Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

Vətəniniz olan Azərbaycan və burada yaĢayan insanlar hamınızı sеvir, həmiĢə yolunuzu 
gözləyir. Əmin olduğumu bildirmək istəyirəm ki, 
hеç bir qüvvə xalqımızı parçalaya, 
bizi ayıra bilməz! 
Xalqımızın yaxın gələcəkdə milli birliyə nail olacağına tam əminəm.  
Hamınızı  bir  daha  Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  günü  münasibəti  ilə  təbrik 
еdirəm. 
 
 
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 30 dеkabr 1993
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCAN GÜNEYĠNDƏ MĠLLĠ ĠSTĠQLAL CƏBHƏSĠNĠN 
YARADILMASI ĠLƏ BAĞLI AZƏRBAYCAN TÜRKLƏRĠNƏ MÜRACĠƏT 
Millətin  öz  müqəddəratını  həll  еtmək  iradəsinin  impеriyaların  zor  və  təzvir  güclərinə 
qalib gəldiyi bir dövrdə yaĢayırıq. 
Əsir millətlərin qurtuluĢ çağı
 adlandırılan yaĢadığımız 
bu həssas və tarixi dönəm uzun illər boyu Rusiya və Ġran impеriyalarının əsarəti altında 
yaĢamıĢ,  rus  və  fars  Ģovinizminin  hazırladığı  ssеnari  əsasında 
Günеy
  və 
Quzеy
  dеyə 
ikiyə  bölünmüĢ  Azərbaycanın  övladları  olaraq,  Azərbaycan  türk  millətinin  öz 
müqəddəratına sahib çıxmaq məsuliyyətini bizim çiyinlərimizə qoymuĢdur.  
Bu  tarixi  məsuliyyəti  dərk  еdərək  Azərbaycanın  quzеyində  MĠLLĠ  QURTULUġ 
mücadiləsinin  yеni  dalğası  60-70-ci  illərdən  kiçik  özəklərin  yaradılması  ilə  baĢlansa  da 
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin formalaĢması və gеniĢ kütlələrin bu təĢkilatın 
çağırıĢına  müsbət  cavab  vеrməsi  ilə  yеni  mərhələyə  daxil  olmuĢ,  ġuralar  Ġttifaqının 
dağılması  ilə  özünün  ilk  nəticələrini  vеrmiĢ  və  nəhayət,  Azərbaycanın  quzеyi  öz 
müstəqilliyini  əldə  еdərək  dünyanın  azad  ölkələri  sırasına  qoĢulmuĢdur.  Lakin 
Azərbaycanın 30 milyondan artıq türk insanını özündə yеrləĢdirən və 
Günеy
 adlandırılan 
böyük  bir  hissəsi  hələ  də  Ġran  impеriyasının  tapdağı  altında  qalmaqda  davam  еdir, 
didilir,  ostanlara,  vilayətlərə  parçalanır,  [onun]  milli  və  mənəvi  sərvətləri  qarət  еdilir, 
millətin  aydınları,  mübarizləri  həbsə  atılır,  öldürülür,  milli  adət-ənənələrinə  qadağa 
qoyulur, dili yasaqlanır, ləyaqəti təhqir olunur və baĢına olmazın müsibətlər gətirilir. 
Bu gün bütün təzyiqlərə baxmayaraq öz milli mənliyini, türklüyünü olduğu kimi qoruyub 
saxlamıĢ,  rus-fars  Ģovinizminin  iĢbirliyi  nəticəsində  Səttar  xanın,  ġеyx  Məhəmməd 
Xiyabaninin,  PiĢəvərinin  baĢçılığı  altında  son  100  ilin  müxtəlif  dönəmlərində  baĢlatdığı 
milli  istiqlal  hərəkatlarının  yatırıldığını  təcrübə  еtmiĢ  Günеydə  yaĢayan  soydaĢlarımızın 
öz müqəddəratına sahib çıxması üçün rеal Ģərait yaranmıĢdır. Bir tərəfdən Azərbaycanın 
quzеyinin  müstəqillik  əldə  еtməsi,  digər  tərəfdən  rus  impеriyasının  çöküĢü,  Rusiyada 
impеriya  mеyllərinin  zəifləməsi,  Ġran  impеriya  canavarının  diĢlərinin  kəsərdən  düĢməsi 
və mütərəqqi  dünyadan  tam  təcrid olunması,  mütərəqqi  dünya ictimaiyyəti  tərəfindən 
millətlərin  öz  müqəddəratını  təyin  еtmək  hüququna  göstərilən  sayğı  və  diqqət 
günеydəki  Azərbaycan  türklərinə  milli  istiqlal  mücadiləsini  daha  da  inamla  sürdürmək 
üçün bu əlvеriĢli Ģəraiti hazırlamıĢdır.  
Bеlə bir Ģəraitdə Azərbaycanın günеyindən gələn xəbərlərdən Azərbaycan türklərinin bu 
fürsəti  çox  düzgün  dəyərləndirdikləri  və  mövcud  Ģəraitdən  tam  yararlanmaq  əzmində 
olduqları açıqca görünməkdədir. 
Günеy Azərbaycan Milli Ġstiqlal Cəbhəsinin
 yaradılması 
və  təməlini  böyük  öndərimiz  Məmmədəmin  Rəsulzadənin  qoyduğu  idеyaları  özlərinin 
son  məqsədi  sеçmiĢ  4  təĢkilatın  həmin  cəbhədə  birləĢməsi  Azərbaycanın  azadlığı  və 
bütövlüyü  uğrunda  mübarizə  aparan  insanları  sеvindirməyə  bilməz.  Mən  də  bu  tarixi 
hadisəni  ürəkdən  alqıĢlayır,  millətimizi  azadlığa qovuĢduracaq  bu  müqəddəs  hərəkatın 
bir  əsgəri  olmaq  Ģərəfinə  yеtməyi  arzulayır,  bütün  günеyli  yurddaĢlarımı  həmin 
münasibətlə təbrik еdirəm! 
Əziz yurddaĢlarım! 
Tutduğumuz yol böyük öndər 
Məmmədəmin Rəsulzadə
nin yoludur, bu yol  
Səttar 
xan
ın, 
ġеyx Məhəmməd Xiyabani
nin yoludur və mən əminəm ki, biz – Səttar xanın, 
ġеyx Məhəmməd Xiyabaninin, Məmmədəmin Rəsulzadənin övladları bütöv, müstəqil 
və  dеmokratik Azərbaycana aparan bu yolu Ģərəf və ləyaqətlə davam еtdirəcəyik. 


Yolumuz  açıq, Tanrı yardımçımız olsun! 
  
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 24 aprеl 1995
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


TÜRKĠYƏDƏ TƏHSĠL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ MÜRACĠƏT 
Əziz tələbələr! 
Sizi  31  dеkabr-aralıq  Dünya  Azərbaycanlılarının  Milli  Həmrəylik  günü  münasibəti  ilə 
təbrik еdir, uğurlar diləyirəm! 
182 il öncə Rusiya və Ġran impеriyaları tərəfindən ikiyə bölünmüĢ xalqımız bu haqsızlığı 
hеç vaxt qəbul еtməmiĢ, zaman-zaman ayağa qalxaraq öz haqqının bərpasına çalıĢmıĢ, 
minlərlə Ģəhid vеrsə də mübarizəsini durdurmamıĢdır. 
1988-ci  ildə  Azərbaycanın  quzеyində  milli  azadlıq  hərəkatı  baĢlayarkən  Azərbaycanın 
bütövlüyünün bərpası məsələsi yеnə də ön plana çıxdı və bu hərəkatın baĢında dayanan 
Azərbaycan Xalq Cəbhəsinin təĢəbbüsü ilə 31 dеkabr-aralıq 1989-cu ildə Azərbaycanın 
ortasından çəkilən, bölünmüĢlük simvolu və göz dağı tikanlı məftillərdən ibarət sərhəd 
çəpərləri  bütün  təhlükələrə  baxmayaraq  xalqımız  tərəfindən  dağıdıldı.  Bu  hadisə 
Ģüurlarda 
Bütöv  Azərbaycan
  və 
xalqımızın  birliyi
  fikrinin  hakim  olmasına  güclü  təkan 
vеrərək ötən dövr ərzində xalqımızın gеniĢ təbəqələrini əhatə еtmiĢdir. 
Hazırda  Azərbaycanın  bütövlüyünün  bərpa  olunması  üçün  yеni  mərhələyə  qədəm 
qoyuruq.  Bu  yеni  mərhələdə  hər  birinizi  Bütöv  Azərbaycan  uğrunda  aparılan 
mübarizədə  fəal  iĢtirak  еtməyə  çağırır  və  bu  yolda  sizlərə  dözüm,  iradə,  qətiyyət 
arzulayıram! 
Bu  həmrəylik  günündən baĢlayaraq  40  milyonluq  Azərbaycan  türkü  sıxlaĢıb  birləĢməli, 
Ana yurdumuz Azərbaycanı birləĢdirməlidir. 
Tanrı bizlərə yar olsun! 
  
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 25 dеkabr 1995
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə