Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
63
səlmanlar:
َينِنِمْؤُلما  ُيرِمَأ اَي  َتْنَأ “Əntə, ya Əmirəl-Möminin (sənsən, ey 
möminlərin əmiri)!” - demişdilər.
Hz. Əli 
: “Xeyr, mən deyiləm! İnsanların ən 
cəsuru Hz. Əbu Bəkrdir.” - demişdir. Nə üçün Hz. Əbu Bəkr 
olduğunu bilmək istəyən o heyrətli baxışları gördükdə Hz. 
Əli sözlərinə belə davam etmişdi: “Biz, bir ovuc iman edən 
qardaşlarımızla birlikdə hələ nübüvvətin ilk günlərində 
Kəbədə namaz qılırdıq. Həmin vaxt Məkkənin qara üzlü 
insanları bizə və Peyğəmbərimizə hücum etdilər. Bəzisi 
Allah Rəsulununun 
 paltarından tutub dartır, bəzisi 
onun üstünə gəlir, onu vururdu. Biz isə əl-qolumuz bağlı, 
heç bir şey edə bilmirdik. Bir də gördük ki, paltarı küləklə 
havaya sovrulan, ancaq ətrafa izzət saçaraq kimsə uzaqdan 
bizə doğru gəlir. Gələnin kim olduğu bizim üçün çox maraqlı 
idi. Həmin şəxs zəif bədəni olmasına baxmayaraq, həmin 
gün aslan kimi kükrəyən Hz. Əbu Bəkr idi. Qaça-qaça bizə 
doğru gəlir, ona mane olmaq istəyənləri bir-bir yerə sərir və 
Kəbənin divarlarında əks-səda verən bu sözləri hayqırırdı: 
“Rəbbim Allahdır dediyi üçün onu öldürəcəksinizmi?”
54
 
Bu sözləri ən gur sədası ilə hayqıran Hz. Əbu Bəkr gəlib 
özünü həmin anda məkkəlilərin hücumlarına məruz qalan 
Peyğəmbərimizə sipər edirdi. Bu dəfə də azğın müşriklər 
Peyğəmbərimizi 
 buraxıb Hz. Əbu Bəkri dövrəyə 
alır və ona vurmağa başlayırdılar. Yumruqlar, təpiklər, təh-
qir lər havada uçurdu. Uqbə bin Əbi Muayt qəzəbinə hakim 
54.
 Buxari, Mənaqibul-Ənsar, 27


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
64
ola bilmir, Hz. Əbu Bəkri yerə yıxır, sinəsinin üstündə 
oturur, əlinə götürdüyü ayaqqabı ilə onun üzünə vururdu. 
Ağzı, gözü, burnu qanlar içində qalan Hz. Əbu Bəkr daha 
artıq ağrılara dözə bilmir və oradaca özündən gedirdi. 
Həmin vaxt qəbiləsi Bəni Teym hadisədən xəbər tutur, gəlib 
Əbu Bəkri onların əlindən xilas edirdi. Hər tərəfi qan içində 
qalan və özündən getmiş halda evinə aparırdılar. Hz. Əbu 
Bəkrin həmin günə qədər hələ müsəlman olmamış anası 
Səlma binti Sahr da (məşhur künyəsi Ümmül-Xayr) oğlunu 
o halda gördükdə fəryad edir, göz yaşları içində oğlunun 
qanlarını təmizləyir və özündən gedən oğlunun oyanmasını 
gözləyirdi. Xeyli vaxtdan sonra Hz. Əbu Bəkr gözlərini açır, 
bir az özünə gəlirdi. Oyanan kimi də ağzından çıxan ilk söz: 
“Mə fuilə bi Rasulillah (Allah Rəsuluna nə oldu?”)-olurdu. 
İndi deyin görək, belə bir cəsarəti göstərərək insanların ən 
cəsuru olmağa layiq Hz. Əbu Bəkr deyilmi?”
55
Hz. Əlinin nübüvvətin ilk illərində yaşadığı və illərlə 
unu da bilmədiyi bu xatirəsi, Hz. Əbu Bəkrin 
 Pey-
ğəm bərimizə necə bir sevgi ilə bağlandığının bir nü mu nə-
sidir. Həmin günə qədər hələ iman şərbətini içməyən ana sı, 
qanlar içində özündən getmiş oğlunun oyanan kimi ilk söz 
olaraq Peyğəmbəri 
 soruşmasına bir az hiddətlənmiş 
və demişdi ki: “Bəsdir də, Muhamməd, Muhamməd... Bir 
az su iç, yemək ye, özünə gəl! Belə getsə, sağalmayacaq san!” 
Hz. Əbu Bəkr 
 yenə də sevdasına uyğun olan bu sözlə-
ri demişdir: 
“Vallahi! Anacan,Rasulullahın necə olduğuna 
55.
 İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c. 3, s.271, 272


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
65
dair bir xəbər öyrənməsəm, Onun salamat olduğunu öz göz­
lərimlə görməsəm, nə bir udum su içəcəm, nə də bir loğma çörək  
yeyəcəm.”
Ümmül-Xayr nə qədər təkid etsə də, oğlunu yeməyə
içməyə razı sala bilməmişdi. Bundan sonra Ümmü Cə-
milin
56
 köməyi ilə yaralı olan oğlunu Darul-Ərkama 
Peyğəmbərimizin yanına aparmışdı. Allah Rəsulu 
 
Hz. Əbu Bəkri bu halda qarşısında gördükdə dözməmiş, 
göz yaşlarına qərq olmuşdu. İki sadiq dostun o görüşü 
əsnasında Peyğəmbərimiz Hz. Əbu Bəkrə: “Niyə bu halda 
özünü əziyyətə salıb bura gəldin?!” - demişdi. Hz. Əbu Bəkr  
isə: “Ya Rasulullah! Mənə görə narahat olma! Sən bu qapının 
arxasında dayanan anam üçün dua et! Dua et ki, Allah  
 
ona hidayət nəsib etsin!” - demişdi. Həmin anda əllər dua 
üçün havaya qalxmış və hələ əllər aşağı enmədən Səlma 
imanın açarı olan o mübarək kəlmələri di lə gətirmişdi. Hz. 
Əbu Bəkrin Peyğəmbərimizə olan sevdası anasının imanına 
da səbəb olmuşdu.
57
Hz. Əbu Bəkrin Peyğəmbərimizə 
 bəslədiyi sev-
ginin ən gözəl nümunələrindən biri də, şübhəsiz ki, hic-
rət əsnasında yol yoldaşı kimi nümayiş etdirdiyi dav-
56.
 Ümmü Cəmil bu xanımın künyəsidir. Onun Hz. Ömərin bacısı 
Fatma binti Xəttab olduğu deyilir. Ancaq doğrusu, ilk müsəlmanlardan 
olan Fatma binti Mücəlləl olduğudur. Fatma binti Mücəlləl Abdul-
lah b. Əbu Qaysın qızı, Xətib b. Harisin xanımı idi. Haqqında ətraflı 
məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.4, s.2675; İbn Əsir, Usdul-
Ğabə, c.7, s.298
57.
 İbn Hacər, əl-İsabə, c.4, s.2675; İbn Əsir, Usdul-Ğabə, c.7, s.298


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
66
ra nışlarında özünü əks etdirir. On üç illik dözülməz 
Məkkə həyatından sonra Allah 
 Yəsribi möminlərə 
imanın bir beşiyi olaraq bəxş etdi. Peyğəmbərimiz bütün 
müsəlmanlara hicrət üçün izin vermiş, Məkkədə bir ovuc 
müsəlman qalmışdı. Məkkədə qalanlar arasında Hz. 
Əbu Bəkr də vardı. O, nə vaxt hicrət etmək üçün icazə 
istəsə, Peyğəmbərimiz: “Gözlə, ey Əbu Bəkr! Bəlkə Allah 
sənə daha xeyirlisini nəsib edəcək.” -deyirdi. Səbirlər 
tükənir, gözləməkdən insanlar yorulurdu. Məhz belə bir 
zamanda hər gün ikindi vaxtı Əbu Bəkrin evinə şərəf verən 
Peyğəmbərimiz 
, həmin gün onun evinə günorta vax-
tı gedirdi. Adət olunan vaxtdan tez Peyğəmbərimizin gə-
lişi ev sahibi olan Hz. Əbu Bəkri həyəcanlandırırdı. Göz 
yaşlarına qərq olan Hz. Əbu Bəkr çətinliklə təkcə bir cümlə 
deyə bildi:؟ِللها  َلو
ُسَر  اَي  ُةَب ْح ُّصلَا “Əs-Suhbətu, ya Rasulullah?! 
(Yol yoldaşın oluram, ya Rasulullah?!)” Peyğəmbərimiz: 
“Bəli, yol yoldaşım olursan!” - deyirdi. Bunu eşidən Hz. 
Əbu Bəkr çox sevinir və sevinc göz yaşları sel kimi axırdı. 
Bu mənzərəni müşahidə edən Hz. Aişə 
 anamız belə 
deyəcəkdi: “Həmin günə qədər heç bir insanın sevinc dən 
belə ağladığını görməmişdim.”
58
 
Nəyə sevinir, niyə ağlayırdı, Hz. Əbu Bəkr?! Hicrətdə 
Peyğəmbərimizə yol yoldaşı olmaq nə deməkdi? Başına yüz 
dəvə qoyulmaq, ölü, ya da diri Mədinəyə çatmadan tutul-
maq deməkdi. İşgəncə deməkdi, ölmək deməkdi. İnsan hər 
dəqiqəsi ölümlə nəticələnə bilən bir səfərə çıxmağa necə 
58.
 İbn Hacər, Sirə, c.2, s.93


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə