Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
131
üçün misilsiz qəhrəmanlıq göstərəcəkdi. Həmin vaxt oğlu 
Abdullah qolundan yaralanacaqdı. Nəsibə bir ana şəfqəti 
ilə oğluna tərəf qaçacaq, belindəki qurşaqla onun yarasını 
saracaq, sonra da oğluna: “Haydı, oğlum! Boş dayanmaq 
vaxtı deyil, get vəRasulullahın yanında döyüş!” - deyəcək-
di.
124
 Nəsibə anamız: “Məndən bu qədər, niyə həmişə mən
nə qədər insan qılınclarını atıb getdi, mən niyə döyüşüm 
ki, mən qadın ola-ola nə edə bilərəm...” - demir. Bu sözləri 
nə dilinə gətirir, nə də ağlından keçirir. Bəs, bu davranışı 
və əməli ilə nə deyir? Nə demək istəyir? Sevən sevdiyinin 
yolunda ölür, deyir və bu böyük iddiasını Uhudun döyüş 
meydanında isbat etməyə çalışır.
Döyüşün qızğın yerində Peyğəmbərimizin 
 öl-
mə diyi xəbəri yayılır. Müsəlmanlar sevinir, yavaş-yavaş 
özlərinə gəlməyə başlayırlar. Ancaq Onun ölmədiyi xə-
bərini eşidərək çılğına dönən qara üzlü bir nəfər də həmin 
meydanda... O, Musabın qatili olan İbn Kamiadır. Atını 
Uhudun yamaclarına doğru çapır... O, döyüşə iki zireh 
geyinərək gəldiyi üçün nə qılınc zərbəsi təsir edir, nə də ox 
zərər verə bilirdi. Boyu uzun və enli kürəkdir... Nəsibənin 
oğlu Abdullah onu tərif edərkən belə ifadə işlədir: “O, 
sanki bir xurma ağacı idi – uzun, qalın və sərt.”
125
 Məhz 
İbn Kamia belə bir şəxsdir. Qarşısına çıxanı öldürərək 
Peyğəmbərimizin olduğu tərəfə doğru gəlir. Yeganə məq-
sədi Peyğəmbərimizi öldürməkdi. Həmin anda onun qar-
124.
 İbn Hişam, Sirə, c.3, s.110
125.
 Vaqidi, Məğazi, c.1, s.270


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
132
şısına ilk çıxan yenə Nəsibə anamız olur. Sanki Nəsibə 
anamız “mənim cəsədimi tapdalamadan Onun yanına ya-
xın laşa bilməzsən”, - deyərək özünü Peyğəmbərimizə 
 
sipər edir. Neçə səhabəni yerə sərən İbn Kamia Nəsibəni 
heç cür keçə bilmir. Bəs yaxşı, Nəsibə bir qadın deyilmi? 
Necə bir güclə o zalımın qarşısında dayana bilmişdi? O 
gücü və taqəti haradan almışdı? Nəsibəni həmin meydanda 
İbn Kamianın qarşısında mətanətli şəkildə saxlayan yalnız 
və yalnız ürəyində daşıdığı eşqdi. O, həmin meydanda ürə-
yindəki eşq ilə, sevda ilə sanki bir aslan kimi döyüşürdü.
Yaralanmış, taqətdən düşmüşdü. Peyğəmbərimiz onun bu 
halına heyranlıqla baxmış və: 
“Kim Nəsibənin gördüyü bu 
işi görə bilər?”- demişdi.
126
 Sonralar Peyğəmbərimiz 
 
Uhudun qızğın döyüşlərindən bəhs edərkən belə deyəcəkdi:
“Vallahi! Uhud günü hara baxsam Nəsibəni orda 
gördüm. Sağımda, solumda, qarşımda, arxamda, hər 
tərəfdə o vardı.”
127
 Uhud meydanında döyüşdən sonra 
Pey ğəmbərimiz 
 Nəsibənin oğlu Abdullaha belə de-
yəcəkdi: 
“Allah sizin ailə üzvlərinizi mübarək etsin. 
Vallahi, sənin ananın məqamı əksər insandan daha ali, 
daha uca və daha xeyirlidir. Allah sizə rəhmət etsin.”
128
Nəsibə 
 anamız bu sözləri eşitdikdən sonra öz-
özünə “indi əsl məqamdır” - deyə düşündü və belə bir tələb 
ilə Peyğəmbərimizin hüzuruna gələrək: “Ya Rasulullah! 
126.
 Vaqidi, Məğazi, c.1, s.269
127.
 İbn Hacər, əl-İsabə, c.4, s.2730
128.
 İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
133
Allaha dua et, cənnətdə səninlə birlikdə olum, sənə qonşu 
olum!” Peyğəmbərimiz də əllərini qaldırdı və dedi ki: 
“Ya 
Rəbb! Sən bunları cənnətdə mənə qonşu və yoldaş 
 et!”
129
 Nəsibə anamız Peyğəmbərimizin dilindən belə bir 
dua aldıqdan sonra o qədər sevincli idi ki, göz yaşları içində: 
“İstədiyim bu idi, artıq bu dünyadan nə istəyə bilərəm ki... 
Bundan sonra başıma nə gəlsə, kədərlənmərəm. Nə olursa 
olsun, heç nəyə əhəmiyyət vermərəm.” - dedi.
130
 
Məhz imanın əsil-nəcabətli qadını Nəsibə anamız 
belə bir şəxsiyyətdi. O, Peyğəmbərimizi 
 sevdiyini 
hər kəsə bildirmişdi. Hər zaman da sözünün üstündə 
durmuşdu. Onun həyatı daim sevdiyinin uğrunda nəyi isə 
fəda etməklə keçmişdi. O, Uhudda özünü sevdası uğrunda 
fəda etmişdi. Sonrakı qəzvələrə də canının parçası olan 
övladlarını göndərmiş, heç vaxt da “bəsdir, bir dəfə də siz 
- getməyin” deməmişdi. Oğlu Həbibi, həyat yoldaşı Zeyd 
bin Asimi Allah yolunda qurban vermişdi. Vəfatından sonra 
da tarixə Harrə hadisəsi kimi düşən İslam tarixinin ən acı 
səhifələrində oğlu Abdullah Əməvilərin zalım valilərinə 
qarşı mübarizə aparacaq, nəhayət o da şəhid olaraq bu 
dünyadan köçəcəkdi.
131
 Nəsibənin ailəsi məhz belə bir ailə 
idi, yəni sanki bir qurbanlar ailəsi... Sevən və sevdiyinin 
129.
 İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269
130.
 İbn Sad, Təbaqat, c.8, s.413; Vaqidi, Məğazi, c.1, s.269
131.
 Haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2, 
s.1002-1004; İbn Əsir, Usdul-Ğabə, c.3, s.250-252


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
134
uğrunda qurban olan bir ailə idi.
132
Əsri-Səadətin əvəzsiz qəhrəmanlarının, vəhy torpağında 
yetişən və başdan ayağa Peyğəmbərimizin ətrini yayan sə-
habələrin gül bağından ancaq bir dəstə seçərək, onların 
Peyğəmbərimizi necə sevdiklərinə dair nümunələr təqdim 
etməyə çalışdıq. Əlbəttə, onların sevdası yazılmaqla bit-
məz. Həmçinin onların sevdası burada qeyd edilənlərlə 
də məhdud deyil... Biz bu qədər misallarla kifayətlənərək 
bu rada belə bir sual soruşaq: Səhabə ölümünə bir sevda 
ilə Peyğəmbərimizi 
 sevmişdi. Bəs bu sevgini ortaya 
çıxaran ən mühüm səbəb nədir? Səbəblər haqda bir çox söz 
deyilə bilər, ancaq bizim burada diqqət çəkmək istədiyimiz 
bir nöqtə var:
“Ancaq həqiqi mənada sevən, həqiqi mənada sevilir.” 
Əgər Peyğəmbərimiz əshabını ölümünə bir sevda ilə sev-
məsəydi, əshab da əsla ölümünə sevda ilə onu sevməzdi. 
Deməli, o sevdanı ortaya çıxaran ən mühüm amil Pey-
ğəmbərimizin 
 səhabəyə olan sevgisi idi. Ona görə də 
gəlin, “Peyğəmbərimiz səhabəni necə sevdi?” sualına cavab 
axtarmağa çalışaq.
132.
 Nəsibə anamız haqqında ətraflı məlumat üçün bax: İbn Hacər, 
əl-İsabə, c.4, s.2729, 2730; İbn Əsir, Usdul-Ğabə, c.7, s.360; İbn Sad, 
Təbaqat, c.8, s. 413-415


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə