Bu layihə avropa İttifaqi tərəfindən maliyyələşdirilib sülh proSeSlərİndə İctİmaİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.09.2018
ölçüsü1,34 Mb.
#66316
1   ...   4   5   6   7   8   9   10   11   12

24

International Alert



“Bask münaqişəsinin nizamlanmasında sosial 

mediasiya, müstəqil beynəlxalq vasitəçilik və aB-

nin cBc14 proqramlarının rolu”

masis mailyan

 

Bu mətn Dağlıq Qarabağ münaqişəsinin (DQM) toxunduğu cəmiyyətlərdə açıq və qapalı müzakirələrin 



aparılması üçün hazırlanıb. Bask münaqişəsinin öyrənilməsi zamanı əldə edilən təcrübə, o cümlədən mənfi 

təcrübə faydalı diskussiyalar üçün mövzu ola bilər. Debatlar və müqayisəli təhlil aşkar edəcək ki, DQM 

tərəfləri  onun  həlli  istiqamətində  nə  dərəcədə  irəliləyə  biliblər,  münaqişənin  nizamlanması  üçün  bask 

cəmiyyətinin özündə və Basklar Ölkəsi (BÖ) ilə Madrid hökuməti arasında  hansı maneələr mövcuddur, 

DQM-də  hansı  mərhələlər  artıq  keçilib,  hansı  problemlər  BÖ-də  aktualdır,  amma  Dağlıq  Qarabağ 

münaqişəsinin nizamlanmasında prioritet deyil və s.

Basklar Ölkəsində münaqişəni öyrənərkən millətçiliyin müxtəlif çeşidlərini, millətçi cərəyanlar arasındakı, 

həmçinin milliyyətçilərlə Madridin mərkəzi hökuməti arasındakı qarşıdurmaları görmək mümkündür.

“Basklar Ölkəsində əsas parçalanma səddi milliyyətçilər və qeyri-milliyyətçilər xətti üzrə keçir. Nüfuzlu 

“Euskobarometro”sosioloji  mərkəzinin  göstəricilərinə  görə,  milliyyətçilər  və  qeyri-milliyyətçilər 

arasındakı faiz nisbəti təqribən bərabərdir, amma ikincilərin xeyrinə dəyişir. Ümumispan təşkilatlarına 

və  qanunvericiliyə  istinad  edən  qeyri-milliyyətçilərə  Basklar  Ölkəsinin  muxtariyyətlər  Dövlətinin 

tərkibindəki  hazırkı  mövqeyi  sərf  edir.  Onlar  ya  heç  bir  dəyişiklik  istəmirlər,  ya  da  hazırkı  ərazi 

quruluşunun əsaslarını sarsıtmayan yenilikləri dəstəkləyirlər”

15

Muxtariyyət parlamentində (2010) milliyyətçilərin və qeyri-milliyyətçilərin maraqlarını yeddi partiya təmsil 

edir ki, bu da siyasi spektrin kəskin parçalanmasından xəbər verir. 

BÖ-də siyasi partiyalardan başqa dörd iri həmkarlar ittifaqları və bir neçə sosial hərəkat da vacib aktorlar 

sırasındadır

16

.



BÖ-nün  əsas  siyasi  aktorları  arasında  İspaniya  tərkibində  muxtariyyət  məsələsi  ilə  bağlı  prinsipial 

ziddiyyətlər var: 



•  Xalq  Partiyası  Gernikanın  Statutunu  və  İspaniya  Konstitusiyasını  müdafiə  edir  (Pol  Riosun 

dəyərləndirməsinə görə, XP islahatlara qarşıdır

17

);

•  Euskadi  Sosialist  Partiyası  –  Euskadiko-Eskera  İspaniya  Konstitusiyası  çərçivəsində  Gernikanın 

Statutunun yenilənərək muxtariyyətinin genişləndirməsinin tərəfdarı kimi çıxış edir; 

•  Bask Milliyyətçi Partiyası (BMP) ümumilikdə “İbarretçe planı”nın həyata keçirilməsinin tərəfdarıdır 

(əlavə  etmək  lazımdır  ki,  son  zamanlarda  BMP  Basklar  Ölkəsinin  suverenliyinin  yeni,  daha    geniş 

çərçivəsini yaratmaqla bağlı ideyanı dəstəkləyir

18

);

•  Batasuna qeyd-şərtsiz olaraq bask xalqının öz müqəddəratını təyin etməsini və ardınca müstəqillik əldə 

etməsini tələb edir

19

.

14   Cross-Border Cooperation programs

15  Sergey  Xenkin,  «Bask  millətçiliyi:  inkişaf  metamorfozaları»  məqaləsi,“Perspektivlər”  saytı,  http://www.perspektivy.info/book/baskskij_

nacionalizm_metamorfozy_razvitija_2011-01-11.htm

16  Sandra Chapman, Report on the Basque conflict: keys to understanding the ЕТА’s permanent ceasefire, http://www.lokarri.org/files/File/

PDF/Inform.pdf

17  Müəllifin Lokkari-nin lideri Pol Riosla (PaulRios) müsahibəsi, 20 oktyabr, 2014.

18  Oradaca

19  Sergey Xenkin, «Bask millətçiliyi: inkişaf metamorfozaları»



Sülh Proseslərində İctimai İştirak və Çoxkanallı Diplomatiya Mexanizmləri 

25

İspan politoloqu İqnasio Suares-Tsuolaqanın zənnincə, geniş alternativlərin olması BÖ-nin sosial ziddiyyətlər 



içində olduğunu göstərir. “Belə bir cəmiyyət ümumi dəyərlərin olmasını dərk etmir, buna görə də birləşdirici 

stimullara malik deyil”

20

.

Basklar Ölkəsində muxtariyyətin İspaniyadan ayrılmasına dair ictimai konsensusun olmaması  bu köhnə 



münaqişənin həlli qarşısındakı əsas manelərdən biridir.

Bask cəmiyyətinin daxilində əsas fiqurantlar arasında barışığın və mövqelərdə yaxınlaşmanın əldə edilməsi 

üçün sosial vasitəçiliyə ehtiyac yarandı. BÖ-də Elkarri və Lokarri

21

 kimi təşkilat və hərəkatlar fəal şəkildə 



sosial vasitəçilik rolunu oynayırdılar. Sosial vasitəçilik sayəsində bəzi məsələlər üzrə yanaşmada uzlaşma 

əldə etmək mümkün oldu. Məsələn, 2013-cü ilin baharında keçirilən sosioloji sorğunun nəticəsi göstərdi 

ki, respondentlərin 80 %-i İspaniya hakimiyyəti və ETA arasında danışıqlar aparılmasının tərəfdarıdır, 80% 

bütün münaqişə qurbanlarının (hüquqlarının) tanınmasını tələb edir, 80% ETA-nın tərk-silah edilməsini 

istəyir, 70% ETA üzvləri olan məhbuslar üçün (550 nəfərə yaxın) həbsxana islahatlarının aparılması ilə bağlı 

ideyanı dəstəkləyir

22

.

Müqayisə  üçün  DQR  cəmiyyətində  Qarabağ  sosiumunun  fundamental  dəyərləri  ilə  bağlı  artıq  çoxdan 



konsensus  əldə  olunub  ki,  bu  da  onun  effektiv  özünütəşkilinə  şərait  yaradıb.  Həmçinin  ölkənin 

konstitusiyasının  qəbulu  üzrə  seçkilərin  nəticəsi  də  ictimai  konsensusun  mövcudluğundan  xəbər  verir: 

2006-cı il dekabrın 10-da keçirilən referendumda qeydə alınmış seçicilərin 87,02%-i iştirak edib, Ali Qanun 

layihəsinin lehinə 98,58% seçici səs verib

23



İctimai  konsensus  və  hakimiyyətin  legitimliyi  sülh  danışıqlarının  aparılması  üçün  əlverişli  amillərdir. 



Əgər bask münaqişəsində həm BÖ daxilində, həm də BÖ muxtariyyəti və mərkəzi hakimiyyət arasında 

çoxtərəfli danışıqlar aparmaq lazımdırsa, DQM-də danışıqların iştirakçıları məhdud saydadır – bu, üç tərəfin 

hakimiyyətidir. Labüd siyasi iradə öz təzahürünü tapan zaman bu durum DQ münaqişəsinin nizamlanmasında 

müsbət rol oynayacaq.

Etnik-ərazi parçalanması və ya DQR və Azərbaycan, həmçinin Ermənistan və Azərbaycan arasında müharibə 

ərəfəsində (1988-1991) və müharibə zamanı (1992-1994) əhali və ərazinin faktiki və spontan mübadiləsi  

hər üç münaqişə tərəfinin cəmiyyətləri daxilində yekcins siyasi mühitin yaranmasına səbəb olub. Hər halda 

DQM tərəflərinin hər birinin regionun gələcəyi ilə bağlı öz təsəvvürü var, bu təsəvvürlər bir-birinə zidd olsa 

belə. Şimali İrlandiya və Bask münaqişələrindən fərqli olaraq DQ cəmiyyəti, şərti desək, yunianistlərə və 

respublikaçılara, müstəqillik və özünüidarə tərəfdarlarına bölünməyib. 

Bir tərəfdən, eyni cəmiyyətdən olan çox sayda müxtəlif, bəzən isə qarşı-qarşıya duran siyasi cərəyanların, 

digər  tərəfdən  isə,  mərkəzi  hökumətin  iştirak  etdiyi  danışıqlardan  fərqli  olaraq  məhdud  sayda  əsas 

oyunçuların, və ya tərəflərin iştirakı ilə gedən sülh danışıqlarının uğurla bitməsi ehtimalı daha böyükdür.

ETA təşkilatının DQM-də iştirak edən silahlı qüvvələrlə müqayisəsini istisna edərək qeyd etmək vacibdir 

ki,  Qarabağ  münaqişəsi  regionunda  güc  strukturları  bütünlükdə  tərəflərin  vətəndaş  hakimiyyətlərinin 

nəzarətindədir. ETA-nın ayrıca oyunçu və hərbi-siyasi amil kimi mövcud olması bask münaqişəsinin sülh 

yolu ilə transformasiyasına əlavə çətinliklər yaradır. 

Avropa Birliyi qonşu regionlar arasında əməkdaşlıq üçün yeni imkanlar açan instrumentari yaradıb (CBC - 

Cross-BorderCooperation Programmes). Coğrafi cəhətdən İspaniyada Basklar Ölkəsi Müxtar qurumundan, 

Navarra  Muxtar  qurumundan  və  Fransada  Atlantik  Prineylər  (Akvitaniya  regionu)  Departamentinin 

hissəsindən ibarət olan Basklar Ölkəsi transsərhəd instrumentarisindən üç inzbati vahidin sosial-iqtisadi 

inkişafı  üçün  istifadə  edir. Yeni Avropa  hüquqi  bazası  regionlar  və  onların  sosial  birliyi  arasında  ərazi 

20  Ignacio Suarez-Zuloaga,Vascos Contra Vascos: UnaExplicacionEcuanime de DOS Siglos de Luchas, Planeta. Barcelona. 2007. .P. 115

21  Lokarri, citizen network for agreement and consultation, http://www.lokarri.org/

22  Paul Rios, Basque Country. Experiences of the Social Forum to invigorate peace, Accord,  Publication series of Conciliation Resources,  

issue 25 (Legitimacy and peace processes) p.40, http://www.c-r.org/sites/c-r.org/files/Accord25_BasqueCountry.pdf

23  DQR Mərkəzi Seçki Komissiyasının rəsmi saytı, http://cec.am/?p_ID=156



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə