Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
95
çətin vəziyyətdə qoyarsa?.. Beynindəki bu suallar onu 
çox narahat edirdi. Əbu Talib heç kimə bu haqda bir söz 
deməsə də, bu fikirlər onu çox düşündürürdü. Nəhayət 
Əbu Talib dözmədi və Nəba adlı qadın xidmətçisini yanı-
na çağıraraq ona belə dedi: “Xədicənin evinə get, orada 
bir müddət qal. Xüsusilə Xədicənin qardaşım oğluna necə 
davrandığına fikir ver. Sonra da orda gördüklərini gəlib 
mənə danış.” Nəba verilən tapşırığı yerinə yetirmək üçün 
Xədicənin evinə getdi. Bir müddət orada qaldı.. Sonra evə 
qayıtdı. Peyğəmbərimizin əmisi Əbu Talib nə baş verdiyini 
maraqla xidmətçidən soruşdu. Nəba sözlərinə belə başladı: 
“Vallahi, əfəndim! Mən belə bir evlilik də, belə bir sevgi də 
heç vaxt görməmişəm.” Nəba o evdəki ailə üzvlərinin bir-
birinə olan məhəbbət və hörmətlərinə heyran olmuşdu... 
O, gördüklərini anlatmağa davam edirdi: “Xədicə hər 
dəfə ərinə xitab edərkən “Atam, anam sənə fəda olsun!” 
deyərək sözə başlayır, evdə Muhammədin bir dediyini 
iki etmir, xidmətçilərə imkan vermədən öz əlləri ilə ona 
qulluq edir. Muhamməd isə əlindən gəldiyi qədər ona ev 
işlərində kömək edir, böyük bir eşq və məhəbbətlə həyat 
yoldaşı ilə danışırdı.” Nəba o evdə gördüklərini Əbu Talibə 
bir-bir danışarkən, ixtiyar əminin göz yaşları yanağından 
süzülürdü. Həm ağlayır, həm də şükür edirdi.
95
 
Nübüvvətdən əvvəl yaşanan təkcə bu hadisə belə, Hz. 
Xədicə 
 anamızın sevdasını anlamaq üçün kifayət et-
məz mi?!
95.
 Muhamməd Abduh Yəmani, Ümmül-Muminin Xədicətu Binti 
Huveylid Seyyidətun fi Qalbil-Mustafa, s.68


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
96
• Bir Peyğəmbər aşiqi: Hubeyb bin Adiyy
Hicrətin 4-cü ili həm Peyğəmbərimiz, həm də 
ümumilikdə Mədinə üçün böyük acıların yaşandığı bir il 
olmuşdu. O ilin səfər ayında həm Biri Maunədə, həm də 
Raci hadisəsində bir rəvayətə görə 47
96
, digər bir rəvayətə 
görə isə 80
97
 Quran müəllimi Quran yolunda canlarını 
vermiş və şəhadət şərbətini içmişdilər. Həmin il bu iki 
hadisə Peyğəmbərimizi 
 o qədər dərindən sarsıtmışdı 
ki, Rəhmət Peyğəmbəri hər namazlarında “qunut” üçün 
əllərini səmaya qaldırmış və bu xəyanəti edən xainlərə 
bəddua etmişdi. Məhz bu iki hadisədən biri olan Raci 
hadisəsində Peyğəmbərə sevdalı bir ürəyin sahibi olan 
Hubeyb bin Adiyy cahana Peyğəmbər necə sevilir, onu 
öyrədəcəkdir.
Peyğəmbərimiz 
 Uhud qəzvəsindən sonra Bəni 
Lihyan qəbiləsinin rəisi olan Xalid bin Süfyanın Mədinəyə 
hücüm etmək üçün hazırlaşdığını xəbər alır. Buna görə də 
Abdullah bin Uneysin başçılığı ilə kiçik bir dəstəni həmin 
qəbilənin üstünə göndərir. Gedən dəstə bu təhlükəni 
ortadan qaldırır, qəbilə rəisini öldürür və Mədinəyə 
96.
 Raci hadisəsində yeddi, Biri Maunədə də qırx nəfər olmaqla səfərə 
çıxan ümumi müəllim sayının qırx yeddi olduğuna dair rəvayətlər 
üçün bax: İbn Hişam, Sirə, c.3, s.194; Təbəri, Tarix, c.3, s.34
97.
 Raci hadisəsində on, Biri Maunədə də yetmiş nəfər olmaqla 
səfərdə iştirak edən ümumi müəllim sayının səksən olduğuna dair 
rəvayətlər üçün bax: İbn Sad, Təbaqat, c.2, s.52; İbn Kəsir, əl-Bidayəə, 
c.4, s.71


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
97
geri qayıdır. Bu hadisə Bəni Lihyan qəbiləsində intiqam 
alovunu qızışdırır. Ancaq Mədinə İslam dövlətinin qar-
şısına çıxmağa nə orduları, nə də gücləri vardı. Elə buna 
gö rə də intiqam almaq üçün fərqli plan qurmağa başladı-
lar. Bu plana görə onlardan on nəfərlik bir heyət seçilib 
Mə 
dinəyə göndəriləcək, müsəlman olduqlarını deyib, 
Peyğəmbərimizdən onlara Quran öyrədəcək müəllimlər 
istəyəcəkdilər. Sonra da bu müəllimləri Qureyşə, xüsusilə 
də Bədirdə yaxınlarını itirən qureyşlilərə sataraq həm pul 
qazanacaq, həm də intiqam alacaqdılar. Bu məqsədlə on 
nəfərlik bir heyəti Mədinəyə göndərdilər. Bu heyət gəlib 
Peyğəmbərimizə  istəklərini ərz etdi. Aləmlərə Rəhmət olan 
Şanlı Nəbi bütün insanlara risalətin mesajını çatdırmaq 
üçün can atdığı bir vaxtda belə bir təklifə “yox” deyə 
bilməzdi. Lakin bu tələb qarşısında müəyyən narahatlığı 
da vardı. İstər Biri Maunəyə göndərdiyi, istərsə də Raciyə 
göndərdiyi elçilərdə Peyğəmbərimizin ürəyi çox da rahat 
deyildi. Bu elçilərinin başına bir iş gəlməsindən qorxurdu.  
Ancaq gələn heyətlər Peyğəmbərimizi inandırmağı 
bacarmış, özlərinin güclü qəbilələr olduqlarını bildirmiş, 
o elçiləri hər cür təhlükələrdən qoruyacaqlarına dair söz 
vermişdilər. Buna görə də Peyğəmbərimiz 
 Suffa 
mək təbində həmin günlərdə sayları iki yüzdən çox olan 
tələbələri arasından könüllü şəkildə getmək istəyən yeddi 
müəllimi gələn elçilərlə birlikdə Bəni Lihyan qəbiləsinə 
göndərir. Bəzi mənbələr gedən müəllimlərin sayının on 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
98
olduğunu desələr də, üç nəfərin adını qeyd etmirlər.
98
 Elə 
buna görə də göndərilən heyətin yeddi nəfərdən ibarət 
olduğu rəvayətləri daha güclüdür.
99
 Kim idi bu yeddi igid? 
Qısa da olsa bu müəllimləri tanıyaq:
1. Asim bin Sabit 
: Bu şəxs həyatı ilə də, şəhadəti 
ilə də çox özünəməxsus və fərqli bir səhabədir. Gedən 
heyətin imamıdır. Otuz yaşlarında idi. Ənsardan olub 
Bədir və Uhudda iştirak etmiş, Əshabı-Suffada da ən fəal 
tələbələrdən biri idi. Bacısı Cəmilə binti Sabit Hz. Ömərin 
həyat yoldaşıdır. Yani Asim Hz. Ömərin qaynıdır. Asim bin 
Sabit Musabın vəsiləsi ilə imanla tanış olmuş, 2-ci Əqabə 
Be yətində iştirak etmiş, orada Peyğəmbərimizə 
  be yət 
edib söz vermişdir. Hicrətə qədər Musabın tələbəsi ol muş, 
hicrətdən sonra da Suffa məktəbində bir Quran aşiqi ola-
raq fəallıq göstərmişdi. O, Quranın şirk və müşriklərlə olan 
mübarizəsini oxuduqca, Quranın şirkə qarşı düşmənliyi ni 
gördükcə hər daim dua edərdi: “Ya Rəbb! Mənə heç bir 
müşriyin əlini dəydirmə. Nə mən on lara toxunum, nə də 
onlar mənə toxunsun.” Bu duanın nələrə vəsilə olacağını 
sonrakı səhifələrdə görəcəyik. Heyətin imamı olan Asim 
bin Sabit məhz belə bir şəxs idi.
2. Hubeyb bin Adiyy 
: Hz. Hubeyb bu heyətin 
imamı olan Asim bin Sabitin köməkçisi idi. Ənsardandı. 
İyirmi beş yaşlarında bir igiddi. O da Musabın vəsiləsi 
ilə iman şərbətini içmiş, Asim kimi Bədir və Uhudun 
98.
 İbn Sad, Təbaqat, c.2, s.55; Əhməd b. Hənbəl, Müsnəd, 2/294
99.
 Vaqidi, Məğazi, c.1, s. 355


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə