Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
141
bu ifadəni Peyğəmbərimizə xitab edərək işlətdikdə yeri və 
zamanı gələndə həqiqətən də hər şeylərini Onun uğrunda 
fəda etmişdilər. Bəs görəsən bu sözünün məsuliyyətini 
bilən Peyğəmbərimiz əshabı üçün nələr etmişdi? Bu haqda 
tarixi mənbələrdə hər hansı bir misal varmı? Əlbəttə, bu 
haqda bir çox misal mövcuddur. Biz isə burada xüsusilə 
Hüdeybiyə günündə baş verən bir hadisəni qeyd edərək, 
Peyğəmbərimizin səhabəyə olan sevgisini dərk etməyə 
çalışacağıq. 
Hicrətin 6-cı ili Peyğəmbərimiz gördüyü bir yuxuya 
görə 1400 səhabə ilə birlikdə yalnız Ümrə məqsədilə 
Mədinədən ehrama girərək Məkkəyə doğru səfərə 
çıxmışdı. Hələ yola təzə çıxmışdılar ki, Hz. Ömər dedi: 
“Ya Rasulullah! Belə ehramlı bir halda əliboş olaraq səfərə 
çıxırıq. Ancaq məkkəlilərin nə edəcəklərini bilmirik. Heç 
olmasa özümüzlə bir qılınc götürsəydik, yaxşı olmazdımı?” 
Peyğəmbərimiz 
 Hz. Ömərin 
 bu fikrini qəbul 
etdi və hər kəsə bir qılınc götürməyə icazə verdi.
137
 
Bu mübarək qafilə gəlib Məkkə yaxınlığındakı bir yerdə 
qərərgah qurur. Məkkədəkilər isə gələnlərin məq sədinin 
təkcə Ümrə olmasına baxmayaraq, onları şəhərə bu rax-
mamaq qərarına gəlirlər. Peyğəmbərimiz də bu məsələni 
sülh yolu ilə həll etmək üçün məkkəlilərin hörmət göstərdiyi 
bir şəxsi onların yanına elçi olaraq göndərmək istəyir. İlk 
öncə Hz. Öməri göndərmək istəsə də, sonra Ömərin də 
137.
 Vaqidi, Məğazi, c.2, s.573


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
142
razılığı ilə Hz. Osmanı 
 göndərir.
138
 
Hz. Osman gedəcək, o vaxt Məkkənin siyasi lideri olan 
əmi sinin oğlu Əbu Süfyana nə üçün gəldiklərini deyəcək 
və vəziyyəti çətinləşdirmədən həll etməyə çalışacaqdı. 
Hz. Osman Məkkəyə doğru yola çıxanda bəzi səhabələr: 
“Osman necə də xoşbəxtdir, bizdən əvvəl Kəbəni görəcək!” - 
dedilər. Peyğəmbərimiz 
 bu sözü eşidib: “Əgər Os man 
mənim tanıdığım Osmandırsa, mən Kəbəni görmədən, o, 
əsla görməyəcəkdi.” - deyəcəkdir.
139
 
Hz. Osman Həbəşistana hicrətə getdiyi üçün on üç ildir 
doğulub böyüdüyü torpaqlardan və xüsusilə də Kəbədən 
uzaq qalmışdı. Ancaq Peyğəmbərimiz Hz. Osmanı yaxından 
tanıdığı üçün onun necə bir əxlaqa sahib olduğunu çox 
yaxşı bilirdi.
Hz. Osman 
 Məkkəyə gəldikdə əmisinin oğlu olan 
Əbu Süfyan onu çox yaxşı qarşıladı. Ona hörmət etdikdən 
sonra dedi ki: “Osman! Neçə illərdir Kəbəni görməmisən. 
Get oranı təvaf et, sonra gəl danışaq.” Hz. Osman: “Vallahi, 
ey Əbu Süfyan! Allah Rəsulu və möminlər Kəbəni görmə-
dən bu gözlər əsla Kəbəni görməyəcəkdir!”
140
 Əbu Süfyan 
heç gözləmədiyi bu cavab qarşısında sarsılacaq və nə de-
yəcəyini bilməyəcəkdi.
Bundan sonra o, Hz. Osmanı müxtəlif bəhanələrlə üç gün 
Məkkədə saxlayacaqdı. Hz. Osmanın qayıtmadığını gö rən 
138.
 İbn Hişam, Sirə, c.3, s.329
139.
 Vaqidi, Məğazi, c.2, s.601; 602
140.
 İbn Hişam, Sirə, c.3, s.329; Əhməd bin Hənbəl, Müsnəd, 4/324


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
143
Peyğəmbərimiz 
 təlaşlanacaqdı. Sonra Məkkədən bir 
xəbər alacaqdı. Bu, acı bir xəbərdi. Xəbərə görə Hz. Osman 
Məkkədə şəhid edilmişdi. Peyğəmbərimiz bu xəbərə çox 
fərqli reaksiya verəcəkdi. 
Peyğəmbərimizin 
 həmin andakı reaksiyası əsha-
bına bəslədiyi sevdanın miqyasını bizə öyrədən mühüm 
bir nümunədir. Əgər O, adi bir komandir olsaydı, verəcəyi 
qə rar məlum idi. Əyinlərində ehramları və üstlərində də 
yalnız bir qılıncla heç bir şey etmək olmazdı. Ən yaxşı 
halda geri qayıdıb Mədinədə döyüş hazırlıqları görmək və 
bundan sonra Məkkəyə hücum edərək göndərilən elçinin 
qanını yerdə qoymamaq olardı. Ancaq Peyğəmbərimiz be lə 
etmədi. Dost, yoldaş necə sevilməlidir, sualını əyani ola raq 
göstərdi. Orada iştirak edən 1400 nəfəri bir-bir yanına çağı-
raraq “səmurə” ağacının altında onlardan beyət aldı. 
Bu beyət nə üçün idi? Hz. Osmanın qanını yerdə 
qoymamaq üçündü. Peyğəmbərimiz o xəbəri eşidən kimi: 
“Qalxın, ey müsəlmanlar! Osmanın qanını yerdə qoymamaq 
üzərimizə fərzdir.” - dedi
141
 və oradakı hər kəsdən buna görə 
beyət aldı. Orada iştirak edən 1400 nəfərin hamısı da bir-bir 
beyət etdi. Onlar beyət edib qurtardıqda Peyğəmbərimiz  
sol əlini uzatmış, sonra sağ əlini havaya qaldıraraq: “Bax, bu 
Osmanın əli, bu da mənim əlimdir... Mən Osmanın adından 
da beyət edirəm.” - demişdi.
142
. Peyğəmbərimizin Osmana 
141.
 Vaqidi, Məğazi, c.2, s.603
142.
 Əhməd bin Hənbəl, Müsnəd, 2/120


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
144
bəslədiyi bu eşqi, göstərdiyi həssaslığı görən sə habələr 
belə demişdilər: “Kaş ki, Osmanın yerində öl dürülən biz 
olsaydıq. Və beləcə Allah Rəsulunun bizim adımızdan beyət 
etmə şərəfinə qovuşardıq.”
143
 
Burada Peyğəmbərimizin göstərdiyi bu davranış sə-
ha bəyə bəslədiyi eşqin miqyasını göstərən nümunələrdən 
biridir. Peyğəmbərimiz 
 əshabı üçün canından ke çə 
biləcəyini onlara göstərdiyi üçün səhabə də gözünü qırp-
madan Onun uğrunda ölümə gedirdi. 
Nəhayət Hz. Osman sağ-salamat qayıdıb gəlmişdi. Sonra 
Hüdeybiyəyə də başqa elçilər gedib gəlməyə başlamışdılar. 
Məkkə tərəfinin göndərdiyi üçüncü elçi bölgənin ən 
məhşur diplomatik təmsilçilərindən olan Ürvə bin Məsud 
əs-Səqafi idi. Bu şəxs çox məşhur və bölgədə sayılıb seçilən 
biri idi. Onun necə şöhrətə sahib olduğunu Qurandakı bu 
ayədən daha yaxşı başa düşürük. Bölgə əhalisi deyirdi ki: 
“Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taif­
dən) olan böyük bir adama nazil edilməli deyildimi?”
144
 
Ayədə ifadə edilən iki böyük adamdan birinin taifli Ürvə 
bin Məsud, digərinin isə məkkəli Vəlid bin Muğirə olduğu 
deyilir.
145
 Məhz Ürvə bölgədə belə bir şöhrətə sahib idi. 
Yəni insanlar onu peyğəmbərliyə layiq bir şəxs olaraq ta-
143.
 Hətta Abdullah bin Ömər belə deyəcəkdi: “Vallahi!Rasulullahın 
Osman üçün uzatdığı əl, Osmanın özü üçün uzadacağı əldən daha 
xeyirlidir.” Bax: İbn Əbdilbərr, əl-İsabə, c.3, s.156
144.
 Zuxruf , 43/31
145.
 İbn Hişam, Sirə, c.1, s. 361


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə