TÜRK DĠLĠ VƏ RUS ĠMPERĠYA SĠYASƏTĠ
Türkün dili
tək sevgili, ehsaslı dil olmaz!
M.H.ġəhriyar
Dahi Ġsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmıĢ
"Dildə, fikirdə və iĢdə
birlik"
çağırıĢının dərin və ölməz mənasını bu gün biz türklər daha yaxından anlamağa
baĢlamıĢıq. Anlamağa baĢladıq ki, dilbir olmayan millət tarixdə yüksələ bilməz, əksinə,
zaman-zaman birliyini itirib dağılar, baĢqa millətlərin Ģikarına, sonra da quluna, köləsinə
çevrilər. Rusiya imperiyasının türkə qarĢı yüzillərlə yeritdiyi barbar və qanlı siyasəti cikindən-
bikinədək bilən Ġsmayıl bəy gözəl baĢa düĢürdu ki, Rusiya türk torpaqlarını tikə-tikə, loxma-
loxma udaraq hər tikəyə və o tikədə yaĢayan türkə, onun dilinə ayrı-ayrı ad qoymuĢ, "ayır-
buyur" siyasətini həm barbar[lıqla], həm də ustacasına yerinə yetirməklə imperiyaların ən
murdar klassik nümunəsinə çevrilmiĢdir. Ġsmayıl bəy sanki millətinə səslənmiĢdir:
ey türk,
ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa fikirdə birliyin olmayacaq, fikirdə birliyin
olmasa iĢdə birliyin olmayacaq və məhv olacaqsan!
Deməli, türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Bəli, budur bütün türklərin
həyat talelərinin məhvəri! Bunu, bütün zamanlar olmasa da, türkün bir sıra hakim və alimləri
görmüĢ və bilmiĢ, bunu türkün ən qəddar düĢməni rus imperiyası da görmüĢ, türkün dil
birliyini
pozmaq üçün hər cür siyasi,
ideoloji, inzibati fırıldaqlar, təxribatlar, qətllər törətmiĢdir.
Elə bu sonuncunun nəticələrindən biri də Azərbaycan türklərini
"azərbaycanlı"
, onların dilini
də
"Azərbaycan dili"
adlandırmaq olub və XX yüzildə dilimizin və xalqımızın adı beĢ dəfə
dəyiĢilib: 1)
tatar dili - tatar;
2)
türk dili - türk
(1918-1938); 3)
Azərbaycan dili - azərbaycanlı
(1938-1992); 4)
türk dili - türk
(1992-1995); 5)
Azərbaycan dili - azərbaycanlı
(1995-ci ildən
bugünədək).
Sözsüz ki, hər bir dil[in adı] onda danıĢan xalqın adı ilə bağlıdır. Türkün tarixi o qədər
qədimdir ki, hələlik tarix elmi onun hansı tarixdən baĢlandığını tapa bilməyib. Belə bir müdrik
elmi fikir vardır: coğrafiyada Yer kürəsinin qütblərinin haradan baĢlandığı bəlli olmadığı kimi,
tarixdə də türkün tarixinin baĢlanğıcı və türkün ilk məskəni hələ bəlli deyil.
Burada balaca bir haĢiyə çıxmağa məcburuq; belə ki, əsl tarixin haradan baĢladığı tam
dəqiqləĢməyibdir. Bu haqda çoxlu ayrı-ayrı fikirlər vardır. Biz onlardan bəzilərini göstərib
sonra öz düĢündüyümüzü qısaca qeyd edirik: XIX yüzildə Avropada xristiansevərlikdən belə
bir ümumi fikir yaranmıĢ və hakim kəsilmiĢdi ki, tarix Ġsa peyğəmbərin doğulduğu gündən
baĢlayır, o vaxta
qədərki dövr əsl tarix deyil, ona hazırlıq idi.
Sonralar belə bir fikir ortaya çıxdı ki, tarix mədəniyyətdən baĢlayır, daha doğrusu, çağdaĢ
Avropa mədəniyyətinin özülü harada və nə vaxt yaranıbsa tarix də oradan və ovaxtdan
baĢlayır. Alimlər, araĢdırıcılar, avropamərkəzçilər məskən kimi Yunanıstanı və orada yaranmıĢ
antik elm və mədəniyyəti tarixin ilkini saymağa baĢladılar və bununla həmiĢə sübut etməyə
çalıĢdılar ki, yalnız avropalılar mədəniyyət yaratdıqları üçün onlar mədənidirlər, dünyanın
qalan hissəsini onlar mədəniləĢdirə bilərlər, onları Avropa mədəniyyətinə qovuĢdura bilərlər,
bunun üçün də dünyanın qalan hissələrini nəinki iĢğal etməlidirlər, hətta bu, onların Allah və
insanlıq qarĢısında müqəddəs vəzifələridir. Məsələ çox aydın idi - tarix elmini iĢğalçılığın, qətl-
qarətin, hegemonluğun alətinə, quluna çevirmək.
Daha sonra fransızlar Fransada ġel, AĢöl və Mustyö mağaralarını kəĢf etdilər. ġelin tarixi 400
min ilə gedib dayandı və onu
ġel mədəniyyəti
, ondan sonrakıları tarix ardıcıllğına görə
AĢöl
mədəniyyəti
və
Mustyö mədəniyyəti
adlandırdılar. Bununla bildirdilər ki, Fransa dünyanın ən
qədim mədəniyyət ölkəsidir və tarix Fransadan baĢlayır. Əgər bu baxıĢla yanaĢsaq yuxarıda
sadalanan mədəniyyətlərin hər birini özünün müxtəlif təbəqələrində əks etdirən, onlardan
daha qədim eksponatları olan Azərbaycandakı Azıx mağarası
Azıx mədəniyyəti
adlandırılmalıdır və buna dayanıb
"tarix Azərbaycandan baĢlayır!"
demək olar.
Məsələ burada deyil. TanınmıĢ alimlərdən Zenon Kasidovski Tövrat və Ġncilə dayanaraq
onlardakı bir sıra mətnləri tarix elmində olan bir sıra məlumatlarla tutuĢdurub tarixdə dinlərin
qədimliyini və onların yönvericiliyini qabağa çəkdi. Hələ bundan qabaq Yaspers sübut etməyə
çalıĢırdı ki, eradan qabaq VIII-V yüzillərdə - dinlərin mifə qalib gəldikləri dövrdən əsl tarixi
dövr baĢladı.
Ġkiçayarası (Dəclə və Fərat) mədəniyyəti alimləri çoxdan özünə çəkirdi. Bu sahədə geniĢ
araĢdırmalar aparan və çoxlu gil lövhə yazılarını oxuyan S.Kramer araĢdırmanın sonucunda
belə bir
fikrə gəldi ki,
"tarix ġumerdən baĢlayır"
, yəni beĢ min il bundan qabaq.
Bu cür bir-birinə qarĢı olan ayrı-ayrı fikirlərdən çox sadalamaq olar. Türk, ərəb, yunan, Çin
alimlərinin, filosoflarının tarixə aid ayrı-ayrı fikirləri var. Ancaq biz məsələyə baxıĢı bu cür
açıqlaya bilərik:
1.
Əgər varlığın metatafizika və fizikadan ibarət olduğunu qəbul edirsək onda
metatafizikanın tarixini bilmək biz insanların bacarığından qırağadır - biz ancaq fizikanı
dərk etməyə
qabil olduğumuzdan,
tarix fizikanın yaranmasından baĢlayır.
2.
Əgər Tanrının varlığını qəbul edirsək yenə də Tanrının tarixini anlaya, təsəvvürə belə
gətirə bilmədiyimiz üçün yalnız onun yaratdıqlarının tarixini
öyrənə bilərik, bu Ģərtlə ki,
mələklər, müxtəlif ruhlar və baĢqa dərkolunmazlar öyrənmək obyektinə çevrilmir,
yenə də yalnız fizikanın yarandığı gündən tarix baĢlayır.
3.
Daha bir baxıĢ da vardır: YaranıĢın baĢlanğıcı QARANLIQ və ĠġIQdır. Bu, bir neçə yerə
ayrılır:
a) Qaranlıq və iĢıq birlikdədir, bir-birini tamamlayır.
b) Qaranlıq böyükdür, iĢıq kiçik, qaranlıq iĢığı yaradandır. ĠĢığı ona görə yaratdı ki, qaranlıq
özü dərk edilsin.
c) ĠĢıq ilkin və əbədidir, yalnız o olmayan məkana qaranlıq gələ bilər. Bütün varlıq iĢıqdan
törəmiĢ və törəyir. ĠĢıq xeyrin, ədalətin, haqqın qaynağı, qaranlıq Ģərin, haqsızlığın
törədicisidir.
ç) ĠĢıq və qaranlıq vəhdətdə və mübarizədədir (əksliklərin vəhdəti və mübarizəsi qanunu).
d) ĠĢıq həm metafizik, həm də fizik varlıqdır.
4.
Varlığın əzəli efirdir=buxardır=buğdur.
Bütün bu saydıqlarımız dünya xalqlarının, ayrıca olaraq türklərin inancında dövr edən
yaradıcı
gücün
dərkinə yönəlik əsas fikirlərdir. Türk tarixinin fəlsəfəsi ən çox bu məfkurələr dairəsində
mərkəzləĢmiĢdir. Ancaq bir nöqtəyə daha diqqətli yanaĢmalıyıq: bütün dinlərdə
ilahiyyatĢünaslıq var, ancaq dünya hələ də Tanrını qavramaqda tək bir fikrə gələ bilməmiĢdir.
Ancaq Yerin, GünəĢin və GünəĢ sistemində olan planetlərin hərəkəti, onların xassələri, bizi
əhatə edən makro və mikromühitlər haqda bəĢər övladı eyni,
tək bir
fikrə gəlmiĢdir. Deməli,
sözün əsl mənasında tarixin baĢlanğıcı iki anın birindən götürülməlidir: əgər metatafizika (ya
da dində Tanrı) fizikanı yaratmıĢsa onda metatafizikanın (Tanrının) yaradıcılığa baĢladığı
andan; yox, əgər fizika özü fəallaĢaraq, bir təkanla metafizikadan qoparaq yaranmıĢsa onda
fizikanın hərəkətə baĢlama anından tarix baĢlayır.
Hər iki anda da tarix fizikanın yaranması