Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
123
Musabın bərəkətli süfrəsində oturmuş və Mədinənin əksər 
insanları kimi bu süfrədən iman şərbətini içmişdi. Beləliklə 
də imandan irəli gələn Peyğəmbərimizin eşqi onun da ürə-
yinə düşmüşdü. Əksər mədinəli kimi o da görmədən Pey-
ğəmbərimizə sevdalanmışdı. Əslində ilk öncə o Musaba 
vurulmuşdu. Musabın vüqarı, imanı, fədakarlığı, igidliyi 
onu ürəyindən vurmuşdu. Nəsibə anamız öz-özünə deyirdi 
ki: “Müsab belə bir şəxsdirsə, gör onu belə yetişdirən 
Peyğəmbər necədir?” O, maraq və həyəcan ilə yalnız bir il 
gözləyə bilmiş, həmin ilin zilhiccə ayında Əqabədə Pey-
ğəmbərimiz 
 ilə görüşməyə gedən heyətdə iştirak 
etmişdi. İkinci Əqabə beyətinə gedən o heyət yetmiş beş 
nəfərdən ibarət idi. Bu yetmiş beş nəfərlik heyətdə təkcə 
iki qadın vardı. Onlardan biri Nəsibə anamız idi. Digəri isə 
həmin günlərdə doqquz aylıq hamilə olmasına baxmaya-
raq yola çıxan və yolda doğum sancıları tutan Əsma binti 
Amrdı.
Məhz Nəsibə anamız o gün Musabın ardınca Məkkəyə 
doğru gedərkən əri Zeyd bin Asim və böyük oğlu Abdullah 
bin Zeyd də həmin mübarək heyətdə idi. Əqabədə o bö-
yük görüş baş tutduqdan sonra Nəsibə anamız bir ildir 
həsrəti ilə alışıb yandığı Peyğəmbərimizlə görüşməyin 
həyəcanı nı yaşayırdı. O, Peyğəmbərimizi 
 gördükdə 
xəyal qırıqlığı yaşamadı. Çünki Musabın tərif etdiyindən də 
qat-qat artığını Peyğəmbərimizin o nurlu simasında gördü. 
Orada beyətlər edilib sözlər verildikdən sonra Mədinəyə 
geri qayıdanda yolda Nəsibə anamız bir dua etdi. Necə 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
124
bir dua etdisə və necə ürəkdən dua etdisə, o dua əl-Mucib 
olan Allah dərgahında qəbul olundu. Nəsibə anamız necə 
dua etmişdi, bilirsinizmi? Dua belə idi: “Ya Rəbb! Qəlbimi 
Rəsulunun sevgisi ilə doldur!”
Onsuz da, qəlbi Allah Rəsulunun sevgisi ilə dolu olan 
insanın belə dua etməsinin başqa bir mesajı və səbəbi ol-
malıydı. Çünki həmin günlərdə əlliyə yaxın yaşı olan Nə sibə 
anamız Mədinədən Məkkəyə beyət üçün gedərkən, onsuz 
da, Peyğəmbərimizə 
 aşiq bir ürəyin sahibi idi. O ilk 
görüşdə də eşqinə eşq əlavə edirdi. Belə olduğu təqdirdə 
Nəsibə anamızın geri qayıdarkən yolda etdiyi bu dua 
əslində “sevgidə sabitqədəm olma və istiqamət duası” idi. 
Bu, nə deməkdir? İnsan sevər, xüsusən də yolun əvvəlində 
həyə can hiss edər, sevdiyini görmək istəyər, onun uğrunda 
fədakarlıq edər. Bir müddət sonra isə sevgiliyə yaxın ol-
duqca, onu əl də etdikcə o ilk günün həyəcanı yavaş-yavaş 
sönməyə baş layar. Aradan xeyli müddət keçdikdən sonra isə 
həyəcan yorğunu olaraq yeni-yeni başqa həyəcanlar axtarar. 
Məhz Nəsibə anamızın Əqabə beyətindən qayıdarkən etdiyi 
dua: “Ya Rəbb! Məni sevgi yorğunu etmə!. İlk gündən son 
günə qədər sevgimin istiqamətini dəyişdirmə! İlk günün 
həyəcan və eşqini ürəyimdən əskik etmə!” - duasıdır. 
Bir dua ürəkdən edildikdən sonra Allah onu qəbul et-
məzmi? Bu duanı etdikdə Nəsibə anamız əlli yaşlarında idi. 
Həmin ildən sonra da on beş il yaşayacaqdı. Onun iman 
yolundakı həyatına baxdığımız zaman asanlıqla görə bilə rik 
ki, ilk gün Musabın əlindən iman şərbətini içərkən həyəca-


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
125
və eşqi necə idisə, son gündə də eyni idi. Hətta sevgisin-
də və həyəcanında artım vardı ki, azalma yox idi. Çünki o, 
ürəkdən dua etmiş, Allah da onun ürəyinə istədiyi istiqamət 
və sabitqədəmlilik qoymuşdu. 
Nəsibə 
 anamız bu duanı edib Mədinəyə gəldikdən 
sonra əsas məsələ bu sevgidən irəli gələn bir həyat yaşa maq 
idi. Bu sözü, bu iddianı təkcə sözdə qoymayıb, həyatda 
təsdiq etmək lazım idi. Bəs nə edəcəkdi Nəsibə anamız? 
Müsəlman bir qadın, İslamın anası nə etməliydisə, əlbəttə, 
o da eynilə edəcəkdi.
Nəsibə 
 anamızın bir evi və o evdə həyat yoldaşı, 
iki oğlu vardı. İndi o, bu evi bir məktəb edəcək, evini bir Da-
rul-Ərkama, Suffaya çevirəcəkdi. Özü isə o evin müəllimi 
olacaq, evdə Allah və Rəsuluna aşiq ürəklər böyüdəcəkdi. 
Yə ni əsl vəzifəsi olan analıq vəzifəsini yerinə yetirəcəkdi, 
analıq rolu oynamayacaqdı.
Bəs Nəsibə anamız necə analıq etmişdir, bilirsinizmi? 
Öv ladlarını elə tərbiyə etmişdir ki, iki oğlu da Peyğəmbərə 
olan sevgidə analarını keçmişdir. İki övladı da Bədirdə 
iştirak etmək üçün bir-biri ilə yarışmışdı. Böyük oğlu 
Abdullahın iştirak edib etmədiyi dəqiq deyil. Ancaq Həbib 
yaşı az olduğu üçün orduya qəbul edilməmişdir. Uhudda 
isə Abdullah ordudadır. Həbib yenə yaşı az olduğu üçün 
orduya qəbul edilməmişdir. Ancaq buna baxmayaraq kiçik 
qardaş Həbib böyük qardaşından əvvəl şəhadət şərbətini 
içəcəkdir. 
Hicrətin 10-cu ili Peyğəmbərimiz 
 bu igidi bir də vət 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
126
məktubu ilə peyğəmbərlik iddiasında olan Yəmaməli Mü-
səyləmətul-Kəzzabın yanına elçi olaraq göndərir. Mü səyləmə 
məktubu açıb oxuyur, sonra Həbibə baxaraq: “Sə ni mənim 
yanıma kim göndərib?” - deyə soruşur. Həbib: “Məni sənin 
yanına göndərən Allahın Rəsuludur!” - deyir. Müsəyləmə: 
“Bəs mənim də Allahın Rəsulu olduğumu bil mirsən?” 
- deyə soruşur. Həbib: “Mən səni eşitmirəm!” - de yir. 
Müsəyləmə qəzəblənir: “Necə yəni eşitmirəm?! Bir az əvvəl 
sualıma cavab vermədinmi? Bir də soruşuram: Muhamməd 
Allahın elçisidirmi?” Həbib: “Bəli, mən şə hadət edirəm ki, 
Muhamməd Allahın elçisidir!” - deyir. Müsəyləmə: “Bəs, 
mən Allahın elçisiyəmmi?” - deyə so ruşur. Həbib: ye nə 
də: “Səni eşitmirəm!” - deyir. Əslində Həbibin etdiyi hə-
rəkət qulaqlarının eşitmədiyinə görə de yil, batilə qarşı qu-
laqlarının kar olduğunu Müsəyləməyə hiss etdirməkdi. 
Ancaq həyatını batilə təslim edən Mü səyləmənin bu hərəkə-
ti dərk etməyə niyyəti yox idi. Bu hərəkət Müsəyləməni 
dəliyə döndərir və hər dəfə sual verdikdən sonra Həbibin 
bir orqanını kəsdirir. Orqanlarının bir-bir kəsildiyinə bax-
mayaraq, Həbib: “MuhammədunRasulullah” deməyə da-
vam edir və nəhayət şəhid olur. Əvvəlcə əllərini, sonra qol-
larını, sonra gözlərini, sonra qulaqlarını bir-bir fəda edərək 
Həbib şəhadət şərbətini içir.
118
 
İyirmi, iyirmi beş yaşlarında bir igidə belə eşqi kim 
qazandırmışdı? Həbib hansı mədrəsədə bunu öyrənmişdi? 
Hansı məktəbdə belə bir təhsil görmüşdü? Bir ana olaraq 
118.
 İbn Hişam, Sirə, c.2, s.126


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə