Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

8

International Alert

ETA-nın  seçdiyi  strategiya,  –  siyasi  xadimlərə  sui-qəsd  etməklə  mümkün  qədər  çox  iztirab  yaşatmaq, 

– nəticədə onun özünü məhv etdi. Hakimiyyət tərəfindən Siyasi partiyalar haqda Qanun şəklində gələn 

reaksiya sonuc olaraq sol radikal-millətçi partiyasının axırına çıxdı. Rəsmi Madrid Batasuna Partiyasını 

qanundankənar elan etdi və göstərdi ki, növbəti mərhələ məhbəslər olacaq.



Barışığa və birgə yaşama gedən yol

“Barışıq” və “birgə yaşam” terminləri Basklar ölkəsində ciddi mübahisələr doğurur. Amma şübhəsizdir 

ki, ETA zorakılığa son verəndən sonra bask cəmiyyəti əsas məqsədi yaraların sağaldılması, qurbanların 

tanınması,  yaddaşın  qorunması,  plüralizm  və  fərqliliklərə  qarşı  hörmətin  tərbiyə  edilməsi,  barışığın 

möhkəmləndirilməsi  və  gələcəkdə  yeni  iztirab  və  münaqişələrin  təkrarlanmasının  qarşısını  alacaq 

mədəniyyətin formalalaşdırılması olan sosial transformasiya yaşayır.

Bu  məsələnin  həllində  bask  cəmiyyəti  münaqişə  vəziyyətində  olan  digər  cəmiyyətlərlə  müqayisədə  bir 

sıra üstünlüklərə malikdir. Münaqişənin ən ağır illərində məhz ictimai təşkilatlar sülhün əldə edilməsinə 

çalışırdılar  və  əsas  təsiredici  qüvvələrə  -  hakimiyyət  orqanlarına  və  siyasi  partiyalara  mövcud  durumla 

barışmağa imkan vermirdilər. Əvvəlcə zorakılığa qarşı susqun mitinqlər keçirən “Sülh Naminə Hərəkat”, 

sonra dialoq və qarşılıqlı anlaşmanı müdafiə edən “Elkarri” sülhün əldə edilməsi istiqamətində fəaliyyət 

göstərən nəhəng sosial şəbəkənin yaranmasına töhfə verdi.

Bu, bask cəmiyyətində ciddi parçalanmanın qarşısını alıb, əlaqələrin qorunub saxlanmasına kömək edən 

həlledici amil oldu. Kiçik yaşayış məntəqələrində ayrı-ayrı icmalar daxilində mühüm ziddiyyətlərin ortaya 

çıxmasına baxmayaraq, ümumilikdə bask cəmiyyəti daxili birliyini qoruya bildi ki, bu da ona bu günə qədər 

mövcud olan çətinliklərə rəğmən barışığı daha tez əldə etməyə imkan verdi.

Sülhün bərqərar olmasına mane olan əsas amillər aşağıdakılardır:

•  Baş  verənlərin  rəsmi  versiyası  uğrunda  mübarizə.  Tarixi  yaddaşın  yaradılması  prosesində  bir  çox 

cəhətdən uzlaşmayan müxtəlif versiyalar rəqabət aparır: 1) hər şeyin günahkarı ETA, sol radikal-millətçilər 

və milliyyətçilikdir; 2) zorakılıq – Basklar Ölkəsi və İspaniya arasındakı münaqişənin nəticəsidir; 3) 

ETA çoxsaylı zorakılıq aktları həyata keçirib, amma dövlət də insan haqlarının pozulmasında öz rolunu 

etiraf etməlidir.

•  Qurbanların tanınması. Dövlət ancaq ETA-nın silahlı fəaliyyətinin qurbanlarını tanıyır və müdafiə edir. 

Amma Basklar Ölkəsində də xalq drujinaları və təhlükəsizlik qüvvələrinin qurbanları vardı. Hər halda 

Bask hökuməti artıq işgəncə qurbanlarının tanınması istiqamətində işə başlayıb.

•  Keçmişin  etik  və  tənqidi  dəyərləndirilməsi.  Siyasi  partiyaların  çoxu  sol  radikal-

millətçiləri  öz  əvvəlki  əməlləri,  silahlı  zorakılığı  müdafiə  etmələri  ilə  bağlı 

tənqid 

səsləndirməyə 



çağırır, 

amma 


hazırda 

onlar 


bundan 

imtina 


edirlər. 

Elə bu arada mövcud kontekstdə barışığa töhfə verməyə çalışan müxtəlif təşəbbüslər ortaya çıxır. Bask 

hökuməti  iddialı  sülh  planını  həyata  keçirməyə  başlayıb.  Bu  plan  məhbusların  reabilitasiyası,  yaddaşın 

formalaşdırılması, qurbanların tanınması, dinc birgə yasamda vətəndaşların iştirakı və sülh mədəniyyətinin 

tərbiyə olunması kimi məsələlərin tənzimlənməsini nəzərdə tutur. Bundan başqa, qurbanlar və canilərin 

görüşlərinin, qurbanların və müqavimət iştirakçılarının, və ya yerli səviyyədə dinc birgə yaşam ideyasını 

təbliğ edənlərin toplantılarının təşkil olunmasına dair ictimai təşəbbüslər həyata keçirilir.

eta-nın keçmişi

1977-ci ildə ETA-nın şöbələrindən biri ləğv olunmaq haqda qərar verdi. Həmin dövrdə İspaniyada sağ-

mərkəzçi partiyaların koalisiyasından ibarət olan Demokratik Mərkəz İttifaqı (Union of the Democratic 

Centre, UCD) hakimiyyətdə idi. Bu hakimiyyət ölkəni hər gün törədilən qətllərin çoxluğundan “qurğuşun 

illər” adlandırılmış bir dönəmdə idarə edirdi.  



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

9

O dövrdə hökumət və məhkəmə hakimiyyəti dustaqlarla, məhbuslarla və ETA-dan qovulanlarla çox comərd 



davranırdı, baxmayaraq ki, təşkilat silahdan istifadəyə davam edirdi və əvəzində siyasi güzəştlərlə bağlı heç 

bir danışıq aparmırdı. 1982-ci ildə ETA məhbusları reabilitasiya edildi, halbuki münaqişə qurbanları qeyri-

mütəşəkkil qalmaqda idi, hakimiyyət onları unutmuşdu və onların səsi eşidilmirdi.

nəticə

ETA  həmişə  qətlləri  müəyyən  siyasi  çıxarlar  üçün  törədirdi.  Radikal-millətçilər  mütəmadi  olaraq  bask 

reallığını ardı-arası kəsilməyən toqquşmalar silsiləsi kimi təqdim edirdilər. ETA İspaniya və Basklar ölkəsi 

arasında əsrlər boyu çözülməyən siyasi münaqişəyə istinad edərək zorakılığa sığınırdı. 

Hər halda zorakılıqdan, demək olar ki, həmişə ideoloji alibi kimi istifadə olunur. Basklar Ölkəsində ultra-

solçuların tarixi öncədən görülən məğlubiyyətin xronikası idi.

Çox mürəkkəb sxemlərə baş vurmadan qeyd etmək lazımdır ki, ETA-nın fəaliyyətinin sonunun əsası daha 

az siyasiləşmiş və daha çox polis aktivliyi, ictimai reaksiya, siyasi vəhdət və beynəlxalq yardım dövründə 

qoyulmuşdu. Bütün bu amillər önəmlidir, amma onlar artıq neçə il əvvəldən, ETA terror yolunu davam 

etdirdiyi vaxtlardan mövcud idi.

Hazırda başqa amil vacibdir – sol radikal-millətçilərin şəxsi marağı və müəyyən qərarları. Silahlı fəaliyyətin 

faydasızlığının  və  əks-məhsuldarlığının  dərk  edilməsi  öz  baxışlarını  kəskin  şəkildə  dəyişən  insanların 

aparıcı fiqurlara çevrilməsinə gətirib çıxardı.

Məhz buna görə zorakılıq vasitələrindən istifadə edən və önəmli siyasi dəstəyə sahib olan qruplarla əlaqə 

saxlamaq çox vacib və labüddür. Conatan Pauellin fikrincə, ETA nümunəsi bu həqiqətin daha bir təsdiqidir.

“Əgər hardasa çatlaq varsa, dağıntının qarşısını almaq üçün təması itirməmək vacibdir”

1

 – Conatan Pauell 



bildirir.  2007-ci  ildə  Xose  Luis  Rodriges  Sapateronun  hakimiyyətinin  təşəbbüsü  ilə  başlanan  uğursuz 

danışıqlardan sonra məlum oldu ki, Batasuna “ETA-nın yeni yanaşma hasil etməsi üçün ona tədricən təzyiq 

göstərirdi”, “çünki o vaxt iştirak edən vasitəçilər hələ də fəaliyyətdə idilər və yenidən işə başlamağa qadir 

idilər”, - Conatan Pauell belə deyir.

2006-cı  ildə  danışıqlarda  tənəzzül  yaranandan  sonra  sülh  prosesinin  bərpası Ayetdə  baş  tutan  Konfrans 

və Conatan Pauellin dediyi kimi, “Avropadakı son silahlı münaqişədə rol almaq naminə riskə hazır olan 

beynəlxalq xadimlərin ETA-ya müraciəti” sayəsində mümkün oldu. Məhz bunlardan sonra qrup fəaliyyətini 

dayandırdığını bəyan etdi.

Bask  münaqişəsinin  həll  edilməsi  istiqamətində  səylər  1976-cı  ildə  Cenevrədə  (İsveçrə)  baş  tutan 

danışıqlarla  başladı,  1989-cu  ildə  Əlcəzairdə,  1998-ci  ildə  Sürixdə  davam  etdi  və  2006-cı  ildə  Oslo  və 

Cenevrə danışıqları ilə bitdi. Bütün bu danışıqlar uğursuzluqla yekunlaşmışdı, eynilə aylar uzunu əlaqələr 

yaratmaq istiqamətindəki heç bir dialoqa gətirib çıxarmayan çoxsaylı cəhdlərdə olduğu kimi. 

“Bask münaqişəsinin hələ də bitmədiyinə baxmayaraq, onun tarixi uğura doğru yolda uğursuzluqların bir-

birini izlədiyinə dair bir misaldır”. Conatan Pauell.

“El  mediador  Jonathan  Powell  afirma  que  es  un  proceso  de  paz  el  que  ha  llevado  a  ETA  a  su  final”, 



Buradan  baxmaq  olar:  http://

paralalibertad. org/el-mediador-jonathan-powell-afirma-que-es-un-proceso-de-paz-el-que-ha-llevado-a-eta-a-su-final/




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə