26
International Alert
tərəfdaşlığının Avropa qruplaşması (EGTC – European Grouping for Territorial Cooperation)
24
kimi
kooperasiyanın effektiv yüksəldilməsi alətinin yaradılmasından ibarətdir. 2007-ci ilin yanvarında qüvvəyə
minmiş bu baza əsasında Avroregion Aquitaine-Euskadi
25
qruplaşması təsis edilib.
DQM-nin üç tərəfinin ayrı-ayrı regionları (və/yaxud Cənubi Qafqazın altı ölkəsi) arasında humanitar
və sosial-iqtisadi əməkdaşlıq platformasının yaradılması qarşılıqlı bağlantıları qeyri-siyasiləşdirməyə,
münaqişə tərəfləri arasında gərginliyi azaltmağa, həmçinin münaqişənin sülh yolu ilə transformasiyası üçün
yeni imkanların yaradılmasına qadirdir. Qonşu inzibati regionlar arasında qeyri-siyasi kooperasiya istifadə
olunmamış böyük sülhyaratma potensialına malikdir.
Məlum olduğu kimi, bask münaqişəsində rəsmi vasitəçilik mövcud deyil, amma görkəmli xarici siyasi və
ictimai xadimlərin, Nobel mükafatları laureatlarının, həmçinin bəzi təşkilatların sülh prosesinə qeyri-rəsmi
aidiyyatı var
26
. DQM-də vasitəçilik “inhisarı” üç həmsədrdən ibarət ATƏT-in Minsk qrupunun əlindədir.
ATƏT-in MQ-nun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyadır – BMT Təhlükəsizlik Şurasının beş daimi
üzv ölkəsindən üçü.
Bununla belə, ayrı-ayrı nüfuzlu xadimlərin DQ münaqişəsinin nizamlanmasında konkret məsələlərin həllinə
(məsələn, DQM tərəfləri arasında etibarın möhkəmləndirilməsi istiqamətində tədbirlərin qəbul edilməsi və
reallaşdırılması - CBMs) məhdud cəlb edilməsi sülh prosesinin irəliləməsinə təkan verə bilərdi.
Bask münaqişəsində Basklar Ölkəsi Muxtariyyətinin hüdudlarından kənarda cəza çəkən siyasi məhbusların,
“qaçaq” olan şəxslərin məsələsi, BÖ-nin gələcəyi ilə bağlı bask cəmiyyətində qütbləşmənin aradan
qaldırılması, zorakılıqdan imtina, ETA-nın tərk-silah olması, rəsmi Madrid və ETA arasında dialoqun
bərqərar olması və s. problemlər aktual olaraq qalır.
DQR-in və onun əhalisinin təhlükəsizliyinin təmin olunması, Dağlıq Qarabağın statusunun beynəlxalq
hüquqla müəyyən edilməsi, qaçqınlar və ərazi məsələsi, nəqliyyat və enerji kommunikasiyasının blokadadan
azad edilməsi DQM-nin tərəfləri üçün ən həlledici problemlər hesab edilir.
Müxtəlif münaqişə zonalarında aktual problemlərin müqayisəli təhlili bu, və ya digər münaqişənin “kamillik”
dərəcəsini müəyyən edə bilər. Bask münaqişəsində mərkəz (metropoliya) və muxtariyyət arasındakı
münaqişələrə xas olan problemlər prioritetdir, Dağlıq Qarabağ münaqişəsində isə həlledici problemlər onun
dövlətlərarası xarakterini üzə çıxarır.
BÖ münaqişəsinə dair çap olunmuş materiallarla tanış olduqca 2013-cü ilin noyabrında Bask regional
hökuməti tərəfindən nəşr olunan “2013-2016-cı illər üçün Sülh və birgəyaşam Planı” və sülh prosesinə
dəstək üzrə Sosial forumun yekunları əsasında hazırlanmış “Sülh prosesinə dəstək üzrə təkliflər”
27
(14-15
mart, 2013)
28
kimi vacib sənədləri diqqətdən kənarda qoymaq olmaz. Bu iki sənəd ümumilikdə regional
hökumətin və BÖ cəmiyyətinin bir hissəsinin münaqişənin həllinə yanaşmasını əks etdirir.
24 European grouping of territorial cooperation (EGTC),http://europa.eu/legislation_summaries/agriculture/general_framework/g24235_
en.htm
25 Euroregion Aquitaine-Euskadi, http://www.aquitaine-euskadi.eu
26 For example, The Centre for Humanitarian Dialogue (http://www.hdcentre.org/en/), The International Verification Commission (http://www.
ivcom.org/en/home/), International Contact Group, established in 2010 (http://icgbasque.org/) or participation of Kofi Annan, Gro Harlem
Bruntland, Bertie Ahern, Pierre Jose, Gerry Adams and Jonathan Powell, Jimmy Carter, Tony Blair and George Mitchell in International
Conference (17 October, 2011, Donostia-San Sebastian). The International Conference concluded with the reading of the declaration
prepared by the international figures following a process of consultations with the political parties and trade unions. (http://www.lokarri.org/
index.php/en/about-lokarri). The Declaration text is available at: http://www.basquepeaceprocess.info/?p=3375
27 Plan de paz y convivencia 2013-2016, https://www.irekia.euskadi.net/assets/attachments/3871/plan_paz_convivencia.pdf?1386084559
28 Sülh prosesinə dəstək üzrə Sosial Forumun materialları (Iru a-Bilbao, 14-15 March, 2013), Recommendations to promote the peace
process, http://www.forosocialpaz.org/recomendaciones/recomendations/
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri
27
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “danışıqlar masasında” yalnız beynəlxalq vasitəçilərin
təkliflərini görmək mümkündür, münaqişəyə cəlb olunmuş tərəflərin hökumətlərinin və cəmiyyətlərinin
nəzər-nöqtəsini əks etdirən heç bir sənəd yoxdur. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması
üzrə tərəflərin hakimiyyətlərinin və ekspert qruplarının müvafiq təkliflərinin işlənib hazırlanması və çap
olunması cəmiyyətlərdə əks tərəfin mövqeyini daha yaxşı anlamağa imkan verəcək və bununla da Track I
səviyyəsində danışıqlar prosesinə faydalı olacaq.
28
International Alert
madridin mərkəzi hakimiyyəti ilə bask milli
muxtariyyəti arasında qarşılıqlı təsir təcrübəsi
və dağlıq qarabağ münaqişənin gələcək
nizamlanması prosesi ilə mümkün paralellər
İlqar vəlizadə
Madridin mərkəzi hökuməti və Basklar Ölkəsi regionu arasındakı qarşılıqlı münasibətlər İspaniyada
konstitusiya monarxiyası bərqərar olandan 40 ilə yaxın bir müddətdə ciddi dəyişikliklərə məruz qalıb.
29
Qeyd etməyə dəyər ki, bu proses ölkənin siyasi sistemindəki islahatlar və İspaniyanın unitardan daha çox
federativ dövlət quruluşuna transformasiyası ilə paralel gedirdi. Qərbi Avropa ölkələrində mövcud olan
təcrübəni əsas götürərək Madridin mərkəzi hökuməti birinci səviyyəli inzibati vahidlərə mümkün olan
maksimal səlahiyyətləri ötürərək dövlət idarəçiliyilə bağlı əsas məsələlərin nizamlanmasına istinad etdi.
Maraqlıdır ki, İspaniyanın siyasi sisteminin əsasında ölkənin konstitusiyası ilə də möhkəmləndirilmiş inkişaf
imkanı durur. Bununla da Bask regionunun özünüidarəsi İspaniya konstitusiyasının müvafiq maddələrilə
uzlaşdırılır, hansı ki, mərkəzlə regionun da münasibətlərini tənzimləyir.
Beləliklə, konstitusiyanın 2-ci maddəsinə əsasən, İspaniya dövlətinin, ispan millətinin vəhdəti və bütövlüyü
sarsılmazdır. Eyni zamanda bu maddə milli vəhdət daxilində muxtariyyət haqqı olan ayrı-ayrı milliyyətlərin
və regionların mövcudluğunu təsdiq edir. Xüsusilə bask muxtariyyəti digərlərindən fərqli olaraq aydın
görünən tarixi səbəbə malikdir və bununla da İspaniya konstitusiyası sadəcə tarixən yaranan reallıqları hüquqi
cəhətdən möhkəmləndirir və onun üçün lazımı legitim bazanı yaradır. Bu sahədəki mövcud problemlərin
kəskinliyini nəzərə alaraq və yarana biləcək ziddiyyətləri minimuma endirmək zərurətindən konstitusiyada
millət, milliyyət və region anlamlarına dəqiq tərif verilməyib. Həmçinin regional muxtariyyətin hüquqlarının
həcmi ilə bağlı məsələ də açıq qalırdı. Bununla belə qeyd olunur ki, hər bir muxtariyyət səlahiyyətlərinin
həcminin müəyyən olunduğu statusunu özü müəyyənləşdirir, yalnız bir şərtlə - tərəfdaşların maraqlarına
xələl yetirməmək. Mərkəz və muxtariyyət arasında səlahiyyətlərin bölgüsü qarşılıqlı razılaşma əsasında
həyata keçirilir, fikir ayrılığı olanda isə məsələ Konstitusiya məhkəməsinin arbitrajı vasitəsilə həll olunur.
Bununla da İspaniyanın konstitusiya quruluşu bask muxtariyyətinə, onun parlamentinə və hökumətinə rəsmi
Madridlə qarşılıqlı münasibətin forma və prinsiplərini seçmək azadlığı verir. İspaniya konstitusiyasının 151-
ci maddəsinə əsasən, Basklar Ölkəsinə ən yüksək özünüidarə statusu verilib.
30
Qeyd etmək vacibdir ki, bu cür yanaşmada dövlət quruculuğu prosesi aşağıdan yuxarıya doğru həyata
keçirilir, burada mühüm təşəbbüskarlıq qanunvericiliyin hazırlanmasında fəal iştirak edən vətəndaşlara
aiddir. Bununla bahəm, mövcud hüquqi prosedurlar regionda olan situasiyaların müxtəlifliyini nəzərə almağa
imkan verir və regiona özünün institusional və mədəni xüsusiyyətlərini qoruyub saxlaması üçün şərait
yaradır. Mərkəz və region arasında səlahiyyətlərin razılaşdırılmasının nəzərdə tutulmuş çevik mexanizmi
mahiyyətcə hər an partlamağa hazır regional problemin siyasi yöndən son dərəcə “texniki” (normativ-
hüquqi razılaşmalar)
31
məcraya yönəldilməsi üçün vasitəyə çevrilib.
29 Baskların “azad assosiasiya” yaradılması ilə bağlı təklifi İspaniya federalizminə meydan oxuyur, // «Federasiyaların forumu», 4-cü
Buraxılış, № 4 (iyun 2005), S. 7-9
30 Avilova A. İspaniya: Mərkəz və regionlar arasında münasibətlərin yeni modeli // Ərazi problemi və idarəçilik təcrübəsi. 1997. № 3.
31 İspaniyada muxtariyyət və İsveçrədə federalizm: ümumi və xüsusi http://www.refbank.ru/konpravo/1/konpravo1.html
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri
29
Eyni zamanda bu yolda ortaya çıxan ziddiyyətləri də xatırlatmamaq olmaz. Beləliklə, muxtariyyətin
səlahiyyətlərinin genişlənməsi institusional çərçivələrə dirənir. Bu, muxtariyyətin baş naziri Xuan Xose
İbarretxe Markuartunun planı (İbarretxe planı) ilə bağlı misalda aydın görünür. Planda muxtariyyət
hökumətinin siyasi hakimiyyətin genişləndirilməsi və “İspaniya ilə assosiasiya olunan müstəqil dövlətin”
yaradılması ilə bağlı təklifləri yer alıb.
Formal olaraq bu plan baskların yaşadığı ərazidə “muxtariyyət statusunun” islahatı (Estatudo de Autonomia)
kimi təqdim olunub. Təcrübədə isə bu planın həyata keçirilməsi ümumkonstitusiya islahatlarına gətirib
çıxara bilər. İdarəetmə sisteminin İspaniya modelinə uyğun olaraq, hər bir ərazi konstitusiyaya uyğun şəkildə
mərkəzlə aparılan danışıqlar gedişində müəyyən edilən əhəmiyyətli həcmdə hakimiyyət səlahiyyətinə sahib
olmaq hüququna malikdir. Bununla da asimmetrik federalizm ideyası İspaniya konstitusiyasında öz aydın
təzahürünü tapdı. İbarretxe planı regionun siyasi hakimiyyətini dövlət daxilində dövlət statusuna qədər
yüksəltmək məqsədi daşıyır.
Planın mətnində bask millətinin tanınmasına çağırış yer alıb (məlum olduğu kimi, İspaniya konstitusiyası
millətin aydın tərifini vermir), burada region əhalisinin 20%-dən az hissəsinin bildiyi və danışdığı bask
dilinin istifadə dairəsinin genişləndirilməsinə xüsusi vurğu edilir. Həmçinin plan referendum əsasında
regionun ayrılmasını mümkün edir. Üstəlik o, region ərazisində Ali məhkəmənin yaradılmasını və Bask
hökumətinə hazırda İspaniya hökuməti ilə müştərək nəzarət etdikləri bir sıra sahələrdə eksklüziv səlahiyyət
verilməsini nəzərdə tutur. Bu sahələr sırasına təhsil, immiqrasiya və ümumi seçki sistemi daxildir. Plan eyni
zamanda regiona Avropa Birliyi ölkələri ilə birbaşa diplomatik münasibətlər qurmaq imkanı verir ki, bu da
Avropa konstitusiyasına belə dəyişikliklər olunmasını tələb edə bilər.
32
Bununla belə, təklif olunan islahatlar nəinki qüvvədə olan konstitusiya ilə, həm də Avropa Birliyinin
digər ölkələrindəki mərkəz və muxtariyyət münasibətləri təcrübəsi ilə ziddiyyət təşkil edir. Bu islahatların
ziddiyyətli olması İspaniya hökumətinin onlardan imtina etməsi üçün mövcud səbəblərdən biri oldu.
Bundan başqa, bu islahatlar ardınca dərin konstitusiya islahatlarına yol açacaqdı ki, bunun da nəticəsində
yalnız Basklar Ölkəsində deyil, həmçinin ümumispan referendumunun həyata keçirilməsi tələb olunacaqdı.
Plan həmçinin ona görə tənqid olunurdu ki, orada 1981-ci ildən qüvvəyə minən və o zamandan bəri praktiki
olaraq dəyişməyən vergi sisteminin islahatları ilə bağlı təklif yer almayıb. Bir çox ekspertlər hesab edir ki,
bu sistem regionun hədsiz maliyyələşdirilməsinə xidmət edir.
Hazırda regional və yerli hakimiyyət orqanlarının payına dövlətin birləşdirilmiş qeyri-maliyyə xərclərinin
35%-i düşür, amma bu onun ümumi gəlirlərinin 25%-dən çox olmayan hissəsini təşkil edir (AFR kimi “klassik”
federativ dövlətlərdə bu göstəricilər 41-42% nisbətində tarazlanıb). Bu disbalans regionların mərkəzdən
birtərəfli asılılığını şərtləndirir: məqsədli büdcə subsidiyaları indi də regional və yerli administrasiyanın
büdcə resurslarının yarıdan çoxunu təşkil edir. Ancaq dörd muxtariyyət – Madrid, Kataloniya, Basklar
Ölkəsi və Kantabriya – öz xərclərini qənaətbəxş səviyyədə ödəmək üçün kifayət qədər resursa malikdir.
Buna görə də regional hakimiyyətlər “təzyiq qrupları” kimi hərəkət edərək maliyyə resurslarına görə rəqabət
aparmaq məcburiyyətindədirlər. Mütəxəssislər hesab edirlər ki, həqiqi büdcə federalizminə nail olmaq üçün
muxtariyyətlərin resurslarının artırılması istiqamətində vergi sistemini yenidən gözdən keçirmək vacibdir.
Buna görə də planın 2004-cü il 30 dekabrda bask parlamentinin böyük əksəriyyəti tərəfindən bəyənilməsinə
baxmayaraq, bir ay sonra (1 fevral 2005) İspaniya parlamenti tərəfindən səs çoxluğu ilə rədd edildi. Bunun
ardınca qızğın və intriqa dolu polemika başladı ki, bu da 17 aprel 2005-ci ildə Bask regionunda seçkilərə
gətirib çıxardı. Cənab İbarretxe öz hökumətinin bu planı irəlilətmək niyyətini açıqladı, çünki, onun sözlərinə
görə, basklar öz gələcəklərini müəyyən etmək hüququna malik olmalıdırlar. Bask millətçiləri İspaniya üzrə
ümumi referendumun keçirilməsi ideyasını kəskin şəkildə rədd edirdilər. Amma əslində belə görünürdü
ki, bask millətçilərinin öz planları ilə bağlı israr etdikləri təqdirdə nələrin ola biləcəyini heç kim təsəvvür
etmirdi. İspaniyanın konstitusiyasında ölkə hökumətinə “ümumi maraqlara” toxunduğu təqdirdə subyektə
siyasi muxtariyyətin verilməsinə “son qoymaq” hüququ tanıyan müddəa var. Leqal olaraq hökumətin belə
bir seçimi mövcuddur. Siyasi planda isə bu, İspaniyanın desentralizasiyası ilə bağlı konsensusun əldə
32 Avilova A. “İspaniya: mərkəz və muxtariyyətlər arasındakı münasibətlərin yeni modeli” İdarəetmə nəzəriyyəsi və təcrübəsinin problemləri.
1997. № 3.
30
International Alert
edilməsi cəhdlərinin sonu demək olardı. İspaniya hökumətinin “problemlərə qayıdış” variantlarından biri
mümkün həll ola bilər.
Yuxarıda göstərilmiş misaldan görünür ki, Bask muxtariyyətində siyasi institutların inkişaf prosesi İspaniyanın
unitardan federativ dövlətə çevrilməsi prosesi ilə paralel gedirdi və burada Basklar Ölkəsi Kataloniya ilə bir
sırada ən böyük tərəqqi əldə etmişdi. Üstəlik hər iki situasiyada hazırda söhbət onların muxtariyyət deyil,
daha böyük statusa malik dövlət quruluşuna keçməsindən gedir. Prosesin fərqləndirici cəhəti ondan ibarətdir
ki, indiyə qədər o, konstitusiyada nəzərdə tutulmuş çərçivələrlə uzlaşırdı və elə bir mərhələyə gəlib çatıb ki,
bundan sonra yalnız milli səviyyədə konstitusion islahatlar ona gələcək inkişaf imkanı verə bilər. Mövcud
qaydalara görə, bu yenidənqurma ancaq ümummilli plebissit
33
keçirmək yolu ilə mümkündür. Eyni zamanda
bu mürəkkəb şərtlərdə də mərkəz və muxtariyyət arasında konstruktiv danışıqlar imkanı qalır. Bu dialoq
mərkəzi hakimiyyət və muxtariyyət hakimiyyətinin müxtəlif nümayəndələri arasında geniş diskussiya
formasında ola, həmçinin vətəndaş cəmiyyətinin bütün maraqlı təbəqələrinin cəlb olunduğu dialoq xarakteri
də daşıya bilər. Üstəlik bu dialoq iqtisadi böhrandan çıxış və sülhün möhkəmləndirilməsi kimi region üçün
aktual olan problemlərin həlli ilə sıx əlaqələndirilə bilər. Bu gün məhz bu məsələlər bask gündəmində əsas
yeri tutur və məhz onların həlli üçün rəsmi Madrid və Basklar Ölkəsinin paytaxtı Viktoriya-Qasteys arasında
münasibətlərin nizamlanması haqda danışmağa dəyər. Bu mərhələdə dialoqun siyasi çərçivələrini müəyyən
etmək, bu dialoqu mövcud hüquq normaları və mərkəzi hakimiyyət orqanları ilə muxtariyyət arasındakı
münasibətlərin nəinki İspaniyada, həmçinin Avropa Birliyinin digər ölkələrində toplanmış zəngin təcrübəsi
əsasında aparmaq çox vacibdir.
3435
Qarabağ problemi ilə müqayisə belə bir nəticə çıxarmağa imkan verir ki, Dağlıq Qarabağda həyata
keçirilən institusional dəyişikliklər Azərbaycanın konstitusiyası çərçivəsində baş verməyib və onunla tam
ziddiyyət təşkil edirdi. Buna görə də burada siyasi proseslər bir-birindən qopmuş şəkildə paralel inkişaf
edirdi. Nəticədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh planının reallaşdırılmasında Dağlıq
Qarabağa keçid statusunun verilməsi təklifi ortaya çıxdı. Məlum təklifi bütün münaqişə tərəfləri qəbul edir
ki, bu da rəsmi Bakı və keçid (müvəqqəti) statusu verilmiş Dağlıq Qarabağ arasında legitim münasibətlərin
qurulmasına imkan verə bilər. Bu münasibətlər gələcəkdə siyasi proseslərin çərçivələrini müəyyən etməyə
şərait yaradacaq ki, bu çərçivə daxilində müvafiq hakimiyyət institutları və qarşılıqlı münasibət mexanizmləri
işlənib hazırlana bilər. Amma ilkin olaraq bu proseslərdə Dağlıq Qarabağ əhalisinin bütün etnik qruplarının
iştirakını təmin etmək vacibdir.
33 Jozef Mariya Kastella Andrü. İspaniya muxtariyyətlər dövlətində muxtariyyət statutu // Dövlətlərin transformasiyası: İspaniya təcrübəsi:
http://www.kazanfed.ru/publications/kazanfederalist/n7/5/
34 Orlinskaya O.M.,Tarix, fəlsəfə, siyasi və hüquq elmləri, mədəniyyətşünaslıq və sənətşünaslıq. Nəzəriyyə və təcrübə məsələləri //İspaniyada
federalizm: mif, ya reallıq. S. 134–137.
35 Şveyser V.Y., «Separatçılıq, yoxsa muxtariyyət?», //Rusiya qlobal siyasətdə, 2007, № 1, yanvar-fevral http://www.globalaffairs.ru/
number/n_8153
Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri
31
International Alert.
346 Clapham Road, London SW9 9AP, United Kingdom
Tel +44 (0)20 7627 6800, Fax +44 (0)20 7627 6900
info
@international-alert.org
www.international-alert.org
ISBN: 978-1-909578-79-1
Dostları ilə paylaş: |