Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

12

International Alert



Basklar Ölkəsindən örnəklər: demokratiya 

münaqişə həlli mexanizmi kimi

mikael zolyan

avtoritarizm, demokratiya və münaqişə

Bask münaqişəsinin ən ümdə örnəklərindən biri demokratiya və münaqişənin sülh yolu ilə transformasiyası 

arasındakı  əlaqədir.  Yeri  gəlmişkən,  medalın  əks  üzü  də  var:  qeyri-demokratik  rejim  və  münaqişənin 

eskalasiyası  arasındakı  əlaqə.  Beləliklə,  bask  münaqişəsini  araşdıranlar  bir  fikirdə  uzlaşırlar  –  Franko 

diktaturası münaqişənin yaranmasına, və ya onun zorakı formaya keçidinə yol açıb. Əlbəttə ki, münaqişəyə 

meyllilik  Basklar  Ölkəsində  Frankosuz  da  mövcud  idi:  hələ  əsrin  əvvəllərindən  bask  ziyalılarının  milli 

mədəniyyəti və dili qorumaq mücadiləsi ilə rəsmi Madridin unifikasiya və ölkənin homogenliyinin əldə 

edilməsi istiqamətindəki səyləri arasında ziddiyyətlər göz önündə idi. Hərçənd respublika dövründə sanki 

problemin regional muxtariyyət formasında güzəştli həlli tapılmışdı. Amma vətəndaş müharibəsi və onun 

ardınca gələn diktatura müxtariyyətlə bağlı bütün ümidləri öldürdü.   

Əvvəlcə bask millətçilərinin respublika uğrunda mübarizə apardıqları ağır müharibə, ardınca respublikaçıların 

cəzalandırılması,  o  cümlədən  Gernikanın  bombalanması,  minlərlə  insanın  güllələnməsi,  həbs  edilməsi. 

Ardınca nəinki muxtariyyətlə bağlı bütün siyasi tələblərə tam qadağa qoyan, hətta bask milli kimliyinin 

istənilən səviyyədə büruzə verilməsinə ədavətlə yanaşan Franko diktaturası illəri gəlir. Bu mənada Basklar 

Ölkəsindəki şərait sovet dönəmində Dağlıq Qarabağdakı vəziyyəti xatırladır: bir tərəfdən etnik azlığın öz 

mədəniyyətini qorumaq və inkişaf etdirmək istiqamətindəki qorxuları, digər tərəfdən bu qorxuların mövcud 

siyasi  sistem  çərçivəsində  ifadə  edilməsinin  mümkünsüzlüyü.Basklar  Ölkəsindəki  bu  vəziyyət  gətirib  o 

yerə çıxardı ki, XX əsrin ortalarında baskların öz milli müqəddəratını təyin etməsi ilə bağlı ideyanın əsas 

daşıyıcısı olan Millətçi Bask Partiyası (MBP) əhali arasında öz nüfuzunu itirməyə başladı.

Gənclər  sosial  konservatizm  və  qeyri-zorakı  mübarizə  metodlarına  sadiqliyi  uzlaşdıran  MBP-nin 

ideologiyasından ümidlərini kəsdilər. Çoxları alternativi bask millətçiliyinin sol (marksist) ideologiya və 

diktaturaya qarşı fəal, həmçinin zorakı müqavimətin uzlaşmasında görürdü. Bu təkamül Franko diktaturasına 

qarşı silahlı mübarizə yolu tutan ETA-nın meydana gəlməsinə gətirib çıxardı.1960-cı illərin sonları və 1970-

ci illərdə ETA Frankonun əleyhdarlarını birləşdirən və Avropa ictimai rəyində dəstəyə malik olan geniş 

cəbhənin bir hissəsi oldu. 

Franko  rejiminin  demontajı  və  İspaniya  siyasi  sisteminin  demokratikləşməsi  nəticəsində  vəziyyət 

kökündən  dəyişdi.  Çox  tezliklə  ETA  döyüşçüləri  İspaniya  ictimai  rəyində  diktaturaya  qarşı  mübarizə 

aparan qəhrəmanlardan terrorçu və qatillərə çevrildilər. Basklar Ölkəsinin özündə isə vəziyyət bu qədər 

birmənalı deyildi. Amma elə burda da çoxları, o cümlədən tam müstəqillik səylərini dəstəkləyənlər də ETA 

radikallarından  üz  döndərdilər.  Məsələ  burasındadır  ki,  İspaniyanın  demokratikləşdirilməsi  prosesində 

güzəşt əldə olunmuşdu və bu, Basklar Ölkəsində münaqişənin sülh yolu ilə transformasiyası üçün şərait 

yaratmışdı.  İspaniyanın  yeni  dövlət  quruluşu  regionlarda  mərkəzdənqaçan  tendensiyalardan,  həmçinin 

bask, katalon millətçiliyi və Madridin mərkəzləşdirilmiş instinktləri arasında güzəştdən ibarət idi. Nəticədə 

tərəflərdən heç biri maksimum arzu elədiyi nəticəni əldə edə bilmədi (tam müstəqillik və ya unitar dövlət), 

prinsipcə bütün tərəflər üçün nisbətən məqbul şərait yarandı. Üstəlik bu, İspaniya dövlətinin demokratik 

yenidənqurması  prosesində  baş  verdi  ki,  ispanların  çoxu  üçün  vəziyyət  mərkəzin  separatçılara  güzəştə 

getməsi kimi görünmürdü. Hərçənd əlbəttə ki, bəziləri, o cümlədən Franko tərəfdarları baş verənləri məhz 

bu kontekstdə qavrayırdı.

Nəticədə Basklar Ölkəsində Şimali İrlandiya sülh prosesində yer almış vəziyyətə bənzər məsələ meydana 

çıxdı:  münaqişə  həll  olmadı,  amma  onun  demokratik  transformasiyası  baş  verdi.  Əlbəttə,  iki  kontekst 

arasında  ciddi  fərqlər  də  vardı.  Məsələn,  İRA/Şinn  Feyndən  fərqli  olaraq  ETA/Erri  Batasunanın  siyasi 

transformasiyası daha çətin başa gəldi. Həmçinin hakimiyyətin təqibləri baxımından da situasiyalar fərqlidir. 

Amma bu artıq ayrı mövzudur, kiçik bir məqalə çərçivəsində bu mövzunu açmaq çox çətindir.



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

13

meynstrim və radikallar

Basklar Ölkəsinin təcrübəsindən göründüyü kimi, dinc demokratik siyasi proseslə münaqişə tərəflərinin 

radikallaşması arasında qarşılıqlı əlaqə mövcuddur. Avtoritar rejimin tətbiq etdiyi məhdudiyyətlər üzündən 

demokratik siyasi mübarizə üsulları mümkünsüz olanda, bu, cəmiyyətin radikallaşmasına və radikal siyasi 

qüvvələrin  populyarlaşmasına  gətirib  çıxarır.  İspaniyada,  əksinə,  demokratik  siyasi  sistemə  keçilməsi 

səbəbilə Basklar Ölkəsində radikal qüvvələr nüfuzdan düşdü. 

Tədqiqatçılar qeyd edirlər ki, ETA-nın törətdiyi terror aktlarının ən qızğın vaxtının 1970-ci illərin sonlarında 

Franko rejiminin “yenidənqurma” dönəmilə üst-üstə düşməsi təsadüfi deyil. Bəzi tədqiqatçılar bunu onunla 

izah edirdilər ki, ETA-dan olan radikallar demokratik islahatların baş tutacağı və Basklar Ölkəsinin İspaniya 

daxilində muxtariyyət əldə edəcəyi təqdirdə onların tam müstəqillik naminə zorakı metodlarının və radikal 

proqramlarının əhali arasında dəstəyi itirəcəyindən qorxurdular. Hadisələrin sonrakı inkişafı göstərdi ki, 

radikalların qorxuları əsassız deyilmiş. Güzəştlərə getməkdən imtina edən və fərqli siyasi düşüncəni boğan 

militarist  avtoritar  rejimin  ETA  inqilabçıları  üçün  kral  Xuan  Karlosun  islahatları  nəticəsində  Madriddə 

formalaşan demokratik mərkəzi hakimiyyətə nisbətən daha rahat rəqib olduğu anlaşıldı. 

Əlbəttə, hətta yeni siyasi sistemdə də İspaniya hökumətinin bask separatçıları ilə mübarizə apardığı metodlar, 

yumşaq  desək,  heç  də  həmişə  demokratik  ritorikaya  uyğun  gəlmirdi.  İspaniya  güc  strukturlarının  insan 

haqlarını pozduqlarına dair yetərincə faktlar mövcuddur. Təəssüf ki, bu, “terrorizmlə mübarizə” kimi nəcib 

məqsədlər naminə işgəncələr və qanunsuz həbslər də daxil olmaqla, bir sıra çirkin metodlardan istifadə 

olunduğu  yeganə  misal  deyil.  Həmçinin  demokratik  siyasi  proseslərin  məhdudlaşdırılması  –  məsələn, 

terrorçularla əlaqədə şübhəli bilinən siyasətçilərin seçkilərdən kənarlaşdırılması kimi faktları da baş verirdi. 

Amma ümumilikdə Basklar Ölkəsinin öz milli müqəddəratını təyin etməsi uğrunda mübarizə aparanların  

məqsədlərinə doğru qanuni və dinc yolla addımlaması üçün şərait yaranmışdı.

Yaranmış vəziyyətdə münaqişə daha çox baskların daxili problemi xarakteri almağa başladı. Qeyd etmək 

lazımdır ki, bu, oxşar münaqişələr üçün səciyyəvi situasiyadır: separatçılar və mərkəz arasındakı münaqişə 

çox  zaman  öz  müqəddəratını  təyin  etməsi  uğrunda  mübarizə  aparılan  icmanın  daxilində  parçalanma 

tərəfdarları və əleyhdarları arasındakı münaqişə ilə müşayiət olunur. Əksərən münaqişə dinamikası, xüsusən 

də  mərkəzi  hakimiyyətin  repressiv  əməlləri  gətirib  ona  çıxarır  ki,  icmanın  böyük  hissəsi  daha  radikal 

proqramla  çıxış  edən  qüvvələrin  ətrafında  birləşir.  Bask  situasiyasının  özəlliyi  ondadır  ki,  burada  tam 

əksi özünü büruzə verir: mötədil qüvvələrin nüfuzunun artması və radikalların marginallaşması. İspaniya 

demokratikləşdikcə, iqtisadi inkişaf etmiş, Avropa strukturlarına inteqrasiya olunmuş ölkəyə çevrildikcə, öz 

müqəddəratını təyinetmə uğrunda zorakı mübarizəni inkar edənlərin mövqeləri möhkəmlənirdi. 

Demokratikləşmə Basklar Ölkəsində yetərincə müxtəlif siyasi cərəyanlardan ibarət mənzərənin yaranmasına 

təkan verdi. Burada əhalinin böyük hissəsi (həmçinin etnik baskların çoxu) vahid İspaniya tərəfdarlarıdır. 

Digərlərinin  marağını  yüksək  muxtariyyət  təmin  edir.  Üçüncülər  Basklar  Ölkəsinin  tam  müstəqilliyini 

müdafiə edir, amma zorakı mübarizə yollarını inkar edirlər. Nəhayət, nəzəriyyədə “İspaniya imperializminə” 

qarşı “mübarizə” hesab etdikləri ideologiyanı dəstəkləyənlər də az deyil, amma onlar arasında da bu “azadlıq 

mübarizəsinə” əməli olaraq qoşulmağa hazır olanlar çox deyil.  

Bu  kontekstdə  vətəndaş  cəmiyyətinin  təcrübəsi  bizim  üçün  xüsusilə  maraqlıdır.  Vətəndaş  cəmiyyətinin 

zorakılığa  qarşı  çıxan  müxtəlif  aktorları  zorakılıq  tərəfdarlarının  marginallaşmasına  və  nəticədə  öz 

metodlarından  əl  çəkmələrinə  təkan  verdilər.  Bunlar  Basklar  Ölkəsi  daxilində  münaqişələrin  dinc  yolla 

həllinin tərəfdarları olan “Elkarri” və ya “Xesto por la pas” təşkilatları, həmçinin münaqişə qurbanlarının 

yaxınlarının yaratmış olduqları müxtəlif birliklərdir. Ziyalılar, jurnalistlər və incəsənət xadimləri də az rol 

oynamayıblar. Basklar Ölkəsinin tam müstəqilliyini özünə məqsəd bilən, bununla belə, zorakı mübarizə 

yollarını inkar edənlərin rolunu xüsusi qeyd eləmək lazımdır. Onların bu mövqeyi vətənpərvərliyi radikalların 

və zorakılıq tərəfdarlarının, necə deyərlər, “inhisarından” qurtardı.

Bu qrupların təcrübəsi bizim region üçün də çox önəmlidir. Buradakı kontekst tam fərqli olsa da, təəssüflə 

qeyd  etmək  lazımdır  ki,  bizim  ölkələr  üçün  məhz  radikallığın  bu,  və  ya  digər  siyasi  qrupa  özünü  “əsl 

vətənpərvər” kimi təqdim edərək, qalan hər kəsi ən yaxşı halda hədsiz yumşaqlıqda və qətiyyətsizlikdə, 



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə