Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

14

International Alert

ən  pis  halda  isə  xəyanətdə  ittiham  etməyə  imkan  verdiyi  situasiya  xarakterikdir.  Əlbəttə  ki,  Basklar 

Ölkəsində də süh yaradanlar belə şeylərlə üzləşiblər. Məsələn, “Lokarri” assosiasiyasının direktoru Paul 

Riosun sözlərinə görə, İspaniya hakimiyyəti sülh yaradanları terrorçularla işbirliyində ittiham edirdi, ETA 

tərəfdarları isə onları rəsmi Madridin əlaltıları hesab edirdilər (skype vasitəsilə müsahibə, 22 oktyabr 2014-

cü il). Bununla belə, bask cəmiyyətinin geniş təbəqələri sülh yaradanların məramını məqbul hesab etdilər və 

məhz  problemin zorakı yolla həllinin tərəfdarları marginallaşan qövm oldu. 



nəticələr və tövsiyələr

Şimali İrlandiyada olduğu kimi, Basklar Ölkəsində də münaqişə Dağlıq Qarabağdan fərqlidir və münaqişənin 

hansısa konkret həlli modelinin bizim kontekstdə tətbiqi haqda danışmaq mümkünsüzdür. Amma Şimali 

İrlandiya misalında olduğu kimi, Basklar Ölkəsində də münaqişənin həlli ilə bağlı çıxarılması vacib olan 

müəyyən örnəklər var.    

Beləliklə,  gözə  dəyən  ilk  məsələ:  bu  münaqişə  rəsmi  Madridin  avtoritar  siyasəti  nəticəsində  meydana 

gəlməsə də, məhz onun sayəsində zorakı xarakter alıb. Bu baxımdan sovet sistemində fərqli düşüncənin və 

necə deyərlər, “milli oyanışın” boğulması və Frankonun siyasi rejiminin bask millətçiliyinin tərəfdarlarına 

qarşı tutduğu mövqe arasında paralelləri görmək mümkündür. Məhz bu rejim onların radikallaşmasına və 

zorakı yollara əl atmalarına səbəb oldu. Hər iki situasiyada aydın görünən müxtəlifliklərə rəğmən (həmçinin 

sovet sisteminin xeyrinə olan, məsələn, Basklar Ölkəsindən fərqli olaraq Dağlıq Qarabağ muxtariyyət idi), 

ən əsas və vacib oxşarlıq aşağıdakından ibarət idi: demokratiyanın olmaması münaqişənin sülh yolu ilə 

transformasiyasını mümkünsüz etdi.

Əlbəttə,  İspaniyanın  bəxti  SSRİ-yə  nisbətən  daha  çox  gətirdi:  İspaniyadakı  analoji  “yenidənqurma” 

demokratik siyasi sistemin yaranması ilə nəticələndi. Məhz bunun sayəsində çətinliklə olsa da münaqişənin 

transformasiyası və onun zorakılıq müstəvisindən siyasi mübarizə müstəvisinə keçməsi baş tutdu. Maraqlıdır 

ki, demokratikləşmənin ilk mərhələsində zorakılığın eskalasiyası baş verdi, amma qısa sürdü: demokratik 

mexanizmlərin işləkliyi aydın olduqca və muxtariyyət real təsəvvür yaratmağa başladıqca, bask millətçiləri 

arasındakı zorakılıq tərəfdarları cəmiyyətin dəstəyini itirməyə başladılar.

Demokratikləşmə həmçinin Basklar Ölkəsinin siyasət meydanında radikal qüvvələrin marginallaşmasına və 

mötədillərin nüfuzunun artmasına təkan verdi. Bu qüvvələrin bir qismi güzəşt tərəfdarı kimi çıxış edirdilər, 

digərləri isə maksimalist mövqedə qalsalar da, zorakı mübarizə yollarını inkar edirdilər. Zorakılığı inkar 

edənlər cəmiyyətin böyük əksəriyyətinin mənəvi dəstəyini hiss edirdilər ki, bu da onlara hətta özlərinin də 

zorakılıq qurbanına çevrilmək təhlükəsinə rəğmən irəliləmək gücü verirdi (bəziləri, həqiqətən də, zorakılıq 

qurbanı oldular).

Nəhayət, Basklar Ölkəsində gərginliyin aradan qaldırılmasına Avropaya inteqrasiyanın həmçinin möhkəm 

təkan verməsi barədə də çox danışıldı. Odur ki, Avropaya inteqrasiyanın bask münaqişəsinin bir çox ağrılı 

aspektlərini  aradan  qaldırdığını  qeyd  etməklə  kifayətlənək.  Göz  önündə  olan  aspektlərdən  biri  odur  ki, 

İspaniya AB-ə qəbul edilənə qədər basklar parçalanmış xalq idilər. Avropaya inteqrasiya nəticəsində bu 

aspekt tam aradan qalxmasa da, hər halda problem kəskinliyini itirdi. İspaniya və Fransa arasında onilliklərlə 

mövcud olan və baskları ayıran sərhəd bu gün faktiki olaraq maneə deyil. 

Qeyd olunduğu kimi, Basklar Ölkəsi və Dağlıq Qarabağdakı situasiyalar tam fərqlidir və Basklar Ölkəsindən 

hər hansı modelləri Dağlıq Qarabağda tətbiq etmək mümkün deyil. Amma Basklar Ölkəsinin təcrübəsinin 

öyrənilməsi Dağlıq Qarabağda sülh prosesinin uğurunda maraqlı olan tərəflərə müəyyən tövsiyələr verməyə 

şərait yaradır.

•  Güzəşt, və ya münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan mötədil qüvvələrin rolunun artmasına 

şərait  yaratmaq  lazımdır. Vətəndaş  cəmiyyəti  misalında  bu,  vətəndaş  təşəbbüslərinin  dəstəklənməsi, 

siyasi elita misalında isə diplomatik kommunikasiya yollarından istifadə formasında ola bilər.




Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

15

•  Radikalların – münaqişənin zorakı yolla həllinin tərəfdarı olan siyasi qüvvələrin nüfuzunun azaldılması 



istiqamətində iş aparmaq lazımdır. Xüsusən vasitəçilərin və beynəlxalq aləmin siyasi xadimlər və rəsmi 

şəxslər tərəfindən aqressiv ritorika istifadə olunmasına daha sərt reaksiya verməsi vacibdir.

•  Radikalizmlə  bağlı  iş  müqavimətlə,  əks-təsirlə  kifayətlənməməlidir:  radikallarla  ünsiyyət  qurmaq 

lazımdır, bu cür qüvvələr arasında sivil dialoqa hazır olanları cəmiyyət daxilindəki danışıqlara və dialoq 

mərasimlərinə dəvət etmək lazımdır. 

•  Münaqişəyə  daha  mötədil  yanaşmanı  təbliğ  edən  və  sülhyaratma  mövqeyindən  çıxış  edən  insanları 

marginallaşdırmaq cəhdlərinin qarşısını almağa yönəlmiş media strategiyası hazırlamaq faydalı olardı.  

•  Münaqişədən əziyyət çəkən insanları (keçmiş döyüşçülər, münaqişə qurbanlarının yaxınları, qaçqınlar) 

təmsil edən təşkilatlarla işləmək və onların sülhyaratma potensialından istifadə edərək radikalların bu 

insanların ağrılarından yararlanıb qarşı tərəfə nifrət aşılamasına imkan verməmək vacibdir.   




16

International Alert



qarabağ münaqişəsinin nizamlanması ilə 

müqayisəli təhlilin işığında Bask “nicatı”

qeqam Baqdasaryan

İştirak – təməl daşı

Etnik münaqişələrin yaranma tarixi və onların nizamlanması təcrübəsi göstərir ki, münaqişə tərəfləri bir 

qayda olaraq öz haqq və iddialarını qarşı tərəfin mövqeyinə önəm vermədən mütəşəkkil şəkildə ifadə edirlər. 

Yaranmış vəziyyətdən çıxış yolunu, başqa sözlə desək, münaqişənin həllini hər bir tərəf məhz öz haqq və 

tələblərinin işığında görür. Bu haqq və tələblər sistemində digər tərəfin haqq və iddialarına yer yoxdur. 

Konfliktoloq Klem Makkartni hesab edir ki, “Onlar münaqişəyə və onun tarixinə dair özlərinə sərf edən, 

hazırkı əməllərinə və təklif etdikləri həll yollarına haqq qazandıran variantlar sıralayırlar. Əksər hallarda bu 

variant-narrativlər ümumilikdə faktları inkar etmir, amma onların bu faktlara yüklədikləri məna müxtəlif 

ola bilər

2

”. 



Hər bir konkret haqq və iddialar sistemində nəinki qarşı tərəfin haqq və gözləntilərinə yer verilmir, hətta çox 

nadir hallarda münaqişə tərəflərindən biri digərinə vəziyyətdən özünün gördüyü çıxış yollarını təklif edir. 

Adətən, münaqişənin nizamlanması ilə bağlı bu görüşlər vasitəçilərə və maraqlı olan beynəlxalq strukturlara 

təqdim  olunur.  Fərq  sadədir:  qarşı  tərəfə  öz  görüşünü  təqdim  edərkən  onun  maraqlarını  nəzərə  almaya 

bilməzsən. Bu cür forma müəyyən dərəcədə obyektivlik və ümumi narrativlərin axtarışını nəzərdə tutur.

Bask münaqişəsinin nizamlanması bu kontekstdə digər münaqişələrdən sərfəli mənada fərqlənir, hər halda 

son zamanlarda. 2013-cü il iyunun 11-də bask hökuməti “2013-16-cı illər üçün sülh və birgə yaşam Plan”ı 

təklif etdi. Bu, sadəcə tərəflərdən birinin dünya ictimaiyyətinin nəzərində digərindən daha yaxşı görünmək 

üçün irəli sürdüyü göstərmə bir sənəd deyildi. Məsələn, ən qapalı aparılan danışıqlara aid edə biləcəyimiz 

Qarabağ  münaqişəsinin  nizamlanması  prosesindən  fərqli  olaraq,  bask  münaqişəsinin  nizamlanmasında 

əsas  rol  münaqişə  tərəflərinin  ictimaiyyətlərinə  aiddir.  (“Danışıqlar  prosesinin  strukturundakı  problem. 

Ermənistan  və  Azərbaycan  prezidentlərinin  məlum  münaqişə  ilə  bağlı  danışıqları  həddən  artıq  xüsusi 

və məxfi xarakter daşıyır ki, bu da onları öz cəmiyyətləri qarşısında siyasi hesabat verməkdən azad edir. 

Danışıqları əsasən məhz onlar aparırlar: ictimaiyyətə danışıqlar haqda hansı açıqlamanı verəcəklərini 

özləri  qərarlaşdırırlar,  tempi  müəyyən  edirlər  və  vasitəçilərin  səylərini  boşa  çıxardıqlarına  görə 

cavabdehlik daşımırlar”

3

). Təsadüfi deyil ki, bask hökuməti bu planın ictimai və siyasi iştirak prosesində 

möhkəmlənməsini istəyirdi. “Sülh və birgə yaşam Planı”nın təməl daşını və əsas hissəsini məhz iştirak 

təşkil edir. 

Bask  hakimiyyətinin  bu  prinsipial  mövqeyi  hələ  “Sülh  Planı”ndan  xeyli  əvvəl  özünü  büruzə  vermişdi. 

2009-cu ildə Basklar Ölkəsi prezidentinin müşaviri Qorka Espayau İdayoaqa erməni jurnalistlərinə bunları 

danışmışdı: “Ölkə prezidenti vəziyyətin dəyişdirilməsi üçün vasitələri öz əlinə almaq qərarına gəlib. O, 

münaqişənin  nizamlanması  üzrə  yol  xəritəsi  hazırlayıb,  vətəndaş  cəmiyyətinin  iştirakının  artırılmasını 

təklif  edib  və  bununla  da  münaqişənin  nizamlanmasını  siyasi  partiyalar  və  vətəndaş  birlikləri  arasında 

bölüşdürüb”

4

.

Qarabağ münaqişəsinin nizamlanmasında belə hesab olunur ki, rəhbərlik güzəştlərə hazırdır, cəmiyyətlər 



isə yox. Bu mülahizə həddən artıq birtərəflidir, çünki cəmiyyətlərin güzəştə hazır olmaması birinci növbədə 

hakimiyyətlərin fəaliyyətinin nəticəsidir. Amma bizi bu problemin başqa bir aspekti maraqlandırır. 

2  «Sülh  proseslərində  ictimai  iştirak  və  çoxkanallı  diplomatiya:  Şimali  İrlandiyadan  örnəklər»,  fevral,  2014,  International  Alert,  Klem 

Makkartni, “Biz necə bu vəziyyətə düşdük?” məqaləsi, səh.5.

3  Tomas de Vall, “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında”, ROSSPEN. Moskva, 2014, s. 361

4  “Internews-Armenia”, “Sadə utopiya” filmi, 35.22. (film Böyük Britaniyanın Ermənistandakı səfirliyi tərəfindən maliyyələşdirilib), http://

vimeo.com/61610186



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə