Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   ...   4   5   6   7   8   9   10   11   12

Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

19

Etimadsızlığın öhdəsindən necə gəlməli? “Bu problemin yalnız bir həll yolu var: açıq və aydın danışmaq. 



Biz siyasi opponentlərimizdə qorxu və ya etimadsızlıq yaradan suallara aydın cavab verməliyik”

9



“Sülh  Planı”nda  dialoqdan  başqa,  ictimai  maarifləndirmə  məsuliyyətini  möhkəmləndirməyin  vacibliyi 

vurğulanır. Gernikada Sülh Muzeyi Fondunun sülh və mədəniyyət şöbəsinin rəhbəri Aleks Karaskosa 

sülh  yaratma  təşəbbüslərinin  müxtəlifliyini  təsdiqləyir.  Mədəniyyət  və  maarifləndirmə  ilə  bağlı  əsas 

məqsədi sərt müqaviməti neytrallaşdırmaq olan çox sayda layihələr var ki, onların köməyilə ictimai əhval-

ruhiyyənin transformasiyası baş verir

10

.



media – nicat meydanı

KİV, o cümlədən yeni media yeni proseslərin – sülh dəyərləri və münaqişənin qeyri-zorakı transformasiyası 

ilə bağlı ideyaların, “nicata” doğru addımların inkişaf etdiyi dialoq meydanıdır. İctimai və siyasi iştirak 

prosesində məhz KİV katalizator rolunu oynayırdı. Siyasi debatların geniş ictimaiyyət üçün açılması və bura 

ictimaiyyətin cəlb olunmasında həm ənənəvi KİV, həm də yeni texnologiyalar və sosial şəbəkələrin rolu son 

dərəcə dəyərlidir. Təsadüfi deyil ki, “Sülh Planı”nda ictimaiyyətin məlumatlandırılması məsələsində bask 

televiziyası (EiTB) və digər KİV ilə əməkdaşlığa böyük yer ayrılıb.

Lokarri təşkilatının direktoru Paul Rios sülh yaradan təşkilatlar və KİV arasındakı qarşılıqlı əlaqə haqda 

danışır: 

“Bizim ölkəmizdə çox böyük plüralizm mövcuddur. Bəzi KİV-lər rəsmi Madridin mövqeyini müdafiə 

edirdi. Biz anladıq ki, KİV-in dəstəyi nə qədər vacibdir. Buna görə də biz KİV-lə əməkdaşlığa böyük 

diqqət yetirirdik. Onlara nəinki informasiya, həm də təhlil verirdik. KİV-in dəstəyini əldə etmək üçün 

əvvəlcə onların etibarını qazanmaq vacib idi. Yeni mediaya gəlincə, biz 6 il əvvəl eksperiment keçirdik 

– yeni media üçün xüsusi strategiya hazırladıq. İdeya bundan ibarət idi – insanların fikir mübadiləsi 

edəcəyi, diskussiya apara biləcəyi platforma yaratmaq. Biz həmçinin sosial şəbəkələrdən istifadə edib, 

ən müxtəlif insanların öz fikrini ifadə edə biləcəyi bloq yaratdıq. Bu elə bir dövr idi ki, hələ problemin 

nizamlanması ilə bağlı xüsusi bir ümid yox idi. Amma biz şüurlu şəkildə ictimai dialoqa getdik ki, bu 

yolla barışıq resurslarını üzə çıxara bilək”

11

.

Təbii  ki,  plüralizm  şəraitində  KİV  əhalinin  bütün  təbəqələri,  bütün  siyasi  qüvvələr,  bütün  düşüncə  və 

mövqelər,  həmçinin  də  radikallar  və  millətçilər  üçün  əlçatan  olur. Amma  bu,  birincisi,  yuxarıda  qeyd 

olunan “etik minimum”  çərçivəsində  baş  verir,  ikincisi isə, məhz diskussiya vəziyyətdən çıxış yolunun 

kollektiv axtarışlarına yol aça bilər və bu, və ya digər ideyanın diktəsindən imtina etməyə imkan verər. 

Bu  diskussiyalarda  ən  əsası  kollektiv  qərar  qəbul  etmək  haqqıdır.  Zəhmətkeş  Vətənpərvərlər  Birliyi 

Partiyasından olan Lola Qomez məhz bunu vurğulayır: “Öz müqəddəratını təyin etməyin müstəqilliklə heç 

bir əlaqəsi yoxdur. Öz müqəddəratını təyin etmək hüququ faktiki olaraq xalqımızın, vətəndaşlarımızın qərar 

qəbul etmək haqqıdır”

12

.



“Mən də bir çoxları kimi müstəqillik tərəfdarıyam, amma reallıqlarla barışmalı olacam – “İspan olmamaq 

üçün  yüz  səbəb”  kitabının  müəllifi,  yazıçı  Xose  Mari  Esparza  Zabaleqi  deyir,  -  əgər  demokratik  şərait 

yaradılacaqsa və biz öz müqəddəratımızı təyin etmək imkanı qazanacağıqsa. Qoy taleyimiz demokratik 

yolla  həll  olunsun:  İspaniyanın  tərkibindəmi  qalacağıq,  hər  hansı  formada  İspaniya  və  Fransa  ilə  bağlı 

olacağıqmı, yoxsa müstəqillikmi qazanacağıq?”

13

.



9  Oradaca

10  “Internews-Armenia”, «Sadə utopiya» filmi, http://vimeo.com/61610186, 40.25. 

11  Müəllifin Lokarri təşkilatının direktoru Paul Riosla Skype vasitəsilə müsahibəsi (20.10.14.) 

12  “Internews-Armenia”, “Sadə utopiya” filmi, http://vimeo.com/61610186, 42.10.

13  “Internews-Armenia”, “Sadə utopiya” filmi, http://vimeo.com/61610186, 18.02. 



20

International Alert

Basklar Ölkəsində dialoq ziddiyyətlərin aradan qaldırılması və konsensusun əldə edilməsi üçün əsas alət 

ranqına yüksəldilib, buna görə də müxtəlif rəylərin ifadə olunması üçün şərait yaradılır. Və media bu cür 

dialoq  üçün  əsas  meydan  rolunu  oynayır.  Onlar  nəhayətdə  möhkəm  və  ziddiyyətsiz  konsensusun  əldə 

olunması üçün ziddiyyətli görüşlərin maksimum uzlaşmasına töhfə verir.




Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

21

Sülh çağırışı: terrorla üz-üzə



əvəz həsənov

Basklar Ölkəsindəki münaqişənin əsas elementləri haqda təsəvvürə malik olmaq üçün bu məğrur xalqın 

yaşadığı ərazinin tarixini, yerli əhalinin öz dilinə və tarixinə bəslədiyi hörmətin əsas prinsiplərini öyrənmək 

məqsədəuyğundur. Bask dilinin unikallığı, onun digər Avropa dillərindən fərqliliyi, onun yaranma mənbəyi 

ilə bağlı dəqiq məlumatların olmaması basklarda müstəsna olmaları ilə bağlı əminlik yaradıb, milli şüurunu 

möhkəmləndirib və uzun əsrlər boyu onları müstəqillik uğrunda mübarizəyə ruhlandırıb.

İrəli getməyə çalışan basklar muxtariyyət çərçivəsində sahib olduqları haqlardan yararlanaraq ispan dilindən 

istifadə etməyə məcbur idilər ki, bu da öz növbəsində bask dilinin dövriyyədən çıxması təhlükəsini yaradırdı. 

Bu vəziyyət milliyyətçiləri narahat etməyə bilməzdi.

Bask xalqının tarixindəki dönüş nöqtəsi 1959-cu ildə baş verdi. Belə ki, Franko hakimiyyəti tərəfindən 

təqiblərə məruz qalan sol ekstremist cərəyanına mənsub Bask Millətçi Partiyasından olan gənclərin təşəbbüsü 

ilə məqsədi diktaturadan qurtulub müstəqil bask dövlətinin yaradılması olan “Vətən və Azadlıq” təşkilatı 

(Euskadi Ta Askatasuna - ETA) formalaşdı. ETA faktiki olaraq bask milli azlığını İspaniyanın assimilyasiya 

siyasətinə qarşı yeni tələblər irəli sürməyə səsləyirdi. Basklar Ölkəsinin müstəqilliyinin tanınması məqsədilə 

ispan siyasətçiləri və rəsmi şəxslərinə qarşı bir sıra terror aktları həyata keçirildi. Yarandığı gündən indiyə 

qədər 900 nəfərə yaxın insan terror qurbanı olub. 

Özünün  radikal  sol  siyasi  mövqeyindən  imtina  edərək  terror  yoluna  qədəm  qoyan  ETA  xalq  arasında 

baskların milli haqlarını qorumaqla qazandığı nüfuzunu itirməyə başladı. İspaniya hökuməti və baskların 

özlərinin  ETA-nın  terror  əməllərinə  qarşı  mübarizəsi  bitmirdi.  ETA  təşkilatının  bəzi  liderləri  İspaniya 

hökuməti tərəfindən həbs edilmişdi. Eyni zamanda ETA fəallarının bir qismi terror vasitəsilə mübarizənin 

mənasızlığını anlayaraq sivil siyasətə qoşuldular və nəticədə “Botasuna” partiyası yarandı. Amma İspaniya 

hakimiyyəti “Botasuna” partiyasını ETA-nın siyasi qanadı elan edərək fəaliyyətini qadağan etdi. 

Münaqişənin  həlli  istiqamətində  danışıqlar  aparmaq  üçün  sonsuz  potensial  mövcuddur,  bask  icmasının 

daxilində də ETA-nın terror əməllərinə qarşı etirazlar güclənir. Uzun illər öz məqalələri və çıxışları ilə 

simpatiya və nüfuz qazanmış bir çox siyasətçilər, jurnalistlər və yerli fəallar da terror siyasəti ilə bağlı öz 

narazılıqlarını ifadə etdilər. Müstəqillik uğrunda mübarizə dövründə qısa müddətdə ətrafında 30 min nəfər 

icma nümayəndəsini birləşdirə bilən ən populyar ictimai təşkilat -  Elkarri yaradıldı. 2004-cü ildə baskların 

Elkarri təşkilatı ölkədə sülhün əldə olunması kampaniyası çərçivəsində 150 min nəfərin imzasını toplaya 

bildi. Bu müraciət sülhün əldə olunmasına yönəlmiş təşəbbüslərin çoxalması və genişlənməsinə ciddi töhfə 

verdi. 


Müxtəlif  münaqişə  regionlarının  cəmiyyətin  Bask  münaqişəsinin  nizamlanmasına  və  müqavimətin 

artırılmasına  cəlb  olunması  ilə  bağlı  örnəklərinin  və  təcrübəsinin  öyrənilməsi  gələcəkdə  qərarların 

qəbul  edilməsində  önəmli  rol  oynaya  bilər.  Bunu  nəzərə  alaraq,  bask  silahlı  qruplaşmalarının  müəyyən 

zamandan sonra silahlı müqavimətdən imtina etməsini, həmçinin İspaniya hökumətinin sülh əldə olunması 

istiqamətində atdığı addımları təhlil edərkən Dağlıq Qarabağ münaqişəsi üçün aşağıdakı mühüm ibrətamiz 

örnəkləri çıxarmaq olar: 

•  Son illərin iqtisadi böhranı nəticəsində İspaniya iqtisadiyyatının zəifləməsi Basklar Ölkəsinə daha azad 

siyasət yürütmək imkanı verir. Burada adambaşına düşən gəlir İspaniyanın qalan hissəsi və Kataloniya 

ilə müqayisədə daha yüksək olduğu üçün basklar öz gəlirlərini Madridlə bölüşmək istəmirlər. Dağlıq 

Qarabağın isə müstəqil iqtisadi gəlirlər mənbəyi olmadığı üçün onun xarici maliyyə dəstəyindən asılı 

vəziyyətə olmasını şərtləndirir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə