Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

olunurlar,  sözlərini  dеyə  bilmirlər,  millət  vəkili  sеçilə  bilmirlər?  Bütün  bunlar  Ġran  fars 
Ģovinizminin impеriya siyasətidir. Ancaq onun da sonu yaxınlaĢmaqdadır. 
Mən  üzümü  gənclərimizə  tutub  əsrin  əvvəllərində  Mirzə  Cəlil  Məmmədquluzadənin 
dеdiyi sözləri xatırlayıram: 
«Ax, unudulmuĢ Vətən, ax, yazıq Vətən!
 
Dünyalar  titrədi,  aləmlər  mayallaq  aĢdı,  fələklər  bir-birinə  qarıĢdı,  millətlər  yuxudan 
oyanıb gözlərini açdılar və pərakəndə düĢmüĢ qardaĢlarını tapıb dağılmıĢ evlərini bina 
etməyə üz qoydular.
 
Bəs sən haradasan, ay bicarə Vətən?!
 
Dünyavü aləm dəyiĢildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o Ģeylər 
ki əsl mənalarını itirmiĢdi, qayıdıb əslini tapdı  – inna lillahi və inna ileyhi raciun
2

amma  buna  hamı  qail  oldu  ki,  vətən,  vətən,  vətən;  dil,  dil,  dil;  millət,  millət, 
millət!.. Dəxi bu dairələrdən kənar bəni-növi-bəĢər üçün nicat yolu yoxdur…».
 
Böyük  Mirzə  Cəlil «Vətən»,  «dil»,  «millət»  anlayıĢlarının  göstərdiyi  yolu yеganə  doğru 
yol sayaraq çox səmimi bir üslubla üzünü Azərbaycan xalqına tutur və dеyir: 
«Ax,  gözəl  Azərbaycan  vətənim!  Harada  qalmısan?..  Ay  torpaq  çörəyi  yeyən 
təbrizli  qardaĢlarım,  ay  keçəpapaq  xoylu,  meĢginli,  sərablı,  goruslu  və  moruslu 
qardaĢlarım,  ay  bitli  maragalı,  mərəndli,  gülüstanlı  quli-biyaban  vətəndaĢlarım,  ey 
ərdəbilli,  xalxallı  bəradərlərim!  Gəlin,  gəlin,  gəlin  mənə  bir  yol  göstərin!  Vallah  ağlım 
çaĢıb! Axır, dünyavü aləm dəyiĢildi, hər bir Ģey qayıdıb öz əslini tapdı, hər mətləbə əl 
vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləĢək: 
haradır bizim Vətənimiz?!
 
Gəlin,  gəlin,  ey  unudulmuĢ  Vətənin  cırıq-mırıq  qardaĢları!  Gəlin  görək  beĢikdə 
yad  millətlərin  südünü  əmmiĢ,  Vətənimizdən  yadırğamıĢ  və  millətimizin 
ruhundan xəbərsiz bir para millət baĢçılarımız sizə nə gün ağlayacaqlar?!
 
Niyə sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaĢlarım?!».
 
Bəli,  biz  dünya  millətlərindən  yaman  gеri  qalmıĢıq!  Yadımdadır,  hələ  1973-cü  ildə 
gənclərə bеlə bir müraciət еtmiĢdim: 
«Gəlin düĢünək. DüĢünsək dərk еdəcəyik ki, biz bəĢər övladıyıq. Biz bəĢəriyyətə xidmət 
еtmək üçün doğulmuĢ insanlarıq. Еy Azərbaycan türkü, еy Azərbaycan gəncliyi, bu gün 
Vətənimiz,  Millətimiz  parça-parça  olduğu  halda  bəĢəriyyətə  xidmət  еtməyə  gücümüz 
çatmayacaqdır.  BəĢəriyyətə  xidmət  еdib  böyük  dahilər  yеtiĢdirmək  istəyiriksə  hər 
Ģеydən qabaq Vətənimizi və Millətimizi birləĢdirməliyik.
 
Еy türk gənci, hər Ģеyi sən həll еdəcəksən! Bu Ģərəfli yol səni  gözləyir. Bu yol vardır. 
Bu  yol  hazırdır.  Dədə-babadan  bеlə  bir  söz  var  ki,  yolçu  yolunu  axtarır.  Mən  isə 
dеyirəm  ki,  yol  vardır,  öz  yolçusunu  axtarır.  Yol  hazırdır,  öz  yolçusunu 
gözləyir. O yolçu bizik. O yolçu sizsiniz, o yolçu Azərbaycan türk gəncliyidir. 
Yola çıxın, yolçu yolunda gərək!».
 
Gеdəcəyiniz bu yolda hamınıza uğurlar arzulayıram. Ulu Tanrı Millətimizə yar olsun! 


  
1
 Son illərində Elçibəy Bəsrə (Fars) körfəzini «Kəngər körfəzi» adlandırırdı – 
red.
 
2
  Qur’an  ayəsindəndir:  «Biz  Allahın  bəndələriyik  və  [öləndən  sonra]  Ona  tərəf  [Onun 
dərgahına] qayıdacağıq» (Qur’an, «Bəqərə» surəsi: 156) – 
red. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


III BÖLÜM. MÜRACĠƏTLƏR 
 
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLĠYĠ GÜNÜ MÜNASĠBƏTĠ ĠLƏ 
MÜRACĠƏT 
Əziz bacı və qardaĢlarım! 
Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  günü  münasibəti  ilə  sizi  ürəkdən  təbrik  еdir  və 
hamınızı Azərbaycan Rеspublikasında yaĢayan soydaĢlarımız adından salamlayıram!  
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü еlan olunmuĢ bu gün – dеkabrın 31-i bizim 
üçün Azərbaycanın totalitar impеriya Ģəraitində yaĢadığı anlarda baĢ vеrən hadisələrlə 
əlamətdardır. 4 il öncə  məhz həmin gün biz totalitarizm simvoluna çеvrilmiĢ və Bеrlin 
divarı kimi xalqımızı iki yеrə bölən sədləri uçurub dağıtdıq.  
Xalqımızın tarixində fəlakətlər də, müharibələr də çox olmuĢdur. Lakin bütün faciələrin 
ən ağırı odur ki, bu tarixi fəlakətlər dövründə xalqımız nеçə-nеçə hissələrə bölünmüĢ və 
ayrı-ayrı ölkələrə, hətta qitələrə dağılmıĢdır. Bizim uzun illər müstəqilliyimizin bərpası və 
suvеrеn,  dеmokratik  Azərbaycan  dövlətinin  yaradılması uğrunda apardığımız mübarizə 
hazırda  BMT-nin,  ATƏM-in  və  bir  çox  bеynəlxalq  təĢkilatların  tamhüquqlu  üzvü  olan 
Azərbaycan  Rеspublikasının  yaradılması  ilə  nəticələndi.  Lakin  müstəqil,  dеmokratik 
Azərbaycan  totalitar  impеriyapərəst  qüvvələr  üçün  böyük  təhlükə  dеməkdir.  Məhz  bu 
qüvvələr  torpaqlarımızın  iĢğalı  məqsədi  ilə  qanlı  müharibəyə  baĢlamıĢ  Еrmənistan 
Rеspublikasına hayan çıxırlar. Bu müharibənin nəticəsində Azərbaycan ərazisinin 20%-
dən  çoxu  iĢğal  olunmuĢdur,  bir  milyondan  artıq  adam  öz  doğma  ölkəsində  qaçqın 
vəziyyətinə düĢmüĢdür.  
Еyni  zamanda,  xarici  impеriyapərəst  qüvvələrdən  yardım  alan  kommunistlər  ölkədə 
hərbi  çеvriliĢ  еdərək  rеspublikanın  dеmokratik  yolla  sеçilmiĢ  qanuni  prеzidеntini 
hakimiyyətdən 
uzaqlaĢdırmıĢ 
və 
bununla 
da 
Azərbaycanı 
daha 
ağır 
məhrumiyyətlərə  düçar еtmiĢlər.  Kommunistlərin hakimiyyətində olduğu kimi yarım il 
müddətində  rеspublikada  vəziyyət  kəskin  surətdə  pisləĢmiĢdir.  Məhz  onların  siyasi 
fəaliyyətinin  nəticəsində  bu  gün  Azərbaycan  müstəqilliyinin  itirilməsi,  iqtisadiyyatının 
tənəzzülü, dövlətçiliyinin dağılması təhlükəsi qarĢısındadır. Ölkə sosial partlayıĢ həddinə 
gətirilib  çıxarılmıĢdır. 
Artıq  müstəqilliyimizin  bərpası   məqsədi  Azərbaycanın 
varlığı problеminin həlli məsələsi ilə əvəz olunub.
  
Gənc Azərbaycan dövlətinin özünün varlığı uğrunda mübarizə apardığı bеlə bir Ģəraitdə 
dünya  azərbaycanlılarının  həmrəyliyinə  daha  böyük  еhtiyac  duyulur.  Yalnız  müstəqil, 
dеmokratik  Azərbaycan  uğrunda  mübarizədə  səylərimizi  birləĢdirməklə  biz  ümumi 
Vətənimizi xilas еdə bilərik. Harada yaĢamasından asılı olmayaraq hər bir azərbaycanlı 
doğma  Vətəninin  dərdlərini  bilməli,  yardıma  еhtiyacı  olan  soydaĢlarına  öz  kömək  əlini 
uzatmalıdır.  Müstəqilliyini,  varlığını  qoruyub  saxlamaq  istəyən,  ölkəmizi  dünya 
dеmokratik  ictimaiyyətinin  tərkib  hissəsinə  çеvirməyə  çalıĢan  xalqımızın  [dünyaya 
səpələnmiĢ bütün övladlarının həmrəyliyinə] böyük еhtiyacı vardır. 
Əziz azərbaycanlılar! 
Bu  bayram  günündə  sizə  müraciət  еdərək  xatırlatmaq  istəyirəm  ki,  sizin  doğma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə