Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
75
qalxdı, sürətlə Məscidi-Nəbəviyə doğru addımladı. Mən də 
ardınca qaçmağa başladım. Məscidə girdi, tez-tələsik Pey-
ğəmbərimizin hüzuruna gəldi. Böyük bir coşqu və səda ilə: 
“Ya Rasulullah! Vallahi, səni nəfsimdən və canımdan daha 
çox sevirəm.”- dedi. 
Bu cavabı eşidən Peyğəmbərimiz 
 : 
ن ْلَا !رَمُع اَي َن ْلَا 
“Əl-ənə, ya Ömər! Əl-ənə! (Bəli, indi (həqiqi iman) oldu, ey 
Ömər! İndi...)”- dedi.
68
”       
 Bu mənzərəni bizə başqa rəvayətlərdə nəql edən Hz. 
Ömərin 
 oğlu Abdullah bin Ömər rəvayətin ardı 
mahiyyətində olan bu hadisəni də danışır: “Atam sevinclə 
Peyğəmbərimizin hüzurundan ayrıldıqda, yaşanan bu 
hadisə mənə çox maraqlı gəldi. Dərhal atamın yanına 
getdim və dedim ki: “Atacan! Peyğəmbərimiz 
 sənə 
yolda “Məni nəfsindən daha çox sevirsənmi?”- deyə so-
ru 
şanda, sən əvvəlcə “yox” dedin. Ordan evə gəlib 
qapının qarşısında oturdun, ölçüb biçdin. Sonra durub 
Peyğəmbərimizin yanına getdin və onu nəfsindən daha çox 
sevdiyini dedin. De görək, ürəyində bir açar vardı ki, açarı 
çevirən kimi nəfsini Peyğəmbərimizin sevgisinə razı saldın 
və bunu gedib Ona dedin?”
Atam dedi ki: “Xeyr, oğlum! Nə üçün belə etdiyimi 
sənə deyirəm. Mən, həmin ana qədər bir çox şeyi Pey-
ğəmbərimiz 
 ilə müqayisə etmişdim. Öz-özümə de-
mişdim ki: “Ey Ömər! Bir gün atan, anan, övladın, həyat 
yoldaşın, var-dövlətin və mülkün ilə Peyğəmbərimiz ara-
68.
 Buxari, Kitabul-İman vən-Nuzur, 3 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
76
sında seçim qarşısında qalsan, hansını seçərdin?” Heç dü-
şünmədən hamısında da “Peyğəmbərimi” demişdim. An-
caq mən həmin ana qədər nəfsim ilə Peyğəmbərimiz ara-
sında seçim etməmişdim. Hesabını etmədiyim bir sözü və 
iddianı dilə gətirmək istəmədim. Gəldim, evdə oturdum 
və bunun hesabını apardım. Dedim ki: “Ey Ömər! Sən 
cəhalətin qaranlıqlarında gəzərkən Onun vəsiləsi ilə 
hidayətlə tanış oldun. İndi sən Onu nəfsindən daha çox 
sevməyəcəksənmi? Xeyr, vallah! Məni İslam kimi böyük bir 
şərəf ilə şərəfləndirən Peyğəmbərimizi mən hər şeydən çox 
sevməliyəm!”- dedim. Məhz bunun hesabatını apardıqdan 
sonra Peyğəmbərimizin 
 yanına getdim və Ona bu 
sevgimi bəyan etdim.” Hz. Ömərin bu sözləri oğlu Abdulla-
hı da duyğulandırır və həqiqi sevginin nə demək olduğunu 
o da başa düşür.”
69
Bu rəvayətdə Hz. Ömərin davranışı çox əhəmiyyətlidir. 
Hesabı aparılmayan bir sözü dilə gətirməmək, düşünmədən 
“Səni sevirəm” - deməmək hər halda səhabəni böyük edən 
ən mühüm ölçülərdən biridir...
Hz. Ömərin Peyğəmbərimizə 
 qarşı bəslədiyi mə-
həbbətin bir nümunəsi də Peyğəmbərimizin vəfatında 
göstərdiyi davranışıdır. Peyğəmbərimiz on üç günlük xə-
stəlikdən sonra Hz. Aişə anamızın otağında çox arzu-
ladığı Rəfiqi-Əlaya
70
 doğru yerimiş və bu dünyadan ay-
69.
 Bu hədisin Ənəs b. Malik və Əbu Hureyrədən nəql edilən başqa 
rəvayətləri də var. Bax: Buxari, Kitabul-İman, 7, 8
70.
 Rəfiqi-Əla ifadəsi şəxsən Peyğəmbərimizə aid bir ifadədir. Mənası: 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
77
rılmışdı. Mədinə bu hüzn dolu acı xəbərlə çalxalanırkən 
Onu canından və nəfsindən daha çox sevən Hz. Ömər, 
əsla Peyğəmbərimizin vəfatına inana bilmirdi. O, Pey-
ğəmbərimizi elə sevirdi ki, ölüm ilə Peyğəmbərimizi 
yan-yana düşünmək belə istəmirdi. Məhz həmin an 
Mədinə küçələrində Ömərin bu sözləri eşidilirdi: 
“Vallahi,Rasulullah 
 ölmədi! O, eynilə Hz. Musa 
kimi Rəbbi ilə görüşməyə getdi. Musa da getdikdə, qövmü 
onun öldüyünü demişdi. Görəcəksiniz, necə Musa qayıdıb 
gəlmişdisə, Pey ğəmbərimiz də gələcək və münafiqlərə layiq 
olduqları cə zanı verəcəkdir.”
71
Hz. Ömər əlində qılınc, dilində bu sözlərlə Mədinə kü-
çələrini gəzərkən onu təsəlli etmək Hz. Əbu Bəkrin üzərinə 
düşmüşdü. “ Təmkinli ol, ey Ömər və Allahın təqdiri qar-
şısında sus!” - deyərək
72
, onun ürəyindəki yanğınlara sanki 
su səpmişdi. Hz. Əbu Bəkrin 
 bu sözlərini eşidən 
Ömər çarəsiz şəkildə bir yerdə çöməlib qalmış və gözyaşları 
içərisində haqq olan ölümə qarşı özündə təskinlik tapmağa 
çalışmışdı. Hz. Ömərin bu davranışı dərin bir sevginin və 
məhəbbətin böyük nişanəsi deyilmi? Həmin gündən sonra 
da Hz. Ömər daim Peyğəmbərimizin 
 sevdası ilə ya-
şadı və ən son Ona qonşu olaraq bu dünyadakı məkanına 
getdi. 
Uca Dost, deməkdir. Bax: Buxari, Məradin-Nəbi və Vəfatihi, 3, 5, 8
71.
 İbn Sad, Təbaqat, c.2, s. 266
72.
 İbn Sad, Təbaqat, c. S.267


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
78
•  Hz. Əbu Bəkr sağda, Hz. Ömər solda...
Hz. Əbu Bəkrə Peyğəmbərimizin 
 “sağ tərəfindəki 
adam”, Hz. Ömərə isə Peyğəmbərimizin “sol tərəfindəki 
adam” deməyimiz, təkcə onların ömür boyu Hz. 
Peyğəmbərin sağında və solunda dayanmalarına görə deyil, 
həmçinin yalnız Peyğəmbərimizin: 
“Hər peyğəmbərin 
səmada və yerdə iki vəziri vardır. Mənim səmadakı 
vəzirlərim Cəbrayıl və Mikayıldır. Yer üzündə olan 
vəzirlərim isə Əbu Bəkr və Ömərdir.”
73
 - sözünə görə 
də deyil. Bizə belə bir ifadə işlətməyə əsas verən aşağıdakı 
rəvayətlərdir:
“Allah Rəsulu bir gün Məscidi-Nəbəviyə girdi və belə 
dedi: 
؟ٍر ْكَبابَا  َنْيَأ   “Əynə Əba Bəkr? (Əbu Bəkr hardadır?)” 
Hz. Əbu Bəkr dərhal Peyğəmbərimizin hüzuruna gəldi. 
Peyğəmbərimiz 
 onu sağ tərəfinə çağırdı: يِراَو ِجَب  َلاَعَت 
“Təalə bi civəri! (yanıma gəl)!”- dedi və Hz. Əbu Bəkri 
sağ tərəfinə keçirdi. Sonra Öməri soruşdu:
؟ُرَمُع  َنْيَا “Əynə 
Ömər? (Ömər hardadır?)” Hz. Ömər də dərhal gəldi. 
Peyğəmbərimiz 
 ona da: “Təalə bi civəri (yanıma 
gəl)!”- dedi və onu da sol tərəfinə keçirdi. Sonra ikisinin 
də əllərini tutub havaya qaldırdı. Məsciddə olan onlarla 
səhabəyə xitab edərək: ِ
ةَماَيِقْلا َمْوَي  ُثُعْبُن اَذَكَه “Həkəza nubusu 
yəvməl qiyəmə (məhz biz qiyamət günü belə qalxacağıq, 
belə həşr olunacağıq).”- dedi.”
74
 
73.
 Tirmizi, 3680
74.
 Tirmizi, 3699


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə