Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

4

International Alert



müqəddimə 

 

International Alert təşkilatı 1990-cı illərin ortalarından Cənubi Qafqazda münaqişələrin transformasiyası ilə 

məşğul olur. Dağlıq Qarabağ kontekstində çalışırıq ki, qarşı-qarşıya duran cəmiyyətlərdəki müxtəlif çevrələrin 

qarşılıqlı etimadın yaradılmasında, münaqişənin alternativ narrativlərinin nəzərdən keçirilməsində, qərar 

qəbul edən şəxslər arasında sülh ideyasının təbliğində potensialını artıraq. Dağlıq Qarabağ münaqişəsinin 

sülh  yolu  ilə  nizamlanması  naminə Avropa  Tərəfdaşlığı  (EPNK)  çərçivəsində  International Alert  digər 

münaqişələrin müqayisəli analizi üçün bu regiondan olan ekspertlərdən ibarət qrup yaradıb. 

Onların öyrənilməsi müxtəlif mərhələlərdə həyata keçirilə və müxtəlif məqsəd daşıya bilər – səbəblərin, 

dinamikanın, aparıcı qüvvələrin anlaşılmasından, münaqişə tərəflərinin mövqelərinin öyrənilməsindən tutmuş 

son nəticədə spesifik həll variantlarına qədər. Sözügedən layihədə bu vəzifələrdən heç biri onun iştirakçılarının 

məqsədi deyil. Digər münaqişələrin öyrənilməsinə biz vətəndaş sülh quruculuğu mövqeyindən yanaşırıq, 

yəni vətəndaş cəmiyyəti və çoxkanallı diplomatiyanın sülh prosesləri və münaqişələrin transformasiyası 

sahəsində rolunu birbaşa siyasi vasitələri və resursları olmayan konkret mexanizm və institutlar vasitəsilə 

müəyyən etməyə çalışırıq. Layihənin digər önəmli tərəfi ən müxtəlif əhali qrupları arasında münaqişənin 

transformasiyası ilə bağlı yeni ideyaların və baxışların geniş müzakirəsini və cəmiyyətlər arasında birbaşa 

dialoqda yeni yanaşmaların inkişafını stimullaşdırmaqdan ibarətdir.

Ekspert  qrupunun  ilk  təşəbbüsü  vətəndaş  cəmiyyətinin  sülh  yaradıcı  səyləri  hazırda  necə  qavramasının 

analizindən  ibarət  oldu.  Bu  araşdırma  nəticəsində  “Sülh  perspektivinin  yaxınlaşması:  Dağlıq  Qarabağ 

kontekstində 20 illik vətəndaş sülh quruculuğu”müştərək nəşri ortaya çıxdı. Bu nəşr vətəndaş cəmiyyətinin 

iyirmi illik sülh yaratma səylərinin kollektiv şəkildə dərk edilməsinə yönəlmiş yenilikçi cəhddir. Bu ümumi 

işi gələcəkdə digər münaqişələrin araşdırılması üçün başlanğıc nöqtəsi kimi nəzərdən keçirən qrup daha 

sonra  Şimali  İrlandiya  sülh  prosesinində  qazanılmış  təcrübəni  öyrəndi  ki,  bunun  da  nəticəsində  “Sülh 

proseslərində  ictimai  iştirak  və  çoxkanallı  diplomatiya  mexanizmləri:  Şimali  İrlandiya  örnəkləri”  nəşri 

yarandı.


Bu nəşr ekspert qrupunun işinin növbəti mərhələsinin nəticəsidir və özündə Basklar Ölkəsinin kontekstindən 

çıxarılmış əsas sülh yaradıcı örnəkləri və onların təhlilini ehtiva edir. Hər bir məqalə müəllifin seçdiyi və 

öz təcrübəsindən çıxış edərək təhlil etdiyi mövzunun öyrənilməsindən ibarətdir. Məqalə müəlliflərinin ərz 

etdikləri baxışlar və nəticələr əsasən mübahisəli məsələlərə toxunur. Bununla belə,  bu iş Dağlıq Qarabağ 

münaqişəsinin  tərəfləri  üçün  faydalı  diskussiya  materialı  və  onun  transformasiyası  yollarına  müqayisəli 

təhlil nöqteyi-nəzərilə baxmaq imkanı sayıla bilər.  

International Alert ekspert qrupunun üzvlərinə, həmçinin Bilbao və Madriddəki həmkarlara, xüsusən bu 

araşdırma hazırlanarkən öz bilik və səylərini əsirgəməyən Paul Riosa və Xuan Bautista Ximenez Gerraya 

minnətdarlığını bildirir.



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

5

Giriş



xuan Bautista ximenez Gerra, həmmüəllif paul rios

  

Bask münaqişəsi

Bask  milliyyətçilərinin  “bask  münaqişəsi”  kimi  qələmə  verdikləri  bask  xalqı  və  İspaniya  hakimiyyəti 

arasındakı  ziddiyyətdən  yaranmış  münaqişədir,  Madridin  siyasi  partiyaları  isə  bunu  basklar  arasındakı 

münaqişə hesab edirlər. Bu ziddiyyətlərin mənbəyi tarixi xarakter daşıyır və baskların özlərini ispan xalqına 

yadlaşdıran, öz fərqli xüsusiyyətləri olan ayrıca xalq kimi indentifikasiya etməsindən ibarətdir. Bu ölkədə, 

orada yaşayan insanlar da bu eyniləşdirmə üzündən basklara düşmən mövqedə xarakterizə olunur.

Bask problemi ərazi problemidir. Burada əhalinin yarısı özünü İspaniya dövlətinə aid etmir, amma bununla 

belə istəsə də, istəməsə də bu hakimiyyətin onun üzərindəki böyük təsirini hiss edir.

General  Frankonun  1936-1975-ci  illərdəki  diktaturası  şəraitində  Basklar  Ölkəsində,  və  ya  Euskadidə 

dövlətə qarşı silahlı mübarizə apararaq, mütləqiyyəti devirib Basklar Ölkəsində sosializm qurmağa can atan 

təşkilat yarandı. Amma hələ bu təşkilat yaranana qədər 1950-ci illərin əvvəllərində EKİN gənc millətçilər 

qrupu bask millətinin dirçəldilməsi, sərhəd regionlardan gələn digər etnoslar tərəfindən assimilyasiyasının 

qarşısının alınması ilə bağlı məramını bəyan etmişdi.

O dövrün İspaniyası Basklar Ölkəsi, Qalisiya və Kataloniya kimi müxtəlif regionlardan ibarət idi və onların 

hər biri Madriddə yerləşən mərkəzi hakimiyyətdən asılı idilər. 1950-1960-cı illər intensiv daxili miqrasiya 

illəri idi. Basklar Ölkəsində sənayenin güclü inkişafı Kastiliya, Estremadura və Liqalisiya kimi regionlardan 

miqrantların buraya axınını gücləndirmişdi, onlar Euskadiyə yeni iqtisadi imkanlar tapmaq üçün gəlirdilər. 

Məhz  bu  dövrdə  Basklar  Ölkəsinin  tarixində  50  il  müddətində  önəmli  rol  oynamış  ETA  (Euskadi  Ta 

Askatasuna – “Basklar Ölkəsi və Azadlıq”) təşkilatı yarandı. ETA öz siyasi məqsədlərinə silahlı zorakılıqla 

gəlməyə çalışırdı, amma bu səylər faydalı olmadı və sonsuz qurbanlar bahasına başa gəldi.

Bununla da bask münaqişəsini İspaniya daxilində digər ərazi, və ya regional münaqişələrdən fərqləndirən 

əsas cəhət mübarizə vasitəsi kimi terrordan istifadə olunması idi.

Bu gün Basklar Ölkəsi İspaniyadakı digər icmalardan, və ya başqa ölkələrdəki, məsələn, Şotlandiyadakı 

icmalardan daha yüksək özünüidarəetmə səviyyəsinə sahibdir. Amma Basklar Ölkəsinin bu qədər geniş 

səlahiyyətlərə sahib olması ETA-nın deyil, bask siyasi qüvvələrinin konsensusunun əldə etdiyi uğurdur.

Siyasi xəritə

ETA-nın fəaliyyətinin dayandırılması müstəqilliyin əldə edilməsində zorakılıqdan istifadəyə son qoydu. 

Milliyyətçilərin daha yüksək səviyyəli özünüidarəetməyə nail olduqları dövr yetişdi. Bununla belə, dövlətlə 

aralarında olan münaqişə hələ də sürür, amma artıq silahlı deyil, siyasi xarakter daşıyır və hazirda Madrid 

üçün prioritet sayılmır.

Basklar  Ölkəsində  siyasi  partiyalar  arasında  ziddiyyətlər  onların  irəli  sürdükləri  tələblərin  xarakteri  ilə 

bağlıdır: daha geniş muxtariyyət, öz müqəddəratını təyin etmə, və ya müstəqillik.

Milliyyətçi cameə əsasən mötədil millətçilərdən (Bask Millətçi Partiyası) və ETA təşkilatı ilə tarixi bağları 

olan radikal millətçilərdən (Sortu) ibarətdir. Onlar birlikdə əhəmiyyətsiz olsa da, çoxluq əmələ gətirə bilirlər.

Millətçilərin problemi uzun illər boyunca yığılan etimadsızlıqdan ibarətdir. Hər iki qanad öz regionunda 

hakimiyyət uğrunda mübarizə aparır, mərkəzlə münasibət məsələsi isə getdikcə daha arxa plana keçir. Bask 



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə