1856-cı ilin martında Parisdə sülh müqaviləsi bağlandı. Türkiyə qalib, Rusiya məğlub oldu.
Ancaq ən çox qazanan Britaniya oldu:
1.
Britaniya yavaĢ-yavaĢ dirçəlməkdə olan Türkiyəni Rusiyaya əzdirmiĢdi.
2.
Rusiyanı
da Türkiyə, Britaniya və Fransa birgə əzmiĢdilər.
3.
Dünyaya meydan oxuyan Rusiya imperiyasını "xəstə" Osmanlı dövləti məğlub etmiĢdi
(bu, o deməkdi ki, dünya xristianlarının himayəçisi Rusiya ola bilməz, bu missiya
Britaniyaya məxsusdur).
4.
Ən əsaslardan biri: Rusiya Avropa jandarmı rolunu və Avropada bütün nüfuzunu itirdi.
5.
Britaniya dünyaya bildirdi ki, onsuz dünyada hər hansı bir mühüm məsələ həll edilə
bilməz və həll edilməməlidir.
SoruĢula bilər ki, mövzu Azərbaycanın quzeyində
"türk dili"
nin
"Azərbaycan dili"
nə necə
çevrilməsi, ya da çevirdilməsini aydınlaĢdırmağa həsr edildiyi kimi, bu tarix təsviri nəyə
gərəklidir?
Hörmətli oxucu, hörmətli dilçi
alimlərimiz, Azərbaycanın dili
türk dilidir, onun "Azərbaycan dili"
adlandırılması elmin nəticəsindən deyil, siyasətin nəticəsindən doğmuĢdur. Bu siyasəti isə
Rusiya imperiyası yürütmüĢ, məqsədi isə "ayır-buyur!" (parçala, ağalıq et!) siyasətini həyata
keçirmək olmuĢdur. Odur ki, məsələnin əsl mahiyyətini anlamaq və düzgün elmi qiymət
vermək üçün Rusiyanın və Britaniyanın XIX yüzildəki siyasətini, ayrıca olaraq da Yaxın və
Orta ġərq siyasətini araĢdırıb onu qiymətləndirmək qaçılmazdır. Ġndi bəhs etdiyimiz həmin
tarixi hadisələrin və dövrün fonunda Rusiyanın Azərbaycana və türk dilinə yönəlik siyasətini
izləyək. Belə çıxmasın ki, biz Rusiyanın balaca və böyük siyasətində Azərbaycanın mövqeyini
böyüdürük. Əsla yox!
Sonralar Rusiyada boĢ yerə Azərbaycanı "ġərqin qapısı" adlandırmamıĢlar. Belə bir ifadə
vardır: "siyasət tez-gec dəyiĢə bilər, ancaq coğrafiya dəyiĢmir". Bütün tarix boyu Dərbənd,
Bakı, Gəncə, Tiflis, Ġrəvan, Təbriz, Qəzvin, Ərdəbil və Həmədanın hərbi-strateji mövqeyini,
Güneydən Quzeyə, Quzeydən Güneyə çıxıĢın, gediĢ-gəliĢin bunlarsız mümkün olmadığını
qədim yunan və romalılardan tutmuĢ Bizans və ərəb xilafəti də daxil
olmaqla rus və rus-sovet
imperiyasınadək hamı çox əla bilirdi.
XVII yüzilin sonları - XVIII yüzilin ilk illərində Azərbaycan Səfəvi imperatorluğu dağılmağa
baĢlamıĢ, hətta uzun müddət Səfəvilərin təsiri altında olan əfqanlar hücum edərək
imperiyanın ozamankı mərkəzi Ġsfahanı mühasirəyə almıĢ, ġah II Təhmasib (1722-32)
Azərbaycana çəkilmiĢdi.
Səfəvi imperiyası tam süquta uğrayırdı. Bir neçə il davam edən bu tənəzzülü Rusiya diqqətlə
izləyirdi. 1711-ci ildə Prut çayı sahilində Osmanlı tərəfindən həqarətli məğlubiyyətə uğramıĢ I
Pyotr (Dəli Petro) bunun əvəzini Azərbaycanda çıxmağa və təntənəli qələbə çalmağa ümid
bəsləyirdi. O, 1704-20-ci illərdə rus imperiyasına qarĢı türk xalqlarının Tatarıstanda,
BaĢqırdıstanda, HəĢtərxanda və bütün Volqaboyunda baĢ verən üsyanlarını amansızlıqla
boğmuĢ və Quzey Qafqaza ordu toplamıĢdı. 1722-ci ildə o, Dərbəndə qoĢun çıxarıb oranı
iĢğal etdi.
Hücumdan qabaq o, yerli xalqlara müraciət manifesti yazmıĢdı. Həmin manifestin
Azərbaycanda geniĢ yayılması üçün onu türk dilinə tərcümə etdirmiĢ və mətbuatda çap
etdirərək yaydırmıĢdı. O, özünün dediyi kimi, Rusiyanın "iti, zəhərli neĢtəri"ni Qafqazın və
Yaxın ġərqin "Ģah damarı olan" Azərbaycana yeritməklə "onları iflic edəcəyini" düĢünür, iflic
edilmiĢ Ġrandan gələcəkdə rus imperiyasının
türklərə qarĢı
yararlı istifadəsini hazırlamaq
istəyirdi.