http://www.amu.edu.az
29 aprel 2016-cı il
6
Hər il universitetimizin
fakültələrində
ənənəvi olaraq
Tələbə Elmi Cəmiyyətinin konf-
ransları keçirilir. Bu məqsədlə
aprelin 18- də Stomatologiya
fakültəsində TEC-in növbəti
XXXXIII konfransı keçirilib.
Xarici dillər bölməsi üzrə
konfransı açan Fakültə
TEC-in elmi rəhbəri,
təşkilat
komitəsinin
sədr müavini, dosent
Ə.Hacıyev ilk öncə erməni
hərbi
birləşmələrinin
sərhədyanı
bölgələrdə
törət diyi təxribata to-
xunub. Və bu qazanıl-
mış qələbəni xalqımızın
böyük
əhvali-ruhiyyə
ilə qarşıladığını bil-
dirib. Sonra konfrans
iştirakçıları torpaq-
larımızın
müdafiəsi
zamanı
qəhrəmancasına şəhid olan əsgər
və zabitlərimizin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə kafedranın müəllimi,
şairə İradə Rzanın şəhid anaları-
na ithaf etdiyi şeir böyük coşquyla
qarşılanıb.
Sonra söz məruzəçi tələbələrə
verilib. Konfransa 25 tələbənin
məruzəsi daxil edilsə də, on-
lardan 23 tələbənin 20 ingi-
lis,1 fransız və 2 alman dili üzrə
məruzəsi dinlənildi.
Tələbələr məruzələrini sərbəst
və səlist dildə etdilər. Diskussiya
şəraitində keçən müzakirələr za-
manı münsiflər heyətinin gəldiyi
nəticələrə görə ingilis dili üzrə I
kurs tələbələri Cümşüd Vəlizadə
və Arzu Nəsibova, II kurs tələbələri
Hafizə Abbaszadə və Afina Süley-
manova, alman dili üzrə isə I kurs
tələbəsi Zaur Vəlizadə diploma
layiq görülərək 2-ci turda iştirak
etmək üçün şans qazanıblar. Qa-
lan iştirakçılara isə sertifikatlar
təqdim edilib.
Konfransın sonunda Ə.Hacıyev
xarici dillər kafed rasında TEC-
in işinin yaxşı təşkilinə görə
kafedranın müdiri, filologi-
ya elmləri doktoru, professor
Z.Məmmədovanın və TEC-in
rəh bəri dosent R.Hüsey novanın
zəhmətini yüksək qiy mətləndirib,
məruzəçilərə və onların elmi
rəhbərlərinə minnətdarlığını bil-
dirib.
* * *
Aprelin 19-da isə ATU–nun
Stomatoloji Klinikasınada klini-
ki bölmə üzrə fakültənin Tələbə
Elmi Cəmiyyətinin XXXXIII konf-
ransı keçirildi.
Konfransı stomatologiya fakül-
tə sinin dekanı, təşkilat ko-
mitəsinin sədri, professor Zöh rab
Qarayev açdı. Əvvəlcə torpaqları-
mızı azad etmək uğurunda şəhid
olan qəhrəman oğullarımızın əziz
xatirəsi bir dəqiqəlik sükutla yad
edildi.
Professor Z.Qarayev tələbə
və gənc həkimlərin 1-ci və 2- ci
Beynəlxalq tibb konqrenslərində
stomatologiya fakültəsi tələ-
bələrinin layiqli yerlər tutduq-
larını vurğulayaraq, bu gün ilk
addımlarını atan gələcəyin elmi
tədqiqatçılarına uğurlar arzuladı.
Kliniki bölmədə 11 məruzə
dinlənildi. Məruzələrin hamısı kli-
niki xüsusiyyətli olub stomatolo-
giyanın aktual problemlərinə həsr
olunmuşdu. Konfransda
terapevtik stomatologiya
üzrə 3, ağız və üz- çənə
cərrahiyəsi üzrə 3, uşaq
stomatologiyası üzrə 3,
ortopedik stomatalogiya
üzrə 2 məruzə dinlənildi.
Məruzəçi tələbələr ha-
zırlıqlı, məsuliyyət hissi
ilə, sərbəst çıxış edərək,
kliniki materiallarını əya-
ni surətdə kompyuter
görüntüləri ilə nümayiş
etdirərək, verilən suallara
düzgün cavab verdilər.
Münsiflər heyətinin rəyinə
əsasən məruzəçilərdən Aytac
Qurbanova, Aynur Əhmədova,
Günay
Sadiqovanın
çıxışla-
rı fərqlənərək diplomlara, Leyla
Paşayeva, Rəhim İsayev, Əminə
Aslanlı, Zöhrab Hacıyev, Həsən
Həsənli, Fidan Abbasova, Nadir
Bağırzadə, Tuğra Musayeva isə
sertifikatlara layiq görüldülər.
Konfransda professor R.Əliyeva,
professor Ç.Rəhi mov, t.ü.e.d.
A.Səfərov, professor Ə.Talişinski
və başqaları məruzəçi tələbələrə
müəyyən iradlarını bildirməklə
bərabər, lazımi tövsiyə və
məsləhətlərini də verdilər.
Sonda sədr münsiflər heyə tinə,
elmi rəhbərlərə və mə ruzəçilərə
uğurlar
diləyərək,
böl mədə
fərqlənən məruzələrin “Tələbə
və gənc həkimlərin növbəti Bey-
nəlxalq Tibb konqresi”nə təqdim
olunacağını vurğuladı.
M.ƏLƏKBƏRLİ
Kitab Azərbaycanın tarixinə qısa nəzərlə
başlayır və 9 bölməyə ayrılıb. Həmin
bölmələrdən biri də “Ümumi cərrahlıq
kafedrasının təşkili” bölməsidir. Müəllif
burada ADR-in yaranmasını xalqımızın
tarixi uğuru hesab edir, BDU-nun, onun
tərkibində tibb fakültəsinin təşkilini böyük
mədəni-elmi hadisə adlandırır. Ali təhsilin,
həmçinin tibb təhsilinin təşkili və inkişafın-
da müstəsna rol oynayan Rusiyadan dəvət
olunmuş V.İ.Kazımovski, İ.İ.Şirokoqorov,
F.N.İlyin, B.K.Finkelşteyn, A.İ.Okinçeviç,
D.N.Belenkiy və b. haqqında səmimi və qısa
məlumat verir, kafedrada yetişən və onun
təşkilində, inkişafında əmək sərf etmiş milli
kadrlar barədə məhəbbətlə danışır. Kitabın
“Kafedra ilə tanışlıq” bölməsində Çərkəz
müəllim tələbəlik illərində ümumi cərrahlıq
kafedrasına aid təəssüratlarını bölüşür, həm
də tibbə olan həvəsin yaranmasında bö-
yük qardaşı Əkbərin rolunu rəğbət hissi ilə
xatırlayır, onun bir qardaş kimi köməyindən
məhəbbətlə söz açır. Müəllif yazıb-oxu-
ya bilməyən valideynlərinin təhsilə olan
sevgisindən də ehtiramla danışır. O yazır:
“Mən orta məktəbdə oxuyanda atam tez-
tez məktəbə gələrdi, müəllimlərdən mənim
oxumağım barədə soruşardı, hətta sinfimizə
girib, arxada oturub mənim cavablarıma
qulaq asardı”. Yeri gəlmişkən, deyim ki,
valideynin uşağın təhsili ilə maraqlanması,
bu işə ciddi yanaşması uşaqların sonrakı
taleyində müstəsna rol oynayır. Mən bunu
sinif yoldaşlarımın, xüsusən rəhmətlik
kimya elmləri doktoru, professor Bəybala
Həsənovun taleyində əyani olaraq müşahidə
eləmişəm. Bunu Çərkəz müəllim və onun
qardaşlarının timsalında da görmək olar.
Kitabın bu hissəsində müəllif ümumi
cərrahlıq fənnindən dərs deyən müəllimlərini
ehtiramla xatırlayır.
Kitabın
tərtibatı
və
mövzuların
yerləşdirilməsi baxımından, bəlkə də, xırda
düzəlişə ehtiyac olsa da, amma dil və üslubun
təbiiliyi, hadisələrin təsvirindəki səmimiyyət,
hər şeydən əvvəl ana dilinə bələdlik səviyyəsi
onu oxunaqlı edir, necə deyərlər, su kimi
içilməsinə şərait yaradır. Bu mənada “Le-
ninqrada ezamiyyət”, “Moskvaya ezamiyyət”,
“Ümumi cərrahlıq kafedrası 1970-1994-cü
illərdə”, “Azərbaycanın sonrakı müsibətləri”,
“Kafedranın yeni rəhbəri” adlı fəsillərini
birnəfəsə oxuyursan. Bu hissələri Çərkəz
müəllim, doğrudan da, bir yazıçı qələmi ilə
əsl ilhamla, bir sıra özünəməxsusluqla yaz-
mışdır.
Kitabın həyəcansız oxunması müm-
kün olmayan səhifələrindən biri doktorluq
mövzusunun və onun zirvə nəticəsi hesab
edilən süni protezin xəstə üzərində sınaq-
dan keçirilməsi hadisəsinin təsviridir. Çərkəz
müəllim öz başına gələn, gələcəyi üçün
“olum – ölüm” əhəmiyyətli bu prosesi elə ob-
yektiv, kənardan baxan adam kimi canlan-
dırır ki, sanki gərgin konfiliktli bir dramatik
əsər oxuyursan.
Kitabın belə maraqlı səhifələri yetərincədir.
Xüsusən kafedranın yaşlı, cavan əməkdaşları
haqqında qısa oçerklər, ümumi cərrahlığın
nəzəri və əməli problemlərinə, kafedranın
əvvəlki və sonrakı fəaliyyətinə həsr olunmuş
bölmələr, hissələr Çərkəz müəllimin işinə
həvəs və məsuliyyətindən, müəllimlərinə
və yoldaşlarına olan səmimi, təmənnasız
münasibətindən xəbər verir. Çərkəz müəllim
yeri gəldikcə onun püxtələşmiş cərrah,
yetkin ziyalı, vətəndaş kimi yetişməyində
ən kiçik köməyi, məsləhəti olan insanla-
ra minnətdarlığını ifadə edir, gənclərə də
tövsiyəsi bu olur ki, müəllimlərinə, yaxşılığı
keçən hər kəsə hörmətlə yanaşsınlar, dik-
başlıq etməsinlər. Bir oxucu, gənclərin yet-
kin şəxsiyyət kimi yetişməsində müəyyən
uzunmüddətli əməyi olan bir şəxs kimi
bu kitabın mənə xoş gələn, necə deyərlər,
ürəyimdən tikan çıxaran cəhətlərindən biri
də budur. Bu mənada akademik A.Namazova,
akademik
Ə.Əmiraslanov,
professor
N.Rzayev, professor V.Şadlinski, professor
B.Aşurov, dosent İsa Qurbanəliyev, dosent
H.Bağırov, dosent M.Kərimov və başqaları
haqqında yazılanları oxucu dərin razılıq hissi
ilə qarşılayır.
Ümumiyyətlə, haqqında danışdığım kitabda
insanı dərindən düşündürən, vətəndaş kimi
həyəcanlandıran məqamlar çoxdur. Məsələn,
Qarabağ döyüşlərində müəllifin bir cərrah
kimi fəaliyyətini, ağır əməliyyatdan sonra
sağalıb xidmətə qayıtmış əsgərlə təsadüfi
görüş səhnəsini həyəcansız oxumaq olmur.
Kafedraya rəhbər seçiləndən sonra baş verən
anlaşılmazlıqlar, onların ədalətlə aradan qal-
dırılması, əməkdaşlara müəllim, ağsaqqal,
rəhbər kimi qayğı və tələbkarlıqla yanaşıl-
ması ilə bağlı olan hadisələr hər kəs üçün
ibrət çıxarmalı nümunələrdir. Kitabda Çərkəz
müəllim Azərbaycan ictimai həyatında və
onun səhiyyəsində baş vermiş və verməkdə
olan hadisələrə, xüsusən milli cərrahlığımızın
inkişafı və gələcəyi ilə əlaqədar olaylara öz
prinsipial mövqeyini bildirir, bir vətəndaş
kimi narahatlığını oxucunun diqqətinə çatdı-
rır. Kitabın son səhifələrində müəllif 50 illik
həkimlik həyatında rastlaşdığı xoş və xoş ol-
mayan olayları yada salır, xalqımızın keçdiyi
çətin müstəqillik yollarına nəzər salır, ATU-
nun, ölkəmiz üçün müstəsna yeri olan, ümu-
mi cərrahlıq kafedrasının uğurlarını xatır-
ladır, öz səmimi etiraf və minnətdarlıqlarını
dilə gətirir.
Əlbəttə, 200 səhifədən çox olan ki-
tab haqqında bir qəzet məqaləsində tam
təəssürat yaratmaq çətindir. Ona görə pro-
fessor Çərkəz Cəfərovun dostları, tanışları,
tələbələri, ümumilikdə hər kəs üçün bu kita-
bın çox maraqlı olacağını bildirir və müəllifə
cansağlığı və elmi-publisistik fəaliyyətində
uğurlar diləyirəm.
Akif MİRİYEV,
Azərbaycan dili kafedrasının müdiri, dosent
Müdriklik zirvəsinin
etirafları
Mən ATU-nun ümumi cərrahlıq kafedrasının müdiri, əməkdar həkim tibb elmləri dok-
toru, professor Hacı Çərkəz Məmiş oğlu Cəfərovu onun “Etiraf” kitabını oxumamışdan
hələ çox əvvəl ustad bir cərrah, geniş intellektli ziyalı, bacarıqlı təşkilatçı kimi tanı-
yırdım. Onu da bilirdim ki, ədəbiyyatla “dostluğu” var. Mərhum xalq şairi M.Arazı çox
sevir. Ancaq bu kitab məndə belə bir təəssürat yaratdı ki, Çərkəz müəllim yaxşı qələm
sahibidir, hətta, mən deyərdim ki, gözəl təhkiyəsi var. Lap yazıçı kimi hadisələri təsvir
etmək, oxucunun gözü qarşısında tam obraz yaratmaq dərəcəsində mükəmməl üslu-
ba malikdir.
Stomatologiya fakültəsində
TEC-in konfransları keçirilib