Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
39
olanlardır. O dəhşətli gündə mən onları Kövsər hovuzunun 
yanında gözləyəcəyəm.”
Bu çox böyük bir müjdə idi. Bu müjdəni eşidən 
səha 
bələrdən biri dedi ki: 
“Ya Rasulullah! Onları 
görmədiyin halda necə tanıyacaqsan?”, Səhabə bu sualı 
soruşmaqlaRasulullahın ümmətini necə tanıyacağını 
öyrənmək is tə yirdi. Axı ümmətin sayı həm çoxalacaq, həm 
də Pey ğəmbərimiz onları dünyada görməyəcəkdi. O dəhşətli 
gün də hər kəs “nəfsi, nəfsi” deyə özünün dərdinə düşdüyü 
bir vaxtdaRasulullah hovuzun başında ümmətindən olan 
qardaşlarına öz əli ilə su vermək üçün gözləyəcək və onları 
tanıyacaqdı. Səhabənin bu sualınaRasulullah 
 belə 
cavab verdi: 
“Bir şəxsin alnı ağ, ayaqları səkil (parlaq) 
olan atları olsa və bunlar böyük bir ilxının içərisinə 
qarışsa, həmin şəxs öz atlarını tanımazmı?” Səhabələr 
bir ağızdan: “Bəli, tanıyar”, -dedilər. Peyğəmbərimiz dedi 
ki: 
“Məhz mən də ümmətimdən olanları namaz üçün 
aldıqları dəstəmaz izlərindən tanıyacağam.”
32
 
Peyğəmbərimiz onu görmədikləri halda iman edən 
ümməti üçün belə böyük bir müjdə verirdi. Qardaşlarını 
necə bir sevgi ilə sevdiyini bildirirdi. Bir halda ki, Pey-
ğəmbərimiz 
 qardaşlarını belə sevir, onlara belə müj-
dələr verirsə, Ona qarşı yerinə yetirilməli ən mühüm vəzifə 
bu böyük vəfaya qarşı vəfalı davranmaq olmalı deyilmi? Bu 
sev gini qarşılıqsız qoymaq böyük vəfasızlıq olmazmı? Belə 
vəfasızlıq etməmək üçün hər bir müsəlman çox şey borclu 
32.
 Müslim, Təharət, 39; Nəsəi, Təharət, 110; İbn Macə, Zöhd, 36


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
40
olduğu peyğəmbərini layiq olduğu şəkildə sevməlidir.
•  Peyğəmbərimizi
sevmək Onu bizə bir nemət
olaraq bəxş edən Rəbbimizə həqiqi mənada şükür
et məkdən irəli gəlir.
Allah  
 insana saysız nemətlər bəxş edib. İnsan 
bir az düşünsə, ona verilən minlərlə nemət sayar, ancaq bu 
nemətləri saymaqla qurtarmaq olmaz. Necə ki: 
“Allahın 
nemətlərini saymaq istəsəniz, sayıb qurtara bil­
məzsiniz.”
33
 ilahi fərmanı da bu mövzuda insanın aciz 
olduğunu ifadə edir. Ancaq nemət sayılarkən bir çox şey ağ-
la gəlsə də, çox vaxt Quranın, imanın, İslamın, mələklə rin, 
cənnətin, hətta cəhənnəmin belə nemət olduğu unudulur. 
Biz burada mövzumuzla əlaqəli olaraq təkcə peyğəm-
bərin nemət olduğunu qeyd edəcəyik. Rəbbimiz aləmlərə 
rəhmət olaraq göndərdiyi elçisinin böyük bir nemət 
olduğunu belə bildirir: 
“Allah möminlərə lütf etdi. Çünki 
onlara öz içərisindən özlərinə (Allahın) ayələrini 
oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara 
Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. 
Halbuki bundan əvvəl onlar açıq­aydın zəlalət 
içərisində idilər.”
34
 Ayədə aydın şəkildə ifadə edildiyi kimi 
göndərilən son elçi möminlərə Allahın ehsan etdiyi bir 
nemətdir. Hətta ən böyük nemətlərdən biridir. Hər nemə-
tə öz cinsindən şükür etmək lazımdır. Var-dövlət neməti-
33.
 İbrahim, 14/34
34.
 Ali-İmran, 3/164


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
41
nin şükrü, onu Allah 
 yolunda xərcləməklə olur. 
Bədən ne mətinin şükrü bədəni Allah yolunda yormaqdır. 
Övlad nemətinin şükrü onları Allahın razı olacağı şəkildə 
tərbiyə edib böyütməkdir. Bəs Peyğəmbərimiz  kimi böyük 
bir nemətin şükrü necə edilməlidir? Əlbəttə, Onun kimi 
bir nemətin şükrü Onu layiq olduğu şəkildə sevmək və bu 
sevgidən irəli gələn hər şeyi etməklə olar. Məhz buna görə 
də deyirik ki: -Peyğəmbərimizi 
 sevmək Onu bizə bir 
nemət olaraq bəxş edən Rəbbimizə həqiqi mənada şükür 
etməkdən irəli gəlir.
• Peyğəmbərimizi
sevmək dünyada da,
cənnətdə də Onunla birlikdə olmağın əsas yoludur.
Peyğəmbərimizin mübarək dilindən bizə düz 2286 ədəd 
hədis rəvayət edən 
35
 Ənəs bin Malik bu hədis ilə əlaqəli belə 
demişdir: “Peyğəmbərimizdən eşitdiyimiz “İnsan sevdiyi 
ilə bərabərdir!” -sözünə sevindiyimiz kimi baş qa heç nəyə 
o qədər sevinməmişdik. Bu söz bizim üçün sanki toy-
bayram olmuşdu. Bu sözü hər dəfə təkrar etdikdə deyirdik 
ki: Biz Hz. Peyğəmbəri, Hz. Əbu Bəkri və Hz. Öməri çox 
sevirik. Baxmayaraq ki, əməllərimiz onların əməli qədər 
deyil, ancaq bu sevgimizin xətrinə axirətdə onlarla birlikdə 
olmağı ümid edirik.”
36
Fasiləsiz olaraq düz on il Peyğəmbərimizə xidmət edən 
35.
 Muhamməd Emin Yıldırım, Səhabəni Necə Anlamalıyıq? s. 136
36.
 Buxari, Fədaili Əshabun-Nəbi, 11


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
42
böyük səhabə Ənəs bin Malikin 
 bu sözü əslində çox 
şey ifadə edir və düşündürür. O mübarək nəsil sevgi ilə 
necə bir mərtəbəyə ucalacaqlarını çox yaxşı dərk edirdilər. 
Elə buna görə biz də onların həyatlarından öyrənirik ki, 
Peyğəmbərimizi 
 sevmək nəinki insana dünyada uca 
mərtəbələr qazandırır, həmçinin axirətdə, cənnətdə Ona 
qonşu olmağın əsas səbəbi olur. Ona qonşu olmaq üçün in-
san nələri fəda etməz ki?! 
Bu mövzuda çox şey deyilə bilər, ancaq biz bu qədərlə 
kifayətlənirik. İndi isə gəlin birlikdə sevginin necə olacağı na 
dair bəzi xüsusiyyətlərə nəzər yetirək.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə