6
International Alert
Millətçi Partiyası heç vaxt rəsmi Madridlə münasibətləri radikal şəkildə kəsməyin tərəfdarı olmayıb. Sol
radikal millətçilər və ETA isə, əksinə, hər vaxt Madridlə yolları ayırmaq arzusunu bəlli edib.
Digər tərəfdə milli səviyyəli layihələrlə bağlı olan siyasi qüvvələr dayanıb. Onların ideologiyaları bir-
birindən kəskin şəkildə fərqlənir. Sosialist Partiyası və Xalq Partiyası status-kvonun saxlanması ideyasının
əsas müdafiəçiləridir. İspaniya Sosialist Partiyası tərəqqipərvər xarakter daşıyır və bu gün İspaniyanın
federativ modelinin və Euskadi ilə Kataloniyaya daha geniş muxtariyyət tanınmasının tərəfdarıdır. Xalq
Partiyası əsasən bütün dəyişikliklərə qarşı çıxır və tarixən formalaşmış millətlərlə mərkəzi hakimiyyət
arasında münasibətlərin dəyişməsinə gətirib çıxara biləcək konstitusiya dəyişikliklərindən imtina edir.
Bu gün qanunvericiliyə görə, Basklar Ölkəsində idarəetmə çoxluq tərəfindən qəbul edilmiş, lakin
səlahiyyətləri indiyə qədər tam reallaşmayan Muxtariyyət haqqında nizamnaməyə (1979) əsasən həyata
keçirilir.
Nizamnamə adekvat olaraq ümumi xarakterli məsələləri tənzimləyir, amma o yenə də bütün siyasi tələbləri
təmin edə bilməyib.
eta
Bask münaqişəsi, hesabında qurban verilmiş 800 nəfərdən çox insan olmasaydı, tarixdə ərazi iddialarının
səbəb olduğu çoxsaylı münaqişələrdən biri kimi qala bilərdi.
ETA 50 il əvvəl Bask Millətçi Partiyası ilə bağlı olan hərəkat kimi yaranıb və ilkin olaraq bask dilinin,
üstəlik İspaniyanın qalan hissəsindən fərqli milli kimlik haqqının müdafiəsinə can atırdı. ETA Frankoya
qarşı olmasa da, İspaniyaya qarşı yaradılmışdı. Onun vəzifəsi baskların etnik, linqvistik və ideoloji ayrılığı
idi.
Bask radikal millətçiliyi həmişə özünün xüsusi yerini təsdiqləməklə xarakterizə olunub, əvvəlcə linqvistik
(“bask” “euskaldun” deməkdir, yəni bask dilində danışan insan, və ya “euskere” - bask köklərinə malik
insan), sonra isə ideoloji (“bask” millətçi deməkdir) baxımdan.
İllər sonra ETA müstəqillik yolunu müharibədə görən radikal millətçilərin əlində strateji silaha çevrildi.
Amma reallıq başqa idi və Euskadinin müasir tarixi siyasi plüralizmlə, demoqrafik qarışma ilə, bilinqvizm
və müxtəlif ərazi vahidlərinin birgə mövcudluğu ilə xarakterizə olunurdu.
Bu gün Madridin mərkəzi hakimiyyəti hesab edir ki, ETA-nın fəaliyyətinin tam dayandırılması ilə münaqişə
sona çatıb. Millətçilər isə öz növbələrində hesab edirlər ki, daha böyük muxtariyyət tələb etməyin zamanı
yetişib.
Radikallar bask dövlətinin bərqərar olması yolunu millətçi alyansların yaradılmasında görür, tərəqqipərvərlər
isə qarşılarına qoyduqları məqsədlərə konsensus axtarışı vasitəsilə çatmaq üçün konstitusiya islahatları tələb
edirlər.
Bu isə o deməkdir ki, bütün bu parçalanma və ziddiyyətlər hələ də aktualdır.
Millətçi partiyaların proqramlarında bildirilir ki, 2015-ci ildə ümumi seçkilər keçiriləndən sonra yeni
çoxluqlar ortaya çıxacaq ki, onlar da dövlət quruluşu modelini dəyişmək üçün konstitusiya islahatı həyata
keçirəcəklər və bununla da Kataloniya və Euskadinin siyasi tələbləri təmin olunacaq.
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı
Diplomatiya Mexanizmləri
7
eta-nın sonu
Rəsmi Madrid yuxarıda qeyd olunan siyasi münaqişənin başa çatmasını ETA silahlı təşkilatının öz hərbi
fəaliyyətini dayandırması ilə bağlayır.
2011-ci ildə ETA silahlı mübarizəyə son verdiyini bəyan etdi və cəbbəxanasının ləğvinə başladı, amma
təşkilatı buraxmaqla bağlı qəti niyyət bildirmədi. Onlar artıq terror törətmək fikrində deyildilər, amma sol
radikal-millətçi qanadında strateji siyasi dəyişikliklərə təsir göstərmək cəhdlərini davam etdirirdilər, həm də
sonuncuların onların bu cəhdlərdən əl çəkmələrilə bağlı irəli sürdükləri tələblərinə baxmayaraq.
ETA-nın silahlı mübarizəsi nəticəsiz bitdi, cəmiyyət üçün ağrılı, qruplaşmanın siyasi məqsəd və məramının
həyata keçirilməsi üçün isə faydasız oldu. Əvəzində ETA ispan demokratiyasının və bast müstəqilliyinin
əsas düşməninə çevrildi. Nəhayət, 2011-ci ildə uzun illərin terrorçu mübarizəsindən sonra ETA etik yox,
konstruktiv düşüncə ilə zorakılığa son qoymaq qərarına gəldi.
Bu məqamda ETA ilə onun siyasi qolu rolunda çıxış eləmiş çoxsaylı partiyalar arasındakı (Batasuna
Partiyasından (Herri Batasuna) SORTU-ya qədər) münasibətlərin tarixinə səyahət etmək yerinə düşər.
Bütün tarixi boyunca ETA uyğunlaşmaya, təkamülə, öz siyasi və sosial hərəkatının siyasətində iştiraka,
başqa sözlə, siyasi arenada çıxış etmək üçün yaranan, amma bu imkandan məhrum olan və öz himayədarları
tərəfindən hərbi qanadının önəmsiz rolunu daşımağa məhkum edilmiş təşkilat və hərəkatlara xas olan hər
şeyə qarşı çıxıb. Əsrin sonuna doğru ETA hakimiyyətin siyasi və hüquqi əməllərilə zəiflədildi. ETA-nın bu
cür zəifliyi özünün siyasi qolu olan Batasunanı və onun varislərini qanundankənar vəziyyətə saldı. Basklar
Ölkəsi Universitetinin əməkdaşı Quruts Xaureqi məlum münasibətləri bu cür ifadə edir: “ETA və onun
siyasi qanadı bir-birindən asılı olan, eyni zamanda antaqonist və bir-birinə zidd iki təşkilatdır. Biri digəri
olmadan mövcud ola bilmir; amma eyni zamanda onların hər biri özündə digərini mütləq məhv edəcək gen
daşıyır”.
Sol radikal-millətçilərin görkəmli nümayəndəsi Tasio Erkisinin sözlərinə görə, “uzun müddətli perspektivdə
zorakılıq və parlament oyunları bir araya sığmaz”. Sol radikal-millətçilər ETA-nı 1975-ci ilin keçid dövründə
itirdiyi müstəqilliyini bərpa etməyə məcbur edə bilmək üçün 30 ildən çox müddət sərf etməli olublar.
ETA-nın terrorçu fəaliyyətinin dayandırılması idealların dəyişməsinə gətirib çıxarmadı, bu, sadəcə əzəli
məqsədə - Bask dövlətinin yaradılmasına nail olmaq üçün strateqiyanın dəyişdirilməsi idi. Bundan başqa,
ETA-nın silahlı mübarizəni dayandırması İspaniya hökuməti ilə aparılan hər hansı danışıqlarla, və ya ikitərəfli
sülhün əldə olunması ilə bağlı deyildi. Proses birtərəfli xarakter daşıyırdı. ETA-nın siyasi nailiyyətləri
İspaniyanın əvvəlki hakimiyyətlərilə istənilən danışıqların nəticələrindən daha az idi. ETA hakimiyyətlə
məhbusların azad olunmasının qarşılığında sülhü müzakirə etməkdən imtina etdi və bu gün penitensiar
siyasəti İspaniya hökuməti diktə edir.
ETA potensial danışıqlar üçün yol açmalı olan yeni qurbanlarla özünə “acınacaqlı şöhrət” qazandığı
müddətdə bask və ispan cəmiyyətləri ayağa qalxıb, küçələri zəbt edirdi. Vaxtilə küçələr sadəcə sol radikal-
millətçilərin nüfuz dairəsinə daxil idi. İndi isə Sülh Naminə Hərəkat, Elkarri və ya Ermua Forumu kimi
vətəndaş hərəkatları zorakılıqdan usanmış və ETA qruplaşmasının mənasız əməllərindən çarəsizliyə
sürüklənmiş cəmiyyətin hərəkətverici gücünə çevrilmişdi.
Bask siyasi partiyaları ziddiyyətlərlə bağlı əlavənin də daxil edildiyi sülh müqaviləsini imzalayaraq,
Axuriya Eneada masa arxasında ilk razılaşmanı əldə etdilər (12 yanvar 1988-ci il). Sol radikal-millətçilər bu
razılaşmaların onlara xələl gətirdiyini anlayırdılar, amma bununla belə, seçicilər yenə də onlara səs verməyə
davam edirdilər, baxmayaraq ki, onlar ETA-nın siyasətini davam etdirirdilər.
Bu dövrdə Terror Qurbanları Assosiasiyası (AVT) (1981-ci il) kimi ilk qurbanlar assosiasiyaları yaranmağa
başladı. Buna qədər onlar pərakəndə xarakter daşıyırdılar və hakimiyyət tərəfindən qətiyyən dəstəklənmirdilər.
Hərçənd, siyasi qurbanların hesablanması 1968-ci ildən başlanmışdı.