Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
83
sevginin yalnız sözdə qalması deməkdir. Ancaq Hz. Osman 
verərək, infaq edərək, fəda edərək, var-dövləti kön lündən 
çıxardaraq bizə peyğəmbər həqiqi mənada necə sevil mə-
lidirsə, onu göstərmişdir. 
Hicrətin 9-cu ili Peyğəmbərimiz 
 Təbuq Qəzvəsi 
üçün hazırlanacaq ordunu silah-sursatla təmin etməyə 
yardım üçün insanları səfərbər edir. Bir imtahan meydanı 
olan bu qəzvə məşhur ifadəsi ilə “Ceyşul-Usra (Çətinlik 
Ordusu)” idi.
78
 Yay mövsümünün axırı olduğuna görə 
hər yerdə məhsul yığımı başlamışdır.
79
 Gediləcək yer 
Mədinədən 780 km uzaqda idi. Qarşılaşacaq düşmən 
say baxımından çox, həm də güclü orduya sahib idi... Elə 
buna görə də Peyğəmbərimiz 
 də Mədinədən çox 
güc lü bir ordu ilə çıxmaq istəyirdi. 30000 nəfərlik bir or-
du nəzərdə tutmuşdu. Ancaq bu qədər böyük ordunu si-
lah-sursatla təchiz etmək elə də asan deyildi. Bu səbəblə 
Peyğəmbərimiz Mədinədəki hər kəsə müraciət edirdi: 
“Kim 
cənnət qarşılığında cətinlik ordusunu təchiz etmək 
istəyir?!” Peyğəmbərimizin bu dəvətinə baxmayaraq, heç 
kimdən səs çıxmırdı. Çünki hər kəs, onsuzda əlində olan 
hər şeyi vermişdi. Münafiqlər isə bu dəvəti sanki heç eşit-
mirdilər. Peyğəmbərimiz 
 məsciddə xütbədə bir da-
ha eyni müraciətlə çıxış etmişdi. Yenə də heç kimdən səs 
78.
 İbn Hişam, Sirə, c.4, s.161
79.
 Təbuq Qəzvəsinə Peyğəmbərimizin Mədinədən çıxışı hicri 9-cu 
ilin rəcəb ayının əvvəlində, miladi tarix olaraq 13 sentyabr 630-cu ildə 
olmuşdur. Qəzvədən qayıtma vaxtı isə hicri 1-5 ramazan, miladi 11-15 
noyabr 630-cu ildi. 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
84
çıxmamışdı. Ancaq utancaqlığı ilə tanınan Hz. Osman  
ayağa qalxmış və ordunun təchiz olunması üçün infaq 
etmişdir. Onun hər infaq edişinə Peyğəmbərimiz sevinir, 
bir də müraciətini təkrar edirdi. Hz. Osman 
 hər 
mü ra ciətin ardından bir daha infaq edirdi. Elə bir vəziyyət 
yarandı ki, 30000 nəfərlik ordunun demək olar ki, 10000 
əsgəri Hz. Osmanın infaqı ilə döyüşə hazır hala gəldi. Belə 
olduqda isə, insanlar artıq bu orduya “Ceyşul-Usra (çətinlik 
ordusu)” deyil, “Ceyşul-Osman (Osmanın ordusu)” de-
yirdilər.
80
 Son sözü isə Peyğəmbərimiz 
 deyəcəkdi: 
“Bu infaqdan sonra Osman nə edərsə etsin, ona heç bir 
zərər toxunmayacaqdır.”
81
Peyğəmbərimizin bu sözü nə ifadə edirdi? Mənası be lə 
idi: Hz. Osman elə bir infaq etmişdir ki, varislərinə burax-
madan həyatda ikən günahlarının kəffarəsini öz əlləri ilə 
vermişdi. Elə böyük bir xeyirxahlığın altına imza atmışdı ki, 
onun  savabı həmin gündən ölən günə qədər edəcəyi hər 
nöqsan və xətanın kəffarəsi olacaqdı. 
Hz. Osmana 
 bu qədər xeyirxahlığı və burada bizim 
qeyd edə bilmədiyimiz onlarla təqdirə layiq saleh əməlləri 
işlədən ən mühüm amil, onun imanının dərinliyi və bu ima-
nın ona qazandırdığı sevginin, məhəbbətin nə qədər böyük 
olduğudur. 
Hz. Osmanın həyatı ilə bizə dediyi söz budur: 
“Ürəkdə 
var olduğu iddia edilən sevginin ən böyük isbatı əldə olanları 
80.
 Diməşqi, Subul əl-Huda, c.5, s.467
81.
 Tirmizi, 3701


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
85
verə bilməkdir. Əldə olanları verə bilməyənlər, nə qədər dildə 
“səni sevirəm” desələr də, o sevgi, yalnız sözdən ibarət olan bir 
sevgidir. Sevgi isə təkcə sözdə yox, həm də əməldə olmalıdır. 
Sevginin əməldə olmasının ən böyük dəlili isə infaqdır.” 
• Risalətin böyük qardaşı olan Hz. Əlinin
Peyğəmbər sevdası
Səhabə arasında Hz. Əlinin 
 yeri daim çox fərq-
li olmuşdur. O, Peyğəmbərimizin çox sevdiyi əmisi Əbu 
Talibin oğlu, canından bir parça olan qızı Fatimənin əri, 
cənnət gənclərinin əfəndiləri olan nəvələri Həsən və 
Hüseynin atası, iyirmi üç illik risalət tarixində adından çox 
bəhs olunan bir qəhrəmandır. Onun haqqında Pey ğəm-
bərimiz 
 çox söz demişdir. Böyük imam Əhməd bin 
Hənbəl bunu belə dilə gətirmişdir: “Əlinin həyatı haqqın da 
o qədər çox şey nəql edilmişdir ki, başqa heç bir səhabə dən 
bu qədər bəhs edilməmişdir.”
82
 
Peyğəmbərimizin Hz. Əli haqqında dediyi sözlərdən 
biri, onu risalətin böyük qardaşı olma şərəfinə ucaltmışdır. 
Təbuq Qəzvəsində Peyğəmbərimiz Hz. Əlini öz yerinə 
Mədinəyə vəkil təyin etmişdi. Bu hadisə “Bu səfər çətin 
və məşəqqətli olduğu üçün, Muhamməd əmisi oğlunu 
qorudu.” - şəklində münafiqlərin dedi-qodusuna səbəb ol-
muşdur. Döyüş meydanlarının aslanı olan Hz. Əli 
 
bu dedi-qodulara dözməyərək atına minmiş, Mədinədən 
82.
 Əhməd b. Hənbəl, Müsnəd, 3/32


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
86
uzaqlaşan orduya çatmış və Peyğəmbərimizdən 
 onu 
da ordu sıralarına qəbul etməsini xahiş etmişdir. Onun bu 
xa  hişinə Peyğəmbərimiz 

“Ey Əli! Harunun Musanın 
yanındakı yerini, sən də mənim yanımda almaqdan 
razı deyilsənmi?! Ancaq bir fərq var ki, məndən sonra 
peyğəmbər gəlməyəcəkdir!”
83
 - demişdi. Bu sözləri ilə 
Peyğəmbərimiz Hz. Əlini 
 Musanın böyük qardaşı 
olan Harunun yerinə qoymuş, beləliklə onu risalətin “böyük 
qardaşı” şərəfinə ucaltmışdı. “Böyük qardaş” olmaq elə də 
asan məsələ deyildi. Çünki böyük qardaş olmaq, məsuliyyət 
tələb edirdi. Böyük qardaş olmaq, digər qardaşlarını göz 
bəbəyi kimi qorumaq deməkdi. Böyük qardaş olmaq, yeri 
və zamanı gəldikdə ata kimi olmaq, ata kimi davranmaqdı. 
Bəs Hz. Əli  bu “böyük qardaş” vəzifəsini necə yerinə 
gətirmişdi? Xüsusilə də mövzumuzla əlaqəli olaraq sevgi 
pəncərəsindən baxdıqda Hz. Əli Peyğəmbərimizi 
 
necə sevdi? Sevgi yolunda nələr etdi? 
Hz. Əli 
 yaşadığı 63 illik həyatının düz 53 ilini 
iman yolunda keçirmiş bir şəxs olaraq özündən sonra bir 
çox xatirə qoymuşdur. Bunlar içərisindən birini seçmək heç 
də asan deyil. Çünki xatirələr hamısı bir-birindən maraqlı 
və ibrətlərlə zəngindir. Ona görə də biz burada Hz. Əlinin 
həyatına ümumi bir baxışla nəzər yetirəcəyik. 
Onun Peyğəmbərimizin evinə gəlməsi beş yaşlarında 
olmuşdur. O, hələ beş yaşlarında kiçik bir uşaq ikən Pey-
83.
 Buxari, Məğazi, 78; Müslim, Fədailus-Səhabə, 30, 32; Tirmizi, 
3731


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə