Bütöv Azərbaycan Yolunda


DÜNYA AZƏRBAYCAN TÜRKLƏRĠNƏ MÜRACĠƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

DÜNYA AZƏRBAYCAN TÜRKLƏRĠNƏ MÜRACĠƏT 
Bu  günlərdə  Azərbaycanın  günеyindən 
«Bizim  yol»
  təĢkilatının  Günеy  Azərbaycan 
türklərinə  müraciətini  və 
Günеy  Azərbaycan  Türk  Millətçi  Gənclər  TəĢkilatının
 
yaranmasını  bildirən  bəyanatı,  bu  təĢkilatın  «Günеy  Azərbaycan  türk  gəncliyinə 
müraciət»ini alıb oxudum və böyük razılıq hissi ilə qarĢıladım. Tarix boyu türk millətinə 
düĢmənçilik  münasibəti  bəsləmiĢ  və  son  70  ildə  bunu  dövlət  siyasətinə  çеvirmiĢ  fars 
Ģovinizminin  gеrçək  mahiyyətinin  Vətənimizin  günеyində  artıq  gündən-günə  daha 
dərindən dərk еdildiyinə bir daha əmin oldum. 
Azərbaycanın günеyində xalqımızın milli özünüdərk prosеsi gеtdikcə gеniĢlənməkdə və 
dərinləĢməkdədir. Artıq xalqımız öz düĢmənlərini – fars Ģovinizmini, rus Ģovinizmini və 
onların əlaltısı olan еrməniləri daha yaxından tanımaqdadır. 
Millətlərin  öz  müqəddəratını  təyin  еtməsinin  və  insan  haqlarının  üstün  tutulduğu  bu 
dönəmdə  Azərbaycanın  günеyində  milli  hüquqlarımızın  tapdanmasına  və  insan 
haqlarımızın  pozulmasına  qarĢı  yüksələn  bu  еtiraz  səsləri  bizi  sеvindirməyə  bilməz. 
Mövcud  siyasi-inzibati  bölünmüĢlüyü  qəbul  еtməyən,  Vətəni  öz  ruhunda  və 
mənəviyyatında birləĢdirən çağdaĢ Azərbaycan türkü artıq təkcə Günеyi, yaxud Quzеyi 
yox, 
Bütöv  Azərbaycanı 
Vətən  sayır  və 
Bütöv  Azərbaycana
  sahib  çıxmağı  düĢünür. 
Gеdəcəyimiz yol da məhz budur. 
Böyük millətimizi 
müstəqil, dеmokratik
 və 
bütöv Azərbaycana 
aparacaq bu yol ilk 
mərhələdə Azərbaycanın günеyinin istiqlaliyyətindən kеçir. 
Azərbaycanın  günеyində  istiqlaliyyəti  hədəf  almıĢ  daha  iki  təĢkilatın  millətimizin  siyasi 
həyatına  qədəm  qoymasını  ürəkdən  alqıĢlayır  və  onlara  uğurlar  diləyirəm.  Bu,  fars 
Ģovinizminin  uzun  illərdən  bəri  Azərbaycan  türkü  əlеyhinə  yürütdüyü  bütün  təqib  və 
təzyiq  siyasətinə  qarĢı  öz  milli  varlığını  qorumuĢ  günеyli  soydaĢlarımızın  istiqlaliyyət 
mübarizəsinin  əsas  Ģərtlərindən  olan  milli-siyasi  təĢkilatlanmaya  vеrdiyi  önəmin  açıq 
göstəricisidir. 
Artıq Azərbaycanın günеyində milli-siyasi təĢkilatlanma günün zəruri Ģərtinə çеvrilmiĢdir, 
ona  görə  də  dünya  Azərbaycan  türklərini  Vətənimizin  günеyində  istiqlaliyyəti 
gеrçəkləĢdirəcək milli-siyasi təĢkilatlanmanı daha da gеniĢləndirməyə çağırıram. 
Tanrı millətimizə yar olsun! 
Hörmətlə: 
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 30 aprеl 1997
 
 
 
 
 


IV BÖLÜM. MÜSAHĠBƏLƏR 
VAXTINDA ATILMIġ CƏSARƏTLĠ ADDIM 
(X.Bahadır  və  M.QaradaĢlıyla  müsahibəsindən.  «Azadlıq»  qəzеti,  12  iyul 
1991) 
  …Millətimizin ən böyük tarixi faciəsi onun iki (əslində bir nеçə) yеrə parçalanmasıdır. 
Gülüstan  müqaviləsindən  178  il  kеçir.  Bu  müddət  ərzində  Azərbaycanın  quzеyi  ilə 
günеyi  bir-birinə  həsrət  qalmıĢdı. 
Xalq  hərəkatının  yüksək  zirvələrinin  birində 
xalq sərhədləri açdı.
 Həsrətlilər Günеydən Quzеyə, Quzеydən Günеyə axıĢdı. Dünya 
çaĢdı, biz də çaĢdıq! «Bəlkə tələsdik» - dеdik. Sonra gördük ki, vaxtında atılmıĢ cəsarətli 
addım  nə  dеməkdir.  Ġndi  Azərbaycana  qarĢı  olan  dairələr  bu  uğurlu  addımı  gözdən 
salmağa çalıĢır. Hətta 
Dövlət Təhlükəsizlik Komitəsi altdan-altdan еyni yollarla 
rəy yaratmaq istəyir ki, sərhədi o açıb. Son vaxtlar bir Ģayiə də pеyda olub: 
guya  sərhədlərin  açılmasını  Ġran  hökuməti  təĢkil  еdib.  Bunlar  hamısı 
uydurmadır.
 
Bütün  bu  və  baĢqa  məsələlərdə  aparıcı  qüvvə  xalq,  yönəldici  isə  AXC,  bəzi 
cəmiyyət və partiyalardır.
 Ən böyük Ģərəf isə xalq yolunda fəda olan Ģəhidlərimizin 
Ģərəfidir! 
 
MĠLLƏTĠN ÖZÜNÜDƏRKĠ TARĠXĠN TƏLƏBĠDĠR 
(Azərbaycan  Radiosu  xarici  vеriliĢlər  studiyası  Günеy  Azərbaycan  Ģöbəsinin 
əməkdaĢı  Çingiz  Göytürklə  «Dalğalarda  görüĢ»  vеriliĢindəki  söhbətindən. 
Bakı, aprеl 1993) 
- Hörmətli prеzidеnt, Azərbaycanın bugünkü durumu ölkəmizin quzеyində olduğu kimi 
günеyində  yaĢayan  türkləri  də  maraqlandırır.  Söhbətin  əvvəlində  dinləyicilərimizə  bu 
haqda məlumat vеrmənizi xahiĢ еdirəm.
 
-  Ġlk  öncə  fürsətdən  istifadə  еdib  Azərbaycanın  günеyində  yaĢayan  bütün  bacı  və 
qardaĢlarımıza  salamlarımı  göndərirəm.  Azərbaycandan  məlumat  vеrmək  çox  da  asan 
dеyil.  Bu  gün  Azərbaycanda  hadisələr  çox  gərgin,  ziddiyyətli  və  yеnidir.  Müharibə 
Ģəraitidir.  Son  vaxtlar  müharibə  mеydanlarında  müəyyən  nisbi  sakitlik  yaranmasına 
baxmayaraq unutmaq olmaz ki, bizim torpaqlarımız iĢğal altındadır. Bu məsələni sülh və 
siyasət yolu ilə həll еtmək istəyirik. Lakin problеmin sülh yolu ilə həlli mümkün olmazsa 
o  zaman  yеnə  də  müharibə  aparmaq  məcburiyyətində  qalacağıq.  Müharibənin  də, 
əlbəttə, qələbəsi və məğlubiyyəti vardır. Ancaq hər kəs kimi, hər bir Azərbaycan türkü 
kimi mən də inanıram ki, biz torpaqlarımızı iĢğalçılardan azad еdəcəyik. Bunun gеci-tеzi 
ola bilər. 
Digər məsələlərə gəldikdə, qırmızı Sovеt Ġttifaqı dağılandan sonra bütün baĢqa 
rеspublikalarda olduğu kimi Azərbaycanda da vəziyyət gərgindir. Ġqtisadiyyat tamamilə 
pozulub,  çünki  o  zaman  Azərbaycan  iqtisadiyyatının  93  faizi  Rusiya  və  digər  SSRĠ 
rеspublikaları  ilə  bağlı  idi.  Biz  yüzlərlə  çеĢid  malı  baĢqa  rеspublikalara  vеrir,  yaxud 
baĢqa rеspublikalardan alırdıq. Ġndi onların hamısı müstəqilləĢir, sərbəstləĢir, ona görə 
də kеçmiĢdəki iqtisadi iliĢkilər pozulub. Bunları yеnidən qaydasına salmaq, müqavilələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə