Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
127
Nəsibə o toxumu əkməsəydi, belə bir eşqi onun ürəyinə səp-
məsəydi, Həbib o zalımın qarşısında belə davranış nümayiş 
etdirə bilərdimi? Nə üçün bugünkü qaranlıq dünyamızda 
Hz. Peyğəmbərin 
 yolunda canını fəda edəcək Hə-
biblər yoxdur, heç düşündünüzmü? Bunun cavabı aydın 
deyilmi? 
Nəsibə kimi analarımız olmadığına görə Həbib 
kimi oğullarımız da yoxdur... Qəbahət Həbiblərdə, yə­
ni uşaqlardadır, yoxsa Zeyd kimi atalar, Nəsibə kimi 
anaların olmamasında?!
Həbibin şəhadət xəbəri Mədinəyə çatır. Həmin günlər-
də hər kəs bu igiddən danışır və ümmətin Yəhyası gözüylə 
baxmağa başlayırlar. Çünki o da eynilə Hz. Yəhya kimi doğ-
ranaraq şəhid edilmişdi. Bu acı xəbər anası Nəsibəyə də 
çatır. Hər kəs maraqla o vaxt altmışdan çox yaşı olan  ananın 
bu xəbər qarşısında necə davranacağını gözləyir. Görəsən, 
ürəkləri ağrıdan bu xəbəri eşidən Nəsibə nə edəcəkdi?
Nəsibə anamızın oğlunun xəbərini ilk eşitdiyi vaxt 
dediyi söz belə olacaqdır: “Əlhamdulillah, mən indi şəhid 
anasıyammı? Rəbbim, sənə sonsuz həmd olsun ki, mənə 
belə bir şərəf bəxş etdin!”
Məhz Nəsibə anamızın eşqi belə bir eşq idi...
Onun sevdası belə bir sevda idi...
Onu imanın əsil-nəcabətli qadını olaraq ölümsüzləşdi-
rən belə bir davranışı idi. Ancaq Nəsibə anamızın əsl sev-
dasının dərinliyini biz Uhud Qəzvəsi əsnasında gös tərdiyi 
das tanlaşan hərəkətlərində görürük.
Uhud günü İslam əsgərləri Uhud dağının ətəklərində 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
128
öz yerlərini tutmuşdular. Həmin gün Uhudun döyüş mey-
danına Nəsibə anamız həyat yoldaşı Zeyd bin Asim və 
bö yük oğlu Abdullahı göndərmişdi. Onları göndərərkən 
də yaxşı-yaxşı təlimatlar vermişdi. O, demişdi ki: “Baxın, 
Məkkə böyük bir orduyla və böyük intiqam alovu ilə gəl-
mişdi. Nə olar, Peyğəmbərimizə heç bir şey olmasın. Siz 
yaşayarkən ona heç nə olmasın.” Xatırlayırsınızsa, Sü mey-
ra anamız da atasını, həyat yoldaşını və iki övladını oxşar 
sözlərlə göndərmişdi: “Siz yaşayarkən Ona heç bir şey 
olmasın”, - demişdi. Əslində bu söz “O yaşasın deyə siz 
ölün”, - deməkdir. 
Nəsibə anamız evinin dirəkləri sayılan həyat yoldaşı 
və oğlunu Uhudun döyüş meydanına bu təlimatlarla yola 
salmış, sonra onların yolunu gözləməyə başlamışdı. An-
caq Nəsibə anamız beş il əvvəl Əqabədən qayıdarkən etdi yi 
duanın təsiri ilə yerində sakit dayana bilməmiş və öz-özü nə: 
“Peyğəmbərimiz 
 Uhudda döyüş meydanına girərkən 
sənə evdə oturmaq yaraşarmı, ey Nəsibə?” - demişdi. “Mən 
qadınam, nə edə bilərəm ki?” - deməmiş və “Kişilər qılınc 
vurarkən, mən də yaralıların yaralarını sarıyar, susayanlara 
su verərəm”, - deyərək bir qədər bez, bir qab da su götürərək 
Uhud meydanına doğru getmişdi. 
Nəsibə anamız Uhuda çatana qədər artıq döyüş baş-
lamış, döyüşün ilk mərhələsinin nəticələri müsəlmanları 
sevindirmişdi. Nəsibə anamız da çox sevinmişdi. İslam 
or dusu Məkkə ordusunu Uhud meydanından qovurdu. 
Bunu görən oxçular təpəni tərk edən kimi döyüşün 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
129
gedişi düşmənin xeyrinə dəyişmişdi. Müsəlmanlar Uhud 
meydanında xeyli itki vermişdi... Həmzə, Abdullah, Musab 
kimi igidlər şəhid edilmişdi... Musab şəhid edilərkən Nəsibə 
anamız onun yanında idi. İman şərbətini onun əlindən 
içmişdi Nəsibə... Musaba çox şey borclu idi. Musabın dö-
yüş meydanında yerə düşməsi Nəsibənin ürəyini dağlamış, 
ancaq Nəsibə qadın halı ilə oturub ağlamamış, fəryadları nı 
Uhuda yaymamışdı. Çünki zaman nə matəm, nə də ağlamaq 
zamanı idi. Döyüşmək, qəhrəmanlıq göstərmək lazım idi. 
Əlin dəki su qabını yerə ataraq Musabın qılıncını qurşanmış 
və Musabın qatili olan İbn Kamianın üzərinə hücum et-
mişdi.
119
 İbn Kamia qadından belə cəsarət gözləmədiyi 
üçün qəfil hücum nəticəsində bir neçə zərbə almış və sonra 
da qaçaraq oradan uzaqlaşmışdı. Çünki İbn Kamia Musabı 
öl dürməklə elə bilirdi ki, Peyğəmbərimizi öldürüb. Ona gö-
rə də Muhammədi öldürdüm deyərək Uhud meydanında 
ba ğırırdı.
120
Nəsibə belə bir vaxtda və belə bir yerdə meydana 
çıxmışdı. Dərhal oğlu Abdullahı tapmış: “Oğlum! İş bi-
zim üzərimizə düşdü. Gəl, gedək Allah Rəsulunun 
 
ya nına, heç olmasa Onu qoruyaq, Onun yanında ölək”, - 
demişdi.
121
 Oğlu ilə birlikdə Uhudun yamaclarına gəldikdə 
Peyğəmbərimizin ətrafında həmin an ancaq bir ovuc 
insan qalmışdı. Məkkənin amansız döyüşçüləri isə Onun 
119.
 İbn Sad, Təbaqat, c.8, s.413
120.
 İbn Hişam, Sirə, c.3, s.99; Təbəri, Tarix, c.3, s.18
121.
 İbn Hişam, Sirə, c.3, s.110


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
130
ölmədiyini görüb, güclü hücum ilə Onu aradan götürməyin 
xəyallarını qurmağa başlamışdılar. Məhz həmin an döyüş 
meydanında Nəsibəni görürük. Əlində qılınc, sanki bir 
aslan kimi Peyğəmbərimizin qarşısında bədənini Ona sipər 
edərək hücumların qarşısını almağa çalışır. 
Amansız məkkəlilər hər tərəfdən Peyğəmbərimizə 
hücum edərkən, Nəsibə ondan gözlənəndən də artıq bir 
igidlik göstərmişdir həmin gün... Uhuddakı o ha lını şəx-
sən özü nəql edir. Üzərindən bir neçə il keçdikdən son-
ra Mədinənin gənc qızları və Nəsibənin nəvələri onun 
ət rafında dövrə vurub oturar və: “Bizə Uhuddan da nış”, 
- dedikdə, Nəsibə anamız: “Baxın, Uhud mənim boy-
numdadır”, - deyərək boynunu açar, çox dərin izlər buraxan 
qılınc yaralarını göstərərdi. Həmin gün Nəsibə anamız düz 
on üç yerdən yaralanmış, axırda da boynuna dəyən qılınc 
zərbəsinin təsiri ilə taqətdən düşmüşdü.
122
Uhudun o çətin anlarında Peyğəmbərimiz 
  Nəsi bə 
anamızı görür... Neçə insan həmin döyüş mey danında qılınc-
larını əllərindən salarkən, Nəsibə yerə dü şən qılınclar dan birini 
götürərək meydana atılmışdı. Pey ğəmbərimiz 
 onun bu 
igidliyini görüb əlindəki qılıncı yerə salan səhabələrdən birinə: 
“Get qalxanını Nə sibəyə ver, bax gör necə igidliklə döyüşür!”- 
demişdir.
123
 
Nəsibə 
 anamız qalxanı əlinə götürdükdən sonra 
daha da böyüyəcək, Peyğəmbərin ətrafında onu qorumaq 
122.
 İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.270
123.
 Vaqidi, Məğazi, c.1, s.270


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə