Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
67
sevinə bilər? Əgər o insan səfərə çıxacağı şəxsi ölümünə bir 
sevda ilə sevərsə, həqiqi bir sevgi ilə ona bağlanarsa, məhz 
həmin vaxt belə sevinəcəkdir. Çünki səhabənin sevda sı, 
səhabənin ən parlaq mayakı olan Hz. Əbu Bəkrin sevdası 
ölümünə bir sevda idi. Hz. Əbu Bəkri də sevindirən elə bu 
idi: sevdiyinin yolunda ölmək fürsəti qazanmışdı.
İki əziz dost səfərə çıxdılar. Sevr mağarasında üç gün, 
üç gecə qaldılar. Bu müddət ərzində Hz. Əbu Bəkrin 
Peyğəmbərimizə 
 qarşı göstərdiyi sevgini yazmaqla 
bitirmək qeyri-mümkündür. Dağdan aşağı enib Yəsribə 
doğru yola çıxdıqda Hz. Əbu Bəkr gah önə keçir, gah 
arxaya baxır, gah sağa, gah sola tərəf boylanaraq yerində 
dayanmırdı. Peyğəmbərimizin ətrafında pərvanə kimi 
dövrə vururdu. Peyğəmbərimiz Hz. Əbu Bəkrin bu hə-
rəkətinə bir məna verə bilmir və soruşurdu: 
“Ey Əbu Bəkr! 
Nə üçün yanımda getmirsən, ətrafımda dövrə vurursan? 
Sənin yerin mənim sağ tərəfim ikən, səni belə getməyə 
məcbur edən səbəb nədir?” Hz. Əbu Bəkr 
 deyir 
ki: “Ya Rasulullah! Düşünürəm ki, birdən sənə qarşıdan 
hücum olsa, dərhal sinəmi sipər edim. Sənə deyil, mənə 
dəysin... Həmçinin deyirəm ki, birdən arxa tərəfdən də 
hücum olar. Ona görə də arxa tərəfə keçirəm. Sağdan, 
soldan da hücum ola bilər deyə, hər tərəfində dövrə vurmaq 
məcburiyyətindəyəm. Sənə heç bir şey olmasın, nə olacaq-
sa, qoy mənə olsun! Ona görə belə gedirəm.” Bu sözləri 
eşidən Peyğəmbərimiz 
 kövrəlir, gözləri dolur və deyir 
ki: “Məni çox istəyirsən, ey Əbu Bəkr?!” Hz. Əbu Bəkr: “Bə-


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
68
li, ya Rasulullah! Çox, həm də lap çox sevirəm. Elə ki, sənin 
yolunda gözümü qırpmadan öləcək qədər çox istəyirəm!”-
deyir.
Peyğəmbərimiz 
 daha da kövrəlir: 
“Ey Əbu Bəkr! 
İndi sən mənim yerimə ölərsənmi?” - deyir. Hz. Əbu Bəkr 
heç tərəddüd etmədən: “Bəli, ya Rasulullah! Sənin yolunda 
heç düşünmədən ölərəm.” - deyir. Peyğəmbərimiz ailəsini və 
yaxınlarını ona xatırladaraq: “Bəs nə üçün mənim yolumda 
ölümü belə gözə alırsan?!” - deyir. Bu suala cavabında Hz. 
Əbu Bəkr deyir ki: “Ya Rasulullah! Əgər mən ölsəm, təkcə 
atam Əbu Kuhafənin evi ağlayar. Ancaq Sənə bir şey olsa, 
bu ümmət ağlar qalar, bu din ağlayar, bütövlükdə varlıq 
aləmi ağlayar. Sən deyil, mən sənin yolunda ölməliyəm.”
59
 
Bu rəvayəti bizə nəql edən Hz. Ömər 
 sonralar belə 
bir etiraf edəcəkdi: “Ruhumu qüdrət əlində tutan Allaha 
and olsun ki, təkcə Əbu Bəkrin bu gecəsi Ömərin bütün 
həyatından daha xeyirlidir.”
60
 
Bax budur, ölümünə sevda... Budur, Əbu Bəkrin sevgisi... 
Budur həqiqi sevgi...
Hz. Əbu Bəkrin sevdasından söz düşmüşkən, bu sevda 
anlatmaqla bitməz. Ancaq biz burada bir misal da verərək 
onunla əlaqəli olan bu mövzunu bitirəcəyik. 
Məkkə fəth edilmiş, o torpaqlarda şirkin beli bir də 
dü zəlməyəcək şəkildə qırılmışdı. O gün Hz. Əbu Bəkr ya-
59.
 əd-Diməşqi, Subul-Xuda, c.3, s.342; Beyhəqi, Dəlailun-Nubuvvə, 
14/135
60.
 İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.3, s.180


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
69
şı səksəni haqlamış, gözləri artıq görməz olmuş atası Əbu 
Kuhafəni razı salmış və imanını dilə gətirmək üçün Allah 
Rəsulunun 
 yanına getmişdilər. Peyğəmbərimiz yaşlı 
atanın gəlişini görüb: “Ey Əbu Bəkr! Niyə yordun atanı, kaş 
onu gətirməsəydin, biz onun yanına gedərdik...” - demişdi. 
Hz. Əbu Bəkr 
 burada da özünə layiq olan bir 
cavab vermiş və demişdi ki: “Xeyr, ya Rasulullah! Əgər bir-
birimizin yanına gəlmək lazımdırsa, əlbəttə, biz gəlməliyik 
sizin hüzurunuza. Siz atamın yanına deyil, atam sizin hü-
zurunuza gəlməlidir.” 
Bu dialoqdan sonra Əbu Kuhafə şəhadət kəlməsini de yə-
rək iman edirdi. Onun iman etməsinə Peyğəmbərimiz 
 elə 
sevinirdi ki, mübarək üzündə təbəssüm yaranırdı. Pey-
ğəmbəri miz illərlə atasının iman etməsi üçün çırpınan 
Hz. Əbu Bəkrin də çox sevindiyini zənn edərək onu təbrik 
et mək üçün baxdıqda çaşıb qalırdı. Çünki Hz. Əbu Bəkr 
 
olduğu yerdə çöməlmiş, gözlərində yaş, üzündə dərin bir 
hüzn, hıçqıraraq ağlayırdı. Peyğəmbərimiz sadiq dostunun 
bu halına çox təəccüblənmiş, Hz. Əbu Bəkrin qolundan 
tutub ayağa qaldırarkən bu hala düşməsinin səbəbini so-
ruşmuşdu: “Ey Əbu Bəkr! Atanın iman etməyinə sevinəsi 
yerdə, üzündə güllər açıb şükür etmək yerinə bu hal nədir? 
Niyə kədərlənirsən? Göz yaşlarının səbəbi nədir?” Əziz 
oxucu, sizcə niyə ağlayırdı, Hz. Əbu Bəkr?! Belə bir gündə 
onu göz yaşlarına qərq edən səbəb nə idi? İnanın ki, qırx 
il düşünsək də, ağlımıza gəlməz. Çünki Peyğəmbərimizin 
belə ağlına gəlməmişdi onun kə dərlənməyinin sə bə bi. 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
70
Hə min an da Hz. Əbu Bəkr 
 bir tərəfdən göz yaş-
larına hakim olmağa çalışır, bir tərəfdən də belə deyirdi: 
“Ya Rasulullah! İllərlə atamın hidayəti üçün Rəbbimə dua 
edərək yalvardım. Onun iman etməsi üçün hər şeyimi fəda 
etməyə hazır idim. Bilirəm ki, sən də mənim bu hissləri min 
eynisini əmin Əbu Talib üçün yaşayırdın. Ancaq necə edim 
ki, mən istəyimə nail oldum, sən isə məhrum qaldın. Mən, 
sənin arzuna qovuşmadığın üçün ağlayıram. Atamın iman 
etməsi mənim ağlıma bunu gətirdi və ona görə kədərlən-
dim.” Bu sözləri eşidən Peyğəmbərimiz də göz yaşlarına ha-
kim ola bilmir və ağlamağa başlayır.
61
Hz. Əbu Bəkrin sevdası, eşqi, sevgisi... “Sevən sev-
diklərinin sevdiyini də sevər” qaydasının Əbu Bəkrin hə-
yatındakı canlı nümunəsi bax budur. 
Bunlardan başqa hələ nələr var onun bərəkətli həyatın-
da... Biz bu qədər misalla kifayətlənib, Peyğəmbərimizin   
“sol tərəfndəki adam” olan Hz. Ömərə 
 keçirik. 
• İslamın Faruqunun Peyğəmbər sevdası
Hz. Ömər 
 Peyğəmbərimizin 
 “sol tərə-
fin dəki adam” idi. O, altı il İslam dəvətinə qarşı olmuşdu. 
Altı il ərzində əlindən gəldiyi qədər dəvətin səsini kəsməyə 
çalışmış, əlinin altındakılara işgəncə vermiş, nəhayət Pey-
ğəmbərimizi öldürmək üçün yola çıxmışdı. Hz. Ömər be-
61.
 Təbərani, əl-Mucəmul-Kəbir, 8323; Heysəmi, Məcmauz-Zəvaid, 
c.6, s. 174


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə