Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   68   69   70   71   72   73   74   75   ...   99

152 
 
idi.  Bu,  onun  Orta  Əsrlərə  öz  məhəbbətinin  nişanəsi  kimi,  onun  həm  də  «Bütün 
Yunanıstan Parfenonda cəmləşdiyi kimi, bütün Fransa da öz kafedral kilsələrində 
cəmləşir»  inamına  əsaslanırdı.  Onun  Fransa  kafedral  kilsələrinə  verdiyi  qiymət 
qrafik  rəsmlərindən  də  və  hər  şeydən  əvvəl  kitabın  mətnindən  da  görünür. 
Arxitekturaya  belə  bağlılığında  o,  Emil  Male  və  Marsel  Prust  kimi  yazıçılara 
qoşuldu.  Rodenin  həyatının  qısa  hesabatında  onun  erkən  işləri  ilə  qoca  yaşı 
arasında yer tutan dəyişikliklər üzə çıxır. O, öz karyerasına nisbi bir yoxsulluq və 
çətinliklərlə  başlamışdı,  erkən  işlərini  əsasən  muzdlu  əməyini  sərf  etməklə 
görmüşdü, ömrünü isə varlı rəssam kimi başa çatdırırdı. Hətta o, özünün kolleksiya 
düzəltmək  barəsindəki  ehtirasını  da  söndürmək  imkanına  malik  idi.  O,  artıq 
beynəlxalq ulduz idi. Onun çoxtərəfli xarakteri də artıq çoxlarına məlum idi, belə 
ki, o, həyat üçün nəhəng iştahaya malik idi. O, Homeri, Esxili, Vergilini və Ovidini 
böyük  həvəslə  oxuyurdu.  O,  Platon  fəlsəfəsi  üzərində  meditasiya  edirdi, 
Kolleqalarının  portretlərində  Tatsit  ona,  demək  olar  ki,  dahi  kimi  görünürdü. 
Ronsar onu sevindirirdi. O, Russonun «Etiraflar»ına böyük bir ehtirasa malik idi. 
Spinoza və Şopenhauer kimi filosoflara da çox maraq göstərirdi.  
Onun ehtiraslarla və problemlərlə dolu olan şəxsi həyatı onu olduğu kimi bir 
kişi və rəssam etmişdi. Mövcudluğun həzzlərindən heç də az olmayan qaydada o, 
əzablara da güzgü tutan bir rəssam idi.  
 
Mühafizəkarlıq cəngavəri 
 
Rodenin  mifologiya  və  ya  tarixi  mövzulara  olan  marağı  bunu  izah  etməyə 
kömək edir ki, niyə onun sənəti təkcə bütün növlərdən olan intellektuallara deyil, 
bütövlükdə mədəni Avropa dairələrinə bir çağırış kimi səslənirdi. O, yuxarı sinfin 
kosmopolitik  elitasının  əziz  adamına  çevrildi.  Roden  nəcib  vicdanlılığa,  insan 
motivlərinin  analizi  sahəsindəki  arzuya  müraciət  etdiyindən  diqqəti  cəlb  etmişdi. 
O, həyatın qiymətini məhz cəmiyyət çərçivəsində təqdim edirdi.  
Roden  bir  rəssam  kimi  doğulmuşdu  ki,  «Könüllər»  -  həzz  məftunları  olan 
kişilər  və  qadınların,  İngiltərədə  olduğu  kimi  “jardin  d`amour”  -  «məhəbbət 
bağında» məskunlaşmağı axtaranların arasında hamilərə malik olsun.  
O, özlüyündə tarixin qabarmasını və çəkilməsini hiss edirdi, axı intuisiyalar 
yaradıcısı idi. Rodenin sənəti indiyədək bizi əsir etmək gücünə malikdir.  
Roden  buqələmuna  bənzər  bir  şəxsiyyət  idi,  gah  romantik,  gah  realist,  gah 
dekorator,  gah  simvolist,  həm  də  portretçi  və  erotizist  olurdu.  Lakin  bu 
şəkildəyişmələrində  yalnız  uğura  xidmət  edirdi,  heç  vaxt  uğursuz  olan  və 
bacarmadığı işlərə girişmirdi. Qadınlara münasibətdə olduğu kimi, sənətdə də heç 
bir maneə, hədd tapılmırdı, çox asanlıqla şərtilik qaydalarını qırıb dağıda bilirdi. O, 
məkanın  radikal  təşkilatçısı  idi.  Yaradıcı  və  manipulyator  kimi  onun  rolu  heyrət 
doğururdu.  Roden  Allaha  nəhayətsiz  qaydada  inanırdı  və  bu  vaxt  özlüyündə 
müəyyən etmişdi ki, varlıq öz Allahına malik olmağa qadir deyildir.  
Rodenin  nailiyyətlərinə  pərəstiş  onun  insan  təbiətini  müşahidə  etmək 
qabiliyyətinə əsaslanır, onun sənəti keçmişə böyük ehtiram üzərində qurulmuşdur. 
Bu nöqteyi-nəzərdən o, konservatizmə meyl edirdi. O, insana inanırdı, özü də bu, 


153 
 
mücərrəd qaydada inam deyildi, lakin onun insana empirik baxış üzərində - öz dərk 
etdiklərinə  cavabın  formulunu  açmaq  ehtiyacı  üzərində  qərar  tuturdu.  O,  öz 
vəzifəsini  vətəninin  keçmişinin  dərslərini  çatdırmaqda  görürdü.  O,  bu  mövqeyini 
belə  sözlərdə  cəmləmişdi:  «Bu  uşaqlığın  primitiv  seçmə  qaydasında  düşünmək 
deyildir,  bu,  olduqca  çətindir,  lakin  ənənə  ilə,  onun  tələb  olunan  qüvvəsi  ilə  və 
bunların düşüncəsinin bütün məcmuu ilə düşünməkdir».  
Ogyüsst  Roden    1917-ci  ildə  doğma  Parisində  həyatla  vidalaşdı,  bu  vaxt 
onun  77  yaşı  var  idi.  Həyatı  vəsf  etməkdən  həzz  alan  daha  böyük  bir  şəxsiyyət 
gözlərini əbədi olaraq həyata yumdu, tarixə məxsus olmaq mövcudluğuna keçdi. 
Rodeni fikir, ehtiras gücünə və xarakterinə görə titan hesab etmək olar, onun 
istedadı və bu verginin saysız-hesabsız qiymətli bəhrələri məhz titanlara xas olan 
qüvvədən, enerjidən və zəhmətdən xəbər verir. Rodenin özü barədə dediyi kimi, bu 
tam  çiçək  açan  ağacın  bəxş  etdiyi  gözəllik  bu  gün  də  incə  zövqə  malik  olan 
insanların hamısını valeh etməkdə davam edir. Onun əsərlərinə müasir insanlar da 
yaponlar  sakuranın  çiçəklənməsini  sitayiş  qaydasında  seyr  etdikləri  kimi  böyük 
heyranlıqla tamaşa edirlər. İstedadı və yaradılığı ilə Roden onu dərk edənlərə məhz 
özünün də bir «mütəfəkkir» olması təsirini bağışlayır, çünki onun yaratdığı incilər 
dəyərini zamana tabe olmamaqla itirmir, həm də bütün bəşəriyyətə məxsusdur. O, 
dahi Rafael kimi gözəlliyin təsvirində təbiətlə yarışa girməkdən də çəkinmir və onu 
bu müsabiqədə məğlub təsəvvür etmək də düzgün olmazdı.  
 
Mətnə izahlar 
 
Karpo, Jan Batist (1827-1875), fransız heykəltəraşı.  
- Onore de  Balzakın  (1799-1850) «İnsan komediyası» adlı əsərində üç  min 
obraz təsvir edilmişdi.  
-  Madam  de  Pompadur,  Janna  Anduanetta  Puasson  (1721-1764),  fransız 
kralı XV Luinin məşuqəsi.  
-  Bakxanaliya  -  qədim  Romada  allah  Dionisin  (Bakxın)  şərəfinə  orgiya 
xarakteri almış bayram mərasimi. 
-  Jeriko,  Teodor  (1791-1824),  fransız  rəssamı,  fransız  rəngkarlığında 
romantizmin banisi 
-  Delakrua,  Ejen  (1798-1863),  fransız  rəssamı,  fransız  romantizminin 
başçısı. 
-  eklektizm  -  müxtəlif  prinsip  və  baxışların,  təsviri  sənətdə  isə  müxtəlif 
üslubların mexanki birləşməsi.  
-  Qotye,  Teofil  (1811-1872),  fransız  yazıçısı,  «Parnas»ı  yaradanlardan  biri, 
«Yeni İncəsənət» nəzəriyyəsini təbliğ edirdi.  
-  Enqr,  Jan  Ogyüst  Dominik  (1780-1867).  Fransız  rəssamı.  Parlaq 
kompozisiya ustası.  
- Kariatida - binalarda tirə dayaq kimi xidmət edən ayaq üstə dayanan qadın 
bədəninin heykəltəraşlıq təsviri.  
-  Piqal,  Jan  Batist  (1714-1785),  fransız  heykəltəraşı,  klasssitsizmin 
nümayəndəsi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə