Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
48
Ağlı rəhbər etmə,
Min bir hiylə ilə doludur o.
Sən eşqə gəl, 
Qayəsindəki mükəmməllik və dəqiqliklə dolub daşan! 
Eşq yoluna,
Ağlın rəhbərliyi ilə girəcəksənmi?
Günəşi axtarmağa,
Titrək bir şam işığının aydınlığında başlayacaqsanmı?
43
Elə buna görə də Rəbbimiz Peyğəmbərimiz 
 ilə 
möminlər arasındakı münasibətin necə olacağına dair bir 
xəbərdalıq mahiyyətində belə buyurur: 
“Xeyr! Rəbbinə 
and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda 
səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə 
özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə 
boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş 
olmazlar.”
44
 
Bu ilahi bəyanda Rəbbimiz belə bir həqiqətə işarə 
edir: İnsanın daxilində baş verənlərə (xüsusilə də nəfsani 
arzulara) nəzarət edə bilməsi üçün, ancaq qəlbdə böyük bir 
sevgi və məhəbbətin olması şərtdir. Əks təqdirdə, eyni an-
da həm ağlını razı salması, həm də ürəyini tam mənada razı 
etmək mümkün olmaz. İnsan dilinə hakim ola bilər, ancaq 
qəlbi nə hakim ola bilməz. Qəlbə, ancaq məhəbbətin sözü 
keçər.Elə buna görə də biz deyirik ki, Peyğəmbərimizi 
 
sev mək təkcə ağılla deyil, ələlxüsus qəlb ilə mümkündür.
43.
 K. G. Saiyidain, İqbalın Eyitim Fəlsəfəsi, s. 85
44.
 Nisa, 4/65


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
49

Peyğəmbərimizi
sevmək Onun önünə keç-
məməklə və Onun səsindən yüksəyə səs qal dır ma-
maq la mümküdür.
Quran da bir tərəfdən əxlaq surəsi, digər tərəfdən də 
peyğəmbər ilə qurulacaq insani münasibətin ilahi ölçüləri-
nin nələrdən ibarət olduğuna dair mühüm əsasları sadaladığı 
üçün nəbəvi hüququn ifadəsi olan Hucurat surəsinin ilk 
ayələrində belə buyurur: 
“Ey iman gətirənlər! (Sözləriniz 
və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə 
keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər 
şeyi) eşidəndir, (hər şeyi) biləndir. Ey iman gətirənlər! 
Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və 
bir­birinizlə ucadan danışdığınız kimi onunla ucadan 
danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz 
puç olar. Həqiqətən, Allahın Peyğəmbəri yanında 
astadan danışanlar o kimsələrdir ki, Allah onların 
ürəklərini təqva üçün imtahana çəkmişdir. Onları 
(günahlardan) bağışlanma və böyük mükafat (cənnət) 
gözləyir.”
45
Məlum olduğu kimi bu ayələr Peyğəmbərimiz 
 ilə 
birlikdə yaşama bəxtiyarlığına nail olan ilk nəslə xitabən 
deyilmişdir. Ayələrin nazil olma səbəblərinə baxdıqda 
görürük ki, bu ayələr onların üzərində necə bir təsir 
buraxmışdı.
46
 
45.
 Hucurat, 49/1-3
46.
 Buxari, Təfsir, 4; Tirmizi, 3266; Nəsəi, Kada, 6; Vahidi, Əsbabun-


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
50
Ayələrin bizim üzərimizdəki təsirinə gəldikdə isə deyə 
bilərik ki, bu, Peyğəmbərimizin 
 önünə keçməmək, 
səsindən yüksəyə səs qaldırmamaq, bir-birimizlə da nış-
dığımız kimi Onunla danışmamaq, Peyğəmbərimizin 
mi rasına, yəni Onun sünnəsinə qarşı göstərdiyimiz mü-
nasibətlə əlaqəlidir. Onun mübarək cismi aramızda yox-
dur, ancaq Onun mirası, missiyası, qoyduğu dəyərlər 
hər zaman və məkanda öz aktuallığını qoruyur. Sevgi-
nin ən böyük əlaməti də məhz Onun yeridiyi yolda önü-
nə keçməmək, Onun danışdığı bir məsələdə sözünün üs-
tünə söz qoymamaq, məsələni şəxsi istəklərimizə görə 
yozmamaq və “belə də ola bilər” kimi ifadələr işlətməklə o 
nəbəvi xitabı aşağılamamaqdır. Bir sözlə, Peyğəmbərimizi  
layiq olduğu şəkildə sevmək Onun bəşəriyyətə miras qoy-
duğu dəyişilməz dəyərlər olan Quran və sünnəyə sahib 
çıxıb, onları şəxsi həyatımızda yaşamaqla və yeni nəsillərə 
ötürərək yaşatmaqla mümkündür. Peyğəmbərimiz də bu 
həqiqəti belə bəyan edir: 
“Sizə, sarıldığınız zaman əsla 
zəlalətə düşməyəcəyiniz iki əmanət buraxıram: Biri, 
Allahın kitabı, digəri isə mənim sünnəmdir.”
47
  Məhz 
Onun önünə keçməmək və səsindən artıq səsi qaldırma-
maq bu böyük iki əmanətdən irəli gələn üzərimizə düşən 
öhdəliyi yerinə yetirməkdir. 
Nuzul, s. 273; Bedreddin Çetiner, Fatihadan Nasa Əsbabi-nuzul, c.2, 
s. 817-820
47.
 İmam Malik, Muvatta, Qədər, 3


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
51
• Peyğəmbərimizi
sevmək Onu təkcə şirin bir
xatirə olaraq xatırlamaqla deyil, Onunla canlı bir
bağ qurmaqla mümkündür.
Miladi VI əsrdə yaşayıb hər bəşər kimi ölümü da dan 
Peyğəmbərimiz ilə bu gün canlı bağ qurmaq mümkündür-
mü? Əlbəttə, mümkündür. Çünki əziz kitabımız Quran: 
الله  َلو ُسَر ْ ُكيِف َّنأ� اوُمَلْعاَو  “Vəaləmu ənnə fi kum Rasuləllah...
(Bilin ki, Allah Rəsulu sizin aranızdadır...)” ­ buyurur.
48
 
Bu ilahi bəyanın səhabə nəsli üçün mənası aydındır. Bizim 
üçün mənasına gəldikdə isə deyə bilərik ki, Quranın burada 
ifadə etdiyi həqiqət Peyğəmbərimizin 
 mirasının hər 
zaman aktuallığını qorumasıdır. Əlbəttə, Peyğəmbəri miz 
cis mani olaraq aramızda deyil, ancaq mirası, mesajları, 
əma nət etdiyi həqiqətlər açıq-aydın ovcumuzun içindədir. 
Onunla eyni zamanı və məkanı bölüşmələrinə baxmaya raq, 
qu laqlarını tutaraq peyğəmbər yoxmuş kimi davrananlar o 
gün də vardı. Bu gün də Peyğəmbərimizlə eyni zamanı və 
mə kanı bölüşməmələrinə baxmayaraq, sanki O varmış ki-
mi davrananlar da olmalıdır. Çünki Peyğəmbərimiz ina nan 
bir insan üçün əsla tarixdə yaşayıb getmiş, şirin bir xatirəyə 
çevrilmiş əfsanəvi bir şəxsiyyət kimi nağıllarda qalan biri 
deyil və olmamalıdır.
O, beynəlxalq mesajların sahibi kimi nəbəvi missiyası 
ilə canlı olan və canlı münasibət qurulmalı biridir. 
48.
 Hucurat, 49/7


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə