Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
99
qazilərindən olmuş və Əshabi-Suffada bir Quran aşiqi 
olaraq Quran yolunda ölməyə hazır olan bir qəhrəmandır. 
Peyğəmbərimiz 
 Hubeybi Sad bin Əbi Vaqqasın kiçik 
qardaşı Umeyr ilə Mədinədə qardaş etmişdi. Umeyr Bə-
dirdə şəhid olmuşdu. Bu şəhadət Hubeybə çox təsir et-
miş, bir çox səhabə kimi hər duasında o da şəhid olmağı 
arzulayırdı. O, bir sevda abidəsi idi. Necə olduğunu sonrakı 
səhifələrdə öyrənəcəyik.
3. Zeyd bin Dəsinnə 
: Hubeyb bin Adiyyin çox 
yaxın dostudur. Onun da yaşı iyirmi beşdir. Eynilə Hubeyb 
kimi Musabın yanında İslamı öyrənmiş, Əshabi-Suffadan 
olmuş, Bədirdə və Uhudda iştirak etmişdi. Sevdanı və eşqi 
ən böyük vəzifə bilən bir şəxsdi. Xalid bin Əbi Bukeyrin 
Ənsar qardaşıdır. 
4. Mərsəd bin Əbi Mərsəd 
: Mühacirdir. İlklər-
dəndir. Ancaq bu səhabənin çox mühüm bir xüsusiyyətini 
qeyd edim: Köynəyi Hz. Yusif kimi arxadan cırılanlardandı. 
Necə?! Mərsəd çox güclü və çox yaraşıqlı bir şəxsdi. 
Peyğəmbərimiz 
 Bədir döyüşündən sonra Məkkədə 
olan bəzi zəif və gücsüz müsəlmanları gizlicə qaçırıb 
gətirməyi ona tapşırmışdı. Çünki o, tək başına bir ümmət, 
tək başına bir orduya bərabər idi. Bir gün Mərsəd bu 
tapşırığı yerinə yetirmək üçün Məkkəyə getmişdi. Burada 
o, gənc lik illərində sevgilisi olan məkkəli bir qadınla qarşıla-
şır. Qadın uzun illər görmədiyi Mərsədi qarşısında gördük-
də çox sevinir və onu evinə dəvət edir. Mərsəd isə o həyatı-
nın artıq geridə qaldığını, imanın buna əngəl olduğunu 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
100
deyir. Ancaq Züleyxanın rolunu oynayan bu qadın heç cür 
əl çəkmir: “Əgər mənimlə evə gəlməsən, bu dəqiqə bütün 
məkkəliləri sənin üstünə tökərəm.” - deyir. Mərsəd qəbul 
etmədikdə qadın bir anda hay-küy salmağa başlayır və bütün 
məkkəliləri Mərsədin üstünə tökür. Məhz “köynəyinin 
arxadan cırılması” bu hadisəyə görədir. Mərsəd bu hadisədə 
bir yol taparaq qaçıb gizlənir və sonra da Peyğəmbərin ona 
verdiyi tapşırığı yerinə yetirərək Mədinəyə qayıdır.
5. Xalid bin Əbi Bukeyr 
: Mühacirdir. Pey ğəm-
bərimiz 
 Mədinəyə hicrət etdikdə onu Zeyd bin Dəsin nə 
ilə qardaş etmişdi. Şəhid olduğu zaman otuz yaşlarında idi. 
O da digərləri kimi həm Bədirdə, həm də Uhud da iştirak 
edən Əshabi-Suffanın igid tələbələrindən idi.
6. Muattib bin Ubeyd 
: Ənsardandı. İyirmi beş, 
otuz yaşlarında, eynilə digər dostları kimi Əshabi-Suffa nın 
tələbəsi, Bədirin və Uhudun qazisidir. Abdullah bin Ta riq 
ilə ana bir qardaşdırlar.
7. Abdullah bin Tariq 
: Ənsardandı. İyirmi beş, 
otuz yaşlarında, Əshabi-Suffanın tələbəsi, Bədir və Uhudun 
qazisidir.
100
 
Bəli, Bəni Lihyana göndərilən yeddi müəllim bu şəxs-
lərdən ibarət idi. Bu müəllimlərin əsas xüsusiyyəti Qurana və 
Quranı onlara öyrədən Peyğəmbərimizə 
 bəslədikləri 
eşq və sevdanın hədsiz səviyyədə olması idi. Elə bu sev-
100.
 Haqlarında qısa məlumat verməyə çalışdığımız bu igid səhabələr 
haqda ətraflı məlumat əldə etmək üçün istəyənlər, Səhabə və Təbaqat 
kitablarına müraciət edə bilərlər.


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
101
da və eşq də onlara ən böyük mükafat olan şəhadəti qa-
zandırmışdı.
Bu yeddi Quran müəllimi yanlarında Bəni Lihyan qə-
biləsinin elçiləri ilə yola çıxdılar. Məkkədən 65-70 km 
uzaqlıqda Raci suyu deyilən yerə gəlib dayandılar. İstirahət 
etmək üçün dayandıqları bu yer çox fərqli bir yerdi. Bu 
bölgədə suyu ilə məhşur bir ərazi idi. Səhranın ortasında 
olmasına baxmayaraq, bu gün də oranı 25-30 sm qazdıqda 
dupduru və təmiz su çıxır. Sanki bu ərazinin canlılığı orada 
qanlarını axıdan bu Quran müəllimlərinin mücadilələrinin 
əbədiliyinə bir işarə olmuşdur. 
Gecəni orada keçirən bu məllimləri tutub Məkkəyə sat-
maq üçün fürsət axtaran xain  qəbilə üzvləri  plan qurarkən 
Asim bin Sabit onların niyyətlərini başa düşər və dostlarını 
da oyadaraq tez orada yerləşən təpənin arxasına doğru 
qaçarlar. Onlar qaçan kimi üstlərinə oxlar yağmağa başla yar. 
Lakin müsəlmanlar təpənin arxasına keçməyi bacarırlar. 
Onlara gəlib çatan qəbilə üzvləri təslim olmalarını is tə-
yirlər. Ancaq şəhadət aşiqləri olan bu yeddi igid təslim 
olmayacaqlarını deyirlər. Beləliklə də son oxları qurtarana 
qədər sayları iki yüzdən artıq olan düşmənlə döyüşürlər. 
Oxları qurtardıqda isə, qəbilə üzvləri hücumlarını bir az 
da artıraraq orada dörd Quran müəllimini şəhid edirlər. 
Üç nəfər sağ qalmışdı. Bunlar Hubeyb bin Adiyy, Zeyd bin 
Dəsinnə və Abdullah bin Tariqdir. 
Şəhid olan dörd nəfərdən biri bu kiçik dəstənin imamı 
Asim bin Sabit idi. Yuxarıda qeyd eləmişdik ki, Asimin 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
102
bir duası vardı: “Ya Rəbb! Mənə müşrik əli dəyməsin...”
101
 
Şəhadətə getdiyi son nəfəsində də bu duanı təkrarlamışdı. 
Son nəfəsini verdiyi əsnada: “Allahım, mən üzərimə düşəni 
etdim. Bundan sonra Sən bilərsən, Sən mənə müşrik əli 
dəydirmə!” - demişdi. Xain qəbilə üzvləri sağ qalan üç nəfə-
ri mühasirəyə almış, onları əsir götürmüş və bir-birilərinə 
bağlamışdılar. Əllərini ovuşdururdular. Çünki sağ qalan üç 
nə fər məkkəliləri sevindirəcək şəxslərdi. Onları məkkəlilə-
rə verib əvəzində çoxlu pul alacaqdılar. 
Bu quldurlar şəhid etdikləri dörd müsəlmanın cəsədini 
də Məkkəyə aparmaq istədilər. Xüsusilə də Asim bin 
Sabitin cəsədini almaq istəyirdilər. Çünki Asim bin Sabit 
Sülafə adlı bir qadının oğlunu Uhudda öldürmüşdü. 
Sülafə də onu ölü və ya diri gətirənə yüz dəvə verəcəyini 
vəd etmişdi. Buna görə də Asimin cəsədi onlar üçün çox 
qiymətli idi. Cəsədini verib əvəzində xeyli pul, ya da yüz 
dəvə alacaqdılar. Bu məqsədlə qəbilə rəisi bir neçə nəfəri 
göndərib Asimin cəsədini gətirməyi tapşırdı. Onlar getdilər, 
ancaq böyük bir qorxu ilə əli boş geri qayıtdılar. Nə üçün?! 
Çünki Allah Asimin duasını qəbul etmişdi. Ona müşrik əli 
dəyməyəcəkdi! Kəbəni Əbabillə qoruyan Allah, Kəbənin 
Rəbbi olan Allahın kəlamını insanlara öyrətmək üçün yola 
çıxan Asim bin Sabitin bədənini də arılarla qoruyacaqdı. 
Göndərdiyi çoxlu arı dəstəsi ilə səhranın ortasında Asimin 
cəsədini qorumuşdu. Müşriklər nə et sələr də, hec cür 
Asimin cəsədinə toxuna bilməmişdilər. Qə bilə rəisi gecə 
101.
 İbn Sad, Təbaqat, c.3, s.463


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə