Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
91
 
Başına döndüyüm ata ocağım, 
Əlini öpdüyüm dayı pənahım. 
Yoxdu bu sevginin ucu-bucağı,- 
Yerdə Allah evim, göydə Allahım. 
 
Nəğməylə süslənən qızılgül kolu, 
Mənim ürəyimdə hələ qonçadı. 
Ürəkdən başlanan nəğmənin yolu, 
Çətini ürəyə yol tapıncadı. 
 
Yazın gəlişiylə Ələyəz yeli, 
Qovsun başınızdan dumanı, dağlar. 
Ərkinən qapını döyüb dost əli, 
Çatdırsın bu xeyir-duanı, dağlar! 
 
Böyük Azərbaycan yolçusu 
 
 
92
 
 
 
 
MƏMMƏD TAHİR 
şair 
     
 
 
 
 
 
 
 
 
 
“SINIQ KÖNÜLLƏRƏ PAYIZ TEZ GƏLİR” 
 
          Payız gecələrindən biridi. Əlimdə  əlyazma halında olan 
şeirləri oxuya-oxuya hərdən pəncərədən bayıra baxıram. 
Havalar üzüdönük dostların üzü kimi get-gedə soyuyur. Hərdən 
yayınan diqqətimi cəmləyib dostumun-çox uzun illər bundan 
qabaq tanıdığım, illər keçdikcə kişiliyi, qətiyyəti, cəsarəti, 
imanlı olması ilə sevilən ağzı dualı, ürəyi Allah sevgisi ilə dolu 
olan Bünyamin Qəmbərlinin şeirlərini oxuyuram. İndiyə qədər 
tanıdığım bir adamın başqa bir düşüncə sahibi olması ilə ilk 
dəfə rastlaşıram. Siyasi düşüncəsi, ictimai mübarizliyi ilə 
fərqlənən Bünyamin Qəmbərlinin poetik dünyası ilə tanış 
olduqca onun həm də incə ruhlu bir şair olduğu qənaətinə 
gəlirəm. Cəmi bircə misrası  məni dünyanın adiliyindən, o 
adiliyin qayğılarından alıb çox sevdiyim rəngarəng qızılı rəngli 
payızın içinə atır. ”Qırılmış budağa payız tez gəlir”. Bu bircə 
misranın poetik tutumu, fəlsəfi yozumu insanı varlıqla yoxluq 


Böyük Azərbaycan yolçusu 
 
 
93
arasındakı boşluqda yaxalayır, elə o an özünü havasız bir 
aləmdə hiss edirsən.  Əl atıb nədənsə tutmaq, dərindən nəfəs 
almaq istəyirsən. Yenə elə o an düşünürsən ki, qırılmış budağa 
payız tez gəlir. Əlli illik bir ömrün manifesti kimi səslənən bu 
poetik misralar güzgü kimi ötüb keçən neçə-neçə illəri adamın 
gözləri önündə canlandırır. 
          90-cı illəri yadıma salır bu misralar. O illərin içində 
Bünyamin Qəmbərlinin işıqlı siması, gənclik qüruru ilə 
işıqlanan baxışları, ictimai mahiyyət kəsb edən nüfuzedici 
nəzərləri, bir az da gəncliyinə  məxsus çılğınlığı, siyasi 
döyüşgənliyi çox dəqiqliklə yaddaşımda canlanır. Həmin o ağır 
günlərdə hamı Naxçıvan Xalq Cəbhəsinin mərkəzi qərargahına 
üz tutur, sanki ordan mənəvi qida alır, təskinlik tapırdı. Hamı 
cəbhə liderlərindən ümidverici bir söz gözləyirdi. O günlər o 
liderlər hamının, hər kəsin ümid yeri idi. Çox gənc olmasına 
baxmayaraq Bünyamin də o liderlərdən biri kimi çoxlarının 
inandığı  və güvəndiyi bir sima idi. Xatırlayıram, çox ağır 
günlər idi. Ölüsü düşənlər yası yola vermək üçün yağa, qəndə, 
hətta kartofa belə  kəskin ehtiyac duyurdu. Belə  məqamlarda 
Naxçıvan Xalq Cəbhəsi onlara yardım edirdi. Bünyamin də 
belə yardım edənlərin içində yer alırdı  və  dəfələrlə  şəxsən 
bunun şahidi olmuşam. O günlər şəhər dəniz kimi çalxalanırdı, 
köpüklü dalğalar kimi hey qabarıb çəkilirdi. Bu nəhəng 
dalğaların qabağında duruş  gətirmək, insanların fırtınaya 
dönmüş duyğularına istiqamət vermək, onların  əsəblərinə yön 
vermək, əlbəttə çox çətin idi, amma onlar bunu bacarırdılar. O 
liderlərdən Əli Şamilovu, Arif Rəhimovu, Sərdar Cəlaloğlunu, 
Asəf Quliyevi, Asif Kələntərlini,  İbrahim  İbrahimlini yaxşı 
xatırlayıram. Bünyamin Qəmbərli də onların arasında idi. Tez-
tez Bakıdan qonaqlar gəlirdi və onlar özləri ilə  bərabər 
Naxçıvana bir siyasi ab-hava gətirirdilər. Onları qarşılamaq, 
görüş  və mitinqləri təşkil etmək, adamlarla onlar arasında 
körpü yaratmaq da bir vəzifə idi. Belə məqamlarda Bünyamin 
Böyük Azərbaycan yolçusu 
 
 
94
də şübhəsiz xüsusi fəallıq göstərənlərdən biri idi. İndi çox-çox 
illər sonra dönüb o illərə baxanda çox məsələlər adama qeyri-
adi görünür. Ötüb keçən illərin bir insan ömründən 
qopardıqlarını göz önünə  gətirəndə düşünməli olursan, sınıq 
könüllərə payız tez gəlir. Belə bir anda Bünyamin Qəmbərlinin 
könlündən qopan misralar köməyimə çatır. 
 
Səni, 
     bu budaq kimi 
          sarala qalmış görüncə, 
                           içim çatlar. 
Və dünya  
        içimdə  
             ovxam-ovxam ovular. 
ümid çiçəklərimə 
                  payız gəlincə. 
 
          Bu  dünyada  tanıdığım adamların içində elələri var ki
ildə bir dəfə yada düşər, elələri var ki, ayda bir dəfə. Amma 
Bünyamin hər gün xatırlanası adamlardandır. Adam var ki, elə 
bil ütülənmiş sözdü, onu yalnız bir dəfə oxumaq olur. 
Bünyamini isə hər gün oxumaq olar, təzə şeir kimi, söhbətlərini 
hər gün dinləmək olar, maraqlı hekayə kimi. Bünyaminin 
xarakterində bir rəngarənglik var, duyğu adamıdı, hiss adamıdı 
demək olar. Amma bu duyğu, hiss adamı siyasi sabitliyini 
həmişə qoruyub saxlamaq qabiliyyətinə malikdi. Həyatda elə 
adamlara rast gəlirsən ki, ikicə addım atıb onunla toya belə 
getmək istəməzsən. Eləsi də var ki, onunla ölümə belə 
gedərsən. Bünyamin məhz belələrindəndir. Sevgisi su kimi 
durudur, nifrəti bulud kimi qapqara. Duyğulu anlarında ağlına 
gələnlər ürəyindən keçir və yarpaq-yarpaq söz olur. 
 


Böyük Azərbaycan yolçusu 
 
 
95
Sevgim əllərimdə bayrağa dönüb, 
Ürəyim eşqindən qızınsın deyə. 
Sevgim əllərimdə qələmə dönüb, 
Vətənin taleyi yazılsın deyə.         
  
       Hərdən görüşüb söhbətləşir, çay içə-içə ötüb keçənləri 
xatırlayırıq. Uzun illərin yaratdığı  səmimiyyət bizi hərdən-
hərdən görüşdürsə də, belə görüşlər yaddaqalan olur. Hər şeyə 
özünün fərdi baxışı var. Siyasi və ictimai düşüncələrindəki 
yetkinlik ona müsahibləri arasında xüsusi hörmət və ehtiram 
qazandırır.  İçində  həmişə  fərqlənmək istəyi var. Amma bu, 
onda dözümsüzlüyə, təkəbbürə  gətirib çıxarmır. Onda həm də 
qarşısındakını dinləyib qiymətləndirmək qabiliyyəti var. Bu da 
onun xasiyyətinə bir rəngarənglik qatır. Və onu dözümsüz 
olmaqdan xilas edir. İsrarçı deyil, amma inadcıldır. Tez 
razılaşan deyil, amma yol-iz, ədəb-ərkan gözləyəndir. 
Fikirlərində  qətiyyətlidir, qarşısındakının fikirlərinə  də 
hörmətlə yanaşandır. Yaxşı şairlərə hörməti var, öz şeirlərini də 
çox sevir. Tənqid edilməkdən qorxmur,amma tənqiddən 
qorxur. Dostluqdan qorxmur, amma dost itirməkdən qorxur. 
Hərdən düşünür  ki, 
 
”Bizi bu dünyada 
              bir cüt göz, 
                  bir yazılı lövhə, 
                       bir də...sözlər saxladı.” 
     
   Dünyanı gördüyü kimi yox, qavradığı kimi görən Bünyamin 
Qəmbərlinin həyatdan heç bir gileyi yoxdur. Həyat onun 
istədiyi kimi olmadığı kimi, o da həyatın istədiyi kimi olmaq 
istəmir. O,  yalnız olduğu kimi olmaq istəyir. 
 
Böyük Azərbaycan yolçusu 
 
 
96
Ömrümün tumurcuq vaxtı 
Dünyanın kələyi, 
Zamanın küləyi, 
Anamın gileyi mənə çatınca 
Dərdlərin bürküsündən ürəyim bişdi. 
 
          Yaşın  əllinci səhifəsini vərəqləyən Bünyamin Qəmbərli 
çox arzuların proloqunu təzə-təzə yazmaqdadı. Çox-çox illər 
bundan qabaq dünyaya göz açan dostum indi-indi bəzi-bəzi 
istəklərin qapısını aça bilir. Çox-çox illər bundan qabaq 
”Uğrunda baş qoyacağım bu vətəndə,yer tapmadım gecələyim” 
deyən dostuma bundan sonrakı ömründə rahatlıq və dinclik, 
ədəbi yaradıcılıqda isə zəhmət, işgüzarlıq arzulayıram. 
 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə