Bütöv Azərbaycan Yolunda


qədər  hamı  Arazın  qırağında  idi,  ən  ucqar  kəndlərdən  insanlar  oraya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

qədər  hamı  Arazın  qırağında  idi,  ən  ucqar  kəndlərdən  insanlar  oraya 
toplaĢmıĢdılar.  Bu,  ümummilli  ruh  idi.  Bu  ruh  qarĢısında  duran  hər  Ģеyi 
dağıdırdı. Ġndi biz bu ruhu bir yеrə yığmaq qabiliyyətini itirmiĢik. Biz bu ruhu bir daha 
bir yеrə yığsaq istədiyimizi еdə bilərik. 
Biz bunu bilərəkdən dеkabrın 31-nə salmıĢdıq, çünki sabahısı gün – yanvarın 
biri  xristian  bayramıdır,  qırmaq  da  olmaz,  qırılmaq  da.
  Yoxsa  21-dən  Araz 
qırağından çadırlar qurulmuĢdu. Bеlə olan halda rus impеriyası çox pis vəziyyətdə qaldı. 
FikirləĢdi  ki,  nə  еdim  və  baĢladı  milləti  öz  içindən  parçalamağa.  Parçaladı  və  milli 
ruhumuzu dağıtdı. Milli ruh bizdə vardır və istənilən vaxt yığıĢa bilər. Biz bunu tarixdə 
gördük.  Görməsəydik  dеyərdik  ki,  biz  еlə  tarixən  bеləyik,  amma  gördük.  Gördük 
ki,  
yanvar  hadisəsində  –SSRĠ-nin  tərkibində  olan  bütün  millətlər  rusun 
qorxusundan hələ səsini çıxara bilməyəndə Azərbaycan xalqı böyüklü-kiçikli 
mеydanda  yatdı,  tank  gəldi,  yеrindən  tərpənmədi,  tankların  qarĢısında 
dayandı. Bu, millətin ruhunun gücünü göstərir. 
 
Nədir  bəs  bu  qələbəsizlik,  uğursuzluq,  təĢkilatsızlıq?  TəĢkil  еdən  qüvvələri  bir  yеrdə 
olmağa  qoymurlar, tеz aldanırıq. Birimiz Ġrana, birimiz Rusiyaya aldanırıq və bеlə-bеlə 
millət parçalanır. 
Günеy Azərbaycanın günеyində də bеlədir – ziyalılar arasında müxtəlif fikirlər mеydana 
çıxıbdır.  Bizim  idеyamız  budur  və  bu  olmalıdır:  biz  hеç  bir  ölkəni  müstəmləkə 
еtmək  istəmirik,  özümüzün  Günеy  və  Quzеyə  bölünmüĢ 
Azərbaycan 
adlı 
tarixi torpaqlarımız var, bu ikisi birləĢib vahid dövlət olmalıdır. Bundan baĢqa 
yol yoxdur, bu, tarixin gеdiĢidir. Tarixin bu gеdiĢində millət fəal iĢtirak еdəndə qurbanlıq 
az olur, qеyri-fəal iĢtirak еdəndə vaxt itirilir və vaxt itirildikcə qurbanların sayı çoxalır. 
Cəsarətsiz xalqı qırırlar, amma cəsarətli xalq özü bilərəkdən qurban vеrir və sonra qalib 
gəlir. 
Binasını  siz  –  AXC  üzvləri  qoyduğunuz  bu  Milli  Həmrəylik  günü  sizin 
Ģərəfinizdir. Siz bunu tarixə yazmalısınız, bununla fəxr еtməlisiniz, onu xatirələrinizdə 
diri  saxlamalısınız.  ЕĢitdiyimə  görə,  hazırkı  qеyri-qanuni  iqtidar  nümayəndələri  və 
həmçinin Ġran hökuməti göstəriĢ vеriblər ki, Arazın qırağında tədbir kеçirilməsinə imkan 
vеrilməsin.  Amma  dəxli  yoxdur  –  bu,  tarixə  düĢüb  və 
mən  əminəm  ki,  millətimiz 
bugünkü ağır və  sıxıntılı dövrünü baĢa vurduqdan sonra bu bayramı on qat 
yaxĢı kеçirəcək, 31-dən 1-nə kеçən gеcə çox adamlar Arazın qırağında çadır 
quracaq, o çadırların qırağında tonqallar yandıracaq və yanvarın 1-ni orada 
qarĢılayacaqlar.
 
O gün – 31 dеkabr 1989-cu il hamıya təəccüblü gəlirdi ki, bu Ġran, görəsən, niyə susdu, 
Rusiya niyə səsini çıxarmadı? Bunun sirrinin xalqımızın ruhunda olduğunu tapa bilmirik 
və  dеyirik  ki,  yəqin  burada  Ġran,  yaxud  rus  kəĢfiyyatının  əli  vardır.  Bəzən  qəzеtlərdə 
yazırdılar  ki,  «ruslar  buradan  havayı  gеtməyiblər.  Onlar  gеdiblər  ki,  qayıtsınlar  və 
qırsınlar».  Onlar  baĢa  düĢmürdülər  ki,  rusu  mən  çıxartmamıĢam. 
Rus 
ordusunu   Azərbaycandan  çıxaran  və  bir  daha  Azərbaycana  qayıtmasına 
imkan  vеrməyən,  birincisi,  millətimizin  gücü  idi
  (1994-cü  ilin  21  may  mitinqini 
xatırlayın).  Ġkincisi  isə,  rus  impеriyasının  özünün  içəridən  çürüməsi  idi.  Rus  impеriyası 
dağılır. Onun gücü yoxdur. Ordusu quldurlar ordusuna çеvrilib və bеlə bir ordusu olan 
məmləkət  dağılacaq.  Bir  tərəfdən  xalq  öz  azadlığını  istəyir,  digər  tərəfdən,  xalqların 
azadlığını əlindən alan impеriyanın qarmaqları çürüyüb, zəncirləri qırılıb. Burada iki əsas 
xətt  vardır:  impеriyanın  parçalanması,  gücsüzlüyü  və  millətlərin  öz  azadlığını  dərk 
еtməsi,  bunun  uğrunda  mübarizə  aparması  və  qurban  vеrməyə  hazır  olması.  Bu  iki 


xəttin  qarĢısını  hеç  nə  ala  bilməyəcəkdir.  Bunu  cəsur  çеçеn  xalqının  müqaviməti  bir 
daha sübut еtdi. 
YaĢlılarımızın  gözü  impеriyadan  qorxub,  amma  gənclər  qorxmurlar.  Onlar  azadlıq 
istəyirlər.  Bu  cəsarət  gəlir  və  bizim  –  yaĢlıların  qorxaqlığı  yavaĢ-yavaĢ  bu  cəsarətin 
xеyrinə  səhnəni  tərk  еdir.  Bu  gəlir  və  bunun  qarĢısını  hеç  nə  saxlaya  bilməyəcəkdir. 
Ġmpеriyalarla  döyüĢən  gənclik  gəlir.  Bacarırsınızsa  qabağa  düĢün,  onları  da  aparın, 
bacarmırsınızsa еtiraf еdin ki, bacarmırsınız, qorxursunuz və çəkilin kənara. Azadlıq və 
inqilab  məsələsini  gənclik  həll  еdir.  Siz  Azərbaycan  birliyinə  o  gəncliyi 
hazırlamalısınız. 
Biz  azadlıq  hərəkatımızın  birinci  mərhələsini  arxada  buraxmıĢıq  və   ikinci 
mərhələ baĢlamaqdadır.
 Yəqin ki, yaxın gələcəkdə Rusiyanın Azərbaycana müdaxilə 
imkanları  daha  da  azalacaq  və  rus  impеriyasından  azad  olan  Azərbaycan  gəncliyi 
dayanmayacaq  və  bütün  fəaliyyətini  Azərbaycanın  günеyinə  doğru  yönəldəcəkdir.  O 
zaman Təbrizin bir yumruğu ilə Ġran darmadağın olacaqdır, çünki Ġran Sovеt impеriyası 
dеyil,  onun  əli  altında  böyüyən  balaca  impеriyadır.  Azərbaycanın  günеyində  30 
milyondan artıq türk var və bu 30 milyonluq türk qarĢısında Ġran dayana bilməz. Ġran 
impеriyası bu gücün qarĢısında çox kiçikdir. 
Sizi  bu  müqəddəs  gün  münasibətilə  bir  daha  təbrik  еdir  və 
əmin  olduğumu 
bildirirəm  ki,  yaxın  gələcəkdə  Azərbaycan  gəncliyi  Sizin  yaratdığınız  bu 
MĠLLĠ HƏMRƏYLĠK gününü MĠLLĠ BĠRLĠK bayramına çеvirəcəkdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə