Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı
Diplomatiya Mexanizmləri
19
Etimadsızlığın öhdəsindən necə gəlməli? “Bu problemin yalnız bir həll yolu var: açıq və aydın danışmaq.
Biz siyasi opponentlərimizdə qorxu və ya etimadsızlıq yaradan suallara aydın cavab verməliyik”
9
.
“Sülh Planı”nda dialoqdan başqa, ictimai maarifləndirmə məsuliyyətini möhkəmləndirməyin vacibliyi
vurğulanır. Gernikada Sülh Muzeyi Fondunun sülh və mədəniyyət şöbəsinin rəhbəri Aleks Karaskosa
sülh yaratma təşəbbüslərinin müxtəlifliyini təsdiqləyir. Mədəniyyət və maarifləndirmə ilə bağlı əsas
məqsədi sərt müqaviməti neytrallaşdırmaq olan çox sayda layihələr var ki, onların köməyilə ictimai əhval-
ruhiyyənin transformasiyası baş verir
10
.
media – nicat meydanı
KİV, o cümlədən yeni media yeni proseslərin – sülh dəyərləri və münaqişənin qeyri-zorakı transformasiyası
ilə bağlı ideyaların, “nicata” doğru addımların inkişaf etdiyi dialoq meydanıdır. İctimai və siyasi iştirak
prosesində məhz KİV katalizator rolunu oynayırdı. Siyasi debatların geniş ictimaiyyət üçün açılması və bura
ictimaiyyətin cəlb olunmasında həm ənənəvi KİV, həm də yeni texnologiyalar və sosial şəbəkələrin rolu son
dərəcə dəyərlidir. Təsadüfi deyil ki, “Sülh Planı”nda ictimaiyyətin məlumatlandırılması məsələsində bask
televiziyası (EiTB) və digər KİV ilə əməkdaşlığa böyük yer ayrılıb.
Lokarri təşkilatının direktoru Paul Rios sülh yaradan təşkilatlar və KİV arasındakı qarşılıqlı əlaqə haqda
danışır:
“Bizim ölkəmizdə çox böyük plüralizm mövcuddur. Bəzi KİV-lər rəsmi Madridin mövqeyini müdafiə
edirdi. Biz anladıq ki, KİV-in dəstəyi nə qədər vacibdir. Buna görə də biz KİV-lə əməkdaşlığa böyük
diqqət yetirirdik. Onlara nəinki informasiya, həm də təhlil verirdik. KİV-in dəstəyini əldə etmək üçün
əvvəlcə onların etibarını qazanmaq vacib idi. Yeni mediaya gəlincə, biz 6 il əvvəl eksperiment keçirdik
– yeni media üçün xüsusi strategiya hazırladıq. İdeya bundan ibarət idi – insanların fikir mübadiləsi
edəcəyi, diskussiya apara biləcəyi platforma yaratmaq. Biz həmçinin sosial şəbəkələrdən istifadə edib,
ən müxtəlif insanların öz fikrini ifadə edə biləcəyi bloq yaratdıq. Bu elə bir dövr idi ki, hələ problemin
nizamlanması ilə bağlı xüsusi bir ümid yox idi. Amma biz şüurlu şəkildə ictimai dialoqa getdik ki, bu
yolla barışıq resurslarını üzə çıxara bilək”
11
.
Təbii ki, plüralizm şəraitində KİV əhalinin bütün təbəqələri, bütün siyasi qüvvələr, bütün düşüncə və
mövqelər, həmçinin də radikallar və millətçilər üçün əlçatan olur. Amma bu, birincisi, yuxarıda qeyd
olunan “etik minimum” çərçivəsində baş verir, ikincisi isə, məhz diskussiya vəziyyətdən çıxış yolunun
kollektiv axtarışlarına yol aça bilər və bu, və ya digər ideyanın diktəsindən imtina etməyə imkan verər.
Bu diskussiyalarda ən əsası kollektiv qərar qəbul etmək haqqıdır. Zəhmətkeş Vətənpərvərlər Birliyi
Partiyasından olan Lola Qomez məhz bunu vurğulayır: “Öz müqəddəratını təyin etməyin müstəqilliklə heç
bir əlaqəsi yoxdur. Öz müqəddəratını təyin etmək hüququ faktiki olaraq xalqımızın, vətəndaşlarımızın qərar
qəbul etmək haqqıdır”
12
.
“Mən də bir çoxları kimi müstəqillik tərəfdarıyam, amma reallıqlarla barışmalı olacam – “İspan olmamaq
üçün yüz səbəb” kitabının müəllifi, yazıçı Xose Mari Esparza Zabaleqi deyir, - əgər demokratik şərait
yaradılacaqsa və biz öz müqəddəratımızı təyin etmək imkanı qazanacağıqsa. Qoy taleyimiz demokratik
yolla həll olunsun: İspaniyanın tərkibindəmi qalacağıq, hər hansı formada İspaniya və Fransa ilə bağlı
olacağıqmı, yoxsa müstəqillikmi qazanacağıq?”
13
.
9 Oradaca
10 “Internews-Armenia”, «Sadə utopiya» filmi, http://vimeo.com/61610186, 40.25.
11 Müəllifin Lokarri təşkilatının direktoru Paul Riosla Skype vasitəsilə müsahibəsi (20.10.14.)
12 “Internews-Armenia”, “Sadə utopiya” filmi, http://vimeo.com/61610186, 42.10.
13 “Internews-Armenia”, “Sadə utopiya” filmi, http://vimeo.com/61610186, 18.02.
20
International Alert
Basklar Ölkəsində dialoq ziddiyyətlərin aradan qaldırılması və konsensusun əldə edilməsi üçün əsas alət
ranqına yüksəldilib, buna görə də müxtəlif rəylərin ifadə olunması üçün şərait yaradılır. Və media bu cür
dialoq üçün əsas meydan rolunu oynayır. Onlar nəhayətdə möhkəm və ziddiyyətsiz konsensusun əldə
olunması üçün ziddiyyətli görüşlərin maksimum uzlaşmasına töhfə verir.
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri
21
Sülh çağırışı: terrorla üz-üzə
əvəz həsənov
Basklar Ölkəsindəki münaqişənin əsas elementləri haqda təsəvvürə malik olmaq üçün bu məğrur xalqın
yaşadığı ərazinin tarixini, yerli əhalinin öz dilinə və tarixinə bəslədiyi hörmətin əsas prinsiplərini öyrənmək
məqsədəuyğundur. Bask dilinin unikallığı, onun digər Avropa dillərindən fərqliliyi, onun yaranma mənbəyi
ilə bağlı dəqiq məlumatların olmaması basklarda müstəsna olmaları ilə bağlı əminlik yaradıb, milli şüurunu
möhkəmləndirib və uzun əsrlər boyu onları müstəqillik uğrunda mübarizəyə ruhlandırıb.
İrəli getməyə çalışan basklar muxtariyyət çərçivəsində sahib olduqları haqlardan yararlanaraq ispan dilindən
istifadə etməyə məcbur idilər ki, bu da öz növbəsində bask dilinin dövriyyədən çıxması təhlükəsini yaradırdı.
Bu vəziyyət milliyyətçiləri narahat etməyə bilməzdi.
Bask xalqının tarixindəki dönüş nöqtəsi 1959-cu ildə baş verdi. Belə ki, Franko hakimiyyəti tərəfindən
təqiblərə məruz qalan sol ekstremist cərəyanına mənsub Bask Millətçi Partiyasından olan gənclərin təşəbbüsü
ilə məqsədi diktaturadan qurtulub müstəqil bask dövlətinin yaradılması olan “Vətən və Azadlıq” təşkilatı
(Euskadi Ta Askatasuna - ETA) formalaşdı. ETA faktiki olaraq bask milli azlığını İspaniyanın assimilyasiya
siyasətinə qarşı yeni tələblər irəli sürməyə səsləyirdi. Basklar Ölkəsinin müstəqilliyinin tanınması məqsədilə
ispan siyasətçiləri və rəsmi şəxslərinə qarşı bir sıra terror aktları həyata keçirildi. Yarandığı gündən indiyə
qədər 900 nəfərə yaxın insan terror qurbanı olub.
Özünün radikal sol siyasi mövqeyindən imtina edərək terror yoluna qədəm qoyan ETA xalq arasında
baskların milli haqlarını qorumaqla qazandığı nüfuzunu itirməyə başladı. İspaniya hökuməti və baskların
özlərinin ETA-nın terror əməllərinə qarşı mübarizəsi bitmirdi. ETA təşkilatının bəzi liderləri İspaniya
hökuməti tərəfindən həbs edilmişdi. Eyni zamanda ETA fəallarının bir qismi terror vasitəsilə mübarizənin
mənasızlığını anlayaraq sivil siyasətə qoşuldular və nəticədə “Botasuna” partiyası yarandı. Amma İspaniya
hakimiyyəti “Botasuna” partiyasını ETA-nın siyasi qanadı elan edərək fəaliyyətini qadağan etdi.
Münaqişənin həlli istiqamətində danışıqlar aparmaq üçün sonsuz potensial mövcuddur, bask icmasının
daxilində də ETA-nın terror əməllərinə qarşı etirazlar güclənir. Uzun illər öz məqalələri və çıxışları ilə
simpatiya və nüfuz qazanmış bir çox siyasətçilər, jurnalistlər və yerli fəallar da terror siyasəti ilə bağlı öz
narazılıqlarını ifadə etdilər. Müstəqillik uğrunda mübarizə dövründə qısa müddətdə ətrafında 30 min nəfər
icma nümayəndəsini birləşdirə bilən ən populyar ictimai təşkilat - Elkarri yaradıldı. 2004-cü ildə baskların
Elkarri təşkilatı ölkədə sülhün əldə olunması kampaniyası çərçivəsində 150 min nəfərin imzasını toplaya
bildi. Bu müraciət sülhün əldə olunmasına yönəlmiş təşəbbüslərin çoxalması və genişlənməsinə ciddi töhfə
verdi.
Müxtəlif münaqişə regionlarının cəmiyyətin Bask münaqişəsinin nizamlanmasına və müqavimətin
artırılmasına cəlb olunması ilə bağlı örnəklərinin və təcrübəsinin öyrənilməsi gələcəkdə qərarların
qəbul edilməsində önəmli rol oynaya bilər. Bunu nəzərə alaraq, bask silahlı qruplaşmalarının müəyyən
zamandan sonra silahlı müqavimətdən imtina etməsini, həmçinin İspaniya hökumətinin sülh əldə olunması
istiqamətində atdığı addımları təhlil edərkən Dağlıq Qarabağ münaqişəsi üçün aşağıdakı mühüm ibrətamiz
örnəkləri çıxarmaq olar:
• Son illərin iqtisadi böhranı nəticəsində İspaniya iqtisadiyyatının zəifləməsi Basklar Ölkəsinə daha azad
siyasət yürütmək imkanı verir. Burada adambaşına düşən gəlir İspaniyanın qalan hissəsi və Kataloniya
ilə müqayisədə daha yüksək olduğu üçün basklar öz gəlirlərini Madridlə bölüşmək istəmirlər. Dağlıq
Qarabağın isə müstəqil iqtisadi gəlirlər mənbəyi olmadığı üçün onun xarici maliyyə dəstəyindən asılı
vəziyyətə olmasını şərtləndirir.