Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   ...   4   5   6   7   8   9   10   11   12

22

International Alert

•  İspaniya hökumətinin Basklar Ölkəsinin silahlı qruplaşması ilə apardığı danışıqlar münaqişənin həlli 

üçün təkan oldu. Xüsusən də İspaniya hökumətinin bu addımı silahlı mübarizənin sona çatmasına və 

ETA-nın siyasi proseslərə cəlb olunmasına ciddi təsir göstərdi. 1992-1994-cü illərdə danışıqlar əsasında 

DQ münaqişəsində atəşkəslə bağlı razılıq əldə edildi. Amma danışıqlar prosesinin aparılmasında əsas rol 

Azərbaycan və Ermənistana məxsusdur.

•  ETA  silahlı  qruplaşmasının  üzvlərinə  qarşı  xalq  arasında  etibarın  itməsi,  onlara  törətdikləri  cinayət 

aktlarına  görə  xüsusən  sağçı  qüvvələr  tərəfindən  göstərilən  təzyiq  nəticəsində  ETA  öz  mövqeyini 

dəyişmək məcburiyyətində qaldı. Siyasi mübarizəyə qoşulandan sonra təşkilat terror əməllərinə artıq 

heç nə ilə haqq qazandıra bilmirdi. Bu səbəbdən insanlar küçələrə çıxıb etiraz edərək, terror aktları 

törətmiş şəxslərlə danışıqları dayandırmağı tələb edirdilər.

•  ETA  qruplaşması  üzvlərinin  kütləvi  terrora  son  qoymasına  baxmayaraq,  İspaniya  ilə  münasibətlərin 

yaxşılaşmasını istəyən siyasətçilər, ekspertlər və jurnalistlər hələ də onların hədəfləri olaraq qalırdılar. 

Bu, münasibətlərin yaxşılaşmasını diləyən səslərin eşidilməməsinə səbəb oldu. Oxşar mənzərə Dağlıq 

Qarabağda  olduğu  kimi, Azərbaycanda  da  müşahidə  olunur,  burada  da  sülhün  əldə  olunması  üçün 

kompromisə  çağırış  edən  təşkilatların  və  şəxslərin  təqib  olunması  sülh  təkliflərinin  səsləndirilməsi 

yolunda ciddi maneəyə çevrilib.

•  Rəsmi  Madrid  və  Basklar  Ölkəsi  arasında  problemlər  mövcud  olsa  da,  onlar  vahid  siyasi  sistem 

çərçivəsində yaşayırlar. Eyni ərazidə yaşayan, bir qismi Madrid hökumətini dəstəkləyən, digər qismi isə 

Basklar Ölkəsinin İspaniyadan ayrılmasını istəyən  insanlar birlikdə “Atletiko” (Bilbao) komandasına 

azarkeşlik  edir  və  icmaların  problemlərini  birgə  müzakirə  edirlər.  1994-cü  ildən  Azərbaycan  və 

Ermənistan  vətəndaşları  arasında  birbaşa  fiziki  təmas  qurmaq  imkanları  olmasa  da,  ümumi  yaddaş 

daşıyıcıları  olan  insanlar  mövcuddur  və  onlar  gələcəkdə  tərəflər  arasında  münasibətlərin  yoluna 

qoyulmasına öz töhfələrini verə bilərlər. 

•  Dağlıq  Qarabağdan  fərqli  olaraq,  Basklar  Ölkəsində  ispan  və  bask  millətlərinin  nümayəndələri 

mütəmadi təmas şəraitində yaşayırlar. Regional hakimiyyət Basklar Ölkəsinin gələcəyilə bağlı ictimai 

rəyin parçalanmasının qarşısını almağa can atdığı halda, mərkəzi hakimiyyət İspaniyadan ayrılmaqla 

bağlı çağırışları boğmağa çalışır.

•  Basklar  Ölkəsində  İspaniyadan  ayrılma  prosesinin  müzakirəsinin  gedişatında  İspaniyanın  siyasətini 

dəstəkləyən insanların, siyasətçilərin və ekspertlərin fikirlərinə lazımı diqqət və hörmətlə yanaşırlar. 

Dağlıq Qarabağ və Azərbaycan cəmiyyətlərində belə insanlar çox azdır. Onların öz cəmiyyətlərində 

təqib olunmaları azmış kimi, üstəlik kütləvi informasiya vasitələri üçün də populyar deyillər.

•  Bask  cəmiyyəti  terrorçu  əməllərdə  təqsirləndirilərək  həbs  olunmuş  minlərlə  ETA  tərəfdarı  və  siyasi 

fəalların  öz  cəzalarını  vətənlərindən  kənarda  çəkmələrindən  narahatdır  və  İspaniya  hakimiyyətindən 

bu vəziyyətin dəyişdirilməsini tələb edir. Sol hərəkatının həyata keçirdiyi bütün tədbirlərdə iştirakçılar 

məhbusların azad edilməsini, və ya Bilbaoya köçürülməsini tələb edirlər. Bu problemin həlli İspaniya və 

Basklar Ölkəsi arasındakı gərginliyi azalda bilərdi. Analoji olaraq Dağlıq Qarabağ münaqişəsi zamanı 

itkin düşmüş insanların axtarışı və bu problemin həlli insanlar arasında etibarın qismən bərpa olunmasına 

və qarşılıqlı ittihamların azalmasına gətirib çıxara bilərdi. 

•  Basklar Ölkəsinin Avropa Birliyi ilə münasibətlərinin qurulacağı təqdirdə hansı imkanlarının yaranacağı 

və  müstəqillikdən  imtina  edib  Avropa  institutlarının  işində  yüksək  muxtariyyət  şəraitində  iştirak 

etməsi məsələləri Dağlıq Qarabağ münaqişəsi kontekstində ekspertlər və qərarların qəbul edilməsində 

iştirak  edən  şəxslər  tərəfindən  öyrənilmir.  Bu  nöqteyi-nəzərdən  Basklar  Ölkəsinin  geniş  iqtisadi  və 

siyasi  imkanlarının  təhlili  və  bu  təhlilin  nəticələrinin  yayılması  Dağlıq  Qarabağ  münaqişəsinə  yeni 

yanaşmaların formalaşmasına ciddi təsir edə bilər.

•  Siyasi partiyaların və vətəndaş cəmiyyəti nümayəndələrinin qoşulduğu Sosial Forum Basklar Ölkəsində 

mövqelərin  formalaşması  üçün  mühüm  auditoriya  oldu.  Dağlıq  Qarabağ  münaqişəsinin  tərəfləri 

arasında analoji iş qabiliyyətli institutun olmaması ilə bağlı siyasi partiyalar və ya vətəndaş cəmiyyəti 

nümayəndələri arasında münaqişəyə dair heç bir polemika aparılmır.




Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

23

İstifadə olunan mənbələr: 

1) 

 C.M.  Хенкин  (2011).  Баскский  конфликт  вчера  и  сегодня,  МГИМО.  Доступно  по  адресу: 



http://www.mgimo.ru/

2) 


 S. Chapman (2006). Report on the Basque conflict: keys to understanding the ETA’s permanent 

ceasefire. Lokarri. Доступно по адресу: http://www.lokarri.org/files/File/PDF/Inform.pdf

3) 


 G.  E.  Idoiaga  (2006).  The  Basque  conflict.  New  ideas  and  prospects  for  peace.  United  States 

Institute of Peace: Washington.

4) 

 C.M. Хенкин и Е.С. Самсонкина (2011). Баскский конфликт: истоки, характер, метаморфозы, 



МГИМО (У) МИД России.

5) 


 J. Zabalo and O. Imaz (2011). The EU and the Basque conflict: opportunities for engagement? 

Доступно  по  адресу:    http://www.c-r.org/sites/default/files/Accord%2022_9The%20EU%20

and%20the%20Basque%20conflict_2011_ENG.pdf

6) 


Basque Peace Process website, www.basquepeaceprocess.info/?tag=conflict-resolution

7) 


 E.R. Vieytez (2013). ‘Introduction – New perspectives for the Basque Country in a postconflict 

scenario’, Journal on Ethnopolitics and Minority Issues in Europe, 12(2). Доступно по адресу: 

www.ecmi.de/fileadmin/downloads/publications/JEMIE/2013/Introduction.pdf

8) 


 G. E. Idoiaga (2010). The peace processes in the Basque Country and Northern Ireland (1994-

2006): a comparative approach. Institut Català Internacional per la Pau: Barcelona.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə