vaxtı ilə ozünü xalq hərəkatının liderləri 
hesab etmiş insanlardan bir çoxu bu gün ya əks cəbhədə yer 
tutmuş ya da hərəkatdan oz mənfəətlərini təmin edərək gözdən                   
itmişdi. Amma hərəkatın bütün ağırlığını öz üzərində daşımış 
insanların bir çoxu hələ də millətinin və dövlətinin mənafeləri 
uğrunda mübarizəsini  davam etdirməkdədir. 
         “Daş düşdüyü yerdə ağır olar” demiş atalar. Məncə “ağır 
daşlar düşdüyü yerdə qalar” desək səhv etmərik. Daş demişkən 
böyük sairimiz Məmməd Arazın məşhur misraları yadıma 
düşür  
Vətən daşı olmayandan 
Olmaz ölkə vətəndaşı. 
         Vətən Daşı olmaq nə deməkdir? Vətən daşı necə olmaq 
olar?  Əgər vətəni millətin qalası hesab etsək onda hər bir 


Böyük Azərbaycan yolçusu 
 
 
67
vətəndas həmin qalanin daşı olur. Qala daşları öz üzərilərində 
düsmənin hücumlarının izlərini daşıdığı kimi Vətənin Daşları 
da özündə millətinə qarşı atılan oxların izlərini öz taleyində 
daşıyırlar. Vətən Daşı olmaq önde olmaq, birinci olmaq xalq 
kütlələrinin qarşısında boğazdan yuxarı  vətənpərvərlik nitqləri 
söyləməklə olmur. Vətən Daşı  vətənin ağrılarını ürəyində, 
yükünü çiyinlərində daşımaqla olur. Burada Fazil Mustafanın 
hafizəmin dərinləklərində bu günədək saxlanmıs əsgərlik vaxtı 
dostlarından birinə seirle müraciəti yadıma düsür. ”Məni bir 
daş kimi addamac yerinə Arazın ortasına qoyun üstümdən 
keçib vətənimi birləşdirin.” Budur Vətən daşının həqiqi 
missiyası. Bəzən o vətənin düşmənlərinə atılan bir daş olur, 
bəzən Arazdan keçib parçalanmış  vətənini birləşdirənlərin 
ayağı altında addamac olur, bəzənsə böyük tarixi özündə 
daşıyan qədim bir qalanın düşmüş daşının yerinə hörülmüş bir 
daş olur. Yalnız onda insan olur ölkə vətəndaşı. 
          Belə  Vətən Daşlarından  biri də  vətəndaş Bünyamin 
bəydir. Azərbaycanda o adamlar özünə  fəxrlə  vətəndaş deyə 
bilər ki, vətəni dövlətə çevirməkdə xidmətləri olub. Bünyamin 
bəyin də fəxrlə ozünü vətəndaşı hesab etdiyi müstəqil Azərbay-
can dövlətinin yaradılmasında özünə məxsus xidmətləri olub. 
          Bünyamin  bəyi hərəkatdan öncə gizli dərnəklər 
dövründən tanıyıram. Özunə xas qaynar təbiətli, təhlükəyə 
qarşı düsünmədən irəli atılan, hamının qorxub səsini kəsdiyi 
vaxt ucadan haqqın yanında olduğunu bəyan edən gənc bir 
fədaidir Bünyamin bəy. Bizim hərəkatda tam siyasiləsməmiş, 
amma vətənpərvərliyi  şübhə doğurmayan çoxlu insanlara rast 
gəlmişəm, Bünyamin bəy belələrindəndir. 
          Bəli, bu gün çoxları vaxtı ilə  hərəkatın fasadında 
durduqlarına görə indi özlərinə böyük imtiyazlar tələb edirlər. 
Amma elələri də var ki, heç vaxt fasadda durmağa cəhd 
etməmiş, amma hərəkatın ağırlığını səssiz-küysüz mətanətlə bir 
borc kimi özündə daşımışlar. Bünyamin bəy də belələrindəndir. 
Böyük Azərbaycan yolçusu 
 
 
68
Hərəkatımızın başa çatdığını hesab edənlər yanılırlar.  Əksinə, 
bu gün başlatdığımız xalq hərəkatı daha ciddi bir mərhələyə-
siyasi hərəkat mərhələsinə qədəm qoyub. İndi bölgədəki aparıcı 
aktyorların da sırası xeyli genişlənib düşmənlərimiz artıb, 
problemlərimiz çoxalıb.  İndi həmişəkindən daha çox Vətən 
Daşlarına ciddi ehtiyac yaranıb. Qarabağı qaytarmaq üçün 
separatçıların başına çırpılacaq Vətən Daşı lazımdr... 
Demokratik Azərbaycan binasının divarlarına hörülmək üçün 
demokrat-Vətən Daşı  tələb olunur.  Başqa vətəndaşlarla 
birlikdə millətin tarixinə hörülməyə  Vətən Daşı  tələb olunur. 
Əgər vətən “Ey varmıdır Vətən Daşı” deyə hayqırsa inanıram 
ki, ilk səs verənlərdən biri də Bünyamin bəy olacaq.  Çünki o 
bir çoxumuz kimi çox yaxşı bilir ki, Vətən Daşı olmayandan 
heç vaxt olmaz ölkə vətəndaşı...      
        
 
 
 
 
 
 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə