Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
153
Bu, Peyğəmbərimizin Hz. Əliyə olan sevgisinə dair kiçik 
bir epizod idi. Siz artıq bu misallardan Peyğəmbərimizin  
Hz. Əlini necə bir sevgi ilə sevdiyini təsəvvür edin. 
• Peyğəmbərimizin
Hz. Xədicəyə olan sevgisi
Peyğəmbərimiz möminlərə ana olma şərəfinə nail olan 
həyat yoldaşlarını sevirdi. Ancaq onların arasında Hz. 
Xədicənin daim xüsusi bir yeri olmuşdu. Peyğəmbərimizin  
Hz. Xədicəyə qarşı bəslədiyi sevgi, eşq, sevda hər kəsi heyran 
edəcək səviyyədə idi. On beş il nübuvvətdən əvvəl, on il 
də ondan sonra düz iyirmi beş il bir yastığa baş qoyduğu 
möhtərəm xanımı Hz. Xədicəni Peyğəmbərimiz yalnız 
onunla yaşadığı müddətdə deyil, o vəfat etdikdən sonra da 
heç unutmadı. Son nəfəsinə qədər də daim Xədicəni böyük 
bir vəfa ilə xatırladı. Elə buna görə də Aişə anamız bir gün 
belə deyəcəkdi:
“Doğrudur, onunla birlikdə eyni zamanda Peyğəmbəri mi­
zin 
 evində yaşamasam da, Xədicəni qısqandığım qədər 
heç bir həyat yoldaşını qısqanmadım. Çünki Peyğəmbərimiz 
tez­tez onun adını xatırlayar, onu heç unutmazdı. Nə vaxt 
evimizdə bir qoyun kəsilsə, ondan bir pay ayırıb Xədicənin 
qohumlarına göndərərdi. Bir gün dözmədim və dedim ki: “Ya 
Rasulullah! Allah indi sənə daha yaxşısını, daha gəncini və 
daha xeyirlisini verib. Sən nə üçün yenə də “Xədicə, Xədicə” 
deyirsən? Sanki dünyada Xədicədən başqa qadın yoxdu?” 
Peyğəmbərimiz bu sözümdən xoşlanmadı və başladı Xədicənin 
fəzilətlərini saymağa... “Onun kimi qadın görmədim...” ­ dedi. 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
154
Mən də artıq onun haqqında danışmadım.”
158
Hz. Aişə anamızın bu sözlərindən də görürük ki, Pey-
ğəmbərimiz Hz. Xədicəni necə çox sevmişdir. Ancaq Pey-
ğəmbərimizin həyatında bir hadisə də var ki, burada onu 
qeyd etmək yerinə düşər. Hicrətin 8-ci ili, Peyğəmbərimiz 
on min nəfərlik ordu ilə birlikdə Məkkəni fəth etmək üçün 
ata-baba torpaqlarına girir. Bir anda dəvəsini Kəbədən 
Hacun bölgəsinə doğru çevirir. Hər kəs maraqlı baxışlarla 
hara getdiyinə baxarkən, Peyğəmbərimiz 
 Kəbədən 
əv vəl Xədicənin qəbrinin yanına gəlir, orada bir müddət da-
yanır, dua etdikdən sonra yoluna davam edir.
Fəthdən sonra səhabə soruşur: “Ya Rasulullah! Evi-
nizə gedəcəksiniz, yoxsa sizə bir çadır quraq? Harada qala-
caqsınız?” Peyğəmbərimiz Hz. Əlinin qardaşı Aqili nəzərdə 
tutaraq: 
“Aqil bizə ev saxladı? Siz mənim çadırımı 
Hacuna (Xədicəmin yaxınlığında) qurun.”
159
  Bu sözü 
ilə Peyğəmbərimiz çadırını Hz. Xədicənin qəbrinin yaxın-
lığında qurdurmaq istəyirdi. Bu davranışı belə, Onun sev-
dasını anlamaq və anlatmaq üçün kifayət deyilmi?!
• Peyğəmbərimizin
Hz. Aişəyə olan sevgisi
Peyğəmbərimizin xanımları arasında Hz. Xədicədən son-
ra Hz. Aişənin hər zaman xüsusi yeri olmuşdur. Bunu şəx -
sən Peyğəmbərimiz bildirmişdir. Demişdir ki: 
“Aişənin 
158.
 Müslim, Fədailus-Səhabə, 1877; Tirmizi, 3875, 3876
159.
 Buxari, Kitabul-Həcc, 34; İbn Sad, Təbaqat, c.2, s.136


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
155
di gər qadınlara üstünlüyü, “tirit” yeməyinin digər ye­
mək lərə üstünlüyü kimidir.”
160
  Hz. Aişə anamızın özü 
bunu çox yaxşı dərk edir, ondan sonra gələnlər də onun 
xüsusi yeri olduğunu yaxşı dərk edirdilər. Bunu bilənlərdən 
biri də Tabeunun böyüklərindən olan Məsruk idi. O, bir 
gün belə deyəcək di: “Hz. Aişə, Allahın sevimli bəndəsinin 
sevgilisidir.”
161
Hər qadının bəzən həyat yoldaşından soruşduğu kimi 
bir gün Hz. Aişə 
 anamız da Peyğəmbərimizdən 
 
soruşdu: “Ey Allahın Rəsulu! Məni sevirsənmi?” Pey ğəmbəri-
miz sanki bu nə sualdır demək istəyirdi: “Ey Aişə! Sevmə səm 
yanında olardımmı? Əlbəttə ki, səni sevirəm.” - dedi. Ancaq 
belə bir cavab Aişə anamızı razı salmayacaqdı. Bu səfər 
Peyğəmbərimizin onu nə qədər sevdiyini öyrənmək üçün: 
“Məni necə sevirsən, ya Rasulullah?” - deyə soruşacaqdı. 
Bu suala Peyğəmbərimiz həm Hz. Aişənin, həm də bizim 
ürəyimizin dərinliklərini titrədən səmimi və bir o qədər 
də ədəbi ifadəylə: “Səni “kor düyün”
162
 kimi sevirəm.” - 
deyəcəkdi.
163
 Hz. Aişə anamız bəzən: “Ya Rasulullah! “Kor 
düyün” necədir?” - deyə soruşduqda, Pey ğəmbərimiz: 
“İlk günkü kimi!” - deyərək həmişə bu halın davam 
etdiyini bildirirdi. “Kor düyün” kimi sevmək... Hər halda 
160.
 Buxari, Kitabul-Ənbiya, 27; Müslim, Fədailus-Səhabə, 89; Tirmi-
zi, 3887
161.
 Mustafa Fayda, TDV İslam Ensiklopediyası, c.2, s.202
162.
 Kor düyün- möhkəm bağlanaraq açılması çətin olan. 
163.
 Əbu Nuaym əl-İsfahani, Hilyətul-Evliya, c.3, s.44


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
156
Peyğəmbərimizə məxsus bir sevgi növüdür bu... Həyat 
yoldaşını, xanımını “kor düyün” kimi sevmək... Əlavə sözə 
ehtiyac yoxdu, yəqin ki...
• Sevgidə orta yol (Müvazinət və Ədalət)
Peyğəmbərimizin 
 başda xanımları, yaxınları ol-
maqla bütün səhabəyə qarşı bəslədiyi dərin sevginin necə 
olduğuna dair az da olsa bəzi nümunələr verməyə ça-
lışdıq. Elə bu yerdə həqiqi sevgi üçün mühüm olan bir 
xü susiyyəti də qeyd etmək istəyirəm. Bu mühüm xü su-
siyyət sevgidə orta yolu tutmaqdır. Sevgi, sahibinin gö-
zünü kor edir. Belə olduqda isə, mötədillik baxımından 
müvazinət itə bilir. Bunun nəticəsində də çox ciddi nöq-
sanlar meydana çıxır. Məhz Peyğəmbərimiz bizə nə qədər 
və hansı səviyyədə sevməyin lazım olduğunu öyrət diyi 
kimi, sevginin əsas qaydası olan orta yola dair də çox 
şey öyrədir. Yəni Peyğəmbərimiz sevginin mahiyyətini
məzmununu öyrətdiyi kimi, bu sevgi yolunda necə gedilə 
biləcəyini də öyrədir. Necə? Onlarla nümunənin arasından 
Peyğəmbərimizin 
 mübarək hədislərindən birini qeyd 
edərək bu işin necə olacağını öyrənməyə çalışacağıq.
Peyğəmbərimiz buyurur ki: 
“Dostunu sevərkən ölçü­
lü sev. Çünki bir gün düşmənin ola bilər. Düşməninə də 
öl çülü şəkildə nifrət et. Çünki bir gün dostun ola bi lər.”
164
  
Peyğəmbərimizin bu hədisindəki xəbərdarlıq çox aydın 
164.
 Tirmizi, Birr, 60


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə