Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
103
səhərə qədər gözləməyi, gecə olub arı lar dağıldıqda cəsədi 
asanlıqla götürə biləcəklərini dü şünmüşdü. Müşriklər ge-
cəni gözləmiş və gecə yarısı səssizcə Asimin cəsədinə ya-
xınlaşmışdılar. Artıq arılar da yox idi. Asimin cansız bədəni 
qarşılarında idi. Cəsədə yaxınlaşdıqları anda birdən göy 
guruldamış, şimşək çaxmış və leysan başlamışdı. Mü-
şriklər yağışdan qaçıb bir yerə sığınmış, yağışın kəsməsini 
gözləmişdilər. Bir müddət sonra yağış kəsmişdi. Müşrik-
lər cəsədi götürmək üçün gəldikdə isə gözlərinə inana 
bilməmişdilər. Cəsəd yox idi. Hər yeri axtarmış, ancaq tap-
mamışdılar. Allah  
 Asimin duasını qəbul etmiş, ona 
müşrik əli dəyməmişdi. Yağış suları onu aparmışdı. Müş-
riklər əli boş qayıtmışdılar. 
Müşriklər sağ qalan üç Quran müəllimini bir-birilərinə 
möhkəm bağlamış, məkkəlilərə təslim edib əvəzində bəxşiş 
almaq üçün Məkkəyə doğru irəliləyirdilər. Yolda sübh 
namazının vaxtı girdikdə bu üç Quran müəllimi namaz 
üçün icazə istədilər, ancaq gözləri puldan başqa bir şey 
görməyən qatı qəlbli və qara üzlü müşriklər onlara icazə 
vermədilər. Bu vəziyyətdə Quran aşiqləri nə etdilər? On suz 
da əl-qolumuz bağlıdı, əsirik, imkanımız yoxdur deyərək 
namaz qılmadılarmı? Xeyr, “iman varsa, imkan da vardır” 
dü şüncəsi ilə mümkün olduğu qədər bir qayaya əllərini 
sürtərək təyəmmüm aldılar və sıra ilə əllərindən gəldiyi 
qədər ima ilə namazlarını qıldılar. Namazı vaxtında qıl maq 
səhabəyə məxsus bir haldı və o mübarək insanlar burada da 
bizə nümunə ola bildilər.


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
104
Məkkəyə doğru yaxınlaşdıqları bir yerdə o üç müəl-
limdən biri olan Abdullah bin Tariq necə oldusa, bir fürsət 
tapıb onların birinin əlindən qılıncı aldı, əllərindəki ipləri 
kəsdi və onlarla mücadiləyə başladı. Ancaq dərhal onu mü-
hasirəyə aldılar. O, bir qədər döyüşdükdən sonra şəhid ol-
du. Onların əlində Hubeyb ilə Zeyd qalmışdı. Onlar heç 
ol masa Hubeyb və Zeydi Məkkəyə sağ-salamat çatdıraq de-
yərək daha diqqətli şəkildə yollarına davam etdilər.
102
Məkkəyə çatdıqda Zeyd bin Dəsinnəni Bədirdə öl-
dürülən Ümeyyə bin Xələfin oğlu Safvan bin Ümeyyə, Hu-
beyb bin Adiyyi isə Bədirdə öldürülən qardaşının qisasını 
almaq üçün Huceyr bin Əbi Lihab alacaqdı. Əlbəttə, bu 
iki müsəlmanı almaqda müşriklərin məqsədləri o idi ki, 
məkkəlilərin gözlərinin qarşısında bunları öldürsünlər 
və beləliklə də ürəklərindəki qisas hissini az da olsa sa-
kitləşdirsinlər. Bir tərəfdən də Məkkədə müsəlmanlara qar-
şı yaranan marağın qarşısını almaq istəyirdilər. Ancaq bir 
məsələ onların qarşısında mane idi. Çünki həmin vaxt haram 
aylar idi və bu aylarda qan tökmək Məkkə müşrikləri üçün 
də böyük ayıb sayılırdı. Ona görə də bu ayların çıxmasını 
gözləməyə məcbur idilər. Beləliklə də bu iki Quran aşiqini 
bir-birilərindən ayırdılar. Hubeybi bir evə, Zeydi başqa bir 
evə həbs etdilər. Düz üç ay hər gün hədə-qorxu, işgəncə  
etdilər. Ancaq nə etdilərsə, bu iki gənci yollarından, iman-
102.
 Hadisəni ətraflı şəkildə öyrənmək üçün bax: İbn Hişam, Sirə, c.3, 
s. 180; Vaqidi, Məğazi, c.1, s.228; M. Asim Köksal, Hz. Muhamməd 
və İslamiyyət, c.4, s.601-607


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
105
larından, sevdalarından uzaqlaşdıra bilmədilər. Ölüm da-
ha asandı, ancaq ölüm qorxusu ilə yaşamaq daha ağır bir 
imtahandı. Məhz bu iki aşiq igidə belə bir imtahan düş-
müşdü. Üç ay ərzində demək olar ki, hər gün ölüb ölüm-
dən qayıdırdılar. Lakin onlar elə dik dururdular ki, bütün 
məkkəliləri, hətta onları ölümlə hədələyənləri belə heyran 
qoyurdular. 
Haram ayların son gecəsi Hubeyb həbsdə olduğu evin 
cariyələrindən biri olan Muaviyə adlı qadından üzündəki 
tükləri azaltmaq üçün bir ülgüc istədi. Ölümə getmirdimi 
Hubeyb? Bəs onda nə üçün üzündəki tükləri səliqəyə salmaq 
istəyirdi? Hübeyb uğrunda fəda olduğu Peyğəmbərimiz-
dən 
 və o yolda gedən böyük şəxsiyyətlərdən çox yax-
şı öy rənmişdi ki, ölümlərin ən gözəli şəhadətdi. Bir halda 
ki, şəhadət bir igidin toy gecəsi kimi idi, şəhadət ən böyük 
sevda və eşqdi, o halda şəhid olunan gün günlərin ən gözəli 
olmalıydı. Həmin gün şəhadət gəlini ilə evlənəcək gündü və 
həmin günə bir bəy kimi hazırlaşmaq lazımdı. Hübeyb də 
məhz buna görə üz-başı tərtəmiz və səliqəli halda Rəbbi nə 
qovuşmaq istəyirdi.
Muaviyə onun istəyini qəbul etdi və oğlu ilə ona bir ülgüc 
göndərdi. Göndərdikdən sonra bir qədər tərəddüd etdi. 
Öz-özünə deyindi ki, “heç adam da əsir bir kimsəyə uşaqla 
ülgüc göndərər?.. Birdən o ülgüclə uşağa nə isə edər, uşağı 
girov götürüb qaçmaq üçün fürsət bilər...” Bu dü şüncələr 
onu narahat etdi və tez Hubeybin yanına gəldi. Muaviyə 
bir də gördü ki, uşaq Hubeybin dizlərində otur muş və 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
106
danışıb gülürlər. Uşaq çox sevincli görünürdü. Gördüyü 
bu mənzərə Muaviyyəyə o qədər yaxşı təsir bağışladı ki, hə-
min anda ürəyinə iman toxumu əkildi. Hubeyb hələ Allah 
üçün canını vermədən vüqarı, izzəti və sevdası ilə Məkkə 
küçələrinə iman toxumu əkməyə başlamışdı...
Sonra Hubeyb üzündəki tükləri səliqəyə saldı, yaxşı-
yaxşı təmizləndi. Safvanın göndərdiyi adamlar onu tutub 
Məkkənin kənarındakı (bu gün Tənim məscidinin olduğu 
yerin arxasındakı) böyük bir qayalığın yanına gətirdilər. 
Burada hər kəsin gözünün qarşısında onu edam etmək 
istəyirdilər. Çünki Məkkədə, xüsusilə gənclər arasında 
müsəlmanlara qarşı rəğbət artmışdı. Məkkəlilər Hübeybi 
edam etməklə, əslində onun timsalında müsəlmanlara qarşı 
rəğbəti artan həmin gənclərə də bir növ mesaj vermək və 
gözlərini qorxutmaq istəyirdilər. 
Onlar həyəcanla dar ağacını hazırlayarkən Hubeyb də 
addım-addım şəhadətə yaxınlaşmağın sevincini yaşayırdı. 
Hubeybin bu cəsur halı məkkəliləri qorxudurdu. Əbu 
Süfyan onun yanına gələrək son bir istəyinin olub olmadığı-
nı soruşur. Hubeyb: “Bəli, var! Əgər imkan versəniz, iki rü-
kət namaz qılmaq istəyirəm!” - deyir. Şərait yaradırlar, Hu-
beyb namaz qılmağa başlayır. Həyatının son namazıdır bu. 
Anbaan Rəbbinə yaxınlaşdığı bir vaxtda son namazını qı lır. 
Namazı bitirdikdən sonra yanındakılara deyir ki: “Valla hi! 
Əgər Hubeyb ölümdən qorxdu deyə düşünməsəydi niz, elə 
uzun namaz qılardım ki... Çünki namazdan elə bir zövq al-


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə