Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   ...   4   5   6   7   8   9   10   11   12

Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

17

DQR, Ermənistan və Azərbaycan cəmiyyətləri danışıqlar prosesi ilə bağlı məlumatlı deyillər, buna görə də 



güzəştlərə hazır ola bilməzlər. Bir vaxtlar Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyirdi ki, 

Ermənistan və DQR-də Qarabağ danışıqlarının nüansları ilə bağlı ancaq altı nəfər məlumatlıdır (yəqin ki, 

Azərbaycanda da bir o qədər, bəlkə də daha az). Bu şəraitdə cəmiyyətlərin iştirakı haqda danışmaq tamamilə 

yanlış olardı.

Çox güman ki, Basklar Ölkəsində digər münaqişələrin nizamlanması təcrübəsini öyrənərək bu nəticəyə 

gəliblər  ki,  münaqişə  tərəflərinin  siyasi  rəhbərləri  tərəfindən  əldə  edilən  istənilən  razılaşma  ictimai 

dəstək olmadan heç bir dəyər kəsb etmir. Bask hökuməti “Sülh Planı”nda diqqəti ictimai iştirak üzərində 

cəmləşdirməklə,  bu  sənədin  müddəti  bitənə  qədər  hazırda  fərqlənən  mövqelərin  maksimal  dərəcədə 

yaxınlaşmasına və uzlaşmasına nail olmaq istəyir. Bask reallıqlarını nəzərə alsaq, bu çox çətin məsələdir. 

Sergey  Xenkin  özünün  “Bask  münaqişəsi”  kitabında  (“MDBMİ-nin  elmi  məktəbi”  silsiləsindən)  icma 

demokratiyası haqda danışır: “Belə cəmiyyətlərdə stabil demokratiya və etibarlı idarəçilik özündə böyük 

koalisiya prinsiplərini, qarşılıqlı veto, siyasi nümayəndəliyinin əsas meyarı kimi proporsionallığını və hər bir 

seqmentin yüksək muxtariyyətini birləşdirən icma demokratiyasının formalaşdırılması sayəsində baş verir. 

İspaniyanın bu regionunda icma demokratiyasının həyata keçirilməsi qarşısındakı əsas maneə ziddiyyətlərin 

aradan  qaldırılmasına  çalışmayan  siyasi  elitanın  (xüsusilə  millətçilərin)  şəxsi  ambisiyalarından,  öz 

aralarındakı rəqib davranışlarından ibarətdir. Regionun müstəqilliyi uğrunda mübarizə aparan və heç bir 

“koalisiya formulunu” qəbul etməyən aqressiv radikal millətçilərin mövcudluğu da öz təsirini göstərir. Bask 

siyasətində tarixən möhkəmlənmiş konsosiativ demokratiya ənənələrinin olmaması da rol oynayır”

5

.

təxmin edilən keçmiş naminə



Sovet dövründə belə bir zarafat vardı ki, sovet xalqının nəinki gələcəyini, heç keçmişini də təxmin eləmək 

mümkün  deyil  (tarixin  yeni-yeni  təfsirlərinin  ortaya  çıxmasına  və  saxtalaşdırılmasına  eyham).  Etnik 

konfrontasiyalarda  keçmişin  yenidən  dəyərləndirilməsi,  adətən,  tarixə  yeni  baxışın  ortaya  çıxması  ilə 

nəticələnir.

Münaqişələrin  nizamlanması  zamanı  keçmişə  müştərək  obyektiv  nəzərin  olması  vacibdir,  çünki  nəinki 

qarşıdurma mənbələri, onlardan çıxış yolları da məhz orada mövcuddur. Keçmişin tənqidi dəyərləndirilməsi 

və yeni narrativlərin möhkəmləndirilməsi isə daha vacibdir. “Sülh və birgə yaşam Planı”nın əsas strateji 

məqsədlərindən biri də elə məhz keçmişlə bağlı tənqidi narrativə öz töhfəsini verməkdən ibarətdir. Belə 

narrativin  formalaşdırılması  istiqamətində  ilk  addım  müxtəlif  fikirlərin  ifadə  olunması  üçün  şəraitin 

yaradılmasından  ibarətdir.  “Sülh  Planı”nda  keçmişin  yenidən  dəyərləndirilməsində  bütün  risklər  və 

təhlükələr nəzərə alınıb (bir pozuntunun digəri ilə tarazlaşdırılması, və ya haqq qazandırmaq cəhdi, həmçinin 

müəyyən pozuntuların minimallaşdırılması, və ya ört-basdır edilməsi, bununla da onların digər pozuntulara 

haqq qazandırmaq üçün arqument kimi istifadə olunmasının qarşısını almaq cəhdi), buna görə də keçmişi 

həqiqət və məsuliyyət prizmasından nəzərdən keçirmək təklif olunur. Baskların “etik minimumunu” məhz 

bu təşkil edir.

Gələcəyi  qurmaq  keçmişin  yaddaşdan  silinməsi,  və  ya  artıq  mövcud  olanlara  laqeydlik  bahasına  başa 

gəlməməlidir  -  dedikdə  “etik  munimumu”  aşağıdakı  kimi  müəyyən  etmək  olar:  “Qurbanların  ədalətsiz 

iztirablarını  yüngülləşdirmək,  cəzasızlığın  qarşısını  almaq,  sülh  və  demokratik  birgə  yaşam  əldə  etmək 

vasitəsi kimi ümumi yaddaşın yaradılmasına səy göstərmək. Bu yaddaş bizi keçmiş olaylara pərçimləməyən 

gələcəyin dərkinə və formalaşdırılmasına xidmət edəcək”. (20013-16-cı illər üçün Sülh və birgə yaşam 

Planı).

Bu  cür  yanaşma,  hər  şeydən  əvvəl,  bütün  münaqişə  tərəflərinin  ağrılarını,  qorxularını  və  gözləntilərini 



anlamağa kömək edir. “Sülh Planı”na uyğun olaraq, keçmişi idarə etməyə imkan verən əsas qayda mövcuddur. 

Bu qaydada üç komponent seçdirilir: obyektiv faktlar, subyektiv qavrayış və müştərək dəyərləndirmə.

5  Sergey Xenkin, “Bask münaqişəsi” (“MDBMİ-nin elmi məktəbi” silsiləsindən), https://www.facebook.com/

lRAQGbRuR6AQFvjmf214gYAeKPASRFpo3w734ee2bwns03rw/www.mgimo.ru/files/210060/Basque-conflict_Henkin.pdf




18

International Alert

Basklar Ölkəsinin prezidenti Xuan Xose İbareçe münaqişə qurbanlarının yaxınları ilə görüşdə bildirmişdi: 

“Demokratiya itirdiklərinizi geri qaytara bilməz, amma siz əmin ola bilərsiniz ki, doğmalarınızın xatirəsi 

həmişə  bizim  qəlblərimizdə  yaşayacaq.  Çünki  biz  əminik  ki,  sülh  və  birgə  yaşam  həqiqətə  və  ədalətə 

əsaslanır”

6

.

Elə bu yöndə baskların baş naziri debatlar zamanı ümumi siyasətlə bağlı öz müraciətində aşağıdakı aspektlərə 



diqqət çəkib: “Sülh və birgə yaşam zorakılığın qanunsuz olduğunun, vurulmuş ziyanın və həqiqət, ədalət və 

kompensasiya haqqı olan qurbanların ləyaqətinin etirafını tələb edir”.

Düşünürəm  ki,  Qarabağ  münaqişəsinin  nizamlanmasında  da  “keçmişlə  barışıqdan”  və  “etik 

minimumun” tərtib edilməsindən başlamaq lazım idi. 



“hər şey və dərhal” əvəzinə mikro-razılaşma

Rusiyanın müasir satiriki Mixail Jvanetskinin məşhur deyimi var: “Hər şeyi və dərhal istəyirsən, amma 

heç nəyi və tədricən alacaqsan”. Təəssüf ki, qarşıdurma tərəfləri bu müdrik məsləhəti qulaqardına vururlar. 

Qarabağ münaqişəsinin nizamlanmasında xüsusən Azərbaycan rəhbərliyi bu taktikadan istifadə edir.

Mikro-razılaşma  metodu  bask  münaqişəsinin  nizamlanmasında  vacib  alətdir.  Mikro-razılaşma  taktikası 

“son nəticədə əsas, möhkəm və ziddiyyətsiz konsensus əldə edə bilmək üçün kiçik “razılaşma hissələrini” 

istifadə etməyə imkan verən işçi metoddur”

7

. Bu metodologiya üç mərhələli məqsədə əsaslanır: keçmişin 



ümumi dərki, cari vəziyyətin normallaşdırılması və gələcək razılaşdırılmış mövqenin etik və qeyri-siyasi 

prinsipləri üzrə mikro-razılaşma. 



dialoq zamanı ziddiyyətlər və etibar

Bask hökuməti hesab edir ki, aydın dialoq - ziddiyyətləri aradan qaldırıb konsensus əldə etmək üçün lazım 

olan alətdir. Mütləq uzlaşmanın mümkün olmadığını və plüralist demokratik cəmiyyətdə, demək olar ki, 

bütün məsələlər ətrafında fərqli fikirlərin olacağını anlayaraq bask hökuməti əmindir ki, mövcud vəziyyəti 

və  oyun  qaydalarını  dərk  etmək  üçün  plüralizm  minimal  konsensus  tələb  edir.  Buna  görə  də  ziddiyyət 

prinsipi təməl etibar prinsipi ilə kompensasiya olmalıdır. Etimadsızlıqdan etibara keçid – “Sülh və birgə 

yaşam  Planı”nın  həllinə  səy  göstərdiyi  problemdir.  Maksimal  nailiyyət  uzlaşdırılmış  mövqenin  axtarışı 

prosesində birgə iştirak məqsədilə təməl etibarın əldə edilməsi üçün şəraitin yaradılmasından ibarət olacaq.  

Bask münaqişəsinin nizamlanmasını Qarabağ münaqişəsinin nizamlanmasından fərqləndirən də elə budur. 

Qarabağ  münaqişəsinin  nizamlanması  prosesində  beynəlxalq  vasitəçilər  –  ATƏT-in  Minsk  qrupunun 

həmsədrləri  artıq  uzun  müddətdir  ki,  münaqişə  tərəfləri  arasında  davam  edən  informasiya  müharibəsi 

və  sərhəddə  baş  verən  permanent  atışmalar  şəraitində,  bir  sözlə,  qarşıdurma  tərəfləri  arasında  minimal 

etibarın olmadığı bir vəziyyətdə Madrid prinsiplərini müzakirə edirlər. Bu arada isə ictimai əhval-ruhiyyəni 

dəyişməkdən və münaqişə tərəfləri olan cəmiyyətlər arasında etimad körpüləri yaratmaqdan başlamaq daha 

məqsədəuyğun olardı.

“Birgə  yasamın  ictimai  aspektlərini  normallaşdırmaq  üçün  biz  reallığımızın  ayrılmaz  parçası  olan 

etibarsızlığın öhdəsindən gəlməliyik və ən azı bu ölkənin bütün siyasi ənənələri arasında etibar mühiti 

yaratmalıyıq.  Etimadsızlıq  siyasi  ssenari  üzərində  dominantlıq  edir  və  onu  neytrallaşdırır.  O,  səlis 

identifikasiya olunan və bir çox hallarda haqlı çıxan qorxulara əsaslanır. Bundan başqa, bu qorxular 

ümumi deyil, çünki məzmunundan asılı olaraq, onlar bu, və ya digər qrup insanlara təsir edir. Buna 

görə də birilərinin qayğı və narahatlıqları digərləri üçün qeyri-relevant, və ya eşidilməmiş qalır”, - 

“Sülh Planı”nda deyilir

8

.

6  “Internews-Armenia”, “Sadə utopiya” filmi, 38.00.http://vimeo.com/61610186

7   “2013-16-cı illər üçün  Sülh və birgə yaşam Planı”.

8   Oradaca




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə