Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
115
dası ilə Bədirə doğru irəliləyərkən bir-birilərindən xəbərsiz 
belə bir qərar vermişdilər: “Biz Bədirin döyüş meydanında 
Peyğəmbərimizin düşməni olan və Ona çox böyük zülmlər 
verən Əbu Cəhli tapıb onu öldürəcəyik!” Üç qardaş da 
bir-birlərindən xəbərsiz belə bir qərara gəlmişdilər. Ancaq 
bir məsələ də vardı ki, onların heç biri Əbu Cəhli üz dən 
tanımırdı. Onlar mədinəli olduqları üçün Əbu Cəhli heç 
görməmişdilər. Görməsələr də, həqiqi mənada sevdikləri 
Peyğəmbərimizin 
 düşməninə qarşı dərin bir düş mən-
lik hissi ilə Bədir meydanına gəlmişdilər. 
Beləliklə iman ilə inkarın ilk qızğın mübarizəsi olan 
Bədir döyüşü başlamış, həm müsəlmanlar tərəfdən, həm 
də düşmən tərəfdən xeyli sayda ölən və yaralananlar vardı. 
Qızğın döyüşlərin getdiyi bir vaxtda o gənclər verdikləri 
qərarı yerinə yetirmək üçün Əbu Cəhli axtarmağa 
başladılar. Ortancıl qardaş olan Muaz digər qardaşlarına 
bildirmədən Abdurrahman bin Afvın 
 yanına gəlmiş: 
“Əmican, Əbu Cəhli mənə göstərə bilərsənmi?” - demişdi. 
Döyüşün qızışdığı bir vaxtda mədinəli bir gəncin böyük 
həyəcanla Əbu Cəhli axtarması Abdurrahman bin Afvın 
marağına səbəb olmuşdu. O, Muazdan soruşmuş: “Əbu 
Cəhli neynirsən ki?” Muaz da demişdi ki: “Əmican, bura 
gəlməmişdən əvvəl Rəbbimə söz verdim. Dedim ki, əgər 
Pey ğəmbərimiz məni Bədir ordusuna qəbul etsə, mən də 
Bə dir meydanında Allah Rəsulunun 
 düşməni olan 
Əbu Cəhli tapıb öldürəcəm. Məhz buna görə də mən onu 
ax tarıram.”


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
116
Abdurrahman bin Afv Muazdakı bu eşqə, bu sevdaya 
heyran qalmışdı: “Oldu, görsəm mütləq sənə göstərəcə-
yəm” - demişdi. Muaz Abdurrahman bin Afvın yanından 
bir qədər uzaqlaşdıqda bu dəfə də kiçik qardaş Muavviz 
onun yanına gəldi və eyni sualla ona müraciət etdi. 
Abdurrahman bin Afv ondan da Əbu Cəhli axtarmasının 
səbəbini soruşdu. Muavvizdən də eyni cavabı aldı. O, 
Muavvizə də Əbu Cəhli görsə, mütləq göstərəcəyini bildirdi. 
Abdurrahman bin Afv deyir ki: “Bir də gördüm ki, 
Əbu Cəhl atının üzərində, başında qırmızı sarıq, yanında 
da bir dəstə adamla döyüş meydanının ortasında dayanıb. 
Əlimi uzadaraq: Gənclər! Baxın, axtardığınız adam başında 
qırmızı sarıq olan kişidir, - dedim. Hələ mən əlimi aşağı 
salmağa imkan tapmamış bir də baxdım ki, qardaşlar Əbu 
Cəhlin yanındadılar. Qılıncları ilə onu atının üzərindən 
yerə salmağa çalışırdılar.” 
Məhz həmin anda Avf Əbu Cəhlin oğlu İkrimənin 
qılınc zərbəsi ilə şəhid oldu, Muaz qolundan yaralandı. An-
caq Peyğəmbərimizin 
 
“Ümmətimin Fironu”
112
 dedi-
yi Əbu Cəhl də o igidlərin qılınc zərbələri ilə yerə yıxılmış-
dı. Bir anda Bədir meydanı çalxalanmağa başladı: “Ümmətin 
Fironu öldürüldü. Əbu Cəhl öldürüldü.” Düzdür, Əbu 
Cəhl hələ ölməmişdi, ancaq bir də ayağa qalxa bilməyəcək 
şəkil də yerə sərilmişdi. Allah Rəsuluna aşiq ürəklərin 
sahibləri olan bu iki igid dərhal Peyğəmbərimizin yanına 
gəldilər və qanlı qılınclarını göstərərək: “Ya Rasulullah! Sə-
112.
 Beyhəqi, Dəlailun-Nubuvvə, c.2, s.388


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
117
nin düşmənini yerə sərdik! Əbu Cəhli öldürdük!” - dedi lər. 
Peyğəmbərimiz Əbu Cəhlin ölümündən əmin olmaq üçün 
Abdullah bin Məsudu 
 göndərdi. Abdullah bin Mə-
sud döyüş mey danında Əbu Cəhli son nəfəsini verərkən 
gör dü və bir qılınc zərbəsi ilə onu cəhənnəmə göndərdi. 
Gəl ib Peyğəmbərimizə hadisəni danışdıqda, Peyğəmbəri-
miz 
 bu gəncləri təb rik edərək onlara xeyir-dua etdi.
113
 
Muaz ilə Muavviz bir tərəfdən böyük qardaşlarını şəhid 
vermənin sevincini yaşayır, digər tərəfdən də verdikləri sözü 
yerinə yetirdiklərinə görə çox sevinirdilər. Mədinəyə çatan 
kimi ürəklərinə belə bir sevda toxumu əkən anaları Sümeyra 
anamıza döyüşdə baş verənləri bir-bir danışdılar. Sümeyra 
anamız da bu iki sevinci bir yerdə yaşadı. Həm oğullarının 
Əbu Cəhli öldürmələri, həm də böyük oğlu Avfın şəhadət 
şər bətini içməsi onu çox sevindirmişdi. 
“Hz. Peyğəmbəri 
 Sümeyra kimi sevmək” sər löv-
həsi altında qeyd ediləcək o qədər çox rəvayət var ki... Gəlin 
onu bir də Uhud meydanında görək... Hz. Peyğəmbər hə-
qiqi mənada necə sevilir sualının cavabını bir də Uhudda 
Sümeyra anamızdan öyrənək.
Hicrətin 3-cü ili, Bədirin üzərindən hələ bir il keçmişdi. 
Məkkə böyük bir intiqam arzusuyla üç min nəfərlik ordu 
ilə Mədinəyə doğru hərəkət edirdi. Peyğəmbərimiz 
 
səhabə ilə məsləhət etmiş, öz görüşü şəhərdə qalıb müdafiə 
olunmaq olmasına baxmayaraq, xüsusilə gənclərin arzusu 
meydan müharibəsi olduğu üçün, onların fikirlərini qəbul 
113.
 İbn Hişam, Sirə, c.2, s.287; Təbəri, Tarix, c.2, 284 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
118
edərək Uhud dağının ətəklərinə yeddi yüz əsgər çıxardı. 
Həmin yeddi yüz əsgərin arasında Sümeyra anamızın evin-
dən dörd nəfər vardı. Atası Ubeyd, həyat yoldaşı Haris, 
Bədirin qaziləri olan iki oğlu Muaz ilə Muavviz...
Peyğəmbərimizə ürəkdən sevgi ilə bağlanan İsla mın bö-
yük analarından biri olan Sümeyra anamız evindən dörd 
igidi Uhudun döyüş meydanına göndərərkən onlara belə 
deyirdi: “Siz gedin Uhudun döyüş meydanında canlarını-
zı verin, ancaq Peyğəmbərimizə 
 heç nə olmasın. Əgər 
Ona nəsə olsa, ancaq siz sağ olaraq qayıtsanız, vallahi, sizi 
evə buraxmaram. Siz, Peyğəmbərimizi qorumaq üçün öz 
canınızı Ona fəda edəcəksiniz.”
Onsuz da, Sümeyra anamızın evindən Uhudun döyüş 
meydanına gələn dörd igid də əshabın hər biri kimi ölümü-
nə sevgi ilə Peyğəmbərimizə 
 bağlanmışdılar. Ancaq 
Sü meyra anamız xüsusilə bu mövzuda onları tənbeh edir, 
bir ana olaraq onlara vəzifələrini bir daha xatırladırdı. 
Beləliklə, döyüş başlayır, Uhudun ilk mərhələsində 
ikin ci bir Bədir yaşanır. Qalibiyyətin bir addımlığında 
ikən Ayneyn dağındakı oxçular onlara verilən əmri unu-
daraq öz yerlərini tərk edirlər. Bundan sonra Uhudun ikinci 
mərhələsi başlayır və İslam ordusu darmadığın edilir. O 
mərhələdə İslamın aslanı Həmzə 
 şəhid edilir, şəhadət 
aşiqi Abdullah bin Cahş qılınclar altında doğranır. Ənəs 
bin Nadr: “Muhammədin öldüyü bir dünyada yaşamağın 
nə mənası var!” - deyərək ölümünə sevda göstərir. Musab 
bin Ümeyr 
 İbn Kamia tərəfindən Peyğəmbərə bən-


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə