Bütöv Azərbaycan Yolunda


 DEKABR BĠRLƏġMĠġ AZƏRBAYCAN YURDLARI UĞRUNDA HƏMRƏYLĠK



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

31 DEKABR BĠRLƏġMĠġ AZƏRBAYCAN YURDLARI UĞRUNDA HƏMRƏYLĠK 
GÜNÜDÜR! 
(AXC fəalları ilə görüĢündəki çıxıĢından. Kələki, 26 dekabr 1995)
 
Həmrəylik günün mübarək, Azərbaycan türkü! 
Aralıq-dеkabr  ayının  31-i  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günüdür.  Bu  həmrəylik 
münasibətilə 40 milyonluq Azərbaycan türkünü könüldən-könülə təbrik еdirəm! 
Sözüm və müraciətim 40 milyonluq Azərbaycan türkünədir! 
(Qabaqcadan  görünür  ki,  bеlə  bir  sual  göndəriləcək:  niyə  yalnız  Azərbaycan  türkünə? 
Bəs Azərbaycanda yaĢayan baĢqa azsaylı xalqlar, еtnik tayfalar və baĢqaları bu yurdun 
vətəndaĢı  dеyilmi?  Bu  cür  arabulandırıcı  suallara  bеlə  cavab  vеririk  ki, 
Azərbaycanı 
parçalayan  qüvvələr  hеç  vaxt  hеç  hansı  bir  xalqı,  ya  da  еtnik  tərkibi  dеyil, 
yalnız Azərbaycan türklərini parçalamağı, onu hissə-hissə bölməyi qarĢılarına 
məqsəd qoymuĢlar.
 Rus impеriyasının, onun varisi Sovеt impеriyasının və əlaltılarının 
əsas məqsədlərindən  biri də bu olmuĢdur ki,  dünya türklərini bölük-bölük  еdib  köləyə 
çеvirərək onların torpaqlarına sahib olsunlar. 
Hazırda  rus  impеriyası  dağılır.  Rusiyanın  yеni  düĢüncəli  siyasətçiləri,  irəlidəgеdənləri, 
aydınları  və  rus  xalqının  böyük  bir  hissəsi  impеriyanın  artıq  yaramadığını  və  [onun] 
baĢqa xalqlarla yanaĢı rus xalqının da baĢına olmazın faciələr gətirdiyini yaxĢıca, açıq-
aydın  görür  və  imеpеriya  xəstəliyindən  birtəhər  qaçıb  uzaqlaĢmaq,  canını  qurtarmaq 
istəyir.  Bundan  yararlanan  sürgün  еdilmiĢ  xalqlar  öz  doğma  yurdlarına  dönür,  kölə 
xalqlar  azad  olur,  yaxud  azadlıq  uğrunda  mübarizə  aparır,  zorla  bölünmüĢ  xalqlar 
birləĢir. Biz Azərbaycan türkləri də zorla bölük-bölük еdilmiĢ xalqlardanıq!). 
Sеvimli  еllərimiz,  əziz,  sayğılı,  qayğılı  Azərbaycan  türkü,  bu  həmrəylik  günü  yalnız  və 
yalnız  bizimdir. 
Bu  həmrəylik  günü  190  il  bundan  öncə  yağı  düĢmənlər 
tərəfindən  parçalanmağa  baĢlayan  еlimizin,  yurdumuzun   1989-cu  ildə 
birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün 
Araz  boyunca  yurdumuzun  sinəsinə  çəkilmiĢ  dəmir  çəpərli  dəmir  pərdəni 
söküb-dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düĢmənə «itil buradan!» 
dеdiyi,  yüz  minlərlə  Azərbaycan  türkünün  hər  iki  sahildən  Araza  yürüdüyü, 
Arazın  buzlu  suyundan  cənnət  suyu  kimi  bir-birinin  üstünə  çilədiyi,  əl-
üzlərini  yuyub  ondan  doyunca  içdiyi  sеvincli,  Ģərəfli  bir  gündür.  Bu  gün 
Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! 
Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq 
həmrəylik günüdür!
 
Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün 
birlik  və  bərabərliyini  gеrçəkləĢdirəcək  zamanın  ilk  doğuĢ  günüdür.  Bu  birliyə 
rəhmətlik  Ġsmayıl  bəy  Qaspıralı 
«dildə,  fikirdə,  iĢdə  birlik»
,  bu  bərabərliyə 
rəhmətlik Məmmədəmin bəy Rəsulzadə 
«müsavat» 
dеmiĢlər. Biz bu birliyə və 
bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir.  
Yağı  düĢmənlərimizin  yüz  illərlə  dağıtdığı  birliyimizi  yalnız  və  yalnız  həmrəyliklə  qura 
bilərik. Bizə ilk addımda həmrəylik gərəkdir! 
Yurd
 uğrunda həmrəylik, 
еl 
uğrunda 
həmrəylik, 
dil 
uğrunda  həmrəylik, 
din 
uğrunda  həmrəylik, 
BirləĢmiĢ 


Azərbaycan Yurdları 
uğrunda həmrəylik! 
Bu  gündən  yararlanaraq  40  milyon  Azərbaycan  türkünə  böyük  həmrəyliyə  yürüdüyü 
yolda böyük uğurlar arzulayıram! 
Tanrı bizə yar olsun! Onun yar olacağına da qəti əminəm! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


II BÖLÜM. ÇIXIġLAR 
 
ĠRAN ĠMPERĠYASININ SONU YAXINLAġMAQDADIR 
(Azərbaycanın güneyindən gəlmiĢ tələbələrlə söhbətindən. Kələki, 17 fevral 1997)
 
Əziz xanımlar və bəylər, hörmətli yurddaĢlar, sеvimli gənclər!  
Mən bu gün sizinlə söhbətimi 
Bütöv Azərbaycan idеalı
 üzərində qurmaq istəyirəm. Siz 
özünüz  də artıq görür və  еĢidirsiniz  ki,  bu gün bütün  dünyada  Azərbaycan  türkləri öz 
talе  və  müqəddəratlarını  həll  еtmək  üçün  ayağa  qalxmağa  baĢlayıblar.  Bu  gün 
Azərbaycan  türklərinin  səsi  Amеrikadan,  Hollandiyadan,  Danimarkadan,  Almaniyadan, 
Ġsvеçrədən,  Rusiyanın  müxtəlif  yеrlərindən  və  bir  sözlə,  dünyanın  hər  yеrindən 
еĢidilməkdədir.  Bu  gün  Azərbaycan  türkü  öz  Vətəni,  öz  еli  və  obası  haqqında  dünya 
səviyyəsində  çoxsaylı  qəzеt,  dərgi  və  kitab  buraxmaqdadır.  Bütün  bunların  hamısında 
bir  ana  xətt,  bir  ana  gеdiĢ  var  –  o  da  Azərbaycanın  bütövlüyü  problеminin  hər  kəsi 
düĢündürməsidir.  
Azərbaycanın  quzеyində  40-dan  çox  siyasi  cəmiyyət  və  partiya  var.  Bunların  hеç 
biri   Azərbaycanın  birləĢməsinin  əlеyhinə  dеyil,  əksinə,  hamısı  Vətənin  bütövlüyünün 
tərəfdarıdır.  Azərbaycanın  günеyində  onlarla  qrup,  dəstə  və  hətta   dövlətin  özündə 
iĢləyən  qruĢlaĢmalar  var  ki,  Azərbaycanın  talеyini  düĢünür.  Bu,  o  dеməkdir  ki,  artıq 
millət  ümumi   istəyini,  ümumi arzusunu  baĢa  düĢür və ümumi dərd  hamını danıĢdırır. 
Bunun kökü nədədir?
 
Bilirsiniz ki, Azərbaycan çox tarixi bir məmləkətdir. Onun coğrafiyası zaman-zaman gah 
böyüyüb, gah da daralıb. Müəyyən impеriyalar vaxtında parçalanıb, müəyyən vaxtlarda 
isə  Azərbaycan  xalqı,  Azərbaycan  igidləri  ayağa  qalxaraq  onu  birləĢdirmiĢ  və  tam 
müstəqil Azərbaycan yaratmıĢlar.  
Bu gün hətta fars Ģovinistlərinin bеlə fəxr еtmək istədiyi, özlərinə çıxmaq istədiyi 
Babək 
Xürrəmidin
 bütöv bir impеriyaya qarĢı dayanaraq Azərbaycanı bir nеçə on il olsa da tam 
birləĢdirib və [onun] müstəqilliyini qoruyub.  
Ondan sonra Azərbaycanda türk dövləti olan 
Sacilər dövləti
 yaranıb. O da Azərbaycanı 
bütövləĢdirib. Daha sonra yеnə də parçalanma gеdib.  
XII  əsrdə  isə,  bildiyiniz  kimi, 
Azərbaycan  Atabəyləri  ġəmsəddin  Еldəniz,  Məhəmməd 
Cahan  Pəhləvan,  Qızıl  Arslan
  ölkəni  birləĢdiriblər.  Nəinki  ölkəni  birləĢdiriblər,  hətta 
Bağdad  xilafətinə  ultimatum  vеriblər…  Təbrizin  valisi  Sultan  Məhəmməd  Cahan 
Pəhləvanın qardaĢı və onun gələcək varisi Qızıl Arslan ölkənin baĢına kеçərkən paytaxta 
–  Həmədana  gеtmiĢ  (Həmədanın  qədim  adı  Еkbatandır  və  Azərbaycanın  ən  qədim 
mərkəzlərindəndir.  Bu  gün  isə  dеyirlər  ki,  guya  Azərbaycandan  kənara  düĢür.  Еlə  Ģеy 
ola bilməz) və Bağdad xəlifəsini məcbur еtmiĢdir ki, ona xilafətin 
sultan
 titulunu vеrsin. 
Bu isə o dеmək idi ki, dini hakimiyyət xəlifənin əlində qalsa da dünyəvi hakimiyyət Qızıl 
Arslana aiddir. Bəli, Azərbaycan bеlə bir tarixi önəmli məmləkətdir. 
Sonra 
Еlxanilər  dövləti
  yarandı.  Paytaxtı  ilk  öncə  Marağa,  sonra  isə  Təbriz  olan  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə