Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   2   3   4   5   6   7   8   9   ...   12

10

International Alert



xronologiya

1952  Bask millətçiliyini dirçəltmək istəyən gənc baskların daxil olduğu Ekin qrupu yaradıldı.

1956  Ekin Bask Millətçi Partiyasının gənclər qanadı ilə birləşdi.

1958  Birliyin parçalanması. Onların bir qismi Bask Millətçi Partiyasının gənclər qanadı ilə qalır, digər 

qismi isə ETA təşkilatını yaradır.



1959  ETA ilk dəfə mövcudluğunu bəyan etdi.

1962  ETA-nın I assambleyası “Milli azadlıq naminə bask inqilab hərəkatı”nı elan etdi.

1963  ETA-nın II assambleyası. ETA fəhlə hərəkatına qoşuldu.

1964  ETA-nın III assambleyası, “Euskadidə üsyan” məruzəsi.

1964  ETA-nın  IV  assambleyası. Təşkilat  sosialist  cəmiyyətinin  yaradılmasını  və  “fəaliyyət-reaksiya-

fəaliyyət” mexanizminin işə salınmasını öz məqsədi elan edir.



1967  ETA-nın V assambleyası.Təşkilatın strukturunda dörd cəbhə təyin olunub: mədəni, siyasi, iqtisadi, 

hərbi.


1968  ETA-nın ölümlə nəticələnən ilk terror aksiyası. Xose Paradines həlak olur.

1970  ETA-nın 16 döyüşçüsü üzərində qurulan hərbi tribunal.

1975  İspaniya hökuməti terror əleyhinə qanun qəbul edir.

1976  ETA terror aktlarını bitirmək üçün şərtlərin sadalandığı “KAS Alternativi” proqramını nəşr edir. 

Hökumət və ETA arasında İsveçrədə baş tutan ilk danışıqlar.



1977  Millətçilərin Tiber görüşü.  Hökumət və ETA arasında Cenevrədə baş tutan danışıqlar.

1978  Batasuna Partiyasının (

Herri Batasuna

) yaradılması. Sol radikal-millətçi partiyaların koalisiyası. 

Dekabrda baş tutan referendumda İspaniya Konstitusiyası qəbul edildi.



1979  Basklar Ölkəsinin muxtariyyəti haqda Statut qəbul edildi. Batasuna və ETA arasında qarşıdurma.

1980   İlk Bask Parlamentinə seçkilər keçirildi. Batasuna siyasi gücünə görə Bask Millətçi Partiyasından 

sonra ikinci qüvvəyə çevrilir.



1981  Batasuna Partiyasının seçilmiş üzvləri Gernikada kral Xuan Karlos üçün “Eusko Qudariak” bask 

himnini oxudu. Terror Qurbanları Assosiasiyası formalaşdırıldı. 



1982  İspan Sosialist Partiyası İspaniya Parlament seçkilərində səslərin əksəriyyətini qazanır. 

1986  “Sülh Naminə Hərəkat”(Gesto por la Paz) təşkilatı yaradıldı. Növbəti sui-qəsdlərdən sonra ölkədə 

susqunluq mitinqlərinə start verildi.



1987  Avropa Parlamentinə keçirilən seçkilərdə Batasunanın namizədləri 360 000 səs toplayıb Avropa 

Parlamentinə keçirlər. Bundan bir neçə gün əvvəl isə 21 nəfərin ölümü ilə nəticələnən terror aktı 

baş tutur. 

1988  Bask partiyaları Euskadidə münaqişənin nizamlanması və barışıq haqda Saziş imzaladılar. Bu Saziş 

“Axuriya Enea Paktı” kimi tanınır.



198  

Atəşkəs və ETA-nın fəaliyyətində fasilə, Əlcəzairdə danışıqlar. ETA atəşkəsi pozur və hökumət 

məhbusları İspaniya məhbəslərinə paylaşdırır. 

1992  Fransanın Bidar şəhərində ETA qruplaşmasının rəhbərləri həbs edilir. 

1994  ETA-nın  zorakılığın  eskalasiyası  istiqamətində  növbəti  addımı,  “Kale  Borroka”  (kale  borokka) 

küçə qarşıdurmalarının təşkil edilməsi. Böyük iztirabların yaşanmasına rəvac.



1996  Orteqi Laranın ETA təşkilatı tərəfindən oğurlanması. O, 532 gün girovluqda qalır. Laranı vətəndaş 

qvardiyası qüvvələri azad edir.



1998  Ermuanın ETA-ya qarşı forumu keçirilir. Milliyyətçi qüvvələr Lizarrada pakt imzalayırlar; az sonra 

ETA fasiləsiz və şərtsiz atəşkəs elan edir. Sol radikal-millətçilər Bask parlamentində 14 yer qazanır. 

Bu göstərici onların rekordu idi. 

1999  ETA-nın qarşıdurması üçün yetərli platforma yaranır. Dekabrda ETA atəşkəsi pozur.

2000  Xalq Partiyası və İspaniya Sosialist Fəhlə Partiyası arasında azadlıq naminə və terrora qarşı Sazış 

bağlandı.



2001  Batasuna dəyişikliklərə məruz qalır: partiyanın tənqidi əhval-ruhiyyəli üzvləri Aralar təşkilatını 

yaradırlar. Euskal Herritarrok-un parlamentdə cəmi 7 deputatı qalır. Amnistiya tələbi ilə çıxış edən 

danışıq tərəfi (Gestoras pro Amnistia) qanundankənar elan edilir. 

2002  Partiyalar haqda Qanun qəbul edilir. Bu qanun zorakılığı pisləməyən istənilən siyasi partiyanın 

seçkilərdə iştirakını qadağan edir. ETA Xalq Partiyası və İspaniya Sosialist Fəhlə Partiyasını öz 

hərbi hədəfi elan edir.

2003  Partiyalar haqda Qanuna əsasən, Batasuna qanundankənar elan edilir.

2004  ETA yalnız Kataloniyaya qarşı atəşkəs elan edir.



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

11

2005  Siyasi kompensasiyalar olmadan sülh əldə etmək üçün  Parlament ETA ilə danışıqlara başlayır. 



2006  ETA  müddətsiz  atəşkəs  elan  edir. Atəşkəs  və  sülh  danışıqları  Baraxasda  iki  nəfərin  ölümü  ilə 

nəticələnən terror aksiyası ilə pozulur. “Elkarri” “Lokarri”yə transformasiya olur. 



2009  Avropa İnsan Haqları üzrə Tribunalı 2003-cü il qərarı ilə Batasuna Partiyasını qanundankənar elan 

edir. 


2010  Sol radikal-millətçilər zorakılıqdan uzaq olan yeni siyasi platforma təqdim edirlər. «Zutik Euskal 

Herria» adlanan sənəddə Basklar Ölkəsi tamamilə zorakılıqdan imtina edir. 



2011  

Zəifləmiş  ETA  qəti,  ümumi  və  sarsılmaz  atəşkəs  elan  edir.  Sol  radikal-millətçilər  SORTU-nu 

yaratdılar  və  silahlı  terroru  əvəz  edəcək  yeni  partiya  kimi  onun  nizamnaməsini  təqdim  etdilər. 

Onların digər qüvvələrlə alyansı Basklar Ölkəsində nüfuzuna görə ikinci nəhəng fraksiya olur. 

Lokarri San Sebastianda beynəlxalq sülh konfransı təşkil edir. Bu konfransda silahlı mübarizəyə 

son qoyması üçün ETA-ya müraciət olunur. Oktyabrda ETA özünün silahlı fəaliyyətini qəti şəkildə 

dayandırdığını bəyan edir. 



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə